Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə30/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   26   27   28   29   30   31   32   33   ...   192

 

62 


Bayron səsini kəsir. Sakitcə  keĢiĢin üzünə  baxır, sifətinə  onun  halına acıyan, ona  yazığı 

gələn bir ifadə çöküb. 

–  Mən  bilirdim  ki,  siz  hələ  eĢitməmisiniz.  Bilirdim  ki,  bunu  sizə  danıĢmaq  mənim 

boynuma düĢəcək. 

– Nəyi hələ eĢitməmiĢəm? 

–  Kristmas  haqqında  deyilənləri.  Dünən  baĢ  verənləri,  Kristmas  haqda...  Kristmasın 

qanında zənci qanı var. Onun haqda, Braun haqda, dünən baĢ verənlər haqda. 

– Zənci qanı, – Haytauer deyir. Səsi çox yüngül, çox adi çıxır, sanki, xırda bir quĢ lələyi 

səssizcə havada uçaraq, çəkisiz bir Ģey kimi sükutun içinə düĢür. O,  yerindən tərpənmir. Hələ bir 

neçə  an  da  tərpənməyəcək.  Sonra  isə  bu  təhlükədən  yayınmaq,  onu  özündən  uzaqlaĢdırmaq 

istəyi,  sanki,  bütün  vücuduna  hakim  kəsilir,  sanki,  onun  bir  hissəsi  kimi  sifət  cizgiləri  də 

hərəkətə  gəlir  və  Bayron    enli,  lırt,  donuq  sifəti  birdən-birə  necə  tər  basdığını  görür.  Ancaq 

səsinin ahəngi yüngüldü, sakitdi. –  Kristmas haqda, Braun haqda nə danıĢırlar, dünən nələr baĢ 

verib? – deyə soruĢur. 

 

Uzaq  kilsədən  gələn  musiqi  səsi  çoxdan  susub.  Otaqda  yalnız    cücülərin  aramsız  



cüyültüsü  və  bir də  Bayronun  yeknəsəq  səsi  eĢidilir. Haytauer stolun arxasında  belini dikəldib. 

Hər ovcunu kreslonun  bir qoltuğunun üstünə qoyub, qurĢaqdan  aĢağısını  stol gizlədib  –  indi o,  

qədim bir ġərq bütünü xatırladır. 

 –  Bu,  dünən  səhər  baĢ  verib.  Kəndçilərdən  biri  ailəsi  ilə  birlikdə  arabada  Ģəhərə 

gedirmiĢ.  Yanğını  birinci  o  görüb.  Yox:  o,  oraya  gedən  ikinci  adam  olub,  çünki  deyir  ki,  ora 

çatıb  qapını  sındıranda  evdə  baĢqa  bir  adam  da  varmıĢ.  Deyir  ki,  onlar  evi  görəndə  arvadına 

deyib  ki,    mətbəxdən  yaman  çox  tüstü  çıxır,  arvadı  isə  ona  deyib:  “Ev  yanır”.  Belə    güman 

edirəm  ki,  o,  arabanı  saxlayıb,  onlar  bir  müddət  arabada  oturub  evdən  çıxan  tüstüyə  tamaĢa 

ediblər  və  elə  bilirəm  ki,  bir  az  keçəndən  sonra  o  deyib:  “Deyəsən  elədir”.    Mənə  elə  gəlir  ki, 

arabadan  düĢüb,  gedib  ora  baxmağı  arvadı  ona  məsləhət  görüb.  “Evdəkilər  yəqin  bundan 

xəbərsizdirlər  –  elə  bilirəm  ki,  arvadı  ona  belə  deyib,  –  get,  onlara  xəbər  ver”.    O,  arabadan 

düĢüb, artırmaya qalxıb, bir qədər orada dayanıb: “Ey! Ey!” – deyə qıĢqırıb. Deyir ki, yanğının 

çırtıltısı  artıq  evin  içində  də  eĢidilə  bilərdi,  ona  görə  də  çiyni  ilə  vurub  qapını  sındıraraq  içəri 

girəndə  o  adamı  görüb  –  yanğını  birinci  görən  adamı.  O  adam  Braun  imiĢ.  Ancaq  kəndçi  onu 

tanımırmıĢ. Bircə onu deyir ki,  sərxoĢ halda dəhlizdə dayanmıĢdı, elə bir görkəmdə idi ki, sanki, 

indicə  pilləkəndən  üzüaĢağı  diyirlənmiĢdi;  kəndçi  ona  deyib:  “Eviniz  yanır,  mister”  və  yalnız 

onda baĢa düĢüb ki, o,  möhkəm sərxoĢdur. Deyir ki, sərxoĢ adam elə hey deyirmiĢ  ki, yuxarıda 

heç kəs yoxdur, yuxarı onsuz da yanacaq,  oradan heç bir əĢyanı çıxarmaq mümkün deyil. 




 

63 


Ancaq kəndçi fikir verir ki, yuxarıda alov o qədər güclü ola bilməz, çünki bütün alov arxa 

tərəfdə,  mətbəxə  yaxın  yerdəymiĢ.  O  adam  da  həddən  artıq  sərxoĢ  imiĢ,  Ģüuru  heç  nəyi 

kəsmirmiĢ. Və   deyir ki,  nəsə    pis  bir  iĢ  baĢ  verdiyindən dərhal Ģübhələnib, çünki  sərxoĢ adam 

onu heç cür yuxarıya buraxmaq istəmirmiĢ. Yuxarı qalxıb, sərxoĢ onu tutub saxlamaq istəsə də,  

onu  bir  kənara  itələyib,  yuxarı  çıxıb.  Deyir  ki,  sərxoĢ  da  onun  arxasınca    yuxarı  qalxmağa 

çalıĢaraq, elə hey ona orda heç nə olmadığını söyləyirmiĢ;  deyir ki, sonra sərxoĢu  bir də aĢağı 

düĢəndə yadına salıb, amma baxıb ki, onun izi-tozu da yoxdur. Ancaq elə bilirəm ki, o, Braunu 

dərhal  yadına  salmayıb.  Çünki,  yuxarı  qalxanda  ordakı  qapıları  bir-bir  aça-aça    yenidən 

qıĢqırmağa baĢlayıb, sonra da o qapını açıb və həmin qadını orda görüb. 

O susur. Otaqda cücülərin səsindən baĢqa heç nə eĢidilmir. Pəncərənin o tayında, bayırda 

saysız-hesabsız  cücülərin  ahəngdar  nəbzi,  ürək  döyüntüsü,  sanki,  havaya  çökmüĢ  mürgünü 

qovmağa çalıĢır. 

– Görüb, – Haytauer deyir. – O, miss Berdeni görüb. – Onun tükü də tərpənmir. Bayron 

ona baxır; adama elə gəlir ki, o, danıĢa-danıĢa dizlərinin üstünə qoyduğu əllərinə tamaĢa edir.  

– Deyir ki, döĢəmədə uzanılıydı. BaĢı, demək olar ki, dibindən kəsilmiĢdi; saçına təzəcə 

dən  düĢmüĢ  bir  xanım  idi.  Deyir  ki,  dayanıb  alovun  səsinə  qulaq  asırdım,  artıq  tüstü  içəri 

dolmuĢdu; elə bil, tüstü də mənim dalımca içəri girmiĢdi. Deyir ki, onu qucağıma alıb otaqdan 

çıxarmağa qorxdum, çünki  baĢ bədəndən tam qopa bilərdi. Sonra pilləkənlərlə qaça-qaça aĢağı 

düĢüb, evdən  bayıra atılıb,  sərxoĢun orda olmadığına  heç  fikir də  verməyib,  birbaĢ  yola qaçıb, 

arvadına qıĢqırıb ki, arabanı telefon olan yerəcən qovsun, Ģerifi də çağırsın. Sonra təzədən evə, 

su  bakının  yanına    qaçıb;  deyir  elə  vedrəni  ağzınacan  su  ilə  doldurub  onu  bakın  içərisindən 

çıxaranda  birdən  baĢa  düĢdüm  ki,  bu,  mənasız  iĢdir;  çünki  evin  arxa  hissəsi  də  artıq  od  tutub 

ĢartaĢart yanırmıĢ. Ona görə də təzədən evə cumub, pilləkənlərlə qaça-qaça yuxarı çıxıb, birbaĢ 

həmin  otağa  girib,  əl  atıb  çarpayının  üst  örtüyünü  götürüb,  cəsədi  ona  bürüyüb,  sonra  da  un 

kisəsi kimi bir ucundan yapıĢaraq kürəyinə atıb, evdən çıxarıb, gətirib ağacın altına qoyub. Deyir 

ki,  qorxduğu  Ģey  də  elə  onda  olub.  Örtük  açılıb,  cəsəd  yerdə  yanı  üstəymiĢ,  bədənin  önü  bir 

tərəfə,  sifəti  isə  tamam  əks  tərəfəymiĢ.  Elə  bil,  dönüb  geriyə  baxırmıĢ.  Deyir  ki,  o  yalnız  sağ 

olsaydı belə edə bilərdi, ölmüĢ halda isə belə bir Ģey eləmək heç cür mümkün deyil.  

Bayron susur, gözünün ucuyla stolun o baĢında oturan adama baxır. Haytauerin tükü də 

tərpənmir.  Onun  bir  cüt  parıldayan  eynək  ĢüĢəsinin  arxasındakı  sifətini  yavaĢ-yavaĢ,  amma 

davamlı tər basmağa baĢlayır. 

–  Sonra  Ģerif  gəlib  çıxır,  yanğınsöndürənlər  də  gəlirlər.  Ancaq  onlar  da  heç  nə  edə 

bilmirlər,  çünki  kifayət  qədər  su  tapılmır.  Ona  görə  də  köhnə  ev  axĢamacan  yana-yana  qalır,  

mən    onun  tüstüsünü    sexdəykən  gördüm,  o  qız  yanıma  gələndə  ona  da  göstərdim,  çünki  heç 

nədən xəbərim yox idi. Miss Berdeni Ģəhərə aparırlar,  bankda bir kağız varmıĢ, orada yazıbmıĢ 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə