ÜNDƏricat ön söz



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə4/18
tarix21.06.2018
ölçüsü0,56 Mb.
#50120
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   18

 

dövlət  qurulması,  bazar  iqtisadiyyatı  sisteminə  keçid,  ərazi  bütövlüyünün  təmin  edilməsi,  əhalinin 



təhlükəsizliyinin və sosial-iqtisadi rifahının yaxşılaşdırılması və digər bir çox mühüm vəzifələri hökumət 

həll etməli idi.  

Azərbaycanın  məqsədi  davamlı  geniş  miqyaslı  inkişafı  stimullaşdırmaq,  hazırkı  və  gələcək  nəsillərin 

rifahını  təmin  etmək  üçün  bütün  mövcud  resurslardan  istifadə  etməkdir.  İqtisadi  keçid  Azərbaycan 

Respublikasının ərazisi olan Dağlıq Qarabağ üstündə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə 

mürəkkəbləşmişdir. Azərbaycan ərazisinin 20%-i hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 

Ermənistandan  qaçqın  olan  və  Azərbaycanın  işğal  olunmuş  rayonlarından  məcburi  köçkün  olan  bir 

milyon  insanın  əksəriyyəti  hələ  də  qaçqın  düşərgələrində  dözülməz  şəraitdə  yaşamağa  məcburdur,  əsas 

regional ticarət və nəqliyyat infrastrukturu dağıdılmışdır. 

Müstəqillikdən  sonra  qısa  tarixi  dövr  ərzində,  hətta  ilkin  əlverişsiz  şəraitə  baxmayaraq  sosial-iqtisadi 

inkişaf  və  dünya  iqtisadi  sisteminə  inteqrasiya  sahələrində  əhəmiyyətli  nəticələr  əldə  edilmişdir.  Bu 

dəyişikliklərin nəticəsi olaraq, ölkə müəyyən makroiqtisadi sabitlik əldə etdi və 1996-cı ildən başlayaraq 

dinamik  iqtisadi  inkişaf  istiqamətində  daha  da  irəlilədi.  Azərbaycanda  siyasi  vəziyyət  sabitdir. 

Azərbaycanın  Asiya  ilə  Avropa  arasında  tranzit  dəhliz  rolu  inkişaf  etdiyinə  görə  regionda  çoxtərəfli 

əlaqələr gücləndirilməkdə davam etməkdədir. 

1.2  Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası və MPOWER  

Tütün epidemiyasının qloballaşmasına cavab olaraq, 2003-cü ilin may ayında 56-cı Ümumdünya Səhiyyə 

Assambleyasında Ümumdünya Səhiyyə Təşkilatının 191 üzv dövlətləri tərəfindən Tütünə qarşı mübarizə 

haqqında  ÜST-nin  Çərçivə  Konvensiyası  (TMÇK)  yekdilliklə  qəbul  edilmişdir.

3

  TMÇK  tütünə  nəzarət 



sahəsində  bəşəriyyətin  ilk  ictimai  səhiyyə  sazişidir.  Bu  saziş  tütünlə  bağlı  ölüm  və  xəstəliklər 

pandemiyasına qarşı qlobal cavab tədbirlərin arxasında duran irəliyə aparan qüvvə və fəaliyyət planıdır. 

TMÇK  birbaşa  və  dolayı  yolla  tütün  reklamının  qadağan  edilməsi,  tütün  məmulatlarının  vergi  və 

qiymətlərinin  artırılması,  tütündən  azad  ictimai  və  iş  yerlərinin  dəstəklənməsi,  tütün  qutuları  üzərində 

sağlamlığa  aid  xəbərdarlıqların  əks  etdirilməsi,  tütünlə  bağlı  tədqiqat,  nəzarət  və  məlumat  mübadiləsi 

kimi ictimai siyasəti həyata keçirmək məqsədilə tütün istehlakının qarşısının alınması və səmərəli tütünə 

nəzarət strategiyalarının reallaşmasına dair əlaqələndirilmiş effektiv və təcili tədbirlər planını özündə əks 

etdirir.  

2005-ci ilin noyabr ayında Azərbaycan ÜST TMÇK-nı ratifikasiya etdi. Dövri hesabatlar ölkələrdə ÜST 

TMÇK-nın həyata keçirilməsinin monitorinq və qiymətləndirilməsi üçün mühüm vasitədir. Bu yaxınlarda 

Azərbaycan ÜST TMÇK-nın həyata keçirilməsinə dair sonuncu hesabatını başa çatdırdı.

4

   



Ölkələrə ÜST TMÇK üzrə öz öhdəliklərinin həyata keçirilməsinə kömək etmək məqsədilə ÜST 2008-ci 

ildə MPOWER adlı sübutlara əsaslanan altı tütünə nəzarət tədbirləri üzrə texniki paket hazırlamışdır ki, 

bu da tütündən istifadənin azaldılmasına və insanların həyatının xilas edilməsinə yönəldilir:

 5

   



 

Tütündən istifadənin və profilaktik strategiyalarının monitorinqi  



 

İnsanların tütün tüstüsündən mühafizəsi 



 

Tütündən imtina etmək üçün yardım təklifi 



 

Tütünlə bağlı təhlükələr barədə xəbərdarlıqların edilməsi 



 

Tütün reklamı, satışının stimullaşdırılması və sponsorluğuna qadağaların qoyulması  



 

Tütün məmulatlarına qoyulan vergilərin artırılması 




10 

 

GYTS  əsas  tütün  göstəriciləri,  o  cümlədən  tütünçəkmənin  yayılması,  bilik  və  davranışa  dair  ölkənin 



spesifik məlumatlarının monitorinqi vasitəsilə ÜST MPOWER-i dəstəkləyir.  

1.3  Tədqiqatın məqsədi və keçirilməsi səbəbləri 

GYTS  gənclər  arasında  tütün  istehlakının  və  tütündən  istifadəyə  başlamanın  monitorinqi,  milli 

tütünçəkmə  profilaktikası  və  nəzarət  proqramlarının  istiqamətləndirilməsi,  milli,  regional  və  qlobal 

səviyyədə  tütünlə  bağlı  məlumatların  müqayisəli  təhlilinin  asanlaşdırılması  üzrə  ölkə  potensialını 

gücləndirir. GYTS nəticələri eləcə də tütünə nəzarət qanunvericiliyi və ÜST-nin Çərçivə Konvensiyasının 

müvafiq  maddələrinin  ayrı-ayrı  müddəalarının  həyata  keçirilməsinin  monitorinqi  üçün  tütünə  nəzarət 

tədbirlərinin müxtəlif göstəricilərində dəyişikliklərin sənədləşdirilməsi üçün faydalıdır.  

Azərbaycanın GYTS-də iştirakı aşağıdakı səbəblərlə əsaslandırılır: 

 

İlk  əvvəl,  hazırkı  GYTS  2016-nın  məlumatlarını  2011-ci  ildə  keçirilmiş  birinci  GYTS 



məlumatları ilə müqayisəli təhlilinin aparılması son dərəcə zəruridir. 

 



2011-ci  ildə  keçirilmiş  GYTS

6

  göstərdi  ki,  Azərbaycanda,  oğlanlar  arasında  daha  çox  olmaqla, 



məktəblilərin təxminən 1/10-i nə vaxtısa siqaret çəkib. Hazırda (son bir ayda) siqaret çəkənlərin 

sayı  bir  qədər  aşağı  idi  –  6.8%,  bu  rəqəm  oğlanlar  üçün  11.4%,  qızlar  üçün  2.1%  təşkil  etmiş, 

adətən evdə siqaret çəkənlərin sayı isə 17.7% idi. Hazırda gündəlik siqaret çəkənlərin sayı 1.1% 

idi. Bundan əlavə nə vaxtsa siqaret çəkənlərin 1/3-i (əsasən oğlanlar) on yaşadək siqaret çəkməyə 

başlamasını,  heç  vaxt  siqaret  çəkməyənlərin  təxminən  1/10-i  isə  növbəti  il  ərzində  siqaret 

çəkməyə  başlaya  bilməsini  qeyd  etmişdir.  Yeniyetmələrin  3/10-ü  düşünür  ki,  siqaretçəkən 

oğlanların,  1/10-i  isə  düşünür  ki,  siqaretçəkən  qızların  daha  çox  dostları  olur  və  onlar  daha  da 

cəlbedicidirlər.  Siqaret  çəkənlər  arasında  təxminən  60%-i  yaşına  görə  heç  bir  məhdudiyyətlə 

üzləşməyərək  mağazadan  siqaret  alıb,  12%-nə  isə,  bunu  qadağan  edən  qanuna  baxmayaraq, 

pulsuz siqaret təklif edilmişdir. Ətrafa yayılan tütün tüstüsünə gəldikdə isə, sorğuda iştirak edən 

təxminən  10 şagirddən üçü  onların yanında  başqaları tərəfindən  siqaret çəkilən evdə yaşayır və 

demək olar ki, 10 şagirddən üçü qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır. 

 

Azərbaycanda  tütünçəkmə  kişilər  arasında  sağlamlığa  təsir  edən  geniş  yayılmış  amildir. 



Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin  2015-ci ilin məlumatlarına  əsasən

7

  yaşı 



15-dən yuxarı olan kişilərin 35.9%-i siqaret çəkdiyini qeyd edir. Bu göstərici qadınlara nisbətən 

kişilər  arasında  təxminən  100  dəfə  çox  olduğundan,  qadın  respondentlər  arasında  məlumatın 

gizlədilməsi ehtimalı istisna edilə bilməz.  Hazırda tütünçəkmənin yayılması: 20-44 yaşlı kişilərin 

30%-i, 45-64 yaşlı kişilərin 51%-i. Hazırda tütün çəkənlər arasında çəkilən tütün məmulatlarının 

gündəlik orta sayı 16 ədəd təşkil edir.  

 



2011-ci ildə 18 yaşdan yuxarı 2400 nəfər arasında aparılan Azərbaycanda xroniki qeyri-infeksion 

xəstəliklərin (QİX) risk amilləri üzrə milli araşdırma

8

 siqaretçəkmə və gündəlik siqaretçəkmənin 



yayılmasının  müvafiq  olaraq  22.9%  və  21.3%  olmasını  aşkarladı.  Lakin  bu  göstərici  qadınlara 

nisbətən (0,5%) daha çox kişilər arasında (48,7%) demək olar ki, 100 dəfə çox olduğundan, qadın 

respondentlər  arasında  məlumatın  gizlədilməsi  ehtimalı  istisna  edilə  bilməz.  Gündə  siqaret 

çəkənlər arasında tütünçəkməyə başlamanın orta yaşı 19, tütünçəkmənin orta müddəti isə 21,5 il 

idi. Bundan başqa, tədqiqat zamanı evlərdə, ictimai və iş yerlərində ətrafa yayılan tütün tüstünün 

təsirinə  və  ya  passiv  tütünçəkməyə  məruz  qalma  səviyyəsinin  yüksək  olması  aşkarlanmışdır. 

Kişilər  üçün  bu  daha  çox  ictimai  yerlərdə  (76.6%),  qadınlar  üçün  isə  evdə  (41.2%)  müşahidə 

olunmuşdur. 

 

Hər iki kişidən biri hazırda tütündən istifadə etdiyini, qadınların isə cəmi 1%-i tütündən istifadə 



etdiklərini  bildirmişlər.  Qadınlar  arasında  tütündən  istifadənin  çox  az  yayılmasını  nəzərə  alaraq 

bundan sonra tütündən istifadə ilə bağlı daha detallı məlumat yalnız kişilər üçün təqdim olunur. 

Kişilər arasında tütündən istifadənin yayılması, 54 yaşından sonra əhəmiyyətli dərəcədə azalaraq, 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə