Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   2   3   4   5   6   7   8   9   ...   43

 

15 


 

XÜLASƏ 

AZƏRBAYCAN VƏ ÇEX DİLLƏRİNDƏ QIZ BƏYƏNMƏ ADƏTİ SİSTEMLİ TOY  

MƏRASİMİ LEKSİKASI ASPEKTİNDƏ 

Qurbanova S.M. 

 

Açar  sözlər:  mərasim,  adət,  ayin,  toy  mərasimi,  qız  bəyənmə,  paradiqmatik  əlaqələr,  sintaqmatik 

əlaqələr, sistem şəkilində təşkil olunmuş leksika, Azərbaycan dili, çex dili. 

Məqalədə  çex  və  Azərbaycan  dillərində  toy  mərasimlərinin  bir  bölümü  olan  qız  bəyənmə  ayinin 

leksikasını  sistemli  aspektdə  araşdırılır.  Ortaq  və  fərqli  terminlər      aşkar  edilir.  Mərasimə  aid  leksikanın 

paradiqmatik və sintaqmatik əlaqələri göstərilir. 



  

 

SUMMARY 



IN THE CONTEXT OF IN AZERBAIJANI AND CZECH LANGUAGES GIRL  

APPRECIATION CUSTOM, SYSTEMATIC WEDDING CEREMONY LEXIC 

Gurbanova S.M. 

 

Keywords: ceremony, custom, ritual, wedding ceremony, the girl appreciation paradigmatic relations



syntagmatical relations, the systematically organized lexic, vocabulary, Azerbaijani 

language, Czech language. 

In the article a part of weddings that take part in Czech and Azerbaijani languages wedding ceremonies 

ritual's lexic are investigating in systematically aspects. Common and different terms are found. Lexic that 

belongs to ceremony paradygmatic and syntagmatic relation are shown. 

 

 

 



Daxil olma tarixi: 

İlkin variant 

05.12.2016 

 

Son variant 



16.03.2017 

 

 



 

Гурбанова С.М.  


 

16 


 

 

UOT 82.131 

 

İSA HÜSEYNOVUN ƏSƏRLƏRİNİN ANTROPONİMİK LEKSİKASINDA 

“KİTABİ-DƏDƏ QORQUD”UN İZLƏRİ 

 

BAĞIROVA AYNURƏ SİYABXAN qızı 

Sumqayıt Dövlət Universiteti, dissertant 

e-mail: aynur.bagirova.1984@mail.ru 

 

Açar  sözlər:  antroponimik  leksika,  şəxs  adları,  ləqəblər,  titullar,  milli  və  tarixi 

mədəniyyətimiz 

 

Antroponimik  vahidlər  mənsub  olduğu  cəmiyyəti  təmsil  edib,  sosial  cəmiyyətdə  baş  verən 



hadisələri  dolğunluğu  ilə  əks  etdirir.  L.N.Qumilyov  “Qədim  türklər”  kitabında  qeyd  edir  ki, 

türklərin  adı  həmişə  onların  cəmiyyətdəki  mövqeyini    əks  etdirmişdir  [1,  21].  Belə  ki,  dünya 

mədəniyyəti və ədəbiyyatı tarixində xüsusi yer tutan, türk xalqlarının möhtəşəm yazılı abidəsi olan 

“Kitabi-Dədə  Qorqud”  dastanı  soykökümüzü,  milli  kimliyimizi,  dilimizin  dərin  qatlarını,  tarixən 

yaranmış onomastik vahidləri öyrənmək baxımından çox etibarlı və zəngin mənbədir. Hər sözə, hər 

ifadəyə  böyük  məsuliyyət  və  həssaslıqla  yanaşan,  eləcə  də  şəxs  adları,  ləqəbləri,  titulları  yerli-

yerində  işlədən  görkəmli  sənətkarımız  İsa  Hüseynovun  əsərlərində  “Kitabi-Dədə  Qorqud”un 

izlərinə rast gəlmək mümkündür. 

Sənətkarın  ə”  apelyativli  antroponimlərdə  rəng  bildirmə  xüsusiyyətinin  əsas  götürüldüyünü 

vurğulayır  [3,  38].  sərlərində  rast  gəlinən  maraqlı  antroponimlərdən  biri  Qaraca  Çobandır. 

H.Həsənov  belə  antroponimlərin  zahiri  əlamətlə  əlaqədar  meydana  gəldiyini  qeyd  edir  [2,  56]. 

M.Çobanov da “qara  

Bildiyimiz  kimi,  “qara”  sözünün  semantikasında  rəng  bildirmə  xüsusiyyəti  özünü  göstərir. 

Lakin  buradakı  “qara”  sözü  rəng  anlamlı  deyil,  böyüklük,  qüdrətlilik,  güclülük  və  s.  kimi  məna 

çalarları ilə bağlıdır. Buna görə Musa Adilov yazır: “Səlcuq hökmdarı Qara Arslana verilən “qara” 

ləqəbi də “böyük”, “qüdrətli” mənasındadır. “Dədə Qorqud” dastanında işlənən Qara xan, Qaraca 

çoban, Qara Budaq adlarında da bu məna vardır” [4, 151]. Həmçinin R.F.Xalıqova da qeyd edir ki, 

KDQ-da  qara  sözü  qəhrəmanların  adları  qarşısında  “cəsarətli”  və  “güclü”  sözlərinin  sinonimi 

məqamındadır.  Məsələn:  Qaraca  Çoban  adını  “böyük  və  güclü  çoban”  kimi  başa  düşmək 

mümkündür [5, 257]. Bütün bu fikirlər “qara” apelyativli kişi adlarımızın rəng, yaxud zahiri əlamət 

əsasında yaranmadığını bir daha sübut edir. 

M.Adilov  və  A.Paşayev  yazır:  “Qaraca//Qaracıq  adındakı  “qara”  güclü,  qüvvətli  mənalarını 

bildirsə də, -ca, -cıq şəkilçiləri həmin şəxsi hakim sinfə mənsub digər “Qara”lardan fərqləndirmək, 

onun  zəhmətkeş  xalq  içərisindən  çıxmasını  ifadə  etmək  üçün  “Qara”ya  artırılmışdır”  [6,  30]. 

“Qaraca Çoban” aşağı təbəqənin nümayəndəsi olsa da, ona xüsusi hörmət göstərilir. 

F.Xalıqov isə qeyd olunan antroponimdəki -ca, -cıq şəkilçisini şiddətləndirmə funksiyasında 

izah etmişdir [5, 44].  

Beləliklə, “Qaraca Çoban” antroponimində “qara”, “qüdrətli”, “cəsur”, “güclü” mənasında, -



ca şəkilçisi isə qüvvətləndirici ədatdır.  

İsa  Hüseynovun  əsərlərində  müşahidə  edilən  Burla  Xatun,  İnanc  xatun  antroponimlərində 

“Kitabi-Dədə  Qorqud”un  izlərinə  rast  gəlinir.  Bu  antroponimik  birləşmələr  “Burla”,  “İnanc”  şəxs 

adı  və  türk  mənşəli  “xatun”  titulundan  ibarətdir.  Ə.Tanrıverdiyevə  görə,  Burlaxatın  adı  atası 

Bayandır xanın adına uyğunlaşdırılmışdır [6, 91]. A.Paşayev isə göstərir ki, bu ad qədim türklərdə 

qurd  mənasında  işlənən  “buri”  sözü  ilə  əlaqədardır.  Lakin  qədim  və  müasir  Azərbaycan 

antroponimləri sistemində “börü” apelyativli qadın adlarının müşahidə edilmədiyinə görə bu fikrin 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 1                   2017 

  



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə