Uşaq və GƏncləRİn kitabxana-informasiYA



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə16/83
tarix21.06.2018
ölçüsü1,97 Mb.
#50119
1   ...   12   13   14   15   16   17   18   19   ...   83

teleqraf,  telefon,  fotoqrafiya,  sonralar  radio, 

televiziya  və  kompüter  texnikasi  bu  yolda  ən 

mühüm amillərdən sayıla bilər. 

Kompüter  texnikasının  inkişafı  sürətinə  və 

miqyasına  görə  fenomenal  sayıla  bilər  və  bu 

proseslərin  həyata  keçirilməsində  yeni  informasiya 

texnologiyalarının 

tətbiqi 


cəmiyyətin 

bütün 


fəaliyyət  sahələrində  öz  bəhrəsini  verməkdədir. 

İnformasiya  və  kommunikasiya  texnologiyaları 

cəmiyyətin 

inkişafına  təsir  göstərən  vacib 

amillərdən birinə çevrilmişdir. Bir çox inkişaf etmiş 

və  inkişaf  etməkdə  olan  ölkələr  informasiya  və 

kommunikasiya 

texnologiyalarının 

tətbiqinin 

verdiyi  böyük  üstünlüklərdən    uğurla  istifadə 

edirlər.  Müasir  cəmiyyətin  inkişaf  səviyyəsi  onun 

informasiya instrukturunun inkişaf dərəcəsi ilə təyin 

olunur.  İqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrdə 

demək  olar  ki,  insan  fəaliyyətinin  bütün  sahələrini 

əhatə edən  güclü informasiya infrastrukturu sürətlə 

inkişaf etməkdə davam edir və formalaşır. Dünyada 

informasiya texnologiyalarına heç vaxt indiki qədər 

maraq  oyanmamışdır.  Bu  ölkələrdə  informasiya  və 

kommunikasiya vasitələrinin inkişafı əsasında əmək 

məhsuldarlığının  artımı  hiss  olunacaq  dərəcədə 

təmin  olunmuş  və  təhsildə,  məişətdə,  səhiyyədə, 



ticarətdə,  istehsalda  həyat  səviyyəsi  yeni  baxımda 

formalaşmışdır.  Belə  ki,  hal-hazırda  respublikada 

dövlət  səviyyəsində  dövlət  və  özəl  qurumlarda 

informasiya  və  kommunikasiya  texnologiyaları 

sahəsində  bir  sıra  əhəmiyyətli  dövlət  proqramları  

və  layihələr  həyata  keçirilmişdir.  Respublikada 

sosial-iqtisadi 

münasibətlərdə 

aparılan 

yenidənqurma, 

cəmiyyətdə 

həyat 


tərzinin 

demokratikləşməsi  cəmiyyətin  fəaliyyətinin  bütün 

sahələrində  informasiya  təminatının  strukturu  və 

xarakterinin kökündən dəyişməsini tələb edir. Yeni 

dövlət  və  ictimai  təşkilatların  əmələ  gəlməsi, 

mövcud  funksiyaların  dəyişilməsi  və  yaxud 

yenilərinin  yaranması-bunların  hamısı  cəmiyyətdə 

informasiya 

tələbatının 

artdığını,  informasiya 

axınının  istiqamətini  və  tərkibinin  dəyişməsini, 

informasiyanın təqdim olunma formasını təyin edir. 

Qeyd etdiyimiz kimi,  müasir şəraitdə ölkənin 

sosial-iqtisadi, 

elmi-texniki 

inkişafının 

əsas 

məsələlərinin 



kompleks 

həlli 


və 

müdafiə 


qabiliyyətinin  artırılması  üçün  yeni  keyfiyyətdə 

informasiyalaşmış  mühitin  yaradılması  zəruridir. 

İnformasiyalaşmış 

mühit 


aşağıdakılardan: 

kompüterlərdən, 

kompüter 

şəbəkələri 

kommunikasiyaları, verilənlər bankı, biliklər bazası, 



proqramlar 

kompleksindən, 

uyğun 

olaraq 


hazırlanmış  kadrlar  kontingenti  və  bütövlükdə 

birləşmiş informasiya texnologiyalarından ibarətdir. 

Dünya  təcrübəsi  aydın  şəkildə  götərir  ki, 

informasiya və kommunikasiya texnologiyalarından 

geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına 

xidmət  edir  və  məhz  bu  texnologiyalar  əhalinin 

sosial-iqtisadi 

vəziyyətində 

mövcud 

olan 


problemlərin 

həll 


olunması 

üçün 


tutarlı 

vasitələrdəndir. 

Tarixi-mədəni,  ədəbi-bədii  və  elmi-fəlsəfi 

irsin  toplanmasında,  nəsildən-nəslə  çatdırılmasında 

və  cəmiyyətin  intellektual,  mənəvi  potensalının 

inkişafında  kitabxanalar  əvəzsiz  rol  oynayır. 

Kitabxana 

fondlarının 

müasir 

informasiya 



daşıyıcıları 

ilə 


zənginləşdirilməsi, 

dünyanın 

qabaqcıl  kitabxana-informasiya  müəssisələrinin 

təcrübəsindən  istifadə  edilməsi,  elektron  məlumat 

bazalarının 

yaradılası 

dövrümüzün 

vacib 


məsələlərindən  biridir.  Ötən  əsrin  90-cı  illərinin 

əvvəllərində 

ölkədə 

baş 


verən 

hadisələr 

kitabxanaların  da  fəaliyyətinə  təsirini  göstərmiş, 

yəni  kitab  nəşri  və  kitab  təchizatı  sistemi  tamamilə 

iflic  vəziyyətə  düşmüş,  onların  maddi-texniki 

bazasının  olduqca  zəifləməsinə  gətirib  çıxarmışdır. 




Bütün  bunlar  kitabxana  sahəsinə  öz  mənfi  təsirini 

göstərmişdir.  Nəticədə  kitabxanalar  real  və 

potensaial  oxucularını  itirmiş,  xeyli  sayda 

kitabxanalar bağlanmış, əksəriyyəti oxucu tələbatını 

ödəyə  bilməmişdir.  Lakin  son  illər  ərzində  ölkədə 

kitabxana  işinin  inkişafı  sahəsində  bir  sıra  mühüm 

sənədlər qəbul edilmişdir. “Kitabxana işi haqqında” 

12 


mart 

1999-cu 


il 

tarixli 


Azərbaycan 

Respublikasının 

Qanunu, 

“Azərbaycan 

kitabxanalarının 

fəaliyyətinin 

yaxşılaşdırılması 

haqqında”  20  aprel  2007-ci  il  tarixli  Azərbaycan 

Respublikası  Prezidentinin  Sərəncamı,  6  oktyabr 

2008-ci  il  tarixli  “Azərbaycan  Respublikasında 

kitabxana-informasiya  sahəsinin  2008-2013-  cü 

illərdə  inkişafı  üzrə  Dövlət  Proqramı”,  Azərbaycan 

Respublikası  Prezidentinin    “Azərbaycan  dilində 

latın  qrafikası  ilə  kütləvi  nəşrlərin  həyata 

keçirilməsi  haqqında”  2004-cü  il  12  yanvar  tarixli, 

“2005-206-cı  illərdə  Azərbaycan  dilində  latın 

qrafikası  ilə  çapı  nəzərdə  tutulan  əsərlərin 

siyahısının təsdiq edilməsi haqqında” 2004-cü il 27 

dekabr  tarixli,  24  avqust  2007-ci  il  tarixli  “Dünya 

ədəbiyyatının 

görkəmli 

nümayəndələrinin 

əsərlərinin  Azərbaycan  dilində  nəşr  edilməsi 

haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin 




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə