17
AK SU. BELOREÇENSK
Krasnodar ölkəsində şəhər.
...Qafqaz dağları silsiləsində başı həmişə qarla örtülü olan Oştan dağından
buz kimi soyuq sulu çeşmələrdən öz mənbəyini götürən Ak Su çayı yolu
üzərindəki qayaları, uçurumları qət edə-edə Kuban ovalığına yetişir, nəhayət
yavaşıyır, öz tər-təmiz suları ilə bağları, bostanları seylab edirdi. Bu düzdə
üzərində yerləşdiyi çayın adı ilə adlanan Aksu qəsəbəsi yerləşirdi. Aksu çayı keçən
yüksəkliklərdən biri də eləcə Aksu keçidi (İndi Beloreçenskiy pereval) adlanırdı.
Deyilənlərə görə uzaq keçmişdə qədim skiflərin Aksu aşırımından Maverayi
Qafqazda Aksu çayı boyunca uzanan hərəkət marşurutlarından biri keçirmiş.
Tarixi Aksu qəsəbəsi böyük keçmişə malikdir. Aksu kurqanlarından
(qəsəbəyə çox yaxın olan ərazilərdə 53 zəngin kurqan-onlardan 35-ində kişi, 18-
ində qadın dəfn olunmuşdur) tapılan əşyalar bu torpaqlarda mövcud olmuş qədim
mədəniyyət barədə mühakimə yürütməyə əsas verir. Sərdabələrdən əldə edilmiş qı-
zıldan bəzək əşyaları qədim sənətkarların həqiqətən nümunəvi bədii yaradıcılığını
sübut edir. Burada tapılmış məişət əşyaları, qabların çoxu qızıldandır; mis tabutda
belə dəfn olunmuş sərkərdənin qəbri aşkar olunmuşdu. Kurqanların əksəriyyəti
Qızıl Orda dövləti dövrünə aid edilir. Aksudan tapılmış qiymətli nümunələr
Moskva Tarix Muzeyində, Dövlət Ermitajında (Peterburq) mühafizə olunur.
Rusların bu yerlərə gəlişi 16-cı əsrin ortalarına təsadüf edir; daha dəqiq
desək, ruslar bura ilk dəfə 1557-ci ildə ayaq basırlar. Astarxan xanlığını işğal edib
ləğv etdikdən sonra İvan Qroznı dərhal bu torpaqlarda möhkəmlənməyi qarşıya
məqsəd qoydu. Uzun illər bu fakt Qafqaz xalqlarının - çərkəz, adıgöylərin, kabar-
day, balkar, qaraçay.... xalqlarının Rusiyaya könüllü ilhaqı kimi daxil olmuşdur.
...1791-ci ildə Rus-Türk müharibəsinin bitməsi ilə bərabər Kubarun dağ
ətəyi düzənlik sahillərinə köçürülmələr başlanır. İlk dəstə olaraq buraya kazak
ailələri köçürülüb yerləşdirilir. Zaporojye Seç qurumunu ləğv edən II Yekaterina
və sevimlisi baş komandan knyaz Potyomkin yenicə bitən müharibədə canfəşanlıq
göstərmiş kazak birliklərini mükafatlandırmaqda idilər. Köhnə Aksu kəndindən
azca aralıda möhkəmləndirilən yeni kazak qalasına çayın adının tərcüməsi ilə
"Belaya" adı verdilər. 1862-ci ildə isə keçmiş qalanın yerində Beloreçensk
staniçsası salınır
22
. 1958-ci ildə isə qəsəbə şəhərə çevrilir.
Aksu kurqanlarının kəşfi günümüzdə də davam edir. 70-ci illərin
axırlarında Beloreçensk (Aksu yaxınlığında) kanal qazıldığı zaman bürünc dövrünə
aid kurqan aşkar edilmişdir. Öz doyüşçü geyimindəcə dəfn olunmuş (onun qəbri
staniçanın tən ortasında yerləşirmiş) hərbçinin məzarı quyu qazarkən üzə
çıxarılmışdır
23
.
22
БСЭ, т.3, с. 125.
23
Е. Кламвоцкий. Белореченск, Краснодар, 1981, с.11.
18
Yerli tarixlə olaqəsi olmayan, artıq 200 ildən bəri bu ərazilərdə köçüb
yaşayan "gəlmələr" hələ də işğalçı kimi bu torpaqların tarixinə etinasız və soyuq
münasibət bəsləməkdədir; tarixi abidələr adi təsərrüfat ehtiyacı üzündən məhv
edilməkdədir. Yenə hündür mərtəbəli bina özülü qazılarkən açılan kurqandan
tapılan orijinal əşyalar Aksu yaşayış məntəqəsinin özünün kiçik miqyasına
sığmayan geniş və dərin tarixindən söz açır.
AK TURA. AXTIRKA
Ak Tura, yəni müasir Axtırka Sum vilayətində (Ukrayna) şəhərdir.
Şəhərin tarixi ilə bağlı onu demək mümkündür ki, məntəqə haqqında ilk məlumat
VIII əsrdə "türk yurdu" kimi verilir. Qala qıvrıla-qıvrıla axan Ak Tura çayının bir
həlqə kimi qıvrıldığı yerdə salındığından onun mövqeyi çox əlverişli sayılırdı və
ətrafdakı göllər onun müdafiə qüdrətini artırırdı. 1641-ci ildən Osmanlı
dövlətindən Reç Pospolitaya, 1647-ci ildə isə ruslara keçmişdir. 1707-ci ildə I
Pyotr bu diyarın hərbi vəziyyətini öyrənmək üçün Ak Turada olmuşdur.
Kırımıın türk yer adları içərisində də Ak Tura (indiki adı Yemelyanovka)
adlı yaşayış məntəqəsi adı olmuşdur. Kuban diyarında (indiki Krasnodar vilayəti)
eyniadlı qəsəbə vardır
24
. Ak Tura öz adının mənaca izahına görə çox şəffaf bir
toponimdir. Türk dillərində Ak Tura "Ağ qala" mənasına müvafiq gəlir. Sibirin
türk yer adlarını araşdıran Valeev tarixçi Millerə əsaslanaraq tura sözünün türk
dillərində "möhkəmləndirilmiş yaşayış məntəqəsi, "qala" mənasını göstərir
25
.
Rusiyanın hərb tarixində, ədəbi-bədii əsərlərdə tez-tez rastlanan şan-
şöhrətli alaylar içərisində Axtır alayı tarixdə bu türk adını yaşatmaqdadır.
Moskvaaltı ərazilərin türk adları içərisində də bu ada rast gəlinir: Moskva
ətrafı yüksək təbəqəyə mənsub olan malikanələr içərisində məşhur Abramçevodan
azca aralıda yerləşən Axtırka kəndi məşhur boyar soyu olan Trubetskoylara
məxsus olmuşdur. Trubetskoylar bu adı vaxtilə Rus-Türk müharibələrindən, daha
doğrusu, Ak Tura döyüşlərindən bir xatirə olaraq gətirmiş, ata mülklərinə onun
adını vermişlər. Axtırka adlanan malikanə fövqəladə dərəcədə gözəlliklər
qoynunda yerləşirdi. Onun qarşısındakı gölməçə o qədər şairanə və ilhamverici idi
ki, rəssam Vasnetsov özünün məşhur "Alyonuşka" rəsmini - gölcük kənarındakı sıx
qamışlıq arasında, xəlvəti bir guşədəki o hüznlü qızı burada çəkmişdi
26
.
24
Советский энциклопедический словарь, М., 1987, с. 94.
25
Валеев Б.В. О топонимии Сибирских татар – Сов. Тюркология, 1989, № 2, с. 51.
26
Подмосковье. Памятные места в истории русской культуры 14- 19 веков, М., 1955,
с. 260.
Dostları ilə paylaş: |