Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə89/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   85   86   87   88   89   90   91   92   93

 
288
 
informasiya texnologiyaları-informasiya prosesləri zamanı, o 
cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul 
və vasitələr sistemi; 
informasiya sistemi-informasiya texnologiyaları  və  sənədlərinin 
təşkilatı və texniki qaydada, o cümlədən hesablama texnikasından istifadə 
edilməklə, nizamlanmış məcmusu; 
informasiya ehtiyatları-informasiya sistemlərində (kitabxanalarda, 
arxivlərdə, fondlarda, məlumat banklarında və s.) olan sənədlər və sənəd 
massivləri, habelə ayrıca mövcud olan sənədlər və onların massivləri; 
informasiya sistemləri və texnologiyalarının təminat vasitələri-
informasiya sistemlərinin və texnologiyalarının yaradılması zamanı 
hazırlanan və onların istismarını təmin edən proqram, texniki, lindvistik, 
hüquqi, təşkilati vasitələr
informasiya sistemləri, texnologiyaları, ehtiyatları  və onların təminat 
vasitələrinin mülkiyyətçisi-göstərilən obyektlər üzərində tam sahiblik 
istifadə, sərəncam vermə hüququnu həyata keçirən subyekt; 
informasiya sistemləri, texnologiyaları, ehtiyatları  və onların təminat 
vasitələrinin sahibkarı-göstərilən obyektlər üzərində qanunla müəyyən 
olunmuş qaydada sahiblik və istifadə hüququnu həyata keçirən subyekt; 
informasiyanın istifadəçisi-özü üçün zəruri informasiyanın alınması 
məqsədilə bilavasitə informasiya sisteminə  və ya vasitəçiyə müraciət 
edən və ondan ancaq istifadə hüququna malik subyekt; 
informasiya məhsulları-istifadəçilərin tələblərinə əsasən yaradılmış və 
onlarm tələbatlarının ödənilməsi üçün təyin olunmuş  və ya tətbiq edilən 
sənədləşdirilmiş, informasiya, informasiya sistemləri, texnologiyaları  və 
onların təminat vasitələri; 
informasiya xidmətləri-istifadəçilərin informasiya məhsulları ilə təmin 
edilməsi üzrə subyektlərin (mülkiyyətçilər, sahibkarlar və ya 
vasitəçilərin) fəaliyyəti
informasiyalaşdırma-informasiya ehtiyatlarının formalaşdırılması, 
təqdim edilməsi, istifadə olunması  əsasmda dövlət hakimiyyəti və yerli 
özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı  


 
289
olmayaraq bütün müəssisə, idarə  və  təşkilatların, vətəndaşların 
informasiya tələbatlarının və bu sahədəki hüquqlarının təmin edilməsinin 
optimal  şəraitinin yaradılması üçün təşkilati, sosial-iqtisadi və elmi-
texniki proses. 
 
Maddə 3. İnformasiyalaşdırma sahəsində dövlət siyasəti 
İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin  əsas istiqamətləri 
aşağıdakılardan ibarətdir: 
milli informasiya fəzasının formalaşdırılması; 
informasiyalaşdırma üzrə fəaliyyətin başlıca istiqamətlərinin təyini və 
meydana çıxan münasibətlərin tənzimlənməsi; 
informasiya ehtiyatları, sistemləri, texnologiyaları  və onların təminat 
vasi-tələri üzərində mülkiyyətin bütün formalarının inkişafina, 
informasiya məh-sullan və xidmətləri bazarının formalaşmasına yardım 
edilməsi; 
dövlət informasiya ehtiyatlarının formalaşdırılması  və mühafizəsi 
üçün zəruri olan şəraitin yaradılması; 
ərazi informasiya şəbəkələrinin yaradılması, onların beynəlxalq 
informasiya  şəbəkələri ilə uzlaşması, qarşıhqh  əlaqəsinin təmin edilməsi 
üçün lazımi təşkilati, hüquqi, texniki siyasətin təyin edilməsi; 
dövlət informasiya ehtiyatları  əsasında dövlət hakimiyyəti v
ə yerli 
özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı 
olmayaraq bütün müəssisə, idarə  və  təşkilatların, vətəndaşların müvafiq 
informasiya ilə təmin olunması üçün şərait yaradılması; 
informasiya fəzasında milli təhlükəsizliyin təmin edilməsi; 
informasiya məhsulları  və xidmətləri bazarında informasiya 
münasibətlərinin subyektləri, o cümlədən xarici subyektlər tərəfindən 
inhisar fəaliyyəti və haqsız rəqabətin qarşısının alınması  və yol 
verilməməsi; 
informasiyalaşdırma mühitində dövlət hakimiyyəti və yerli özünüidarə 
orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq 
bütün müəssisə, idarə  və  təşkilatların, vətəndaşların hüquqlarının təmin 
olunması; 
informasiyalaşdırma mühitində elmi-texniki və istehsal siyasətinin 
formalaşdırılması və həyata keçirilməsi; 
informasiyalaşdırma layihələri və proqramlarının dəstəklənməsi, 
onların işlənməsi və həyata keçirilməsi üçün investisiyala- 
 
  


 
290
 
 
 
rın cəlb olunması sisteminin və stimullaşdırma mexanizminin 
yaradılması; 
informasiya prosesləri, informasiyalaşdırma və informasiyanın 
mühafizəsi sahəsində hüquqi bazanın inkişaf etdirilməsi. 
 
II fəsil 
İNFORMASİYA EHTİYATLARI 
 
Maddə 4. İnformasiya ehtiyatlarının hüquqi rejimi 
İnformasiya ehtiyatları fiziki, hüquqi şəxslərin və dövlətin münasibət 
obyektləridir. Onlar Azərbaycan Respublikasının informasiya ehtiyatları 
hesab olunur və digər ehtiyatlar kimi qanunla qorunur. 
İnformasiya ehtiyatlarının hüquqi rejimi aşağıdakı normalarla 
müəyyən edilir: 
informasiyanın sənədləşdirilməsi qaydaları; 
sənəd və sənəd massivləri üzərində mülkiyyət hüququ; 
işləməyə buraxılmaq növünə görə informasiyanın kateqoriyaları; 
informasiyanın mühafizə olunmasının hüquqi qaydaları. 
 
Maddə 5. İnformasiyanın sənədləşdirilməsi 
İnformasiyanın sənədləşdirilməsi onun informasiya ehtiyatlarına daxil 
edilməsinin mütləq şərtidir. İnformasiyanın sənədləşdirilməsi Azərbaycan 
Respublikasının təhlükəsizliyi, kargüzarlıq, sənəd və sənəd massivlərinin 
standartlaşdırılması  məsələlərinin təşkilinə cavabdeh olan müvafiq icra 
hakimiyyəti orqanlarının müəyyən etdiyi qaydalar əsasında həyata 
keçirilir. 
Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə 
informasiya sistemlərindən, o cümlədən avtomatlaşdırılmış sistemlərdən 
alınmış  sənəd vəzifəli  şəxs tərəfindən imzalandıqdan sonra hüquqi 
qüvvəyə malik olur. 
İnformasiya və telekommunikasiya sistemlərində dövr edən sənəd 
elektron imzası vasitəsilə də təsdiq edilə bilər. 
Elektron imzası avtomatlaşdırılmış informasiya sistemində onun 
identikləşdirilməsi və istifadə olunma qaydasının gözlənilməsini təmin 
edən proqram-texniki vasitələr olduqda Azərbaycan Respublikasının 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə