Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə25/46
tarix01.08.2018
ölçüsü1,53 Mb.
#60392
1   ...   21   22   23   24   25   26   27   28   ...   46

 

52 


 

əlaqələndirmənin  yaradılmasına  səbəb  olurdu.  Buraya  sosial  sığorta  sahəsində  idarəetmənin 

qüsurları,  vəsaitlərin  səmərəli  idarə  olunması,  ehtiyacların  düzgün  qiymətləndirilməməsi  və  aktiv 

hesablamaların  aparılmaması  və  s.  aid  edilə  bilər.  Əhalinin  sosial  müdafiə  sisteminin  islahatı 

çərçivəsində mərhələlərlə bir sıra işlər həyata keçirildi. 

2. Fərdi uçot sisteminin tətbiqi. 27 noyabr 2001-ci il tarixli “Dövlət sosial sığorta sistemində 

fərdi uçot haqqında” qanunun qəbulu ilə artıq hər bir sığorta olunan üçün hesabların açılması və bu 

hesablarda onlara görə ödənilən vəsaitlərin toplanmasının hüquqi bazası yaradıldı. Bu da gələcəkdə 

təyin  olunacaq  pensiyanın  bilavasitə  ödənilmiş  sığorta  haqlarından  asılılığını  təmin  edən  başlıca 

amildir. 

3.  Müasir  tələblərə  əsaslanan  yeni  sığorta-pensiya  sisteminin  təşkili.  Azərbaycan 

Respublikasında pensiya islahatları konsepsiyasına görə, Azərbaycan Respublikasında üçpilləli yeni 

pensiya sisteminin qurulması və idarə olunması nəzərdə tutulurdu. Həmin konsepsiyaya görə yeni 

pensiya  sisteminin  başlıca  prinsipləri  aşağıdakılardan  ibarət  idi:  pensiyanın  məbləği  sığortanın 

davamiyyətindən və sığorta haqqının miqdarından asılı olmalıdır və verilmə şərtləri hər bir konkret 

şəxsin  sosial  sığortada  iştirakı  zamanı  ödədiyi  vəsaitin  həcminə  uyğun  olmalıdır;  pensiyanın 

miqdarı  və  vətəndaşın  pensiya  hüququ  müəyyən  edilərkən  sığorta  haqqının  ödənilməsi  ilə  bağlı 

olmayan  dövrlər  nəzərə  alınmamalıdır;  dövlət  sosial  sığorta  sistemində  vaxtından  tez  pensiyaya 

çıxmaq üzrə güzəştlər məhdudlaşdırılmalıdır. 

2006-cı  il  fevralın  7-də  qəbul  edilmiş  “Əmək  pensiyaları  haqqında”  Azərbaycan 

Respublikasının  Qanunu  Azərbaycan  Respublikasında  vətəndaşların  əmək  pensiyası  hüquqlarının 

yaranmasının  əsaslarını,  bu  hüquqların  həyata  keçirilməsi  qaydalarını  və  əmək  pensiyası  təminatı 

sistemini  müəyyən  edir  [3,  89].  Bu  qanunun  fəaliyyətə  başlaması  ilə  1992-ci  ildə  qəbul  edilmiş 

“Vətəndaşların  pensiya  təminatı  haqqında”  qanun  əsasında  Azərbaycan  Respublikasında 

formalaşmış  və  əsasən  həmrəylik  prinsiplərinə  əsaslanan  pensiya  sisteminin  təkmilləşdirilərək 

Avropa  və  dünyanın  digər  aparıcı  ölkələrində  mövcud  olan  çoxpilləli  pensiya  sisteminin 

formalaşdırılmasının  əsasları  müəyyənləşdirildi.  Qanunun  ötən  müddət  ərzində  tətbiqi  təcrübəsi 

göstərir  ki,  qanun  əhalinin  pensiya  təminatının  yüksəlməsinə  səbəb  olmaqla  yanaşı,  sosial  sığorta 

haqlarının  ödənilməsində  əhalinin  maraqlı  olması  zərurətini  ortaya  qoymuşdur.  Bununla  yanaşı, 

“Əmək  pensiyaları  haqqında”  qanun  dövlət  büdcəsinin  vəsaitləri  hesabına  aztəminatlı  əhaliyə 

ödənilən  sosial  müavinətlərin  sosial  sığorta  haqlarına  söykənən  əmək  pensiyalarından  ayrılaraq 

müvafiq qaydada ödənilməsi üçün zəmin yaratmış oldu. 

2007-ci  il  yanvarın  1-dən  qüvvəyə  minən  “Əmək  pensiyaları  haqqında”  Azərbaycan 

Respublikasının  Qanununa  dəyişikliklər  və  əlavələr  edilməsi  barədə  28  noyabr  2006-cı  il  tarixli 

qanun  ölkəmizdə  inkişaf  etmiş  dövlətlərin  təcrübəsinə  uyğun  vahid  pensiya  sisteminin 

formalaşmasını,  hərbi  qulluqçuların  və  xüsusi  rütbəli  şəxslərin  digər  sığorta  olunanlar  kimi  sosial 

sığortaya  cəlb  olunmasını,  ölkədə  əmək  pensiyaları  sahəsində  vahid  qanunvericilik  bazasının 

yaradılmasını  təmin  etdi.  Bu  da  ayrı-ayrı  qanunvericilik  aktlarında,  eləcə  də  “Hərbi  qulluqçuların 

pensiya  təminatı  haqqında”  və  “Dövlət  qulluqçularının  pensiya  təminatı  haqqında”  qanunlarda 

pensiya təminatı ilə bağlı normaların “Əmək pensiyaları haqqında” qanunda əks edilməsinə imkan 

verdi. 

“Vətəndaşların  pensiya  təminatı  haqqında”  qanuna  əsasən  pensiya  təyinatı  aparılan  zaman 



pensiya  hesablanması  üçün  əsas  götürülmüş  əməkhaqqı  məbləğinə  tətbiq  olunmuş  məhdudiyyətin 

aradan qaldırılması ilə 1 yanvar 2008-ci il tarixindən pensiya məbləğlərinin yenidən hesablanaraq 

artırılması  əmək  pensiyaçılarının  sosial  müdafiəsinin  əhəmiyyətli  dərəcədə  gücləndirilməsi 

baxımından növbəti islahat tədbirlərindəndir.  

2010-cu  il  yanvarın  1-dən  qüvvəyə  minən  dəyişikliklər  isə  pensiya  sistemində  daha  ciddi 

islahatlara  təkan  verdi.  Həmin  dəyişikliklərə  əsasən  daha  erkən  yaşda  pensiyaya  çıxma  halları 

təkmilləşdirildi,  kişi  və  qadınların  pensiyaya  çıxma  yaşının  hər  il  6  ay  artırılması  mərhələlərlə 

həyata keçirilməklə son nəticədə kişilər üçün 63 yaş, qadınlar üçün isə 60 yaş müəyyənləşdirilməsi 



Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyasının mahiyyəti və əsas müddəaları 

 



 

53 


 

əhalinin sosial müdafiəsində sığorta prinsiplərinin gücləndirilməsi baxımından zəruri addımlar kimi 

qiymətləndirilir. 

Azərbaycanda  pensiyaların  məbləğinin  artırılması  ilə  ayrı-ayrı  sosial  qruplar  arasında 

narazılığın aradan qalxması və sosial ədalətin bərpa olunması ilə nəticələnən bu dəyişikliklər ölkədə 

həyata keçirlən sığorta-pensiya islahatlarının növbəti mərhələsi olmaqla, Azərbaycan Respublikası 

Prezidentinin  30 dekabr  2008-ci  il tarixli 111 nömrəli  Sərəncamı ilə təsdiq  edilmiş  “2009-2015-ci 

illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda 

əks  olunmuşdur.  Qanuna  edilən  əlavə  və  dəyişikliklərin  ən  mühümü  pensiya  təyinatında  yanlış 

hesablama  qaydasını  aradan  qaldıran,  bununla  həm  də  sistemdə  böyük  bir  şəffaflıq  təmin  edən, 

keçmiş dövrdə qazanılmış əmək pensiyasının həcminin müəyyənləşdirilməsi ilə bağlıdır.  

Ötən  illər  ərzində  həyata  keçirilən  islahatlarla  Azərbaycanda  müasir  və  sosial  baxımdan 

yüksək  səmərəyə  malik  pensiya  təminatı  sisteminin  yaradılmasına  nail  olunmuşdur.  Bunun 

nəticəsində  pensiya  yaşında  olan  əhali  təbəqəsinin  sosial  rifah  durumu  əhəmiyyətli  şəkildə 

yaxşılaşmış  və  bu  təbəqədə  yoxsulluq,  demək  olar  ki,  tam  olaraq  aradan  qaldırılmışdır.  Əhalinin 

sosial  müdafiəsi  sahəsində  məqsədyönlü  tədbirlər  2006–2013-cü  illərdə  əmək  pensiyalarının  orta 

aylıq  məbləğinin  5,7  dəfə  yüksəldilməsinə  və,  beləliklə  də,  bu  göstərici  üzrə  ölkəmizin  postsovet 

coğrafi  məkanında  öncül  mövqelərdə  qərarlaşmasına  imkan  vermişdir.  Bununla  belə,  pensiya 

təminatı sisteminin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruriliyi bu sahədə bu gün 

də yeni çağırışlara cavab verən islahatların davam etdirilməsini şərtləndirir.  

Azərbaycanda  mövcud  pensiya  təminatı  modelinin  beynəlxalq  təcrübədə  əldə  olunmuş 

qabaqcıl  təcrübə  nəzərə  alınmaqla  təkmilləşdirilməsi  zərurəti,  ilk  növbədə,  ölkəmizdə  bazar 

iqtisadiyyatına keçidin uğurla başa vurulması və yeni reallıqlar müstəvisində vətəndaşların pensiya 

təminatının  daha  yetkin  mexanizmlər  vasitəsilə  həyata  keçirilməsinə  imkan  verən  sistemin 

yaradılması  ilə  bağlıdır.  “Azərbaycan  2020:  gələcəyə  baxış”  İnkişaf  Konsepsiyasında  qarşıya 

qoyulmuş hədəflər bütövlükdə sosial sahədə, o cümlədən vətəndaşların pensiya təminatı sahəsində 

ölkəmizin  əldə  olunmuş  nailiyyətlərə  söykənməklə  yeni  perspektivlərin  çizilməsinə  və  qabaqcıl 

beynəlxalq  təcrübəyə  uyğun  dəyişikliklər  strategiyasının  həyata  keçirilməsinə  əlverişli  zəmin 

yaradır.  “2014-2020-ci  illərdə  Azərbaycan  Respublikasında  pensiya  təminatı  sisteminin  islahatı 

Konsepsiyası”  əhatə  etdiyi  dövrdə  pensiya  təminatı  sahəsində  dövlət  siyasətinin  əsaslarını 

müəyyənləşdirir [4, 3]. 

Azərbaycan  Respublikasında  pensiya  təminatı  sisteminin  islahatının  əsas  məqsəd  və 

vəzifələri aşağıdakılardır:   

-

 



pensiya  təminatı  sisteminin  cari,  ortamüddətli  və  uzunmüddətli  dövr  üzrə  maliyyə 

dayanıqlılığına nail olunması;  

-

 

pensiya təminatının vətəndaşların sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməsi;  



-

 

pensiya  təminatı  sisteminin  fəaliyyətində  sığorta  prinsiplərinin  gücləndirilməsi  və  qazanılan 



pensiya  hüquqları  ilə  toplanılan  sığorta  vəsaitləri  arasında  balanslaşdırma  mexanizmlərinin 

formalaşdırılması; 

-

 

pensiya  təminatı  sistemində  təyin  olunan  pensiya  məbləğinin  ödənilən  sığorta  haqqına 



mütənasibliyinin təmin edilməsi;  

-

 



pensiya  təminatı  sisteminin  uzunmüddətli  inkişafı  üçün  aktuar  təhlillərə  əsaslanan 

mexanizmlərin formalaşdırılması.  



Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyanın həyata keçirilməsinin əsas 

istiqamətləri:  

-

 



pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması;  

-

 



əmək  pensiyasının  baza  hissəsinin  restrukturizasiyası  işçilərin  şərti  yığım  sistemlərində  uçota 

alınmış  vəsaitin  artırılmasına  şərait  yaradacaq,  işləyənlərin  fərdi  hesablarında  nəzərə  alınan 

vəsait ödənilən sığorta haqqının yarısını deyil, tam məbləğdə nəzərə alınmasını təmin edəcəkdir

-

 



sığorta haqqı normativinin strukturunun təkmilləşdirilməsi;  

Rzaquliyeva S.D., Bünyadov Z.V., Muradova K.V. 

 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə