Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə4/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   34

Dərs 4

İndi biz bir-birimiz 

haqqında nə bilirik?

Sinifdə hamı bir yerdə 

fikir yürüdür.

Hazırlanıb başa 

çatdırılmış plakat

Dərsin məqsədləri

Uşaqlar sinifdəki çoxlu müxtəlif adlarla tanış olurlar. Onlar başa düşürlər ki, onların hər 

birinin öz adı var və bu ad vasitəsilə onlar bir-birindən fərqləndirilirlər; onlar dərk edirlər ki, öz 

adlarından məhrum edilə bilməzlər və onların dərisinin rəngi kimi adları da onlara məxsusdur.

Uşaqlar başa düşürlər ki, sinifdəki çoxlu müxtəlif adların arxasında çoxlu müxtəlif 

xarakterli şəxslər durur və müxtəlif rəngli çiçəklər böyük və rəngbərəng gül dəstəsi yaratdığı 

kimi, bu müxtəlif xasiyyətli uşaqlar da hamısı birlikdə bu sinfi təşkil edirlər. Müxtəliflik olsun 

deyə, siz yağış damcılarını və ya qatarın vaqonlarını, yaxud musiqi notlarını, krassvord 

sütunlarını və sairi misal gətirə bilərsiniz. Biz gah gül dəstəsi, gah da bulud və ya göl oluruq, gah 

qatara, gah da melodiyaya, yaxud krossvorda çevrilirik. 

Uşaqlar anlayırlar ki, sinif öyrənən bir icmadır.

Uşaqlar başa düşür və dərk edirlər ki, məktəb onların daha çox öyrənməsinə, bilik və 

bacarıqlarını inkişaf etdirməsinə kömək etmək üçündür – istər indi, istərsə də gələcəkdə, istər 

onların özlərinə, istərsə də onlarla birlikdə başqalarına.

Onlar özləri üçün yəqin edirlər ki, məktəb uşaqlar üçün sadəcə bir borc (məcburi öhdəlik) 

kimi yaradılmamışdır, məktəb həm də uşaqların məktəbə getmək və təhsil almaq hüququ olduğu 

üçün yaradılmışdır və valideynlər, müəllimlər və dövlət onların bu hüququnu təmin edir.

Uşaq hüquqları dərslərində fikir yürütmək üçün verilən əsas suallar

Haqqında

Vasitəsilə

Üçün

Müəllim


Şagirdlər uşaq hüquqları 

haqqında indi nə bilirlər?

Konkret sinif otağında və 

ümumiyyətlə, məktəb 

icmasında uşaq hüquqlarının 

prinsipləri hansı yollarla 

müşahidə olundu?

Məktəbdən kənarda necə 

hərəkət etməyi öyrənmə: 

Şagirdlər öz gələcək 

həyatları üçün nə 

öyrəndilər?

7-ci və 28-ci maddələr

Məktəb bizim həyatımızın bir 

hissəsidir; sinif öz hüquqları 

olan mikro-icmadır. Buna 

bariz nümunə gül dəstəsidir.

Solda göstərilən maddələr bu 

bölmə vasitəsilə sinifdə 

təcrübədən keçirildi.

Uşaqlar gül dəstəsinin 

nümayiş olunduğu plakatın 

harada asılmasının 

müəyyənləşdirilməsində 

iştirak edirlər 



Şagirdlər

Mən uşaq hüquqları 

haqqında nə öyrəndim?

Mən uşaq hüquqlarını sinifdə 

necə təcrübədən keçirdim?

İndi mən hansı fəaliyyətə 

qadirəm?

Bizim uşaq olaraq xüsusi 

hüquqlarımız var:

Bizim adımız var və heç kim 

bizi adımızdan məhrum edə 

bilməz (Maddə 7)

Bizim məktəbə getmək və 

yazmağı və oxumağı 

öyrənmək hüququmuz var. 

(Maddə 28) Məktəbə 

getmədən heç kim 

böyüyəndən sonra iş tapa 

bilməz.

Bizim hər birimiz təkrarsız, 



unikal bir fərdik. Hər birimiz 

yaxşı ki, bu sinifdə varıq.

Sinfimizdə bizlərdən birisi 

olmasaydı, bu, çox pis olardı.

Biz hamımız eyni hüquqlara 

malikik.


İndi mən çox yaxşı bir qrup 

olan bu sinfin bir üzvü kimi 

özümü daha yaxşı hiss 

edirəm.


Mən sinifdəki başqa 

uşaqların da özlərini mənim 

kimi yaxşı hiss etməsi üçün 

onlara dəstək olacağam.



Əyani vasitələr

Ürək formasında kəsilmiş kağız parçaları

İp

Qayçı


Yapışqan

Rəngli kağız

Uşaqların fotoşəkilləri

Plakat ölçüsündə kağız



Prosedur

Dərs 1


1.

Uşaqlar   dairəvi   otururlar.   Dairənin   ortasında   döşəməyə   ürək   formasında 

kəsilmiş müxtəlif rəngli kağız parçaları düzülür. Hər kağız parçasına ip keçirilir 

və üzərində bir uşağın adı yazılır. Dairənin mərkəzində üzərində müəllimin adı 

yazılmış ürək formalı kağız parçası da olur.

2.

Müəllim uşaqları söhbətə qoşulmağa həvəsləndirir.



Biz sinifdə hamının adını bilirik? Kim kimdir?

 Hər uşaq başqa uşağın adı yazılmış ürəyi götürür. Bu uşaqla bağlı nə mənim 



xoşuma   gəlir?   Onunla   mən   indiyədək   nə   isə   etmişəmmi?   Nəyə   görə   o 

olmasaydı, mən darıxardım?

Başqa suallar da əlavə oluna bilər: Bu uşaq haqqında başqaları, məsələn, 



müəllim,   onun   ailəsinin   kişi   və   ya   qadın   üzvü,   uşağın   özü,   dostu,   sinif 

otağındakı və ya məktəbdəki hansısa başqa şəxs nə deyə bilər?

3.

Hər bir uşaq digər  uşaq haqqında danışır  və haqqında  danışdığı  uşağın adı 



yazılmış ürəyi onun özünə verir.


4.

Hər uşaq öz adı yazılmış ürəyi  iplə boynundan asır və dərs boyunca üzərində 

saxlayır. Bu, növbəti dərslərdə də, ta uşaqlar bir-birlərini yaxşı tanıyana qədər 

davam edir.

5.

Müəllim   soruşur:   “Nəyə   görə   mən   bir   rəngi   yox,   müxtəlif   rəngləri 



götürmüşəm?”

6.

Müəllim uşaqlardan gələn dərs üçün fotoşəkillərini gətirməyi xahiş edir. (Başqa 



halda, müəllim uşaqların fotoşəklini çəkə bilər.)

Dərs 2 və 3

Müəllim izah edir:

Bu dünyada hər bir uşaq digərindən fərqlidir. Hər bir uşaq dərisinin rənginə, xasiyyətinə, 

xarakterik xüsusiyyətlərinə və adına görə təkrarsız və özünəməxsusdur!

“Uşaq hüquqları” deyilən bir şey var. Uşaqların müxtəlif hüquqları var, məsələn:

ada malik olmaq hüququ (Maddə 7)



məktəbdə təhsil almaq hüququ (Maddə 28)

Yalnız   adı   olanlar   başqaları   tərəfindən   çağırıla   bilərlər.   Ona   görə   də   adları   bilmək 

vacibdir!

Bu   sinif   müxtəlif   keyfiyyətlərimiz   və   müxtəlif   xasiyyətlərimiz,   eləcə   də   bir-birindən 

fərqli rənglərimizlə birgə bizim hamımızdan ibarətdir.

Biz indi sinfimizin rəsmini yaradırıq – amma ürəklərdən yox, çiçəklərdən. Hesab edək ki, 

güldan bizim sinif otağımız, yaxud məktəbimizin binasıdır. Biz isə çiçəklərik.

Biz olmasaq, məktəb də olmaz, biz olmasaq, məktəb çiçəksiz, boş güldan kimi olar.

Müəllim görüləcək işləri mərhələ-mərhələ izah edir:

Uşaqlar öz çiçəklərini düzəldirlər.



Onlar gül ləçəklərinin rəsmini çəkir və ortasına öz fotoşəkillərini yapışdırırlar.

Gül dəstəsi yaratmaq üçün bütün çiçəklər bir yerə toplanır.



Gül dəstəsi plakata yapışdırılır.

Bu yolla biz rəngbərəng sinfimizin rəsmini yaratmış oluruq.



Uşaqlar bir daha düşünür və yaratdıqları rəsm əsərini izah etməyə çalışırlar. Müəllim 

müxtəlif baxışları və fikirləri dinləyir. Uşaqlar tam sərbəst şəkildə fikir yürüdə bilər və bu zaman 

bu kimi suallarla istiqamətləndirilə bilərlər:

Çiçəklər nəyi bildirir?



Güldan nəyi bildirir?

Nəyə görə ada malik olmaq vacibdir?



Müəllimin sərəncamında nə qədər vaxtın və hansı materialların olmasından asılı olaraq, 

bu fəaliyyətə müxtəlif dəyişikliklər və əlavələr edilə bilər, məsələn:

Şagirdlər özləri çiçəklərin rəsmini çəkir, onları kəsir və bəzəyirlər, yaxud da şagirdlərə 



bəzəmək üçün çiçək formasında kəsilmiş hazır kağız parçaları verilir.

Müəllim çiçəyin ortasını hazırlamış olur, şagirdlər isə onun ləçəklərini hazırlayırlar.




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə