42
38
Anladığım; anlarımda,
yaranışsan- yaşayışsan
Ay, Öz
-A...y, Öz, kiminki sən?
....................... kimsən?!
səndə; nədir böylə, çəkiş - bərkiş!
... kamal üzrə doğuluşda; hə...r zad..., hər iş!
gah min mavi, ... və səmavi,
ulduzluqsan; yaz niyazlı
gah bir yaşıl yaraşıqsan, daşqın- şaşqın
gah bir incə tərənnümsən, “sarı köynək”
... və gahda bir talaz duyğu, uyğu- uyğu
bəzən; mənzum
bəzən; mənsur
şüurlanmış şura bənzər, yetmən yeriş
hüzurlanmış eşqə doğru çıxış, və...və,
- sığmamadan bir qiyasa;
baxışları yetirərkən, ucalıqlar üzərində,
yerişləri basdırırsan, addımının güzərində.
43
39
Səni ərkək düşünənlər;
quldurlardır şah sənəmim!
özlərinə çıxanlarda;
özlərindən çıxanlardır şah qəribim!
güzgülərdə başlandıqca;
düzgün çağla, gülüşləri
....qoru, sağlam yerişləri
əl qat; bizdə dənizləndir, baxışları
dəyərləndir; fikirlərdə, çaxışları
sən, bir yeni söz ver bizə
biz, min mə`na alaq ondan
sən, bir yeni dünya yarad
biz, min a`ləm salaq ondan
aç uğruma öz bağrını,
ellərinə düçar olum
səni, artıq; öyrənməyə
.... yaşamağa, naçar olum
qollarını hör boynuma,
düyün düşüm varlığınla
kilid- kilid, qifillanım ellərinə
dillərinə, açar olum.
44
40
Söykən, könül dağlarıma
varıl, vurğun çağlarıma
bir atımlıq;
göstərişlər, şövqü, məndə
bir tutumluq;
kəşməkəşlər zövqü, səndə
e...y Yar, bu var;
diyar - diyar, cahan - cahan,
özəlliklər xərmənindən,
mənə, doğru,
sənə, doğru,
yollanırlar
gözəlliklər, bu gülşəndə
qəzəl- qəzəl, divan- divan,
damağlarda, ballanırlar
................... hüzurlarda, hallanırlar
söykən, könül dağlarıma,
...varıl, vurğun çağlarıma.
45
41
Özlərinin heyranıyam!
nə çaylar ki; dolandıqca nur yolunu,
yaşayışa yol açmışlar
nə yollar ki; sonsuzluqdan, sınırlara, qol açmışlar
Gözlərinin heyranıyam!
nə atəşli ulduzlarki, yamsılanır dünyasında
nə günəşli gündüzlərki, nəqş olunur mi`ynasında
Özlərinin heyranıyam!
nə sevdalı əsrəklər ki, baş verərlər, ayılmazlar
nə dünyalı aşıqlar ki, yanmaqdan bir ovunmazlar
o atəşlər.......... o günəşlər,
o vurğunlar... o yılmazlar,
ətəşdən bir ayrılmazlar
Közlərinin heyranıyam!
çay...lar, yol...lar
el...lər, göz...lər, birər- birər,
eşqli köz
....... ellikdə, öz.
46
42
Öz, közünə tapşırıldım,
alazlanıb pak, unuddum özlüyümü
Öz, gözünə tapşırıldım,
dərinləşib, pak dərildim yadlığımdan
Öz, özünə tapşırıldım,
ürəklənib, ürək- ürək
pak; döyündüm,
Eşqi; aydın - yetmən - ayıq
xəlvətinə, oldum tanıq
gözlərini, aç üzümə,
varıl, açıq gündüzümə
hər hissimdə, min yerin var
min, al- verin
...oxu məni, çeşid- çeşid
min bir; sorğum!
birim, yanıt!
min birimdən, birin eşit.
47
43
Bir ağız; gəl, mə`nalanım,
- pərdə - pərdə -
dünyalanım
sınırları aşım
daşım, qiblə- qiblə
hə....r çıxışım; bir qəbi`lə
bir ağız; qal,
kirdarlanıb halı,
a`lı, anlar alım
bir ağız; gül,
gülşən- gülşən, açım səni
bir ağız; uç,
qanad- qanad, köçüm səni,
divanıma
bi...r, ağız aç!
bə he...y, za`lım
istəmirəm bağlı qalım.
48
44
Bu gün; məndə bir həvəs var,
yaz yaşıdlı,
güz boyalı
daha, yetmən,
daha, a`lı
bu gün; məndə bir nəfəs var,
həm, buralı,
həm, oralı, mohtəvalı
içimdəki niyaz; bu gün,
utanqac, eşq
körpə, gülüş
... və muradım;
hər nəsnədə,bir ittifaq!
yaşayırlar, susuz - susuz,
bu günləri
....açacaqlar,məndə düşən, düyünləri.
49
45
Qaldır məni dodağına,
fərəhinlə ayaq olum
saldır məni ayağına,
gülüşünə, dodaq olum
səndə, gəlim; əsrək- əsrək
səni, gəzim; göyçək- göyçək
ipək gülüş yanağına,
yaşmaq olum
əllərini alma məndən;
ki ayaqdan düşər, sevgi
gözlərini dərmə məndən;
ki damaqdan düşər, ətəş
nəfəsini kəsmə məndən;
ki ocaqdan düşər, atəş
...və qucaqdan düşər; yetmən halda bir, eşq.
Aman, eşqim;
yaman kökdə, qazanmışam onları, mən
hər birisi, umman - umman,
nişanlardır, mənliyimdən.
50
46
Istəmirəm, ölüm səni,
çünkü ölüm; ço...x, kiçikdir,
baş qovzasın səndən, canım
- ölmüşlərim, gümanlarda
... xətalarda, quylanmışdır
istəmirəm ölüm səni,
bir halda ki; var
san verir, göz önündə
alay- alay
dalğa- dalğa
bir halda ki; əbədiyyət divanında, varsan;
vurur hər ləhzənin üstə, damğa
eşqim... eşqim;
bunu bil ki: hə...r bir halda,
sən evliyəm
ölsəm; yəqin, səni ölləm.
51
47
Altı yönlü; əbədi bir yaşam, alıb
dəniz- dəniz, qollarına qatıb məni
- eşqə doğru, öz xabına, axmadadır.
yaşasamda bu günədək qurbətimi,
yollarının yöndəmini,
- kanlarının köndəmini,
ərdəmimcə öyrənmişəm
...aldıqlarım; çox önəmli bir, al- veriş
saldıqlarım, əngin bir iş
tapdıqlarım, dərinliklər ovcundadır
ucalıqlar, ovcundadır
varlığına, mən varılmış bir, var
bir us - bir dil, sevgim
... və eşqinə, mən
sarılmış bir eşəqə, sevgim
sevgim; qabaq açsan, hörünərəm
yaz niyazlı butaqları
dodaq qoysan, bir ney kimi:
çalınaram, dodaqları.
52
48
Nur qanadlı dövranların boy hasılı,
törənişin xəmirəsi
.... yaranışın can şirəsi,
birlik- uyuşma- ittihad
tifaqlardan; mən
doğulmuş bir, ittifaq
- neçə qatlı-
hər qatımda; milyardlar il yatımda
həyatımda, bir atımlıq
........və tutumlu alımım var,
neçə qatlı!
[ on birlikdə; altı yönlü, beş havasım
üç sevdalı, dörd bir çağım
halım - qalım... və xəyalım,
başqa bölgü]
dodağına tapşırılsam;
oxunaram, ülgü- ülgü .
53
49
Aldığımdan çox istirəm,
çox, ço...x!
ürək dartınmada; istəklənir,
əllərindən, böyük- böyük,
nəmər alsın
hər bir yerdə,
hər bir çağda,
yiyələnsin; hər bir zadı,
hər bir anı
zamansızlıq yaşamına yanı;
ayıq- sayıq- yayıq, tanıq olsun
yaranışın- törənişin, dörd bir yanı,
məzaqıma, qanıq versin
aldığımdan çox, istirəm,
pardaqlanım yaşamında, yaşıl yazı
bardaqlanım eşqi- nazı,
ayqın - sayxın
........ gözlərinlə, ürəyinlə, lap müv`azı.
54
50
Bu yaşayış; dola bilər yaşamına,
ola bilsə başarığım
aça bilsəm əllərindən, düyünləri
sınanılsam, sinə- sinə, fərəhlərdə
dalğalannam qədəhlərdə, bu günləri,
ola bilsə başarığım
gözəlliklər, pöhrə verər yaşamımda
fərəh eli- qədəh seli,
ola bilər, yaranışdan yaşıl- yaşıl, söz alsınlar
göyçəkliyi, gözəlliklər ətəyində bitirməyə,
yaranışı, səa`dətə yetirməyə,
insanların kürəyinə, əl çalsınlar
ola bilsə başarığım; olacaqlar, olacaqlar,
bu gedişdə, mənlə ayaq
bu yaşayış dola bilsə yaşamına
gülə bilər, mən gülməmiş,
....... məndən qabaq.
55
51
Güvənirəm ölkələnmiş o kəndimə;
bağlarında, ucalıq var
- dağlarında, yarğan döşlü aynalıqlar
Hə...r bir bitki - hə...r bir çiçək,
ürək- ürək, göyçək- göyçək,
səni gülür
........ anlaq içrə ürək yerim, oradandır
əyilirəm dünyalanmış,
o ölkəyə o könülə - o fikrə
kim: sevgim; orda daha üstün, bir aşıqdır
istəkləri yaranmaqda, diləkləri dolanmaqda,
iş- güc ilə, dolaşıqdır
zamansızlıq uzayında, çox, al - verim; oradandır
güvənirəm; o dünyaya- o mə`naya,
yaşayışa, yaranışdır
yaranışa, yaraşıqdır
mənim sevgim;
həm, eşqdir, həm, aşiqdir.
56
52
Yüyənsizlər ürəyindən, qıraqdayam
çevrəmdəki; o dumanlı gümanlardan,
uzaqdayam,...çox uzaqda
döş ver, döşən döşlərimə,
düşüncəmi suvar, sonsuz talaşınla
gözlərimi ayıq saxla, qatlanmayım dumanlara
o çəlişki cəryanlarda, arman yoxdur,
bitər çordur; darma- dağın dərddir, ona dərman yoxdur
- bu günə dək -
gülüşsüzlük dodağını yaşasamda, könlüm toxdur
yaşa könlüm; barlandığım istəkləri
varlandığım diləkləri
yersizlərin, yerli elə bizim yerdə
gülüşünü ək;hüzünlü dodaqlara,gülşənlənsin bizim,eldə
kirdarıma əl qat, ağır yollarına ayaq olum
gözlərimi, ayıq saxla;
gülüşsüzlər ravağında, çirağ olum
vətənlənim gülüşünü yanaqlarda
bar gətirim dodaqlarda.
57
53
Kamalını; ləhzə- ləhzə, kəlmə- kəlmə,
aynalayan aynalıqlar; anlarıma, anlam paylar
həyatımda, onlar yerir
hər birisi, mənə deyir
gözlərində, yerim vardır!
Ey, Yar...E...y, yar; səndən sarı; hər biriylə,
böyük bir, al- verim vardır
Ay Can, A...y Can; gir, uyğuma; menamlarım;
gör neyləyir, gözlərinlə, öpüşlərin dodağında!
gir, duyğuma; mə`naların, gör neyləyir, közlərimlə,
ocaqların qucağında!
gir, könlümə; dünyaların, gör neyləyir özlərinlə,
ətəşlərin - a`təşlərin, caynağında!
Ay, Öz...A...y, öz; gözüm görən, közüm alan,
aramızda, ittifaqca var bir ara
- bu aranın; bir üzü, ağ - biri, qara
bu aranı, özün tala.
58
54
Ehsasımın məktəbində;
bu, gəlişin dönüşünü,
sorğulanmış keçmişində, oxuyuram
naçar uyar yöndəmimi;
yönlərinlə toxuyuram, bir qılıqda, görürsənmı?
nütfə içrə, nitqə gəlir, hər bir nüktəm
səndən sarı, sönüklərim alazlanır
alazlarım, talazlanır
.... içim yanır,
birim qalır, üçüm yanır, görürsənmı?
hər nüktəmdə niyazlanmış alazları, susuz- susuz,!
hopur şirin görüşlərdə, səndən sarı
sən, yaşayış- sən, dirilik; bütün xalqa
yayılmısan hər bir yerdə, ilik- ilik, halqa- halqa
bərəkətsən, hər bir şeydə
hərəkətsən, nayda- neydə
çevrilişsən, mövdə- meydə.
59
55
Dildən düşməz sevimlərim,
dönüm- dönüm, davranışlı anlarına,
....... dövrüşünlü dönüşünə,
alımının, alınmazın çərxişinə
hə....r, nəyinə,
- hə....r, işinə, vurğun; eşqəm
sonsuz uğurlar, varına,
saysız udumlar, barına,
.......inamımı iyma`layan çağlarında,
- menamımı mə`nalayan bağlarında,
günəş kimi, gözüm vardır
yaz ağzında, niyazlanmış,
boğazında boğazlanmış,
istəklərim, sayğı, üstə
oymaq- oymaq, ürək- ürək,
özlərinə; sözüm, vardır.
60
56
Yazlan daha; yazlanmamış yazlarımı
güllən daha... güllənməmiş çağlarımı
............. dillənməmiş sözlərini başla,
başldn,
başlanış ol, hər bir şeyə
sən; başa- baş; davranışsan,
meyə,... neyə
barlan; məndə - bunda - onda,
kamalını- şüurunu
.......... inkişaf ol, hər bir şeyə
barlan, pakır Məryəmlərdə; hüzurunu
barlan, şirin Leylalarda,
Məcnunlanmış can şurunu
tavanları, kamallandır,
şabaş elə, öz zatına
cahan- cahan canı; cala,
canlı - cansız, həyatına
..................... qurban kəsim, xeyratına.
61
57
Səni duyan,
handan; dərin duyğulardır
və ləms edən candan, hər an, axtarışlar
- bunda, onda ...və onlarda -
itdiklərin- bitdiklərin, bir gerçəkdir
... inan, eşqim;
gözlərimdən yaxın, məni toxunursan,
- hər hissimdə, arı- duru
olduğun tək, oxunursan,
aman, eşqim;
qoyma qalım; quru- quru
qalın- qalın
mənlə, yaşıl- yaşıl, danış
sən, mənliyim,
sən, isbatım
sonsuz eşqim və həyatım,
qurbətimdə; sənlə, tanış.
62
58
Sən özünü danışırsan, hər bir zaman
ancaq; gözlər qaçar,
yadlar uçar, çar- çar!
hay- həşirli, başı qallar, almır səni !
duyursa; bir çox az, çoxu, qalmır səni
əyləş...
əyləş, hüzurlanmış ürəklərdə
əyləş...
əyləş, buluğlanmış bəbəklərdə
qal onları, zaman- zaman
sən, özünü danışırsan hə...r bir şeydə,
yetmən halda, yeyin- yeyin
çıxar istir, alsın beyin
yerişini öz kəndində; kimi duyur!
Görüşünü; menam bilir, kimi uyur.
63
59
Tapıldıqca tapmacalar,
sorğularım lap acalar
... sən, qonursan əbədlikdən əbədliyə
mən dönürəm, yaza....... qışa
müridlənmiş muradımda, nəhadlanmış təzaddimsan
çəlişmələr uyumunda, məndə dönmə qışa,
yaşa; ilhamlanmış fəryadları
sazlar teli, qəribsəmiş sözlərimə,
oxu, Əsli Kərəmimdən
toxu, tel- tel, məni kökdən, Şah sənəmim,
......Şah qəribim
məndən dönmə,
mən; şəklini minlər üzdə itirsəmdə,
ürəyimdə yetirmişəm..... kitablarda bitirmişəm
... mən; alımlar tavanıyam
məndə yatan Nuh tufanı, tüğyanları, yollandırır
...... dallayıban küləkləri, Zərduştlər həmdastanı
muğamatlar, Muğanıyam.
64
60
Mənsiz kimsən!?
....-yayıq bir, var
adət üzrə, bir doğulmuş
yarı; yaz .... yay
yarı; güz .... qış
sənsiz kiməm?!
- Özdən, soruş?
....-zəmirimdə; nə zəmirəm, nədə bir ad
zamanlara, qat verməzin, feُ ləm
- yoxsa -
ayıq- sayıq - aşiq, vücud
........... varlıq içrə, öz zəmirim
saz ağzında, yaz əynində;
eşqə doğru, boğazlanmış Məza`mirim
kəşməkəşli can ətəşim,
alaz - alaz, bir talazdır
alacağım- olacağım, səndə
- sürgün -
yönlərinlə, lap tarazdır.
Yazı tarixi : 2001/04/13 - 2001/06/27
����������������������������������������������������
�����������������������
���������������������������������������������������������������������������������
�����������������������������������������������������
Dostları ilə paylaş: |