21
deyənlər vardır. (Fasmer M. 1,13) Həmçinin Qırğızıstanın yer adlarını tədqiq
edərkən K.Konkobayev həmin ərazidəki Ala Buqa (Ala Buka) yer adının
tərkibindəki buğa, buka sözünü "çöl, bozqır" deyə mənalandıraraq rus dilindəki
türk mənşəli sözlərdən olan "buqor" türkizmini də həmin sözlə əlaqələndirir
31
.
Türk əsilli rus soyadlarının tarixinə dair monoqrafik əsərində Baskakov qədim
türklərdə Ala Buqa ləqəbinin əslində tatar və digər qıpçaq dillərində "qəhrəman,
güclü buğa" (rus adaptasiyasında Ala Buqa - Al Buqa) mənası daşıdığını göstərir
32
.
Təbii ki, qədim türklər, türk bəyləri, el başçıları öz güclərini (əlbəttə, eyni dərəcədə
həm fiziki, həm də mənəvi) göstərmək məqsədilə güclü heyvanların adlarını
mənimsəyirdilər. Tobol quberniyasında da (Kurqan qəzasında) vaxtı ilə iki Ala
Buqa kəndi olmuşdur. Bejetsk yaxınlığındakı Alobuqino kəndinin, Həmçinin
Qazaxıstandakı Ala Buqa çay adı da bu ad və adın daşıdığı mənayla bağlıdır.
Kazan xanlığını məhv etdikdən sonra səfər əsasında İvan Qroznı
Alabuqada olmuş, qələbə münasibətilə Pokrov kilsəsinin tikilməsinə sərəncam
vermişdir.
ANAPA (BUQUR QALA)- YENİLMƏZ TÜRK
QALASI
Anapa - müasir Krasnodar ölkəsində liman şəhəridir. Qara dənizin şimal
qərb sahilində yerləşir. 1475-ci ildə artıq güclü türk hərb qalası kimi məşhur idi.
"Qala hünərli mühəndis əlindən çıxmışdır,
,,
- deyə Övliya Çələbi qürurla qeyd edir.
Tarixən ilk adı Buqur qala (Buqur çayı üzərində salındığına görə) olmuşdur
33
. Bir
neçə dəfə Anapada olmuş Övliya Çələbi bu qədim torpağın öz dürrü-gövhəri ilə
məşhur olduğu barədə yazır: Anapa limanında bir çeşid incilər çıxarılırmış; geniş
bir təpə üzərindəki bu qalanı sarayının divarı, döşəməsi buradan çıxan ləl, yaqut,
sədəf, əqiqlərlə bəzəndiyinə görə qalaya "Qalayi-gövhər" deyərmişlər. Tarixdə də
bu şəkildə yazılmışdır. Qala Abaza ilə Çərkəz torpaqlarının hüdudunda sərt bir
qaya üzərində yerləşir. Qalanın şimal tərəfi Anapa dağlarıdır. Qara dənizdən Azaka
(Azov dənizi) gedən gəmilər bu dağları səmt tutub gedərdilər. Ulu dağlardır.
Qalanın qapalı böyük bir limanı var ki, Qara dənizin heç bir yerində (Balaklavadan
başqa) belə bir liman yoxdur. Qaladan xaricdəki yaşayış yerinin adı Kabak kəndi
idi
34
.
31
Конкобаев К. Топонимия Киргизии, с. 77.
32
Баскаков Н.А. Руские фамилии тюркского происхождения, Баку, Язычы, 1992,
с.155.
33
Никонов В.А. Краткий топономический словарь, М., Мысль, 1966, с.24.
34
Evliya Çelebi. Seyahetnamesi, 1-11 c, s. 472
22
Çar höküməti onu başa düşürdü ki, Qara dənizi rus dənizinə çevirmək
üçün onun sahillərini də ələ keçirmək lazımdır. Bn zaman Qara dəniz xəttinin
Gəlincik, Anapa qalası, Kuban çayı sahili boyunca Qafqaz vilayətləri
sərhəddinədək olan torpaqlar təşkil edirdi. Anapa Rus-Türk müharibəsi gedişində
1781-82-ci illərin çətin döyüşlərində özünün yenilməz türk qalası şöhrətini təsdiq
etdi. Belə ki, 1782-ci ildə ruslar bütöv Kırımı ələ keçirsə də Anapa və Sucuk
Qalanı ala bilmədilər. Anapa birinci dərəcəli hərb qalası idi. 1788- ci ildə növbəti
Rus-Türk müharibəsi gedişində Potyomkin general - anşef P.Tekelliyo Anapa və
Sucuk Qalaya hücum etməyi tapşırsa da, belə qalaların rus gücünə yenilməyə-
cəyini gorüb dayandılar
35
. 1790-cı ildə məşhur general Bibikov yüksək
komandanlığın icazəsini gözləmədən ləl-gövhər kanı Anapaya hərəkətə keçdi və
düz bir ay Anapanı mühasirədə saxladı. İtkiləri o qədər çox idi ki, çar höküməti
onu yersiz cəsarəti üstündə cəzalandırdı. 1791-ci ildə rus ordusu general Qudoviçin
rəhbərliyi altında Temişbekdən hərəkətə başlayıb Anapaya hücuma keçdi. Onunla
yanaşı Zaqrajski, general Şits də hücumda iştirak edirdi. Anapa qalasının
qarnizonuna igid Mustafa paşa rəhbərlik edirdi. Qafqazı müqəddəs müharibə
meydanı elan edən, müsəlmanları cihada çağıran Şeyx Mənsur də onunla idi. Qala
divarları təməlinə qədər yerlə yeksan edilmiş, şəhər yandırılmış, Anapanın 15
minlik müdafiəçiləri və dinc xalq qılıncdan keçirilmişdi. Öz vəzifəsinin öhdəsindən
gələ bilmədiyinə görə Anapa sərəsgəri Sarı Abdulla paşa edam edildi. Bu son
döyüşdə Qafqaz milli-azadlıq hərəkatı başçısı Şeyx Mənsur ruslara əsir düşmüş
Peterburqa aparılıb Şlisselburq qalasında edam edilmişdir
36
.
Lakin Yassı sülhünə görə (2 yanvar 1792) Kuban nəhrinin işğal olunmuş
sol sahillərilə birlikdə Anapa da geri qaytarıldı. 1807-ci ildə admiral Pustoşkinin
başçılğı altında rus eskadrası qalanı ələ keçirib divarlarını, silah anbarlarını
partlatdılar. Qaladakı 80 su quyusunu lazımsız çuqun silahlarla basdırıb, bir
çoxunu da partlatdılar. Qaladan heç nə qalmadı. Sağ qalan adamların sayı 20 nəfər
idi. Tezliklə Anapa təkrar türklərə keçdi. Onlar gecə-gündüz bilmədən çalışıb
qalanı əvvəlki halına gətirib, bərpa etdilər. 1809-cu ildə rus desantı yenə Anapanı
ələ keçirdi. Lakin əldə saxlaya bilmədi. Orada bir qarnizon qoyub çəkildi. 1812-ci il
müqaviləsinə görə Osmanlı dövlətinə geri verildi.
1828- ci ildə Anapaya 6-cı yürüş başlandı; 40 il idi ki, onun uğrunda
döyüşlər gedirdi. Bu dəfə düşmənin planı, da əməli də qəti idi. General Menşikov
və polkovnik Perovskinin qüvvələri tam 41 gün qalanı topa tutdu. Yerli türk və
çərkəz qüvvələrinin başında acarlı Seyyid Əhməd paşa durmuşdu və bu hünərli
sərkərdə çətin hücumları mətanətlə dəf edirdi. Temirük bəy qala xaricində müda-
fiədə durmaqla ona dəstək olurdu. Qarnizon rəisi isə Çatır Osman-oğlu idi. Anapa
35
Кругливо К.Т. Анапа 2500 лет, Краснодар, 1987, с. 44.
36
M.Sadık Bilge. Osmanlı devleti ve Kafkasya, s. 152
Dostları ilə paylaş: |