Ustad Misbah Y?zdi



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə15/51
tarix21.04.2018
ölçüsü2,85 Kb.
#39779
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   51

52
boş  yerə  sərf  olur.  Hansı  ki,  insan  diqqətli  olsa,  həmin  işlərin
ona aid olmadığını asanlıqla dərk edər. 
Bə’zən yaxşılığa əmr (əmr be mə’ruf) və pisliyə qadağa (nəhy
əz münkər), bir sözlə, həqiqətin təbliği vacib sayılır. Əlbəttə ki,
ilkin şərtlər ödəndikdə xalqı doğru yola çağırmaq, azğınlıqdan
çəkindirmək çox yaxşı bir işdir. Xalis niyyətlə, səmimi qəlbdən
bu  işi  görmək  tə’rifəlayiqdir.  Amma  bizim  müdaxiləmiz
tə’sirsiz  olduqda,  hər  hansı  bir  işə  qarışmağımız  ağılsızlıqdır.
İnsan  öz  həyat  məqsədinə  çatmaq  üçün  durmadan  hərəkət
etməlidir.  Bu  hərəkət  zamanı  insan  azmamaq  üçün  daim
ehtiyatlı  olmalıdır.  Hər  hansı  məqsədlə  hədəfə  doğru  hərəkət
edən  insan  düz  yoldan  çıxıb,  “inşaəllah,  çataram”  desə,  onu
ağıllı saymaq olarmı?! Şübhəli yola üz tutan insanın niyyəti də
şübhəlidir.  İşıqlı  yolu  buraxıb,  qaranlıq  yola  düzələn  insan
mənzilə  çatmasa,  kimi  danlamalıdır?  Demək,  sərmayəmizi  elə
bir  yolda  sərf  etməliyik  ki,  yanlışlığa  düçar  olmayaq.  Həzrət
Əlinin  (ə)  buyuruğuna  diqqət  edin:  “Bilmədiyini  danışma”.
Başqaları  mübahisə  etdiyi  zaman  bilmədiyiniz  məsələlərə
müdaxilə  etməyin.  Çünki  bu  müdaxilə  zərər  gətirəsidir.  Belə
bir  müdaxilə  elmi  mübahisə  çərçivəsindən  xaricdir.  İnsanın
bilmədiyi məsələ barəsində mühakimə yürütməsi, fitva verməsi
olduqca zərərli bir işdir. Məsələn, tibbə aid yanlış bir məsləhət
xəstənin halını ağırlaşdıra bilər, hətta onun ölümünə səbəb olar.
Bilmədiyini  danışmağın  zərəri  çəkilən  misalda  aşkar  görünür.
İnsan  boş  söhbətlərə  sərf  etdiyi  vaxtı  elm  öyrənməklə  məşğul
olsaydı, necə də böyük müvəffəqiyyətlərə nail ola bilərdi!
Vəsiyyətnamənin  davamında  Həzrət  (ə)  buyurur:  “Vəzifən
olmayan  iş  barədə  düşünmə”.  Bəli,  insan  yalnız  vəzifəsi
haqqında  düşünməlidir.  İnsan  bə’zən  fərdi  və  ictimai  həyatda
hansısa  işlərə  vəzifəli  olduğuna  əmin  olur.  Ona  görə  də  öz
vəzifələrini  yerinə  yetirir.  Bə’zən  isə  o,  müəyyən  məsələlərin
həllində  özünü  aciz  görür,  anlayır  ki,  bu  məsələlərə  tə’sir
gücünə  malik  deyil.  Əlbəttə  ki,  belə  məsələlər  haqqında
düşünməyə  də  lüzum  yoxdur.  Onu  da  nəzərə  almalıyıq  ki,


53
insanın  bir  işə  vəzifəli  olub-olmamasında  coğrafi  məsafənin
heç  bir  rolu  yoxdur.  İnsan  öz  evinin  içində  hər  hansı  bir  işə
vəzifəli  olmaya  da  bilər.  Amma  dünyanın  o  biri  başındakı  bir
problemin həlli onun intizarında olar. Yox əgər hər hansı bir iş
vəzifəmiz  deyilsə,  o  barədə  düşünməyə  dəyməz.  Misal  çəkək.
Məsələn, ər otaqdakı pərdələrin, xalıların, mebelin seçiminə və
düzülüşünə e’tiraz etməməlidir. Bütün bu işlər evin xanımının
ixtiyarındadır  və  ər  həmin  işlərə  müdaxilə  etməməlidir.  Çox
yaxşı  olar  ki,  evin  səliqəsi  xanımın  ixtiyarına  verilsin.  Bir
sözlə,  insan  öz  vəzifəsi  haqqında  düşünməli,  ağılını  boş  yerə
sərf  etməməlidir.  Yersiz  müdaxilələr  enerji  və  vaxt  israfından
əlavə ixtilaflara da səbəb olur. 
Çox  təəccüblüdür  ki,  saatlarla  vaxtını  boş  düşüncələrə  sərf
edən  insan  vaxt  darlığından  şikayətlənir.  Bəli,  əsil  vəzifəsinin
icrası üçün insana 24 saat azlıq edir. Bununla belə, o, boş işlərə
xeyli vaxt sərf edir, vəzifəsi olmayan işlərlə məşğul olur. Ona
görə  də  Həzrət  (ə)  buyurur:  “Azmaq  qorxusu  olan  yoldan
imtina et.”
İnsan  bə’zən  haraya  gedəcəyini  müəyyənləşdirdikdən  sonra
qarşısında  iki  yol  görür:  yollardan  biri  məqsədə  doğru  aparır,
digəri isə şübhəlidir. İkinci yolun insanı azdıracağı qorxusu var.
Bu vaxt e’tibarlı yolu seçmək lazımdır. Şübhəli yola üz tutmaq
ağılsızlıqdır.  Şübhəli  yolla  getməkdənsə,  dayanmaq  daha
yaxşıdır.  Həzrət  Əli  (ə)  buyurur:  “Həqiqətən,  azmaq  qorxusu
ilə  bir  işdən  əl  çəkmək  hövlnak  işlər  görməkdən  üstündür”.
Əyri yolla gedən şəxs ən yaxşı halda durduğu yerə çatacaq və
yenidən  hərəkətə  başlamalı  olacaq.  Amma  əyri  yolda  elə
uçurumlar ola bilər ki, insan həlak olar və kimsəni məzəmmət
edə bilməz. 
DÜŞÜNCƏ SÜQUTU...
Sizə aid olmayan işlərə qarışmayın, mə’sul olmadığınız işlərə
müdaxilə  etməyin  deyəndə,  bə’ziləri  elə  başa  düşürlər  ki,
cəmiyyətdə  hərə  özü üçün yaşamalıdır. “İsanın dini  özü üçün,


54
Musanın  dini  özü  üçündür”.  Elə  əvvəllər  də  müsəlmanlar  və
qeyri-müsəlmanlar  arasında  belə  bir  təfəkkür  olmuşdur.  Bu
yanlış  münasibət  indi  də  davam  edir  və  müasir  qərb
mədəniyyətində  özünü  bariz  şəkildə  göstərir.  Qur’ani-kərimdə
buyurulur:  “Ey  iman  gətirənlər,  özünüzü  qoruyun.  Siz  doğru
yolda  olsanız,  azanlar  sizə  heç  bir  zərər  yetirə  bilməzlər”.  Bu
sözləri eşidən bə’zi müsəlmanlar elə başa düşürlər ki, qurtuluş
tənhalıq  və  xanənişinlikdədir.  Onlar  bir  guşədə  ibadət  edib,
başqalarının  işinə  qarışmamaq  qərarına  gəldilər.  Bu  günkü
sufilər firqəsində həmin baxış yaşamaqdadır. Bu yanlış baxışın
kökləri uyğun buyruqların səhv anlaşılmasından qidalanır. Qərb
mədəniyyətində  hökm  sürən  biganəlik  isə  başqa  bir  batil
düşüncəyə əsaslanır. 
Bildiyimiz  kimi,  qərbin,  küfr  dünyasının  bütü  “azadlıq”
şüarıdır. Onlar e’lan edirlər ki, istədiyinizi edin və başqalarının
işinə  qarışmayın.  Guya,  yalnız  istədiyi  kimi  yaşayan  insan
azaddır. Uyğun ağılsız baxış elə bir həddə güclənmişdir ki, qərb
və  qərbyönümlü  ölkələrdə  homoseksualizm  qanuniləşdirilir.
Arvadlıq  tələb  edən  kişilərin  müdafiəsi  üçün  nümayişlər
keçirilir.  Bu  gün  mədəniyyət  simvolu  hesab  olunan  ölkələrdə
kişinin  kişi  ilə  evlənməsi  qanuni  işdir.  Onlar  xalqa  belə  bir
azadlıq verdikləri üçün fəxr edirlər. Hansı ki, bir şəxsin o birinə
nəsihət verməsi ədəbsizlik sayılır. 
Bə’zi  müsəlmanlar  isə  İslamın  əxlaqi  göstərişlərini  yanlış
dərk edərək, qərara gəlirlər ki, insanın cəmiyyət qarşısında heç
bir vəzifəsi yoxdur və hərə özü üçün yaşamalıdır. Guya, insan
heç  kimsənin  işinə  qarışmamalıdır.  Bə’zi  cəmiyyətlərdə  isə
uyğun  baxış  qanuniləşdirilir  və  hərə  istədiyi  kimi  yaşayır.
Başqalarının azadlığına maneçilikdən başqa hər şey caiz sayılır.
İslam bu baxışların heç birini qəbul etmir. Çünki dində əmr be
mə’ruf  və  nəhy  əz  münkər  (yaxşılığa  əmr  və  pisliyə  qadağa)
vacib  göstərişlər  sırasındadır.  Bə’zi  rəvayətlərə  əsasən  əmr  be
mə’ruf namazdan da mühümdür. Çünki əmr be mə’ruf olmayan
cəmiyyətdə namaz da yoxdur. Dini göstərişlərin icrasında əmr


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə