1.
Layihə fəaliyyətinin loqistik dəstəklənməsi
qədim yunan dilində logos “idrak”, log “təfəkkür”, logismas “fikir hesablama planı”, loqo “müzakirə
etmək”, logistika “hesablamaların praktik aparılma mədəniyyəti” kimi mənalarını bildirir. Loqistikanın
tarixi. Bir elm sahəsi kimi logistika 1950-ci illərin əvvəllərində ilk dəfə olaraq
ABŞ-da mülki sahədə
formalaşmağa başladı.
Logistikanı bir neçə tarixi inkişaf mərhələlərinə bölmək olar: • Birinci mərhələ 1920-1950-ci illəri
əhatə edir. Bu dövrdə logistika biznes fəaliyyətindən kənarda idi və biznes nəaliyyəti üçün
əhəmiyyətsiz hesab olunurdu. • İkinci mərhələ 1950-ci illərin ortalarından 1970-ci ilə qədərki dövrü
əhatə edir. Mütəxəssislər bu dövrü logistikanın yaranması dövrünə aid edirlər. • Üçüncü mərhələ 1970-
ci ildən 1980-ci illərin ortalarına kimi olan müddəti əhatə edir. ABŞ Miçiqan
Universitetinin logistika
üzrə nüfuzlu mütəxəssislərindən sayılan Donald Bauersons bu dövrü
logistik intibah dövrü
adlandırmışdır. • Dördüncü mərhələ logistikanın perspektiv inkişaf mərhələləri adlanır
her bir leyihenin 3 esas heyat dovru var
baslama icra ve bitme
Logistikanın və logistik menecmentin müasir nəzəriyyələri aşağıdakı metodologiyalara əsaslanır: 1.
Sistemli təhlil; 2.
Kibernetik yanaşma; 3. Əməliyyatların tədqiqi; 4. İqtisadi-riyazi modelləndirmə.
Logistikanın yarımbölmələri. Logistika aşağıdakı yarımbölmələrə bölünür: • Hərbi logistika • Biznes
logistikası • Tədarük logistikası • Paylama logistikası • Satış logistikası • Nəqliyyat logistikası •
Ehtiyat logistikası • Anbar logistikası • İnformasiya logistikası • Kompleks logistika • Ekoloji logistika
2. Layihə təqdimatında tələb olunan elementlər
Layihənin təqdimatında aşağıdakı elementlər olmalıdır:
• layihə mövzusu;
• problemin formalaşdırılması;
• layihənin aktuallığı;
• layihənin məqsədi və vəzifələri;
• layihənin məzmunu (icra mərhələləri);
• layihənin
gözlənilən nəticələri;
• zəruri ehtiyatlar (vaxt,
maddi qaynaqlar, insanlar və s.);
• layihə riskləri;
• layihənin digərlərindən üstünlüyü.
Dostları ilə paylaş: