Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə22/44
tarix05.10.2017
ölçüsü5,03 Kb.
#3170
1   ...   18   19   20   21   22   23   24   25   ...   44

 
51 
 
məhz  bu  şəraitdə  keçırırlər.  Məsələn,  istiqanlı  heyvanlar    xarici  mühit  temperaturunun,  hətta  ən 
geniş  diapazonu  üçün  də  öz  daxili  temperaturlarını  sabit  saxlayırlar;  atmosferdə  güclü  külək 
cərəyanlarının  və  hava  çalarlarının  olmasına  baxmayaraq  hidrokompasdan  istifadə  edən  pilot 
təyyarənin  kursunu  və  üçüş  hündürlüyünü  sabit  saxlamağı  bacarır.  Sinergetikada  homeostaz 
vəziyyətdə  sistemin  məqsədli  davranış  proqramı  attraktor  (cazibə  mərkəzi)  adlanır.  Attraktor 
sistemin hal məkanında ölçüsü məkan ölçüsündən kiçik olan və zaman ötdükçə yaxın halları özünə 
cəzb  edən  çoxluqdur.  Attraktorun  cazibə  sahəsi  onun  hovuzu  adlanır.  Qeyd  edək  ki,  attraktorlar 
yalnız  açıq  dissipativ  sistemlərdə,  yəni  aktiv  xarici  mühitdən  qəbul  etdikləri  maddə,  enerji  və 
informasiyanı sistemin elementləri arasında səpələyən sistemlərdə mövcud olur. 
Homeostatiklik  prinsipi  kibernetikanın  sistem  təhlili  ilə  sinergetikanın  bir  sıra  ideyalarını 
birləşdirmək funksiyasını da yerinə yetirir. 
2.
 
İyerarxiyalılıq prinsipi. Mövcud elmi informasiyalara söykənib bu gün qətiyyətlə təsdiqləyə 
bilərik  ki,  dünyamız  məkan,  zaman  və  enerji  miqyaslarına  görə  nəzərə  çarpacaq  dərəcədə 
iyerarxiyalaşmışdır.  Bu,  o  deməkdir  ki,  kainatın  baza  strukturu  enerjinin  istənilən  qiymətlərini  deyil, 
kvarklardan tutmuş canlı orqanizmlərədək yalnız nisbi pilləvari qiymətlərini alır. 
Struktur iyerarxiyasının mənası aşağı səviyyələrə nisbətən yuxarı səviyyələrin tərkibinin  daha 
mürəkkəb olmasından ibarətdir. Belə ki, iyerarxiyal strukturun aşağı səviyyələrində struktur-nizam 
hesab  edilən  münasibət  onun  daha  yüksək  səviyyələrində  struktursuz  xaos    rolunu  oynaya  bilir. 
Buna  görə  də  biz  deyirik  ki,  maddə  molekullardan,  molekullar  atomlardan,  atomlar  nüvədən  və 
elektronlardan,  nüvə  nuklonlardan,  nuklonlar  kvarklardan,  cəmiyyət  insanlardan  təşkil  olunur. 
Maddi  olmayan  iyerarxiyalar  da  mövcuddur:  dil  sözlərdən,  cümlələrdən,  mətnlərdən;  ideyalar 
fikirlərdən, baxışlardan, ideologiyalardan, paradiqmalardan ibarətdir. 
Iyerarxik  sistemin  mühüm  əlamətlərindən  birini  onda  tam  reduksiyanın  mümkün  olmaması, 
yəni mürəkkəb iyerarxik səviyyələrin strukturunu daha sadə səviyyələrin strukturuna müncər edilə 
bilməməsi  ilə  bağlıdır.  Iyerarxik  sistemin  hər  bir  səviyyəsinin  mürəkkəbliyinin  artırılmasının 
mümkünsüz olan daxili bir həddi vardır. 
Sistemlərin iyerarxiyasında zaman faktoru da mühüm rol oynayır. Hakenin tabeçilik prinsipi 
məhz  zaman  iyerarxiyası  üçün  formula  edilmişdir.  Bu  iyerarxiyaya  görə  kainat  zamanı  mikro-, 
makro-  və  meqa-  zaman  səviyyələrinə  bölünüb.  Elmdə  artıq  belə  bir  ənənə  qəbul  edilmişdir  ki, 
tərtib  parametrləri  uzun  sürəkliliyə  malik  kollektiv  dəyişənlərdir.  Bu  dəyişənlər  nisbətən  aşağıda 
yerləşən  mikrosəviyyələrin  dilini  təşkil  edən  qısaömürlü  parametrləri  idarə  edirlər.  Makrosəviy-
yədən  yuxarıda  yerləşən  meqasəviyyə  ifrat  dərəcədə  zəif  dəyişənlərdən  təşkil  olummuşdur. 
Makrosəviyyə  üçün  qayda  parametri  funksiyasını  yerinə  yetirən  bu  sonuncu  dəyişənlər  idarəedici 
parametrlər adlanırlar. Idarəedici parametrləri tədricən dəyişməklə daha aşağı səviyyələrin sistemini  
dəyişmək olar. Bu dəyişmələr bəzi hallarda çox kəskin böhran xarakteri də ala bilir. Belə hallarda 
idarəedici parametrlərin böhran (bifurkasiya) qiymətindən danışma imkanı yaranır. Varlıq fazasında 
yerləşən  iki  qonşu  səviyyə  nəzərdən  keçirildikdə  məlum  olur  ki,  uzunsürəkliliklə  dəyişənlər 
qısasürəklikli dəyişənləri, üst  qatda yerləşən səviyyələr isə nisbətən alt qatda yerləşən səviyyələri 
təyin  edirlər.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  iyerarxiyada    tabeçilik  prinsipi  heç  də  həmişə  doğru 
olmur və buna görə də həmin prinsipi mütləqləşdirmək doğru olmaz. 
3.
 
Qeyri-xəttilik  prinsipi.  Sinergetikanın  mühüm  prinsiplərindən  olan  qeyri-xəttilik 
transformasiya  fazasını,  sistemin  yeniləşməsini,  onun  köhnə  qaydanın  məhvinin  ardıcıl 
mərhələlərindən keçməsini, nəhayət yeni qaydanın yaradılmasını xarakterizə edir 

12, s.110-113


Xəttilik  –  fizik  və  riyaziyyatçıların  bir  çox  nəsillərinin  sadəlik  idealı  olmuş  və  sistemin 
tarazlıq  vəziyyəti  yaxınlığında  hərəkətinin  həmişə  xətti  səciyyə  daşıdığı  güman  edilmişdir.  Belə 
davranışların obrazı hələ orta  məktəb kursundan yaxşı məlumdur: riyazi rəqqasın kiçik amplitudlu 
harmonik rəqsləri, cismin bərabərsürətli və ya bərabərtəcilli hərəkəti xəttiliyə yaxşı misal ola bilər. 
Hətta ali məktəblərdə də əsasən xətti məsələlər həll etməklə insanlarda dünyanın sadəliyi haqqında 
xətti  intuisiya  inkişaf  etdirilir.  Sistemin  homeostazı  optimal  parametrlər  ətrafında  xətti  rəqslər 
Hüseynov E.B. 
 


 
52 
 
səviyyəsində  baş  verir.  Buna  görə  də  sadə  xətti  hal  bu  qədər  mühüm  əhəmiyyət  kəsb  edir.  Xətti 
sistemlərin müəyyənedici xassəsi superpozisiya prinsipi ilə ifadə olunur: bu halda həllərin cəmi də 
yeni  həll  verir,  başqa  sözlə,  sistemə  yekun  təsirin  nəticəsi  ayrı-ayrı  qarşılıqlı  təsirlərin  sistemdə 
yaratdığı nəticələrin cəminə bərabər olur. 
Lakin  dünyanı  yalnız  xətti  sistemlərdən  təşkil  olunan  universum  kimi  təsəvvür  etmək  doğru 
olmazdı,  beləliklə bu dünyada nə təkamül prosesi  baş verər, nə də insan  yaranmazdı.  Real  dünya 
nəinki  xətti,  həm  də  qeyri-xəttidir.  Qeyri-xəttilik  bir  sıra  hadisələr  üçün  superpozisiya  prinsipinin 
pozulması kimi qiymətləndirilir: bu halda sistemə yönəldilən qarşılıqlı təsirlərin cəmi bu təsirlərin 
nəticələrinin cəminə bərabər olmur.  Buna görə də təsiredici səbəblərin nəticələrini toplamaq olmur. 
Bu sonuncu nəticə belə bir faktdan irəli gəlir ki, qeyri-xətti sistemlərdə elementlərarası əlaqələrin 
sayı elementlərin say artımından daha sürətlə baş verir. 
Qeyri-xətti  sistemlərdə  sistemin  strukturu  ilə  onun  altsistemlərinin  münasibəti  superpozisiya 
prinsipi əsasında deyil, interferensiya  prinsipi əsasında qurulur. Prof. Trubetskov D.İ.  qeyri-xəttiliyin 
xarakterini  aşağıdakı  sözlərlə  ifadə  edir:  “Elmi  tərəqqinin  əsrimizə  bəxş  etdiyi  fəxri  titullar 
içərisində  ahəngdarlığı  ən  az,  əhəmiyyəti  və  mötəbərliyi  ən  çox  olan  anlayış  –  “qeyri-
müəyyənlikdir” 

13, s.12


Qeyri-xəttilik – hər şeyə nüfuz edən, hər yerdə mövcud olan çoxüzlü və rəngarəng hadisələri 
əks  etdirən  anlayışdır.  Ona  hər  yerdə  rast  gəlmək  olar:  elementar  hissəciklərin  doğulması  və 
antihilyasiyası da, çoban qırmançının qulaqbatırıcı səslənməsi də, ürəyin vurması da, şamın isti işığı 
da, xəstəliklər və onların müalicəsi də qeyri-xəttilikdir. Riyazi olaraq qeyr-xəttilik bir və ya bir neçə 
dəyişənin qeyri-xətti funksiyası ilə ifadə olunur 

13, s.14


Riyazi mənada qeyri-xəttilik məchullarının dərəcəsi vahiddən böyük və ya əmsalları mühitin 
xassələrindən asılı olan riyazı tənliklərin müəyyən növüdür. 
4.
 
 Açıqlıq prinsipi. Bu prinsip sistemin ətraf mühitlə qarşılıqlı təsirinin mövcudluğunu əks 
etdirir.  E.N.Knyazeva  və  S.P.Kurdyumov  açıq  sistemləri  belə  səciyyələndiririlər:  “Sistemin  açıq 
olması ona ətraf mühitlə maddə, enerji və informasiya mübadiləsinə girməyə imkan verən hər hansı 
bir  mənbəyin  olması  deməkdir” 

14,  s.33

.  Deməli,  açıq  sistemlər  elə  sistemlərdir  ki,  onlar  aktiv 
xarici  mühitdən  fasiləsiz  olaraq  qəbul  etdikləri  maddə,  enerji  və  informasiya  hesabına  özlərinin 
qeyri-tarazlıq halını qoruyub saxlayırlar. Bu sistemlər geriyə dönməzdir və zaman amili onlar üçün 
mühüm  əhəmiyyət  kəsb  edir.  Açıq  sistemlərin  fəaliyyətində  qanunauyğun  və  zərurətlə  yanaşı 
təsadüfi amillər, o cümlədən flüktasiyalar (kiçik amplitudlu rəqslər) da əhəmiyyətli rol oynayır.  
Sistemin  açıq  olması  onda  sistem  elementlərinin  özünütəşkiletməsinin  zəruri  şərti  kimi 
dissipatsiya  (səpilmə)  prosesinin  baş  verməsinə  səbəb  olur.  Açıq  qeyri-tarazlıqlı  sistemlər  xarici 
mühitlə  fəal  qarşılıqlı  təsirin  gedişində  xüsusi  dinamik  hala  keçırlər.  İ.Priqojin  sistemin  bu  halını 
dissipativlik  adlandırır.  Açıq  sistemlərin  elementləri  fəal  xarici  mühitdən  fasiləsiz  qəbul  etdikləri 
enerjini dissipasiya aktları hesabına kooperativ və kollektiv fəaliyyətə başlayaraq özlərini spontan 
surətdə təşkil edirlər. Sinergetik sistemlərin özünütəşkiletməsi bu yolla baş verir. 
5.
 
Qeyri-dayanıqlılıq  prinsipi.  Qeyri-xəttilik  və  açıqlıq  prinsiplərini  ehtiva  edən  qeyri-
dayanıqlıq  prinsipi  uzun  müddət  sistemin  qüsurlarından  hesab  edilmiş  və  həmin  anlayışa  belə 
yanaşma üsulu sinergetikanın yaranmasınadək davam etmişdir. Sistemin dayanaqlı haldan ən kiçik 
uzaqlaşması  belə  onun  halının  trayektoriyasının,  proqramının  qeyri-dayanıqlı  halına  keçməsinə 
səbəb  olur.  Qeyri-dayanıqlıq  nöqtəsində  hətta  qapalı  sistem  belə  açıq  sistemə  çevrilərək  hər  cür 
xarici  təsirə  qarşı  həssaslıq  nümayiş  etdirən  ətraf  mühitdən  əvvəlki  hallarda  qəbul  edə  bilmədiyi 
informasiyaları  ala  bilir.  Sistemin  belə  qeyri-dayanıqlı  halları  bifurkasiya  nöqtələri  adlanır. 
Bifurkasiya  nöqtələri  istənilən  anda  sistemdə  yeni  strukturların,  keyfiyyətlərin  yaranmasına 
başlanğıc  verən  təkamül  prosesləri  olub,  yeni  və  köhnə  keyfiyyətlər  arasında  sərhəd  funksiyasını 
yerinə yetirir. Məsələn, aşırımın ən yüksək nöqtəsi bir vadini digərindən ayıraraq onların arasında 
keçid məntəqəsi rolunu oynayır. Bifurkasiya nöqtəsinin əhəmiyyəti həm də ondadır ki, bu nöqtədə 
qüvvə ilə deyil, informasiya üsulu ilə, başqa sözlə, ən kiçik qarşılıqlı təsirlə belə sistemin davranış 
Sinergetik paradiqma: ipostasiyaları və metodoloji  prinsipləri (məntiqi-qnoseoloji  təhlil) 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə