Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə30/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   26   27   28   29   30   31   32   33   ...   94

kombinasiyalarının  sayı  kainatımızdakı  atomların  sayından 
çoxdur (100 milyard üstü 20 000). Hər bir əlaqədənsə bir ideya 
yarana bilər.
Beyin fırtınasından (brainstorming) istifadə edin. Günə 20 
ideya  yaratsaz  ilə  5000  ideya  alınır  (istirahət  günləriniz 
sayılmayıb).  Günə  birini  tətbiq  etsəz  250  həyata  keçmiş  ideya 
alınır. Beyin fırtınası zamanı özünüzü inandırın ki, problemin 
həlli  mövcuddur  (bu  barədə  daha  ətraflı  kreativ  ideyaların 
generasiyası fəslində danışacağıq).
Gözüaçıq olun (fürsətləri görün), cəld tərpənin. Ətrafımız 
fürsətlərlə  doludu.  Bir  işgüzar  adam  Havay  adalarında 
çimərlikdə  istirahət  edən  zaman  daşınmaz  əmlak  şirkətinin 
adından istifadə etmək (françayzinq) təklifini qəzetdə oxuyan 
kimi dərhal otelə qayıdır, yığışır və Los-Ancelesə uçaraq həmin 
şirkətə  yollanır  və  müqaviləni  imzalayır.  Nəticədə  milyonlar 
qazanır.  Əvvəl  yazmışdım  ki,  bir  milyonçu  kitabı  necə 
oxuyurdu: maraqlı ideya görən kimi kitabı elə oradaca saxlayıb 
cumurdu  həmin  fikri  reallaşdırmağa  və  yalnız  ondan  sonra 
oxumağına davam edirdi.
Britaniya  milyardçısı  Riçard  Brensonun  sözlərinə  görə 
“Biznesdə fürsətlər avtobuslar kimidir – növbəti maşın həmişə 
gəlir”.
Bu keyfiyyət yalnız biznesin yaradılması dövründə deyil, 
inkişafı dövründə də mütləq lazımdır.
Kreativ  ideyaların  yaradılması  texnikaları  barəsində 
ayrıca danışacağıq.
Məntiqi tapşırığın cavabı:
60
10.  Xasiyyətin  vacibliyi,  cəsarət  və  inadkarlığın  rolu, 
uğursuzluğa münasibət.
Qədim  yunan  filosofu  Aristotelə  görə  yalnız  yaxşı  insan 
xoşbəxt ola bilər. Xasiyyətiniz, fikirləriniz cazibə qanununa görə 
daim  özünə  uyğun  olanları  sizə  tərəf  dartacaq.  Ona  görə  də 
dəyişikliyə özünüzdən başlayın.
Yaxşı  xasiyyət  həm  sizi  uğura  kökləyəcək,  həm  də 
insanlarda  sizin  haqqınızda  müsbət  fikir  formalaşdıracaq. 
Avraam  Linkoln  cavanlıqda  satıcı  işləyərkən  bir  neçə  centi 
qaytarmaqdan  ötrü  xeyli  yol  gedib  müştərini  tapmışdı.  Belə 
hərəkətlərinə görə camaat ona “dürüst” ləqəbi vermişdi. Sonralar 
o, həm də şəxsi keyfiyyətlərinə görə ABŞ prezidenti seçilmişdi.
Şəxsiyyətin bütövlüyü bərədə danışmışdıq. Xususi halları 
nəzərə almasaq insanın fikri, hərəkəti və sözü biri-birinə uyğun 
olmalıdır.  Olduğu  kimi  görünəndə,  göründüyü  kimi  olanda, 
insana qarşı etibar yaranır. Hə a cəmiyyətdə də müxtəlif qruplar 
arasında  etibar  nə  qədər  möhkəm  olsa,  inkişaf  da  bir  o  qədər 
yüksək olar.
İntizam (buna iradə də demək olar) lazım olan işi, həvəsin 
olmasa da, görməkdir. Uğurlu insanlar barədə dörd cildlik kitabın 
müəllifi amerikalı Kop Kopmayer 50 il ərzində uğurlu insanların 
həyatlarını  öyrənərək  və  oxuduğu  6000  kitaba  əsaslanaraq 
uğurun 1000 prinsipini müəyyən edib. Ondan ən vacib prinsipi 
soruşanda  düşünmədən  intizam  hissini  qeyd  etmişdi,  çünki 
onsuz  qalan  999  prinsipi  həyata  keçirmək  mümkün  deyil. 
Məsələn,  iradənizi  işə  salıb  sağlam  həyat  tərzini  adətə  çevirin: 
yeməyinizə fikir verin (xəmir, şəkər, duzdan az, meyvə, tərəvəz, 
maye,  təzə  və  mövsümə  uyğun  məhsullardan  isə  çox  istifadə 
edin), çəkinizə diqqət yetirin, idmanla məşğul olun (həftədə azı 3 
dəfə), istirahət edin (həftədə azı 1 gün işdən kənarlaşın, ildə bir 
dəfə  məzuniyyətə  çıxın,  gündə  7-8  saat  yatın),  pozitivliyə  və 
proaktivliyə  köklənin  (qəbul  edin  ki,  nəticələrə  görə  cavabdeh 
özünüzsüz,  xətrinizə  toxunanları  bağışlayın,  kinsiz  və  qibtəsiz 
61


həyat  sürün,  çünki  əks  halın  nəinki  mənası  yoxdur,  hə a 
səhhətinizə  və  əhval-ruhiyyənizə  mənfi  təsir  göstərir).  Güclü 
iradənin,  gələcək  uğurun  naminə  özünə  məhdudiyyətlər 
qoymağın  vacibliyini  ilk  dəfə  1960-cı  illərdə  Stenford  uşaq 
bağçasında keçirilmiş məşhur zefir testi göstərir. 4-6 yaşlı uşaqları 
növbə  ilə  bir  otaqda  15  dəqiqə  tək  saxlayıblar.  Otaqda  masa, 
oturacaq və uşaqların seçiminə əsasən zefir, peçenye və ya duzlu 
çubuqlardan başqa heç nə olmayıb. Eksperimenti aparan otaqdan 
çıxanda uşaqlara bildirib ki, onlar, istədiyi vaxt seçdiklərini yeyə 
bilərlər,  amma  15  dəqiqə  dözə  bilsələr  onlara  əlavə  biri  də 
veriləcək.  Sonrakı  müşahidələr  göstərdi  ki,  dözə  bilən  uşaqlar 
həyatda daha yüksək uğur qazana biliblər.
Başqalarının uğurunu kiçiltməyə çalışmayın, əksinə heyran 
olun, ona çatmağa çalışın, çünki onlar bunu bacarıblarsa siz də 
bacararsız. Qibtə etməyin, kifayətlilik mentalitetilə yaşayın (uğur 
hamıya bəs eləyər).
Reputasiya  qazanın.  Həm  şəxsi,  həm  də  iş  fəaliyyətində 
müsbət reputasiyanız sizə kömək edəcək, mənfi isə əksinə.
Həyatınızdan narazılıq etməyin, olanları qiymətləndirin və 
yeni  uğurlara  can  atın.  Bir  müəllifin  sözlərinə  görə  xoşbəxt  və 
bədbəxt insan arasında əsas fərq ondan ibarətdir ki, xoşbəxt insan 
nəyə sahib olduğunu düşünür, bədbəxtsə nəyin çatışmadığını.
Cəsarətli və inadkar olun.
Cəsarətli və inadkar olun (tərs yox, məhz inadkar). Ruhdan 
düşməyin. Uinston Çörçil cəsarəti yaxşı keyfiyyətlər arasında ən 
əhəmiyyətlisi  sayırdı.  Onun  əksi,  uğurun  qatı  düşməni  olan 
qorxudur  (uğursuzluq  qorxusu  (mən  bacarmaram),  tənqid 
qorxusu (camaat nə deyər, birdən alınmaz tənqid olunaram) və s.).
Qorxu  hissini  yaşlandıqca  əldə  edirik  (körpə  az  qorxur). 
Pensilvaniya Universitetinin professoru Martin Seliqman belə bir 
eksperiment  keçirmişdi.  Bir  otaqda  itləri  elektrik  cərəyanı  ilə 
vururdular və itlərin bundan canını qurtarmaq imkanı yox idi. Bir 
62
müddətdən  sonra  otağın  qapısını  açıq  saxlasalar  da  itlər  əzab 
çəkdiklərinə baxmayaraq canını qurtarmağa çalışmırdı. Alim bu 
fenomeni  “öyrədilmiş  acizlik”  adlandırmışdı.  Onun  qənaətinə 
görə insanların 80%-i bu və ya digər şəkildə “öyrədilmiş acizliyə” 
düçar olurlar.
Qorxu - ən vacib özünüqoruma instinktlərindən biridir. O, 
bizi təhlükələrdən qoruyur. Məsələn, hündürlükdən qorxu kimi. 
Amma  lazımsız  qorxular  da  mövcuddur.  Məsələn,  kütlə 
qarşısında  çıxış  etməyi  beyin  təhlükə  kimi  görür,  çünki  bioloji 
baxımdan  buna  nəinki  lüzum  yoxdur,  hə a  başqa  insanların 
hücumuna məruz qalmaq olar. Digər misal. Bəziləri rədd cavabı 
alacaqlarından qorxduqlarına görə xahiş etməkdən çəkinirlər. Çin 
atalar sözündə deyilir ki, xahiş edən 5 dəqiqə səfeh görünə bilər, 
etməyən isə ömrü boyu. Buna görə lazımsız qorxu hissindən azad 
olmaq vacibdir.
Biznesə başlamaq qorxusunun bir neçə səbəbi ola bilər:
Ÿ
Şəxsiyyətin zəifliyi (hər şeydən qorxur). Həlli yolu: 
Ÿ
autotreninqlə  məşğul  olun.  Məsələn,  qorxdu-ğunuz 
müəyyən  bir  addımdan  əvvəl  ən  pis  halda 
itirəcəyinizi  qeyd  edin  və  onunla  razılaşın.  Əksər 
hallarda  görəcəksiz  ki,  ən  pis  ola  biləcək  itkiləriniz 
belə o qədər də qorxulu deyil; 
Ÿ
idmanla məşğul olun (idmançılar adətən daha ürəkli 
olurlar);
Ÿ
qorxduğunuz məqamları qəsdən edin və s.;
Ÿ
Biznes  biliyinin  az  olması.  Həlli  yolu:  sadəcə  biliyinizi 
artırın.
Ÿ
Köməyə, məsləhətə ehtiyac. Həlli yolu: mentor (məsləhət 
verən təcrübəli şəxs) tapın.
İnadkar  olun.  İmkan  verməyin  ki,  qorxu  hissi  sizi  idarə 
eləsin.  Təbii  ki,  söhbət  yersiz  riskdən  getmir.  Mark  Tvenin 
sözlərinə  görə  cəsarət  qorxusuzluq  deyil,  qorxuya  hakim 
olmaqdır.  Əbəs  narahatçılığı  pozitiv  düşüncə  ilə  əvəz  edin. 
63


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə