▸ Aparılası seçki qutusunun vasitəsilə səsvermə
seçkilər günü saat
09:00-da başlayır və saat 19:00-da bitir.
▸ Səsvermə günü saat 9:00-da komissiyasının sədri sizə təhvil verməlidir:
✓ Aparılası seçki qutusunun siyahısını;
✓ Seçicilərin qeydiyyatçısı tərəfindən imzalanmış və qeydiyyatçının
möhürü ilə təsdiq edilmiş lazımi sayda seçki bülletenlərini;
✓ Xüsusi zərfləri (aparılası seçki qutusunun siyahısında mövcud olan
seçicilərə uyğun olaraq);
✓ Yoxlama vərəqəsi yerləşdirilən möhürlənmiş aparılası seçki
qutusunu;
✓ Aparılası seçki qutusunun kəsiyini möhürləyən möhür (aparılası
seçki qutusu aparılası seçki qutusunun köməyilə səsvermə
bitdikdən sonra möhürlənir).
▸ Seçiciyə yaxınlaşan kimi ondan Gürcüstan vətəndaşlığını təsdiq edən
şəxsiyyət vəsiqəsini və yaxud Gürcüstan vətəndaşlığı pasportunun
təqdim olunmasını xahiş edin;
▸ Seçicinin şəxsi nömrəsini aparılası seçki qutusunun siyahısında mövcud
olan şəxsi nömrə ilə müqayisə edin.
▸ Təqdim olunan şəxsiyyətini təsdiq edən sənədlərdə qeyd olunan
seçicinin qeydiyyat məlumatlarını və aparılası seçki qutusunun
siyahısında olan məlumatların uyğunluğunu yoxlayın.
Nəzərə alın! əgər seçicilərin müvafiq siyahısında Gürcüstan
vətəndaşının şəxsi nömrəsi və cinsiilə birlikdə siyahıda olan
məlumatlarla üçü tam uyğun gəlirsə (adı, soyadı, doğum tarixi, ünvanı)
seçici seçkilərdə iştirak edir.
▸ Aparılası seçki qutusunun siyahısında öz imzanızla seçki bülleteninin
verilməsini təsdiq edin.
Aparılası seçki qutusunu daşıyan
komissiya
üzvlərinin funksiyaları
▸
Seçicidən xahiş edin ki, aparılası seçki qutusunun siyahısında öz
soyadının qarşısında seçki bülleteni almasını öz imzası ilə təsdiq etsin.
Nəzərə alın! Əgər səsvermə prosesində bəlli olsa ki, seçici seçki
siyahısında digər seçicinin soyadının qrafasında imza atıb, bu zaman
seçici soyadının ardınca həmin qrafada imza atmalı. Qeyd olunan
haqqında izahat yazın (seçicinin adını, soyadını və vahid siyahısında
sıra nömrəsini qeyd etməklə).
▸
Seçiciyə qeydiyyatçının imzası və möhürü ilə təsdiq olunmuş seçki
bülleteni verin.
▸
Seçici tərəfindən bülleten doldurulduqdan sonra ona xüsusi zərf verin
və göstərin ki, qatlanmış seçki bülletenini onda yerləşdirsin.
▸
Seçicidən xahiş edin ki, xüsusi zərfi aparılan seçki qutusuna salsın.
▸
Səsvermə başa çatdırıldıqdan sonra aparılası seçki qutusunun kəsiyini
elə möhürləyin ki, möhürü zədələmədən onu açmaq mümkün olmasın.
▸
Aparılası seçki qutusunu saat 20:00-dan gec olmayaraq seçki
məntəqəsinə qaytarın.
▸
Səsvermə binasına qayıtdıqdan sonra Məntəqə seçki komissiyasının
katibinə istifadə olunmamış/korlanmış seçki bülletenləri, xüsusi zərfləri
və komissiya üzvlərinin izahatlarını təhvil verin (mövcud olduğu halda).
Nəzərə alın!
✓
Aparılası seçki qutusu vasitəsi ilə səsvermədə iştirak edən seçiciyə
markirovka tətbiq olunmur.
✓
Fiziki vəziyyətinə görə seçici tərəfindən aparılası seçki qutusu vasitəsilə
səs verildiyi təqdirdə, aparılası seçki qutusu siyahısının “Seçicinin
imzası” qrafasında –aparılası seçki qutusunu daşıyan komissiya üzvü
“Fiziki vəziyyət” adlı qeyd yazır və bunu şəxsi imzası ilə təsdiq edir.
Fiziki vəziyyətinə görə seçicinin (həmçinin seçki bülletenini sərbəst
doldura bilmədikdə) yerinə onun seçdiyi şəxs onun yanında seçki
bülletenini doldurur, xüsusi zərfə yerləşdirir və zərfi seçki qutusuna atır
(o, seçki komissiyasının üzvü, namizəd, seçki subiyektinin nümayəndəsi,
pressa və digər kütləvi informasiya vasitələrinin nümayəndələri və
müşahidəçilərindən başqa).
✓
Əgər aparılası seçki qutusunun möhürünün bütövlüyü pozularsa, bu
barədə dərhal komissiya sədrinə bildirin, səbəbi göstərməklə izahat
tərtib edin və yanında olan şəxslərə imzalatdırın.