19
AKTIYAR. SEVASTOPOL
Aktıyar və ya Akyar 1783-cü ildən Sevastopol Kırım vilayətində
(Ukrayna) şəhər. Artıq 1768- 1774-cü illər Rus-Türk müharibəsi Türkiyənin Kerç,
Yeni qala, Kıl Burun hərb qalalarını və Qara daniz sahillərinin xeyli hissəsini
itirdiyi Küçük Qaynarca sülhü ilə başa çatmışdır. Rusiyanın əldə etdiyi bu yeni
torpaqlarda istilaçılara qarşı xalq həyacanları şiddətlənirdi. Müharibədən məğlub
çıxsa da, xalq yadellilərin boyunduruğu altına düşmək istəmirdi.
II Yekaterina Kırım və Kubandakı rus qoşunlarının komandanı Suvorovu
qəzəb və nifrətdən çalxanan bu torpaqlara səfərbər etdi. Bu həyəcanları yatırtmaq,
yerli xalqları ram edib susdurmaq üçün ruslara güclü qala və hərbi liman lazım idi.
Suvorov sıldırımlı sahilləri, ağ təbaşir daşlı yarğanların üstündəki Axtiyar kəndinin
və böyük buxtanın üstünlüklərini dərhal qiymətləndirə bildi. Odur ki, 1783-cü ilin
aprelində Kırım tamamən Rusiyanın əlinə keçdikdən sonra II Yekaterina Kırımın
hakimi general Q.A.Potyomkinə "indiki Aktiyarın yerində böyük Sevastopol
qalası tikməyə dair" göstəriş verdi
27
. Yekaterina artıq Kırımın adının belə
dəyişdirilməsinə, Tavriya adlanmasına dair sərəncam göndərmişdi, öz sevimlisi
Potyomkini də "Knyaz Tavriçeski" şöhrətli titulu ilə mükafatlandırmışdı.
Tarixi əsərlər öz səhifələrində yerin əsl türk adını saxlamaqdadır: Kırımda
qoşuna komandanlıq edən A.V.Suvorov Aktiyar buxtasını sahilində batareya
qurmaq üçün əmr verdi. (A.M.Andruşenko. Admiral Uşakov). Yazıçı kitabın bu
adla bağlı şərhində yazırdı: Axtıyar buxtası sahildə yerləşən kiçik tatar kəndinin
adı ilə adlanırdı. Axtiyar tatarca "Təbaşir daşlı ağ yarğan" deməkdir. Daha sonra
buxta da Sevastopol adı ilə adlandı. Oleq Mixaylovun "Suvorov" tarixi romanında
oxuyuruq: "Kırımın özündə sakitlik idi, amma Aktiyarda, gələcək Sevastopol
reydində hələ də türk gəmiləri durmaqda idi." Yaxud, "Kırıma nümayişkaranə
səfəri zamanı ikinci Yekaterina Avstriya imperatoru II İosif və xarici səfirlərlə
1787-ci ildə Aktiyara gəldi."
1796-cı ildə hakimiyyətə gəlmiş rus çarı I Pavel hər bir sahədə olduğu
kimi bu işdə də anası II Yekaterinanın əksinə getdi. Sevastopolun Aktiyar kimi
əski şəkildə adlandırılmasına fərman verdi. (1797) Təxminən 30 il sonra
hakimiyyətə gələn və bütün dövlət işlərində, o cümlədən imperiyanın işğalçılıq
istiqamətindəki tədbirlərində nənəsinin təcrübəsinə əsaslanan və onu təqdir edən I
Nikolay (1825-1855) 1826-cı ilin aprelində Sevastopolun Aktiyar deyil, həmişəlik
Sevastopol adlandırılmasına qərar verdi.
Sevastopolda istehkamlar, kazarmalar, Rus-Türk müharibəsində ölmüş rus
əsgərlərinin dəfn olunduğu "qardaş məzarlığı" bu qanlı istilanın yadigarları kimi
durmaqdadır. Bu torpaqlara yunan adlarını yamamaq istilaçı idealogiyanın əsil
hədəfi idi. Əlverişli miflər işə düşürdü. Mədəni adamların tarixi həqiqətləri bir
27
Валерий Ганичев. Ушаков, ЖЗЛ, М., Молодая Гвардия, 1990, с. 152.
20
yana buraxıb mənfəət və maraq sezilən "miflərlə" məşğul olması köklü istila
taktikasıdır. Şəhərin yunanca adı Sevastopol Kırımı yunanlaşdırmaq kimi qorxulu
məqsədlə bağlı olan "süni addır" deyə Maks Fasmer yazarkən bu adın bu yerlə,
xalqla, bu xalqın tarixi ilə səsləşmədiyini nəzərdə tuturdu. Bu uydurma vaxtı ilə
Xəzər dövlətinin süqutundan sonra Kırıma (daha doğrusu sahillərinə, ticarət
əhəmiyyətli limanlara) sahib çıxmış yunan kolonizatorlarının bu torpağın əsl sahibi
olmalarına elmi dayaq yaratmaq məqsədləri ilə bağılıdır. Sevastopol- Sebastos
"təzimə, səcdəyə layiq, müqəddəs; pol - "şəhər sözlərindən yaranmışdır. "Lakin
qədim yunanlar burada heç vaxt belə vüqarlı ada layiq şəhər salmamışlar" deyə
Lev Uspenski yazırdı
28
. Bu torpağın hər qarışı öz köksündə Qızıl Qobu və skif
mədəniyyəti izlərini hifz edib saxlayır. Şəhərin ətrafının türk adları-Balaklava,
Tarxanqut, Temiryük və s. adlar keçmiş türk abi-havasını saxlayan və təsdiqləyən
faktlardır.
ALA BUQA. ELABUQA
Ala Buqa müasir Tatarıstanda Kama çayı üzərində şəhər. Vaxtilə Volqa –
Kama Bulqarıstanın baş şəhərlərindən olmuşdur. Qədim bulqar şəhəri Ala Buqa
(Radlov 1,362) müasir Elabuqadan azca aralı, Toyma çayı üzərində yerləşirdi. Qala
X əsrdə bulqar xanları tərəfindən ucaldılmışdı. Ala Buqa qəsri vaxtilə möhtəşəm
olan Volqa-Kama Bulqarıstanının xarakterik abidələrindəndir. Hazırda həmin
yerdə əski şəhərin xarabalıqları - möhkəm qala divarları qalıqları, hətta bütöv
bürclər durmaqdadır. O qədim mədəniyyət ocaqlarından olmuşdur; Ala Buqa
yaxınlığında aşkar edilmiş qədim məzarlıq (müasir adı Ananiyev deyilən ərazidə)
XIX əsrin ortalarında öyrənilmişdir. Abidələrin öyrənilməsi nəticəsində məlum
olur ki, burada eramızdan əvvəl VII-III əsrlərdə yüksək mədəniyyətə sahib adamlar
yaşamışlar. Tədqiqatçılar onları müasir udmurtların, komi-zıryanların ulu babası
zənn etmişlər
29
. Müasir Elabuqa şəhər adı tarixi Ala Buqa adının rus dilində təhrif
olunmuş şəklidi. Qüdrətli Qızıl Orda xanı Məhəmməd Özbək xanın (1312-1342)
titulu (və ya ləqəbi) Ala Buqa olmuşdur. Bir sıra rus salnamələrində də Özbək xanı
belə adlandırırdılar
30
. Baskakovda da buna aid işarələr vardır: Albuqa - Olbuqa
şəxs adı; qadın xətti ilə rus knyazları ilə qohumluq münasibətində olan Poloves
xanlarından birinə məxsusdur.
Lakin bununla yanaşı şəhərin adının mənası sadəcə tatarca balıq adı
("okun") vo ya "pestrıy bık" olan "Alabuqa" şəxsiyyət adından yarandığını
28
Лев Успенский. Слово о словах. Имя дома твоего, Лениздат, 1967, с.36.
29
В.М. Мансуров. История нашего края, Вятка, 1969, с. 39.
30
Э С т. 1, с. 347.
Dostları ilə paylaş: |