24
CASPIAN ENERGY AZƏRBAYCAN N1 (0)`2011 | www.caspenergy.com
Caspian Energu (CE): Cənab
Məmmədov, Azərbaycanın
20 illik müstəqilliyi dövrünün
ilkin mərhələsi haqda danışa
bilərdinizmi?
Azərbaycan Respublikasının
nəqliyyat naziri Ziya Məmmədov:
1991-ci ildə “Azərbaycanın Dövlət
Müstəqilliyi Haqqında Konstitusiya
Aktı”nın qəbul edilməsindən sonra
ölkəmizin inkişaf tarixində yeni bir
dövr başlandı. Müstəqilliyini əldə edən
Azərbaycan dövləti öz fəaliyyətinə
yetərincə çətin bir dövrdə başladı.
Respublikanın dövlət müstəqilliyini
1991-ci il noyabrın 9-da Türkiyə, sonra
1991-ci il dekabrın 11-də Rumıniya,
1991-ci il dekabrın 13-də Pakistan,
1991-ci il dekabrın 23-də İsveç, 1991-
ci il dekabrın 25-də İran, 1992-ci il
yanvarın 23-də ABŞ, 1992-ci il aprelin
10-da Rusiya və s. ölkələr tanıdı. 1992-
ci il martın 2-də Azərbaycan BMT-nin
üzvü olmasına rəğmən müstəqilliyini
itirmək təhlükəsi hələ da qalırdı. Hələ
beşikdə olan müstəqilliyimiz iki təhlükə
ilə üzləşdi: bir tərəfdən, torpaqlarımı-
za soxulmuş erməni silahlı qüvvələrilə
aparılan Qarabağ müharibəsi, digər
tərəfdən, dövlətdə rəhbər vəzifələri
tutan səriştəsiz və təcrübəsiz xadimlərin
daxili çəkişmələri.
Son on ildə dünyanın siyasi səhnəsində
baş verən hadisələr öz mürəkkəbliyi və
ziddiyyətlərilə səciyyələndirilirdi ki, bu
da, ortaya güclü, müdrik milli liderlərin
çıxması üçün zəmin oldu. Ölkəmizdə
cərəyan edən hadisələr dövlətin süka-
nı arxasına yalnız Heydər Əliyevin
keçməsini tələb edirdi. Məhz ümumilli
liderimiz xalqı çətinliklərdən qurtararaq,
yeni müstəqil Azərbaycan dövlətinin
qurulması kimi tarixi missiyanı yerinə
yetirməyə müvəffəq oldu. 1993-cü il
iyunun 15-də xalqın tələbilə Heydər
Əliyev yenidən dövlət idarəçiliyinə
dəvət olundu və məhz onun müdrik
siyasi fəaliyyəti nəticəsində respubli-
kamız müstəqilliyini qoruyub-saxlaya
bildi.
Dünya sivilizasiyasını
və
bəşər xəzinəsini özünün çoxsay-
lı qiymətli, elmi tədqiqatları, yara-
dıcılıq nümunələri, heykəltəraşlıq
əsərləri, dahi şair və yazıçıları, qədim
mədəniyyət incilərilə zənginləşdirən
dövətimiz ümumilli lider Heydər Əliyev
siyasəti sayəsində sosial-iqtisadi
tərəqqi sahəsində də hərtərəfli inki-
şafa imza atıb.
Bu gün, ölkə iqtisadiyyatının inkişa-
fı, o cümlədən, nəqliyyat sisteminin
inkişaf konsepsiyası Prezident İlham
Əliyevin rəhbərliyi altında həyata
keçirilir. Nəqliyyat şəbəkəsi daim
mükəmməlləşir və bu sahədə həyata
keçirilən müntəzəm dəyişikliklər
nəqliyyat sektorunun ən perspektivli
sahələrdən birinə çevrilməsinə zəmin
yaradır.
Respublikamızın 20 illik
müstəqilliyilə bağlı ölkədə hesabat
xarakterli müxtəlif tədbirlər həyata
keçirilir.
CE: Azərbaycanın Nəqliyyat
Nazirliyi haqda Nizamnamə
təsdiqlənəndən sonra hansı işlər
görülüb?
Ziya Məmmədov:
Nəqliyyat
Nazirliyi 1998-ci ildə yaradılıb və
2003-cü ilin Nizamnaməsinə əsasən
fəaliyyət göstərir. Bununla əlaqədar
olaraq qabaqcadan təsdiq edilmiş
plan üzrə müstəqilliyin 20 illiyinə həsr
edilmiş dəyirmi stol keçirildi. Burada,
həmçinin uyğun strukturlarla selek-
tor iclaslar, nazirliyin tabeliyində olan
qurumlarla silsilə tədbirlər həyata
keçirildi.
Nazirliyin işi haqda danışarkən
2011-ci ilin birinci yarısını daxil
etməklə 2004-cü ildən bu günədək
olan vaxt kəsiminə nəzər salmaq pis
olmazdı.
Qeyd olunan dövrdə (2001-ci ilin
6 ayını daxil etməklə 2004-2011-ci
illər) nəqliyyat-yol sektoruna qoyu-
lan sərmayələr 4,6 mlrd. təşkil edib.
AZƏRBAYCAN NƏQLİYYAT
SEKTORUNUN MÜSTƏQİLLİK
DÖVRÜNDƏ İNKİŞAFI
Avropa - Qafqaz - Asiya dəhlizi boyu
avtomobil nəqliyyatı ilə yükdaşımalar (1998-ci il ilə müqayisədə, %-lə)
Mənbə: Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi
100
1998
2000
2005
2010
0
200
300
400
500
600
EKSKLÜZİV
•
25
CASPIAN ENERGY AZƏRBAYCAN N1 (0)`2011 | www.caspenergy.com
Bu məbləğin çox hissəsi (4.4 mlrd.
manat) avtomobil yollarının, kəsişən
yolların üstündən salınan körpülərin
və sadəcə körpülərin tikintisinə və
bərpasına xərclənib. Qalan məbləğ
dəmir yollarının inkişafına (79,8 mln
manat), yeni avtobusların alınmasına
(30,0 mln. manat), Bakı şəhərində
nəqliyyat əməliyyatlarının intellektual
idarə sisteminin yaradılmasına (41,9
mln manat), yeni Bakı beynəlxalq
ticarət portunun layihələndirilməsi
və tender sənədləşdirmələrinin
hazırlanmasına (8,1 mln. manat)
yönləndirilib.
Bu dövrdə Azərbaycanda yükda-
şıma 1,23 mlrd. ton təşkil edib. O
cümlədən, dəmir yolu ilə 187,1 mln.
ton, dəniz nəqliyyatı ilə - 93,5 mln,
avtomobil nəqliyyatı ilə - 624,8 mln.
ton, boru kəmərilə - 322,7 mln. ton
yük daşınıb.
Qeyd olunan vaxt kəsiyində
sərnişindaşıması 7,7 mlrd. insan,
limanlarda yükvurma-yükləmə işləri –
70,4 mln. ton təşkil edib.
Yeni tikilmiş yolların uzunluğu 320,0
km təşkil edir. Bundan əlavə, uzunlu-
ğu 5559,3 km olan mövcud avtomo-
bil yollarının, o cümlədən, uzunluğu
2164,1 km olan respublika əhəmiyyətli
yolların və uzunluğu 3395,2 km olan
yerli yolların bərpa və təmir işləri
aparılıb. Bu ilərdə həmçinin 139 yeni
körpü və tunel inşa edilib.
CE: Azərbaycanın paytaxtında
avtomobil axınının effektivliyinin
yüksəlməsi üçün hansı layihələr
həyata keçirilir?
Ziya Məmmədov:
2004-cü ildən
etibarən nazirliyin həyata keçirdiyi
proqram çərçivəsində yol qovşaq-
larının. Piyada keçidlərinin və yeni
avtomobil yolarının inşası və bərpası
işləri həyata keçirilir. Ümumilikdə
hazırda Bakıda 15 kəsişən yolların
üstündən salınan körpü istifadəyə
verilib. Onların arasında Z.Bünyadov
və Atatürk, Tbilisi prospektilə
A.Salamzadə, Tbilisi prospektilə
H.Zərdabi, Tbilisi prospektilə 20
yanvar küçəsi, Cavadxan küçəsilə
A,Mustafayev küçəsi, Babək
prospektilə M.Hadi küçəsi, H.Əliyev
prospektilə A.Neymətulla küçəsi,
Babək prospektilə M.Əliyev küçəsi,
K.Rəhimova küçəsilə F.Xoyski
küçəsi, K.Rəhimov küçəsilə Təbriz
küçəsi, Bakı dairəvi yolu ilə - 2
(Xocahəsən-Lökbatan
ərazisi)
Xocahəsən qəsəbəsinin ərazisindəki
dəmir yolunun kəsişməsindəki,
“Ekselsior” mehmanxanası
dairəsindəki körpüləri, H.Əliyev və
Z.Bünyadov, Z.Bünyadov və Azadlıq
prospektlərinin kəsişməsindəki ikin-
ci mərhələ yol körpülərini, H.Əliyev
prospektilə Keşlə stansiyasına gedən
dəmir yolunun kəsişməsindəki 8
zolaqlı hərəkət üçün yol qovşağı-
nı, Xırdalan dairəvi yolunun yanında
Şimal istiqamətindəki dəmir yolunun
altındakı tuneli göstərmək olar.
Hazırda daha 7 kəsişən yolla-
rın üstündən salınan körpünün
inşası gedir. Onlardan H.Əliyev
və Z.Bünyadov prospektlərinin (3
mərhələ), Z.Bünyadov və Azadlıq
prospektlərinin (3 mərhələ),
A.Salamzadə, A.Mustafayeva və
R.Məmmədova küçələrinin (Qələbə
meydanı, Gəncli metro stansiyası-
nın qarşısı), Z.Bünyadov prospektilə
A.Rəcəbli küçəsinin, Z.Bünyadov
prospektilə Böyükşor küçəsinin,
Z.Bünyadov prospektilə N.Nərimanov
küçəsinin kəsişməsindəki körpüləri
göstərmək olar.
Ümumilikdə, 2004-cü ildən başla-
yaraq indiyədək 38 yeraltı keçid inşa
edilərək təhvil verilib, daha 10-u isə
tikilir.
Bakıda 2004-cü ildən bu vaxtadək
189,2 km uzunluqda avtomobil yolu
inşa və bərpa edilib. Onların arasın-
da uzunluğu 12 km olan 8-12 zolaqlı
avtomobil yolunu və Əzizbəyov metro
stansiyası dairəsindən Heydər Əliyev
adına Beynəlxalq Hava Limanınadək
yoldakı nəqliyyat qovşağını (3 yol
qovşağı və 7 piyada keçidi); Balaxanı
avtomobil yolunu – Xırdalan dairəsi
(21 km); uzunluğu 104,6 km olan
EKSKLÜZİV
•