Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə7/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   51

23
səmərəli bir əhvali-ruhiyyə əldə edər.  Allah övliyalarının göz
yaşları,  Əbu-həmzə duası və digər münacatlar yalnız uyğun
diqqət nəticəsində müyəssərdir. Bir zərrə diqqət həmin nalələrə
qapı aça bilər. 
Bəli,  bu gün dərdli olmamağımızın səbəbi qarşıdakı
təhlükələrə diqqətsizliyimizdir.  Əgər insan düşünsə ki,  dünya
həyatı fəzada qalmaq kimidir və aşağıda nəfs istəklərindən
şö’lələnmiş alov yanır, bu alova düşməmək üçün qəlbini nəyəsə
bağlayar, əl atıb nədənsə yapışar. Diqqətli insanda belə bir hal
yaranır. Bu halda olan insan üçün ən zəruri iş Allahın ipindən
yapışmaqdır.  Qur’ani-kərim və Əhli-beyt  (ə)  bu kədərli halı
müxtəlif şəkillərdə bəyan etmiş və onun çarəsini göstərmişlər.
Bəli,  təhlükələrdən xilas olmaq üçün möhkəm  ilahi ipdən
yapışmaq lazımdır. 
“Bəqərə”  surəsinin  256-cı ayəsindəki  “urvə”  kəlməsi dəstək
mə’nasını daşıyır.  İnsanın yıxılmamaq üçün yapışdığı yer
“urvə” adlanır. Müxtəlif qabların, kuzələrin qulpuna da “urvə”
deyirlər. Amma insan təhlükə zamanı hər şeydən yox, möhkəm
bir şeydən yapışmaq istəyir.  Bu möhkəmliyi ayədəki  “vusqa”
kəlməsi ifadə edir.  İnsan süquta uğramamaq üçün ən e’tibarlı
hesab etdiyi şeyə əl atır.  Bu,  onun fitri ehtiyacıdır.  Diqqətli
insan bu ehtiyacı hiss edir və təhlükədən qurtarmaq üçün daim
axtarışda olur.  Allah-təala insana xəbərdarlıq edərək buyurur:
“Allahdan başqasını dost tutanlar yuva qurmuş hörümçəyə
bənzəyirlər. Şübhəsiz ki, evlərin ən zəifi hörümçək yuvasıdır.”
Dünya və onda olanlar insanın təhlükədən xilas olmasında
hörümçək toru tək zəif və e’tibarsızdır.  Yeganə qurtuluş yolu
Allahın
qırılmaz
ipindən
yapışmaqdır.  Kimsənin
qıra
bilməyəcəyi yeganə e’tibarlı vasitə həmin ilahi ipdir.  Allahla
bağlılığı güclü olan insan bu qırılmaz ipdən yapışmışdır.
Qur’ani-kərim  “lənfisamə ləha”,  yə’ni  “bu ip qırılmaz”,
buyurur.  Bütün başqa iplər gec-tez qırılasıdır.  Bizim uzun
hesab etdiyimiz müddətlər ilahi miqyasda çox kiçikdir.
“Həqiqətən,  onlar həmin əzabı uzaq görürlər”  -  buyurur


24
Allah-təala.  İnsan çox vaxt çətinliklərdən qurtulmaq üçün
dünyəvi vasitələrə əl atır.  Əslində isə insanı xoşbəxtliyə
qovuşdurası yeganə yol Allah yoludur. 
Əlbəttə ki,  Allah yolunun müxtəlif nümunələri ola bilər.
Məsələn,  “Allahın ipindən birgə yapışın”  ayəsində  “Allahın
ipi” kəlməsi müxtəlif cür təfsir olunur. Bə’zən Qur’an, bə’zən
İslam, bə’zən Əhli-beyt, bə’zən isə mə’sum imamların vilayəti
“Allahın ipi”  hesab olunur.  Amma bütün təfsirlərin arxasında
Allahla bəndə arasındakı rabitə durmuşdur. Xilas olmaq istəyən
şəxs Allaha bağlanmalıdır.  Qur’anın bütün hökmlərini qəbul
edib, əmələ başlamaq həmin qırılmaz ipdən yapışmaq, Allaha
bağlanmaqdır.  Bə’zən  “ip”  əvəzinə  “səbəb”  kəlməsi işlədilir.
Əslində  “səbəb” kəlməsinin də ərəbcə lüğət mə’nası “ip” və ya
rabitə deməkdir. Bu kəlmələrin hər bir iki şey arasında bağlılığı
ifadə edir.  Allah-təala buyurur:  “  Ona  (Allaha)  vasitə,  yol
axtarın.”  Bu ayənin nümunələrindən biri Əhli-beytə  (ə)
təvəssüldür.  İnsan Allahla rabitə yaratmaq üçün yol axtarır,
Allahın mə’sum imamlarını vasitə seçir. Bəli, qurtuluş üçün ən
yaxşı yolu seçmək lazım gəlir. 
Həzrət Əli  (ə) sözünün davamında buyurur:  “Səni Allahla
bağlayan vasitədən möhkəm vasitə varmı?!” Bəli, biz Allaha
bağlılıq vasitəsi tapmağa məcburuq.  Əslində sənin varlığın
Allahla rabitənin özüdür. Əgər Allahın istək və iradəsi, Onunla
bağlılıq olmazsa, sən və bütün bu aləm duruş gətirərmi? Bizim
varlığımız təkvini, təbii cəhətdən Allaha bağlıdır. Varlıq aləmi
Onun iradəsindən asılıdır.  Bundan möhkəm bağlılıq ola
bilərmi?  Allahla bəndə arasındakı rabitədən güclü rabitə
hansıdır?!
Ona görə də Həzrət  (ə) əvvəlcə təqvanı tövsiyyə edir,  sonra
isə zikr və Allahın xatırlanmasını tapşırır. Nəhayət, diqqətimizi
ona yönəldir ki,  təhlükələrdən xilas olmaq üçün yeganə çıxış
yolu Allaha bağlılıqdır. Allah kimsəni zorla bu rabitəyə qatmır.
Yalnız insan özü Ona üz tutduqdan sonra hifz olunur.  Dünya
zor dünyası deyil.  Hər kəs həyat yolunu özü seçir.  Əgər irəli


25
addım atıb, Allahın ipindən yapışsan, O səni hifz edəcək. Əgər
Ona
arxa
çevirib,  uzaqlaşsan,  ardınca
gəlməyəcək.
Qur’ani-kərimdə buyurulur:  “O istəsəydi,  hamınızı hidayət
edərdi.”  Ayədən mə’lum olur ki,  hidayət olmaq istəyən şəxs
hökmən özü Allaha əl açmalıdır.  Dünya həyatında daim
ətrafdakılara əl açan bizlər nədənsə yeganə həqiqi xilaskarımıza
əl açmağı unuduruq.  Allahın möhkəm ipinə sarılmayıb,
təhlükəyə düşən insan özü müqəssirdir. 
ÜÇÜNCÜ DƏRS
QƏLBIN HALLARı (1)
Qəlbini  moizə  və  nəsihətlərlə  dirilt,  zöhd  və  pəhrizlə
öldür, yəqinlə gücləndir, hikmətlə işıqlandır.”


26
Söhbətin  mövzusu  Əmirəl-mö’mininin  (ə)  öz  ömrünün
sonunda övladı imam Həsənə (ə) vəsiyyətidir. Vəsiyyətnamənin
müqəddiməsində  onun  qısa  məzmunu  verilmişdir.  Bə’zi
yazıçılar  kitabın  əvvəlində  əsərin  qısa  məzmununu  verirlər.
Həzrət  Əli  (ə)  də  bu  yolla  getmişdir.  Vəsiyyətnamənin
xülasəsindəki  bə’zi  cümlələri  şərh  etdik.  İndi  bu  şərhi  davam
etdiririk. 
Vəsiyyətin  bu  hissəsində  əsas  mövzu  insan  qəlbidir.  Çünki
insanın islahı, tərbiyəsi onun qəlbinin islahından, tərbiyəsindən
ibarətdir.  Əslində  insanlıq  sırf  qəlblə  bağlı  bir  həqiqətdir.
Allaha  yaxınlaşmaq  istəyən  insan  hədəfə  doğru  qəlb  yolu  ilə
hərəkət  etməlidir.  Paklanmaq  istəyən  insan  öncə  qəlbini
paklamalıdır.  İnsan  həyatında  əsas  rol  oynayan  məhz  onun
qəlbidir. 
İNSAN VÜCUDUNUN YÖNLƏRI VƏ MƏRTƏBƏLƏRI
Əgər  “yön”  sözünü  düzgün  seçmiş  olsaq,  deyə  bilərik  ki,
insan müxtəlif yönlərə malik bir vücuddur. O, ruh və bədəndən
ibarətdir.  Ruhun  da  özünəməxsus  keyfiyyətləri  və  mərtəbələri
vardır.  Bə’zi  mərtəbələr,  belə  demək  olarsa,  uzununa,  bə’zi
mərtəbələr  isə  eninədir.  İnsana  “dərk  etmək”,  “tanımaq”,
“sevmək” kimi müxtəlif keyfiyyətlər aid edilir. 
İnsana aid edilənləri üç hissəyə bölmək olar:


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə