Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə17/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   13   14   15   16   17   18   19   20   ...   83

sərəncamları  ilə  təsdiq  edilmiş  siyahı  üzrə  latın 

qrafikası  ilə  nəşr  olunmuş  kitablar  ölkənin  bütün 

kitabxanalarına  hədiyyə  edilmişdir.  Bu  qərarların 

qəbul olunması və tətbiq olunması kitabxana işində 

bir  çox  nailiyyətlərin  əldə  edilməsinə  səbəb 

olmuşdur.  Belə  ki,  kitabxanalar  müasir  texniki 

avadanlıqlarla  təmin  olunmuş,  kitabxanaların 

avtomatlaşdırılması 

prosesi 

gücləndrilmiş, 

kitabxanalarda  yeni  texnologiyaların    tətbiqi  və 

istifadəsinə  start  verilmişdir.  Ölkəmizdə  kitabxana-

informasiya  sahəsində  yeni  texnologiyaların  tətbiqi 

və 


istifadəsi 

nəticəsində 

müasir  kitabxana-

informasiya 

infrastrukturunun 

yaradılmasına, 

istifadəçilərə 

göstərilən 

kitabxana-informasiya 

xidmətinin 

dünya 

standartları 



səviyyəsinə 

çatdırılmasına, əhalinin intellektual potensialının və 

bilik  səviyyəsinin  inkişafına,  habelə  fasiləsiz 

təhsilin  təmin  edilməsinə  şərait  yaradılmışdır.  F. 

Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası 

informasiya  təminatı  istiqamətində  fəaliyyətinin 

səmərəsinin 

artırılması, 

inkişafı 

və 


təkmilləşdirilməsi 

məqsədilə 

günün  tələbləri 

səviyyəsində mütərəqqi iş üsullarından istifadə edir. 

Milli  dəyərlərimizin  qorunması  və  təbliği  işində 

kitabxana bir sıra tədbirlər həyata keçirir. Hər bazar 




günü  kitabxanada  keçirilən  Nağıl  və  Psixologiya 

Saatı  kitabxanaya  oxucuların  cəlb  olunması  işində 

mühüm  rol  oynayır.  “Milli  mənəvi  dəyərlərimizi 

qoruyaq  ─  Nağıllarımızı  yaşadaq”  aksiyası 

çərçivəsində  keçirilmiş  Azərbaycan  nağıllarının 

aplikasiya  şəklində  təqdimatı  müsabiqəsində  ən 

yaxşı  aplikasiyalar  Nağıl  otağının  divarlarında  öz 

əksini  tapmaqla  kitabxanaya  gələn  hər  bir  oxucuda 

maraq  doğurur.  2014-cü  ildə  kitabxanada  keçirilən 

“Dünyanın  mədəniyyət  rəngləri”  adlı  tədbirdə 

uşaqlar 12 dövlətin təbii materiallarla hazırladıqları 

kuklalar da Nağıl otağını bəzəyir. Bura gələn hər bir 

oxucu  özünü  nağıllar  aləmində  hiss  edir. 

Kitabxananın  mütəxəssisləri  Elektron  kataloqun 

formalaşmasında dünya kitabxanalarının təcrübəsini 

öyrənir  və  sənədlərin  Elektron  kataloqa  daxil 

edilməsi  qaydalarını  müəyyən  edərək  ümumi 

metodikasını  işləyib  hazırlayırlar.  Respublika  Uşaq 

Kitabxanası  məktəbdənkənar  tərbiyə  müəssisəsi 

kimi uşaqlara, yeniyetmələrə (məktəbəqədər və I-XI 

sinif  şagirdləri)  və  uşaq  mütaliəsinə  rəhbərlik 

edənlərə  kitabxana  xidməti  göstərir.  Kitabxana 

uşaqların  tərbiyəsi  və  yeni  təhsil  sisteminə  uyğun 

şəkildə  ədəbiyyatın  kompleks  təbliğini  həyata 

keçirir,  uşaq  və  yeniyetmələrin  vətənpərvərlik, 



əmək,  mənəvi,  estetik  tərbiyəsi  məqsədilə 

respublika  kitabxanalarının  fondundan  maksimum 

dərəcədə 

istifadəni 

təşkil 

edir.Kitabxana 



məktəblərdə  peşəyönümlü  təhsil  və  tərbiyənin 

həyata  keçirilməsinə,  uşaqlarda  yaradıcı  fəallığın, 

əmək vərdişlərinin, dərketmə qabiliyyətinin, təhsilə 

və  ictimai  vəzifələrə  sayıq  münasibətin  inkişafına 

kömək  edir.Kitabxana  Abonement,  Oxu  zalı,  digər 

struktur  yarımbölmələri,  habelə  Kitabxanalararası 

Abonement  yolu  ilə  uşaq  və  yeniyetmələrdə  oxu 

mədəniyyətini  həyata  keçirir.  Bildiyimiz  kimi 

kitabxanalarda  informasiya  daşıyıcıları  və  digər 

ənənəvi  sənədlər  qorunub  saxlanılır.  Kitabxana, 

həm  də  oxucunun  mütəmadi  olaraq  mütəxəssis 

köməyindən istifadə etdiyi bir yerdir. Harada ki, bir 

sıra  ən  yaxşı  müasir  nəşrlərlə  yanaşı  keçmiş 

nəsillərin  də  sevimli  kitabları  saxlanılır.  Burada 

informasiya  axtarışında    köməyə  müasir  texnika 

gələ bilər. Ancaq ən əsası-kitabxana insanın həmişə 

qayıtmaq  istədiyi  bir  yerdir.  Yeni  texnologiyaları 

tətbiq  etdikdə  biz  uzun  illər  ərzində  əldə 

etdiklərimizi  məhv  etməməyə  çalışırıq,  əksinə 

ənənəvi  materialları    daha  da  əlverişli,  zəngin 

etməyə  və  mövcud  olan  materialların  inkişafını 

göstərməyə  çalışırıq.  Kitabxana  tərəfindən  edilən 




hər bir yenilik  hər şeydən əvvəl oxucuya yönəldilir. 

Ümumiyyətlə,  müasir  kitabxana  işini  yeni 

informasiya  və  kommunikasiya  texnologiyaları 

olmadan  təsəvvür  etmək  bir  qədər  çətindir. 

İnformasiya  və  kommunikasiya    texnologiyalarının 

insan  fəaliyyətinin  bir  sıra  sahələrində  olduğu  kimi 

kitabxana  işində  də  tətbiqi  ənənəvi  kitabxana 

proseslərinin  sürətlənməsinə  və  avtomatlaşmasına 

gətirib  çıxarır.  Qeyd  edim  ki,  F.Köçərli  adına 

Respublika  Uşaq  Kitabxanası  avtomatlaşdırma 

sahəsində 

böyük 


nəticələr 

əldə 


etmişdur. 

Kitabxanada  2005-ci  ildən  fəaliyyət  göstərən 

avtomatlaşdırma  şöbəsi  İRBİS-64    AKİS-in 

“İnzibatçı”, 

“Komplektləşdirici”, 

“Kataloqlaşdırma”,  “Oxucu  qeydiyyatı”,  “Kitab 

verilişi”, 

“Tammətnli” 

modulları 

əsasında 

müvəffəqiyyətlə    öz  işini  qurmuşdur.  İRBİS-64 

sistemi  fərqli  verilənlər  bazasını  yaratmağa, 

informasiya  massivində    tammətnli  axtarışın 

təşkilinə  və  ən  əsası  mövcud  materiallarla  internet, 

lokal  şəbəkə  və  s.  vasitəsi  ilə  girişin  təmin 

olunmasına tam zəmanət verir. Həmçinin İRBİS-64 

AKİS 

vasitəsilə 



əsas 

texnoloji 

proseslər-

kataloqlaşdırma,  ədəbiyyatın  lokal  şəbəkədə  və 

internetdə  axtarışı  və  sifarişi,  kompüter  vasitəsilə 



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə