VilayəT ƏLİyev heydəR ƏLİyeviN



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix21.07.2018
ölçüsü0,56 Mb.
#57550
1   2   3   4   5   6   7   8   9   ...   19

 

9

ziyafət gecəsində bənzərsiz çıxışını xatırlayıram. İstedadlı aktyor Nəsi- 



[13-14]

 minin   aşağıdakı   sözləri   

ilə   insanları   göylərə ucaltmışdı: 

 

«Düşdü yenə dəli könül gözlərinin xəyalinə,  



Kim nə bilir bu könlümün fikri nədir, xəyali nə?  

Al ilə ala gözlərin aldadı aldı könlümü,  

Alını gör nə al edər, kimsə irişməz alinə...  

Ay ilə gün sücud edər surətini görücəgiz,  

Bu nə cəmalü hüsn olur, səlli-əla cəmalinə.  

Buldu Nəsimi çün səni, keçdi qamudan, ey sənəm,  

Qoydu hərirü ətləsi, girdi əbavü şalinə». 

 

Azərbaycan dili VII-XX əsrlərdə, bəlkə də yeganə dildir ki, dörd dilin ünsiyyətilə qarşılaşmış, qalib 



çıxmış, saysız-hesabsız əlifba islahatlarına məruz qalmışdır. 

[14-15] 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

10

AZƏRBAYCAN DİLİNİN İNKİŞAFINDA 



SÖZ SƏRRAFLARI VƏ TARİXİ 

ŞƏXSİYYƏTLƏRİN ROLU 

 

 «Azərbaycan xalqının dili onun                

                                                                                                                       milli varlığını müəyyən edən  

                                                                                                                          başlıca amillərdəndir» 

                                                                                                                                                 H.Əliyev 

 

H.ƏIiyevin bu məsələ ilə bağlı ayrı-ayrı çıxışlarında söylədiyi fikirlər olduqca maraqlıdır. O, türk 



dünyası yazıçılarının III qurultayında etdiyi tarixi nitqində (6 noyabr 1996-cı il) yazıçı,  şair və söz 

sərraflarının mənəvi sərvətlərimizin, dilimizin qorunmasında, onların təbliğ olunmasındakı xidmətlərinə 

çox böyük qiymət vermiş  və fikrini belə ümumiləşdirmişdir:  «Hər bir xalqın milliliyini, mənəvi 

dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir. Dilimizi isə yaşadan, zənginləşdirən

inkişaf etdirənlər şairlərimiz, yazıçılarımız olmuşdur. Biz, adətən, böyük tariximiz haqqında, xalqımızın 

böyük mədəniyyəti haqqında danışarkən birinci növbədə onların yaratdıqları bədii əsərlərə, şairlərimizin, 

yazıçılarımızın  əsərlərinə istinad edir, bunları nümunə  gətirir və  təbliğ edərək, eyni zamanda, öz 

tariximizi, mədəniyyətimizi təbliğ edirik» (H.ƏIiyev. Ədəbiyyatın yüksək borcu və amalı, Bakı, «Ozan», 

1999, s.388). 

H.ƏIiyevin   bu   mühüm  tezisi   konkret  tarixi şəxslərin yadolunması  anlarında bir qədər də 

[15-


16]

 konkret şəkildə açıqlanır. Onun müdriklik mücəssəməsi, bəşəri ideyalar carçısı, dahi söz ustadı 

M.Füzulinin 500 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsində (08 noyabr 1996-cı il) dediyi müdrik bir 

kəlam olduqca dəyərlidir:  «... M.Füzuli əsərlərinin çox hissəsini türk dilində, bu günkü Azərbaycan 



dilində yazmışdır. Bu, M.Füzulini ondan əvvəl, sonra yaşamış, yaratmış və xalqımıza məxsus olan bir sıra 

şairlərdən, alimlərdən fərqləndirən amildir. Biz Füzulinin «Leyli və  Məcnun» poemasını, onun türk 

dilində yazdığı divanını bu gün də dilimizdə rahat oxuyur, anlayırıq. .... M.Füzulinin ən böyük 

xidmətlərindən biri də öz dövrünün və ondan sonrakı dövrün mürəkkəb proseslərinə baxmayaraq, türk 

dilini, ana dilini (Azərbaycan dilini - V.Ə.)  yaşatmasından, onu yüksəklərə qaldırmasından ibarətdir». 

(H.ƏIiyev. Ədəbiyyatın yüksək borcu və amalı, B., 1999, s.348-349). 

O, fikrini başqa bir nitqində bir qədər də açıqlayır. Onun dahi S.Vurğunun 90 illik yubiley 

gecəsində (06 mart 1997-ci il) söylədiyi nitqində klassiklərimizin dilimizin daha da gözəlləşməsində, 

zənginləşməsində, səlisləşməsində  və  şirinləşməsindəki xidmətlərini xüsusi vurğulayır: «İndiki dilimiz - 

türk dilləri qrupuna məxsus olan Azərbaycan dili türk dillərinin kökündən gələn Azərbaycan dili məhz S. 

Vurğun kimi şəxsiyyətlərin yaradıcılığı  nəticəsində, onların  şerlərinin,  əsərlərinin nəticəsində bu qədər 

gözəlləşib, bu qədər zənginləşib, səlisləşib, şirinləşibdir. Biz bu 

[16-17]


 dilimizlə fəxr edirik və fəxr edə 

bilərik» (Yenə orada, s.363). 

Bir qayda olaraq Azərbaycan tarixindən söhbət gedərkən A.Bakıxanov, Azərbaycan  ədəbiyyatın-

dan söhbət gedərkən Xəqani, Nizami, Füzuli, Nəsimi, Xətai, Vaqif, M.F.Axundov, C.Məmmədquluzadə, 

N.Nərimanov, Sabir, H.Cavid, Aşıq Alı, Aşıq Ələsgər, S.Vurğun, Müşfiq, R.Rza, M.Araz, B.Vahabzadə 

kimi onlarca sənət fədaisi, Azərbaycan incəsənətindən və musiqisindən söhbət gedərkən Ü.Hacıbəyov, 

Q.Qarayev, F.Əmirov, S.Bəhlulzadə yada düşür, Azərbaycan teatrından, elmindən söhbət açarkən neçə-

neçə şəxsiyyətlər sadalanır. Lakin bu bir həqiqətdir ki, Azərbaycan xalqının tarixi, dili, mədəniyyəti, elmi, 

diplomatiyası, fəlsəfəsi və bir sözlə, bütün sahələrdən ümumilikdə söz açılarkən yalnız və yalnız bir 

şəxsiyyət yada düşür - o da H.ƏIiyev kimi qeyri-adi təfəkkürə, məntiqə, nitqə, elmi məlumatlar toplusuna 

malik olan nəhəng bir İnsan! 

H.ƏIiyev Azərbaycan dili, ədəbiyyatı  və  mədəniyyəti ilə bağlı söhbətlərində iki görkəmli  şəxsin 

xidmətlərini çox böyük hörmətlə yad edir: yazıçı-dramaturq M.F.Axundov və yazıçı, dövlət xadimi 

N.Nərimanov. Bu şəxslər, həqiqətən bütün varlıqları ilə xalqına, dilinə bağlı olmuşlar. 

Azərbaycan dili tarixinin əvəzsiz tədqiqatçısı prof. Ə.Dəmirçizadənin təbirincə desək, 



«M.F.Axundov ümumi Şərq xalqlarını, xüsusən azərbaycanlıları maarifləndirmək, yeni mədəniyyət 

aləminə daxil etmək, feodalizm, despotizm və 

[17-18]


  din  əsarətindən xilas etmək uğrunda mübarizə 

apararkən, ictimai ünsiyyətin əvəzsiz vasitəsi -mədəniyyətin forması və ən kəskin silahı olan dili nəzərdən 

qaçırmamış, hətta dil və onun təzahur forması olan yazı (yəni özünün qəbul etdiyi kimi -  «Qrafik dil») 

məsələsi ilə xüsusi məşğul olmuşdur. O, dil və dilçilik məsələləri ilə  həm nəzəri, həm də  əməli surətdə 

məşğul olmuş, əməli əhəmiyyəti olan ən mühüm sahələrə əl atmış və ən xəstə cəhətləri sağaltmağa cidd-

cihd ilə çalışmışdır» (Klassiklərimiz dil və yazı haqqında, B., 1981, s.14). 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə