VilayəT ƏLİyev heydəR ƏLİyeviN



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix21.07.2018
ölçüsü0,56 Mb.
#57550
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

 

22

demisiniz, yoxsa yox, mən Azərbaycan-

[54-55]

  da Atatürk mərkəzi yaratmışam. Çünki Atatürk təkcə 



Anadolu türklərinin deyil, o bizim hamım-zındır. Mən Anadolu türk dilinin nə  qədər ağır vəziyyətdə 

olduğunu bilirdim. Əgər Atatürk dil haqqında qərarlar qəbul etməsəydi,  bu gün belə gözəl Anadolu 

türkcəsi olmazdı. Ona görə də dil, dil, bir də dil... Dlli inkişaf etdirməliyik. Mən demişəm və bu gün də 

deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı 

bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam 

azərbaycanlı olmursan. Elədir, yoxsa yox? Mən bunu sizə ona görə deyirəm ki, dili inkişaf etdirmək 

TÜRKSOY-un əsas vəzifələrlndən biridir. Dilimizi bir-birinə bağlamaq, yaxud da ki, bənzətmək lazım 

deyildir.  Məsələn, türkmənlərin danışığının bir qismini mən başa düşürəm. Amma bir qismini başa 

düşmürəm. Eləcə də siz. Elədirmi? Türkmən və Azərbaycan dilləri bir-birinə daha da yaxındır. Türk dili 

və Azərbaycan dili eyni şeydir» («Azərbaycan» qəzeti, 8 fevral 2003-cü il). 

Azərbaycan dilinə qayğı, onu qorumaq, inkişaf etdirmək, dilimizin keşiyini çəkmək möhtərəm 

prezidentimiz H.ƏIiyevin apardığı dövlət siyasətinin  ən mühüm tərkib hissəsidir. Elə bu günlərdə 

H.ƏIiyev cənablarının Azərbaycan dili ilə bağlı iki mühüm tarixi sənədə - Qanun və Fərmana imza atması 

çox mətləblərdən xəbər verir. Birinci sənəd «Azərbaycan Respublikasında Dövlət dili haqqında» 

Azərbaycan Respublika- 

[55-56]

 sının Qanunu adlanır (Bakı şəhəri, 30 sentyabr 2002-ci il). Uzun müddət 



Milli Məclisdə, mətbuat səhifələrində geniş müzakirə olunan bu Qanun prezidentimizin imzası ilə 

rəsmiləşdi. Üç fəsil, 22 maddədən ibarət olan bu tarixi sənəd - Qanun çox vacib problemin həlli yollarını 

göstərir. Dövlət dili haqqında imzalanan bu Qanunda bəyan edildiyi kimi, «Azərbaycan Respublikası 

Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri 

sayır, onun tətbiqi, qorunması  və inkişaf etdirilməsi qayğısına qalır, Dünya azərbaycanlılarının 

Azərbaycan dili ilə bağlı millimədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır». 

Bu qanun həmçinin «Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Res-

publikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır». 

Möhtərəm prezidentimiz «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan 

Respublikası Qanununun qüvvəyə minməsi ilə  əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək 

məqsədilə 02 yanvar 2003-cü ildə tarixi fərman imzalamışdır. Azərbaycan dilinin tətbiqi, qorunması, 

inkişafı ilə bağlı H.ƏIiyev cənabları öz sözünü dedi. Bütün bunları reallaşdırmaq, həyata keçirmək üçün 

Azərbaycan ziyalıları, dövlət strukturları konkret əməli işlər görməlidirlər. 

Əminəm ki, Dövlət Dil Komissiyası, dövlət orqanları, elm və  təhsil müəssisələri, xalqımızın zi-

yalıları möhtərəm prezidentimiz H.ƏIiyev cənab- 

[56-57]


 larının tapşırıq və tövsiyələrini həyata keçirmək 

üçün var qüvvə ilə çalışacaqlar. H.ƏIiyev cənablarının XXI əsrdə Azərbaycan xalqına yadigar qoymaq 

istədiyi  əvəzsiz ideyalar çoxdur. Bu ideyaların həyata keçirilməsində  əməyi olan hər bir Azərbaycan 

ziyalısına uğurlar arzu edirəm. Atılan hər bir addım, görülən hər bir uğurlu iş möhtərəm prezidentimiz 

H.ƏIiyevin Azərbaycan  ədəbi dilinin inkişafı  və çiçəklənməsi yolunda ən mühüm addım kimi 

qiymətləndirilməlidir. Bu bizim dilimizə, xalqımıza, prezidentimizə  sədaqətin, məhəbbətin rəmzi kimi 

qiymətləndirilə bilər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

23

QAYNAQLAR 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ 



HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN DİLİNİN TƏTBİQİ 

VƏ İNKİŞAFI İLƏ BAĞLI İMZALADIĞI TARİXİ 



FƏRMAN,   QANUN VƏ 

SƏRƏNCAMLAR

 

Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi 



haqqında Azərbaycan Respublikası Prezidentinin 

 

FƏRMANI 



 

Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili 

statusunu almış Azərbaycan dilinin geniş  tətbiq edilməsi və  sərbəst inkişafı üçün münbit zəmin 

yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və  təhriflərin 

nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli  şərait mövcuddur. Dil öz daxili 

qanunları  əsasında inkişaf edirsə  də, onun tədqiq və  tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu 

inkişafın daha sürətli və dolğun olmasına təkan verir. 

Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən 

başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini 

yaşamış, üzləşdiyi problemlərlə qarşılaş- 

[58-59]

  mışdır. O, xalqın  ən ağır günlərində belə onun milli 



mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir.  İnkişaf etmiş  zəngin dil 

mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də, xalqımıza ulu 

babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz-bəbəyi kimi qorumalı, 

daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur. 

Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək 

qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək 

kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqa bir neçə minillik tarix yaşaması lazım gəlir. Azərbaycan 

dilinin bu günkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır. 

Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biri olduğu həqiqətini bir çox xalqların 

görkəmli nümayəndələri də dönə-dönə etiraf etmişlər. Onlar öz əsərlərində bu dili XIX əsrdə Avropada 

geniş yayılmış fransız dili ilə müqayisə edərək, onu Avrasiyanın hər tərəfində  işlənilən bir dil kimi 

yüksək qiymətləndirmişlər. Milyonlarla azərbaycanlının hazırda mədəni inkişaf vasitəsi olan bu dil 

tarixən nəinki Qafqazda yayılmışdır, hətta müəyyən dövrlərdə daha geniş 

[59-60]


 məkanda müxtəlif dilli 

xalqların da istifadə elədikləri ümumi bir dil olmuşdur. 

Neçə-neçə böyük mədəniyyətin yaradıcısı olan xalqımızın tarixi qədər onun dilinin təşəkkülü tarixi 

də olduqca qədimdir. Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışıq dili zəminində  əmələ  gəlib 

şifahi ədəbi dilə çevrilənədək və sonradan bu əsasda Azərbaycan ədəbi dilinin yazılı qolu təşəkkül tapana 

qədər yüz illər boyunca mürəkkəb bir yol keçmişdir. 

Qədim və zəngin tarixə malik türk dil ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi 

miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu 

dil IV-V əsrlərdən etibarən ümumxalq danışıq dili kimi fəaliyyət göstərməyə başlamışdır. Dilimizin 

özəyini ta qədimlərdən Azərbaycan torpaqlarındakı türk əsilli boyların və soyların dili təşkil etmişdir. 

Azərbaycan dili dialekt və  şivələrinin geniş Avrasiya məkanına yayılan türk xalqlarının az qala 

bütün dil xüsusiyyətlərini əks etdirəcək qədər rəngarəng olmasının da başlıca səbəbi ta qədimlərdən bu 

torpaqlarda etnik baxımdan eyni köklü türk etnoslarının mövcud olmasıdır.  Şifahi  şəkildə yayılan ilkin 

ədəbiyyat nümunələri - dastanlar, nağıllar, bayatılar, laylalar və sair Azərbay- 

[60-61]

 can şifahi  ədəbi 



dilinin erkən formalaşması və təkamülü zərurətini yaratmışdır. 

Azərbaycan  ədəbi dilinin yazılı qolu da əlverişli tarixi şəraitdə ümumxalq dili əsasında təşəkkül 

tapmışdır. Xalq şifahi şəkildə yaratdıqlarını əbədiləşdirmək üçün sonradan onları yazıya köçürmüşdür. Bu 

prosesin də yazı dilinin təşəkkülü və sabitləşməsində böyük əhəmiyyəti olmuşdur. Bu baxımdan "Kitabi-

Dədə Qorqud" eposu olduqca səciyyəvidir. Abidənin bədii dilinin özünəməxsus səlisliyi bir daha göstərir 

ki, "Kitabi-Dədə Qorqud"un meydana çıxa bilməsi üçün Azərbaycan dili böyük tarixi - ədəbi hazırlıq 

mərhələsi keçməli idi. 

Qaynağını uzaq keçmişdən alan Azərbaycan dilinin ilk və  ən qədim yazılı nümunələri günümü-

zədək gəlib çatmasa belə, ölkəmizin  ərazisində  qədim  əlifbaların varlığı, həmçinin yazı dilimizin bədii 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə