Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə20/44
tarix05.10.2017
ölçüsü5,03 Kb.
#3170
1   ...   16   17   18   19   20   21   22   23   ...   44

 
47 
 
 
UOT 165.2 
 
SİNERGETİK PARADİQMA: İPOSTASİYALARI VƏ METODOLOJİ  PRİNSİPLƏRİ 
(məntiqi-qnoseoloji  təhlil) 
 
HÜSEYNOV ELXAN BAHADUR oğlu  
Sumqayıt  Dövlət Universiteti, professor 
e-mail: e_huseynov_01@inbox.ru  
 
Açar  sözlər:  sinergetika,  özünütəşkiletmə,  nizam,  xaos,  qeyri-xəttilik,  açıqlıq,    dissipativ,  
homeostatik, iyerarxiyalılıq 
  Məqalədə  sinergetikanın  ipostasiyalarından  (cəhətlərindən)  və  metodoloji  prinsiplərindən 
bəhs  olunur  və  müəyyən  meyarlar  əsasında  onların  təsnifatı  verilir.  İşdə  reallaşdırılan  təhlil 
sinergetik paradiqmanın bir sıra yeni aspektlərinin başa düşülməsinə imkan yaradır.  
 
Elmin  iyirminci  yüzilliyin  sonuncu  rübündən  etibarən    inkişafı,  onun    funksiyalaşmasının  
yeni,  post-qeyriklassik  mərhələsinin  başlanmasından  xəbər  verən  bir  sıra  xüsusiyyətlərilə 
xarakterizə olunur. Tanınmış rus filosofu, akad.V.S.Stepinə görə   elmin  inkişafının  bu mərhələsi  
onun  əsaslarında,  elmi  fəaliyyətin  xarakterində,  elmi  tədqiqatların  fənlərarası  və  problem  – 
istiqamətləndirici formalarında baş verən  fundamental dəyişikliklər ilə müşayiət olunur. V.Stepinin 
qeyd etdiyi kimi, bütün bu hallarda tədqiqatların obyektini daha tez-tez “açıqlıq və özünütəşkiletmə 
ilə  xarakterizə  olunan  unikal  sistemlər  təşkil  edir” 

1,  s.628

.  Bu  qəbildən  olan  obyektlərin  dərki 
kontekstində mühüm yerlərdən biri sinergetikaya – müxtəlif təbiətli sistemlərin, o cümələdən sosial 
sistemlərin özünütəşkiletməsi  proseslərinin əsasını təşkil edən ümumi prinsiplərin idrakını özünün  
strateji  vəzifəsi  sayan  tədqiqatlar  fənlərarası  istiqamətinə  məxsusdur.  Sinergetikanın  sosial 
sistemləri öz tədqiqat obyektinə çevirmək təşəbbüsü belə bir obyektiv faktdan irəli gəlir ki, bu elm 
təbii  proseslərlə  yanaşı  (fiziki,  kimyəvi,  bioloji,  geoloji  və  s.)  insan  ölçülü  sistemləri  də  özünün 
spesifik tədqiqat obyektinə cevirir. 
Sinergetikanın  çoxşaxəli  və  rəngarəng  problemləri  içərisində  onun  ipostasiyalarının  və 
kateqorial aparatının da öyrənilməsi mühüm yer tutur. Məqalədə qarşımıza qoyduğumuz məqsədə 
keçməzdən əvvəl sinergetikanın yaranma tarixinə qısaca da olsa nəzər salaq. 
Müxtəlif  təbiətli  mürəkkəb  sistemlərin  inkişafı  və  özünütəşkiletmə  prosesləri  haqqında  elm 
kimi  formalaşan  sinergetika  özünün  sələflərinin  elmlərarası  yanaşmalarını:  A.İ.Boqdanovun 
tektologiyasını,  L.  fon  Bertalanfinin  sistem  nəzəriyyəsini  əxz  və  inkişaf  etdirsə  də,  onun  dili  və 
metodları  qeyri-xətti  riyaziyyata  və  mürəkkəb  sistemlərin  təkamül  proseslərini  öyrənən  təbii  və 
texniki elmlərin nailiyyətlərinə söykənmişdir. 
Sinergetik  metodların  təşəkkül  tarixi  XX  əsrin  bir  çox  görkəmli  alimlərinin  adı  ilə  bağlıdır. 
Bu  sırada  birincilik  şərəfi,  sözsüz  ki,  XIX  əsrin  sonunda  qeyri-xətti  dinamikanın  və  diferensial 
tənliklərin  keyfiyyət  nəzəriyyəsinin  əsasını  qoymuş,  dövrüyyəyə  ilk  dəfə  “attraktor”  (açıq 
sistemlərin  hallar  məkanında  cəzbedici  çoxluq),  “bifurkasiya”  nöqtəsi  (alternativ  həlli  olan  
məsələnin  parametrlər  qiyməti),  “qeyri-tarazlıqlı  trayektoriyalar”  və  “dinamik  xaos”  anlayışlarını 
daxil etmiş böyük fransız riyaziyyatçısı və fiziki Anri Puankareyə məxsusdur. 
XX  əsrin  birinci  yarısında  qeyri-xətti  dinamikanın    metodlarının  inkişaf  etdirilməsində 
riyaziyyatçıların  və  fiziklərin  Sovet  məktəbinin  nümayəndələrinin:  A.M.Lyapunovun, 
N.N.Boqolyubovun,  L.İ  Mandelştamın,  A.A.Andropovun,  N.S.Krılovun,  A.N.Kolmoqorovun, 
A.N.Tixonovun, İ.B.Zeldoviçin böyük xidmətləri olmuşdur. 
Sinergetika  tarixində  morfogenez  model  (A.M.Tyurinq)  və  EHM  vasitəsilə  kəşf  edilmiş 
solitonlar (E.Fermi) – təcrid olunmuş dalğalar müstəsna rol oynamışdır.  
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 
Cild 12                       № 2                   2016 
  


 
48 
 
Keçən əsrin 60-70-ci illərində təbiət və texnikanın ən müxtəlif hadisələrində özünütəşkiletmə  
proseslərinin  başa  düşülməsinə  əsl  hücum  başlandı:  Q.B.Basov,  A.M.Proxorov  və  Q.Taunsinin 
lazerin generasiyası nəzəriyyəsi; B.P.Belousov və A.M.Jabotinskinin canlının bioritmlərinin əsasını 
təşkil  edən  rəqsi  kimyəvi  reaksiyaları;  İ.Priqojinin  dissipativ  strukturlar  nəzəriyyəsi; 
A.N.Kolmoqorov və İ.L.Klimontoviçin turbulentlik nəzəriyyəsi; A.P.Rudenkonun təkamüllü kataliz 
nəzəriyyəsi  bu  dövrün  mənəvi  dəyərləri  kimi  yarandı,  1963-cü  ildə  E.Lorens  iqlimin  
proqnozlaşdırılması məsələlərində dinamik xaosu kəşf etdi, daha sonra isə D.Ryuel və F.Tankensin 
işlərində qəribə attraktorların öyrənilməsi başlandı. Bu illərdə R.Tomas və V.İ.Arnold katastrofların  
(dinamik  sistemlərin  halının  sıçrayışlı  dəyişməsi)  riyazi  nəzəriyyəsini  yaratdılar  və  bu  nəzəriyyə 
tezliklə  canlı  aləm  haqqında  elmlərdə,  psixologiyada  və  sosiologiyada  öz  geniş  tətbiqini  tapdı. 
U.Maturani  və  F.Varella  canlı  sistemlərin  avtopoezisinin  xarakteristikasının  postqeyri-klassik 
nəzəriyyəsini  yaratdılar.  Bütün  bu  tədqiqatlar  əsasında  özünütəşkiletmə  proseslərinin  mahiyyətcə 
yeni  səslənən  paradiqması  formalaşdı  və  1970-ci  ildə  alman  fiziki  G.Haken  elmi  dövrüyyəyə 
özünütəşkiledən sistemlərin tədqiqinin yeni fənlərarası istiqaməti kimi sinergetik neologizmini daxil 
etdi. 
Özünütəşkiletmə  proseslərinin  rəngarəngliyinə  və  çoxcəhətliyinə  baxmayaraq  sinergetika 
möhtəşəm bir elm, yeni paradiqma, yeni dünyagörüşü kimi keçən əsrin yetmişinci illərində alman 
alimi  G.Haken  və  ondan  asılı  olmayaraq  belçika  alimi,  Nobel  mükafatçısı  İ.Priqojin  tərəfindən 
yaradıldı.  
Sinergetikanın  Ştuthard  məktəbinin  banisi  G.Hakenə  görə  sinergetikanın  başlıca  məqsədi 
özünütəşkiledən  mürəkkəb  strukturların  və  funksiyaların  yaranmasını  idarə  edən  ümumi 
qanunauyğunluqları  öyrənməkdirsə,  sinergetikanın  Brüssel  məktəbinin  təsisatçısı  İ.Priqojinin  və 
onun  əməkdaşlarının  izlədiyi  məqsəd  qeyri-tarazlıq  termodinamikası  çərçivəsində  zamanın 
geriyədönməzliyi  problemini  və  öz  tədqiqini  sinergetikanın  sürətli  inkişafında  tapan  yeni 
dünyagörüşü məsələlərinin təhlilini izləməkdir 

2; s.3


“Sinergetika”  sözü  qədim  yunan  dilindən  götürülmüşdür,  azərbaycan  dilində  səslənməsi 
“kooperativ”,  “kollektiv”  və  “birgə  fəaliyyət”  mənalarına  uyğun  gəlir 

4,  s.82-84

.  Prof.G.Haken 
özünütəşkiletmə  nəzəriyyəsinin  əsaslarına  verdiyi  “Sinergetika”  kitabının  girişində  sinergetikanın 
predmetini aşağıdakı sözlərlə səciyyələndirir: “Mən öz təlimimi öna görə “sinergetika” adlandırdım 
ki,  onda  sistemin  bir  çox  elementlərinin  birgə  fəaliyyəti  tədqiq  olunur,  həm  də  ona  görə  belə 
adlandırdım ki, özünütəşkiletməni idarə edən ümumi prinsiplərin tapılması müxtəlif təlimlərin birgə 
fəaliyyətini tələb edir” 

3, s.24-25


G.Hakenin sözlərindən belə anlaşılır ki, biz sinergetika terminini iki mənada başa düşməliyik: 
birincisi, sistemi təşkil edən və mühüm qarşılıqlı təsirləri sistemin strukturunu yaradan elementlərin 
birgə,  kollektiv  fəaliyyəti  kimi,  ikincisi,  bir  sıra  mürəkkəb  elmi  problemlərin  həllində  müxtəlif 
ixtisas  sahiblərinin  birgə  fəaliyyəti  kimi.  Sinergetikanın  məna  çalarlarına  söykənərək  G.Haken 
sinergetikanın tədqiqat obyektini aşağıdakı cizgilərlə səciyyələndirir:  
1.
 
Sinergetik  sistemlər  bir-biri  ilə  qarşılıqlı  təsirdə  olan  çoxlu  sayda  eyni  və  yaxud  müxtəlif 
elementlərdən təşkil olunmuşdur. 
2.
 
Sinergetik sistemlər qeyri-xətti sistemlərdir. 
3.
 
Fiziki,  kimyəvi  və  bioloji  sistemlər  nəzərdə  tutulduqda  söhbət  termodinamik  tarazlıq 
halından  uzaq  yerləşən  açıq  sistemlərdən  gedir.  Deməli,  sinergetik  sistemlər  qapalı  deyil, 
açıq sistemlərdir. 
4.
 
Sinergetik sistemlərdə daxili və xarici rəqslər baş verir. 
5.
 
Sinergetik sistemlər qeyri-sabit ola bilir. 
6.
 
Sinergetik sistemlərdə keyfiyyət dəyişmələri baş verir.  
7.
 
Sinergetik  sistemlərdə  emercent  xarakterli  (yeni  yaranan,  elementlərdə  olmayan) 
keyfiyyətlər müşahidə olunur.  
8.
 
Sinergetik sistemlərdə məkan, zaman, məkan-zaman və yaxud funksional strukturlar yaranır.  
Sinergetik paradiqma: ipostasiyaları və metodoloji  prinsipləri (məntiqi-qnoseoloji  təhlil) 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə