9
5
Oraları; buralarda, ayaq tutmuş,
öz kəndini, pak unudmuş,
buralıyam... oralıyam!
süd yolumla açılmazın dönərgəmdə, həyat boyu
olduğuma mə'na verir
eşqə doğru; dövlətinə düçaram, mən
ulduzlarım, canlatdıqca, məni ; anlar
və ravanlar
onlar, məndə yol gedənlər
yer, edənlər
mən, onların gülüşlənmiş şövkəsiyəm
... xan günəşin; ətəşinin, meyvəsiyəm
buralıyam, ......oralıyam.
varlıq boyu, hamısından var alıram
tam hüzuru; kamalımca daşımağa,
naçaram; mən
bu qundaqda,
qıfıllanmış açaram; mən.
10
6
Yağ ay günəş;
bütün zülmət yollarına, gülüş payla
- tarla - tarla - məni, hayla,
gündüzümü mən, doğuldum; səndə, doğul
təbim qədər mən yazlandım; səndə, nazlan
ətəşimcə mən, barlandım
səndə, mənə kimliyindən zumar yetir
kirdarlanım səni, düzgün
yellərinə bürü, məni
varlıq deyə, sürü məni
daşlandıqca bir daşınım, oraları, buralarda
bir daşıyım səni, üzgün
yağ ay günəş
zülmətimi oda çəkib yandıraram, sənin kimi
.... yağ , ətək vur közlərimə,
- xərmən - xərmən -
mən; olum, sən .
11
7
Ay can,..... Ay tən,
sənsən, mənim gür ocağım
sənə baxır olacağım
bax; qarşımdan
çıx; qaşımdan
nəfəsini sal canıma, yorulmayım
da, qalmayım talaşımdan
atıl - qatıl, burulğanlı qatlarıma
bu salınan qırmanlardan, qopar, məni
salim; sa`lım hüzurumu,
o gedərgi yollarında, sultanlıqlar sarayına
son qoyduqca torpaqlanmış qaydalara
menamlarım, mə`na tapsın qollarında
... və uğrunda, əkim- biçim, şüurumu,
sən yaşıdlı, yaşa dönüm
calandıqca baydalara; ayaqlaşım,
könül- könül, diləklərlə
ayıq- sayıq, başa, dönüm.
12
8
Sən, minlər il; sınırları aşıb,
mənə, tanışlıqdan söz açmısan
mən, minlər il; qırmanları danışmışam, öz kəndimdə
sən, minlər il; ışıq saçıb,
gözlərimi korluqlardan, qurtarmısan
mən, minlər il toplanmışam duyğuları
tapdıqlarım, döşənmişdir düşünəcək ayağına
çıxarımı artıq sına!
səndən qalxan; susuzluqlar ğələyanı,
volkanların boğazında
məndən axan; ətəşlərin cərəyanı,
danışıqda, yaz ağzında
səndən saçan; tellər nuru, yaranışın ravağında
məndə uçan; ellər, duru tərənnümlər dodağında
sən, ışıqda
mən, ışıqda
........................... çıxarımı artıq sına!
sınaqlardan çıxanmasam; onda, qına.
13
9
Çiçəklənmiş bu günlərim,
qoşulduqca var çayına
baxımlarım ətək açır,
sınırsızlıq sarayına
bu gün daha:
matdır məndə, lat la mənat
lütdür məndə, cövhərlə zat
indi, daha:
görüşümün ittifaqı, ölçüb,
biçir gülüşünün, en- boyunu
............ və oxuyur, boy- soyunu,
gələcəkdə
bu günlərdə: yarandıqca, arı - duru
- and içirəm, malik mənəm; gələcəyə
gələ- gələ
mənliyimə qənim; mənəm mənəmliklər
........................................... bunla belə!!
14
10
Gündüzləri; can gözündə daşımaqla,
günəşi; öz kirdarımla, yaşayıram
Günəş; kimdir?
səndə - onda, ... və onlarda
duru- diri- dərin, A`təş
onlar; kimdir?
nur qanadlı;
yetmiş- yetmiş, milyard illik,
boyum- soyum
səndə; ayıq- sayıq- isti,
ətəş boylu, bağlı bir eşq
qazandığım, o zinəqdən, əzizlikdir
.... dənizliyin; bir bəhridə, təmizlikdir
- eşqim-
bu gün, öz içimdə tapdanırsam,
şəpə- şəpə, sancı- sancı
- varlığımdan, bir istəkdir
əllərimdən, almaq olmaz bu qazancı.
15
11
Canəm!
canım- ətim - qanım,
səndə əziz tutub şanım,
bir cocuq tək, əzdir məni
göz dikdiyim qollarında;
butaq- butaq, gəzdir məni
məndə; boylu istəklərin zəncirəsi,
paxla- paxla
Dönərgəmi, eşqin yaşıl qulluğunda,
ayıq saxla
- boy ver, uca istəyimə
qoşa bilsəm can səsini, nəfəsinə,
qopacağam; gözə- gözə, özlüyümdən
dadacağam, görüşündən
ləhzələrim; bar verəcək, öpüşündə
- bahar - bahar -
olacağam gülüşündən.
Dostları ilə paylaş: |