6
M
əntiq
Bu cür tapşırıqlar göstəricilər və çıxarılası nəticələr baxımından bir-birindən fərqlənir. Buna görə
d
ə hər tapşırığı müşayiət edən suala xüsusi diqqət yetirin və verilən variantlardan müvafiq cavabı
seçin.
Göst
əricilərin çertyoj formasında əks etdirilməsi bəzi suala cavab verilməsini asanlaşdırır.
11.
İncəsənət muzeyinin kvadrat formalı salonunda müxtəlif divarlardan dörd müxtəlif rəssamın –
Sezanın, Modilyaninin, Riveranın və Şaqalın əsərlərini asdılar. Hər rəssamın hər bir əsəri eyni
materialdan – birininki pastell
ə, o birininki – akvarellə, birininki – yağlı boya ilə, birininki isə qrafitlə -
ç
əkilmişdir. Bundan əlavə, məlumdur ki:
•
Riveranın əsərləri olan divar qrafitlə çəkilmiş əsərlər asılmış divarla həmsərhəddir.
•
Şaqalın əsərləri olan divar bir tərəfdən Sezanın əsərləri asılmış divarla, digər tərəfdən
akvarell
ə çəkilmiş əsərlər asılmış divarla həmsərhəddir.
•
Şaqalın əsərləri pastellə çəkilməmiş, Riveranın əsərləri isə akvarellə çəkilməmişdir.
Hansı rəssamın əsərinin hansı materialla çəkildiyi aşağıdakılardan hansı sətirdə düzgün
göst
ərilmişdir?
Pastel
Akvarel
Yağ
Qrafit
(a)
Sezan
Modilyani
Rivera
Şaqal
(b)
Rivera
Sezan
Şaqal
Modilyani
(c)
Modilyani
Sezan
Şaqal
Rivera
(ç)
Rivera
Modilyani
Şaqal
Sezan
(d)
Modilyani
Şaqal
Rivera
Sezan
12.
Dörd cüml
ə verilmişdir:
I. Bu meşədəki bütün həmişəyaşıl bitkilər iynəyarpaqlıdır.
II. Bu meşədəki kol tipli bütün bitkilər iynəyarpaqlıdır.
III. Bu meşədəki bülbül yalnız kol tipli bitkilərin üstündə yuva qurur.
IV. Bu meşədə bülbül bəzi həmişəyaşıl bitkilərin üstündə yuva qurur.
Bu meşədə bəzi həmişəyaşıl bitkinin kol tipinə məxsus olduğunu dəqiq müəyyən etmək üçün
sadalananlardan hansı cümlələri rəhbər tutmalıyıq.
Bu n
əticəni çıxarmaq üçün:
(a) I, II v
ə III cümlələr kifayətdir.
(b) II v
ə III cümlələr kifayətdir.
(c) III v
ə IV cümlələr kifayətdir.
(ç) Cüml
ənin dördü də vacibdir.
(d) Birlikd
ə cümlənin dördü də kifayət deyildir.
7
13.
Xüsusi xarici dil kursunu bitirdikd
ən sonra sertifikat almaq üçün məzunların yalnız bir qismi
imtahandan keçdi. İmtahan komissiyasının üzvlərinin ehtimalına görə yalnız kursu müvəffəqiyyətlə
bitir
ənlər və öz biliyinə əmin olanlar imtahandan keçdilər.
Aşağıda sadalananlardan komissiya üzvlərinin ehtimalını hansı şübhə altında qoyur?
(a) Xarici dil sertifikatı məzunların işlə təmin edilməsi üçün maraqlı imkanlar yaradır, buna görə də
özünü uğurlu sayanlar vaxtında sertifikat almağa cəhd göstərirdilər.
(b) Müv
əffəqiyyət qazanmış məzunlara imtahandan keçmək üçün xüsusi hazırlıq dövrü lazım deyildi,
çünki imtahan verm
ək üçün zəruri materialı əsaslı surətdə mənimsəmişdilər.
(c) İmtahanın qiyməti kifayət qədər yüksək idi və məzunlar özlərinə ancaq o zaman imtahandan
keçm
ək hüququ verirdilər ki, imtahandan təkrarən keçmək lazım gəlməyəcəyini bilirdilər.
(ç) İmtahan komissiyasının üzvləri kursun iştirakçılarına xarici dili özləri öyrədirdilər
və buna müvafiq
olar
aq onların hər birinin biliyini və imkanlarını düzgün qiymətləndirirdilər.
(d) İmtahandan keçmiş məzunlar işi itirmək təhlükəsi qarşısında idilər, sertifikat isə işi saxlamaq üçün
z
əruri şərt idi.
14.
Tea v
ə Beso mülahizə edirlər:
Tea: Göründüyü kimi, bu gün Batumid
ə hava yaxşıdır.
Beso: Niy
ə belə düşünürsən?
Tea: Bilir
əm ki, ya bu gün Batumidə hava yaxşıdır, ya da dünən Çoxatauridə yağış yağmışdır – bu
ikisind
ən biri olmuşdur.
Beso: Axı, nə üçün Batumidə həqiqətən yaxşı hava olduğunu düşünürsən?
Tea: Ona gör
ə ki, əgər dünən Çoxatauridə yağış yağırdısa, Anna artıq oradan gəlmiş olacaqdır.
D
əlillərinin inandırıcı olması üçün Tea aşağıda sadalananlardan hansı sübutu əlavə etməlidir?
(a) Dün
ən Çoxatauridə yağış yağmışdır.
(b) Anna artıq Çoxatauridən gəlmişdir.
(c) Anna h
ələ Çoxatauridən gəlməmişdir.
(ç) Dün
ən Çoxatauridə yağış yağmış və Anna oradan gəlmişdir.
(d) Dün
ən Çoxatauridə yağış yağmış yaxud Anna oradan gəlməmişdir.
8
Oxunmuş mətnin düşünülməsi
M
ətni diqqətlə oxuyun və düşünün. Hər sualın ehtimal olunan cavabından verilən mətn üzrə düzgün
olan variantı seçin.
“Palatso vekio” XIII
əsrdən Florensiya hökumətinin iqamətgahıdır. Buradakı iclas salonunun bir
divarında 1503-1506-cı illərdə Leonardo Da Vinçi Angiar vuruşmasından bir epizodu əks etdirmişdir.
Xeyli sonra bu freska yoxa çıxmışdır. 1555-1572-ci illərdə məşhur rəssam və memar Corco Vazari bu
salonun yenid
ən qurulmasına rəhbərlik etmişdir. Leonardonun şah ehtimala görə məhz həmin dövrdə
yoxa çıxmışdır. 35 ildən artıqdır ki, Leonardonun şah əsərini tapmaq florensiyalı tədqiqatçı Mauritsio
Searçini daim narahat ed
ən ideyaya çevrilmişdir. O, əsərin iclas salonunun şərq divarında, Corco
Vazarinin “Marçiano vuruşması” əks etdirilmiş divarda olduğunu güman edir. Vazarinin freskasının
sağ tərəfində əks etdirilmiş ata minmiş, Leonardo Da Vinçiyə çox oxşayan kişi bu ehtimalı daha da
gücl
əndirir. Onun baxışları aşağı zillənmişdir. Bəlkə Vazari onun əsərinin altında Leonardonun rəsmi
olduğuna işarə edir?
Seraçini demişdir ki, Vazarinin freskası olan divarın arxasında daha bir divar vardır. Ehtimala görə
burada Leonardonun freskası çəkilmişdir, onların arasında isə boşluq – 10-dan 16 millimetrədək eni
olan dar kamera vardır. Bunun Leonardonun freskasını qorumaq üçün Vazarinin özü tərəfindən
tikildiyi
istisna deyildir. Salonun divarlarının tədqiqini planlaşdırmaq üçün komissiya yaradıldı. Başlıca
m
əsələ neytron aktivasiya vasitəsilə 1503-1506-cı illərdə istifadə olunmuş rəngin piqmentlərinin
mövcudluğunu təsdiq etmək idi.
Seraçini İtaliyanın Nüvə Energetikası Agentliyinin və Amerika alimlərinin köməyi ilə xüsusi
t
ədqiqat qurğusu yaratdı, ancaq 2011-ci ilin martında Yaponiyadakı Fukuşima atom elektrik
stansiyasında nüvə reaktorunun fəlakətinə səbəb olmuş sunamidən sonra nüvə texnologiyalarına qarşı
b
ədbin münasibət yarandı. Belə ki, neytron aktivasiyası aparatlarının artıq hazır olduğu bir zamanda
Seraçiniy
ə tədqiqatı davam etdirməkdən imtina etdilər.
Tezlikl
ə Seraçininin rəhbərliyi altında yeni üsulla – endoskopik zondlaşdırma ilə tədqiqata başlandı.
Vazarinin freskasına çatmaq üçün rəsmin artıq mövcud olan çatlarında altı kəsik açıldı. Tibb tipli
miniatür zond yalnız bir çatdan daxili divara çatdı. Seraçini əyar götürə bildi. Orada qara və küləş
r
əngli boyalar, həmçinin rəssamların boyaları qorumaq üçün istifadə etdikləri qırmızı lak tapdılar. Lak
adi divara ç
əkilməzdi – orada hökmən rəsm olmalı idi. Kimyəvi analiz nəticəsində müəyyən edildi ki,
qara piqment Leonardonun “Cokonda”nı yaratmaq üçün istifadə etdiyi piqmentə uyğun gəlir.
Bir çox aliml
ər Seraçininin tədqiqatına şübhə ilə yanaşırlar. Ona görə Vazarinin freskası üçün də
t
əhlükə yaranmışdır. Florensiyanın meri Mateo Rents əmindir ki, müasir texnologiyalar həm
Leonardonun h
əm də Vazarinin freskalarından ləzzət almağa imkan verəcəkdir. Rents demişdir: “Biz
v
əhşi deyilik, biz sadəcə olaraq incəsənət tarixinin bu sirrini açmaqdan qorxmuruq. Ancaq əgər seçim
ets
əydik, üstünlüyü Leonardoya verərdim”. Seraçini də beş əsr ərzində ətraf mühitin təsirindən,
vandalizmind
ən və bərpaya uğursuz cəhdlərdən mühafizə olunmuş “Angiar vuruşması”nı tapacağına
ümidini itirmir”