Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə22/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   18   19   20   21   22   23   24   25   ...   93

 
69
başlamışdı. 1993-cü ilin iyulunda ulu öndər Heydər Əliyevin hakimiyyətə 
gəlişi elmi bu böhrandan xilas etdi. Heydər Əliyev Naxçıvandan Bakıya 
qayıdışının ikinci günü Elmlər Akademiyasına gəldi. Azərbaycanın 
görkəmli alimləri ilə görüşdü, respublikada olan vəziyyət haqqında onlara 
məlumat verdi, məsləhət-ləşdi. Həmçinin Elmlər Akademiyasının 
Azərbaycanın elmi, mədəni, mənəvi inkişafında böyük 
əhəmiyyətə malik 
olduğunu bəyan etdi. Alimləri öz gücünü Azərbaycan elminin inkişafına 
böyük töhfələr verməyə səslədi. 
Heydər  Əliyev prezident seçildikdən sonra akademiyanın maliyyə 
vəziyyətini yaxşılaşdırmaq üçün ciddi tədbirlər gördü. Elmin maddi-
texniki bazasını möhkəmlətmək üçün dövlət vəsaiti ilbəil artırılmağa 
başlanıldı. 
1997-ci ildə akademiklərin və akademiyanın müxbir üzvlərinin elmi 
rütbə maaşları on dəfə artırıldı və sosial vəziyyətləri yaxşılaşdırıldı. 1997-
ci ildə Azərbaycan Elmlər Akademiyası  əməkdaşlarının maaşlarının 50 
faiz, 2002-ci ildə isə 2 dəfə artırılması akademiyanın kadr potensialının 
möhkəmlənməsinə olduqca müsbət təsir göstərməklə elmi-tədqiqatların 
geniş miqyas alması üçün əlverişli şərait yaratdı. 
Prezidentin 15 may 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Elmlər 
Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu verildi. 
2001-ci ildə akademiyaya yeni seçkilər keçirildi. Onun həqiqi və müxbir 
üzvlərinin tərkibi xeyli yeniləşdi və görkəmli alimlərlə möhkəmləndirildi. 
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 yanvar 2003-
cü ildə “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” 
fərman imzaladı. Bu fərmanda ilk dəfə olaraq akademiyaya dövlətin elmi 
və elmi-texniki siyasətini həyata keçirən ali dövlət elmi təşkilat statusu 
verildi. Fərmanda göstərilirdi: “Azərbaycan Milli Elmlər Akademiyası 
Azərbaycan Respublikasında dövlətin elmi və elmi-texniki siyasətini 
həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin 
və ali məktəblərin elmi-tədqiqat fəaliyyətlərini əlaqələndirən, Azərbaycan 
Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində 
təmsil edən ali dövlət elmi təşkilatıdır”. 
Keçid dövrünün çətinliklərinə baxmayaraq ölkədə ulu öndərin 
rəhbərliyi və qayğısı sahəsində akademiyanın respublikamızda elm, 
mədəniyyət və  təhsilin, yüksəkixtisaslı elmi kadrların hazırlanmasındakı 
rolu yüksəlməyə başladı. Akademiya sistemində yeni elmi-tədqiqat 
institutları: Arxeologiya və Etnoqrafiya İnstitutu, Milli Münasibətlər  


 
70
İnstitutu, Əlyazmalar  İnstitutu, İnsan Hüquqları  İnstitutu və Azərbaycan 
Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi yaradıldı. 
Azərbaycan Elmlər Akademiyası ilə yanaşı, respublikanın digər 
nazirliklərində, idarə və müəssisələrində də elmin inkişafına böyük diqqət 
yetirilməyə başlanmışdı. Artıq 2000-ci ildə respublikada 137 elmi-
tədqiqat müəssisəsi fəaliyyət göstərirdi. Bunlardan 95-i elmi-t
ədqiqat 
institutu idi. Bu elmi müəssisələrdə 26,4 minə qədər elmi işçi çalışırdı ki, 
bunlardan 1512 nəfəri elmlər doktoru, 8380 nəfəri elmlər namizədi idi. 
Həmçinin ali məktəblərdə 834 nəfər elmlər doktoru və 5,4 min elmlər 
namizədi bilavasitə elmi-tədqiqat işi ilə məşğul olurdu. 
Müstəqillik illərində elmin nailiyyətləri heç şübhəsiz ki, res-
publikamızın iqtisadi, siyasi, mədəni inkişafına, bütünlükdə  mənəvi 
həyatın zənginləşməsinə, azad cəmiyyət yaradılmasına, Azərbaycan 
dövlətçiliyinin möhkəmlənməsinə müsbət təsir göstərir, respublikanın 
inkişafını sürətləndirirdi. 
Müstəqillik illərində böyük öndər Heydər  Əliyev tərəfindən 
ardıcıllıqla həyata keçirilən Azərbaycanın inkişaf strategiyasının tərkib 
hissələrindən biri milli mədəniyyətimizə,  ədəbiyyat və incəsənətimizə 
göstərilən böyük dövlət qayğısı olmuşdur. Milli mənəvi dəyərlərə 
söykənən bu strategiyanın aparıcı ideyaları milli ideologiya
azərbaycançılıq, demokratiya, dövlətçilik, xalqçılıq, vətənpərvərlik, 
iqtisadi inkişaf və tərəqqi olmuşdur. 
Müstəqillik illərində Heydər Əliyev milli mənəvi dəyərlərimizin, milli 
ideologiyamızın məhək daşı olan Azərbaycan dilinin və  ədəbiyyatının 
inkişafına xüsusi önəm vermiş, onların inkişafına qayğı dövlət 
səviyyəsinə yüksəlmişdir. Milli mədəniyyətimizin,  ədəbiyyat və 
incəsənətimizin dərin bilicisi olan Heydər  Əliyev klassik ədəbiyyata, 
müasir  ədəbi prosesə, sənət və  mədəniyyətin bütün sahələrinə xüsusi 
qayğı göstərir, onun inkişafı üçün əlindən gələni edirdi. Heydər  Əliyev 
milli mədəniyyətimizi,  ədəbiyyat və incəsənətimizi xalqımızın  əsrlərin 
dərinliklərindən süzülüb gələn, daim zənginləşən milli sərvəti və 
intellektual mülkiyyəti kimi qiymətləndirir, hər bir azərbaycanlıya bu 
zəngin xəzinədən istifadə etməyi zəruri hesab edirdi. Bu sərvəti 
yaradanları yüksək qiymətləndirir, mədəniyyət,  ədəbiyyat və incəsənət 
xadimlərini, yaradıcı ziyalılarımızı xalqın yetirdiyi dahi insanlar kimi 
xarakterizə edirdi. 


 
71
Heydər  Əliyev  ədəbiyyat və  mədəniyyəti xalqın milli sərvəti, 
intellektual mülkiyyəti kimi qiymətləndirərək yazırdı: “Azərbaycan 
xalqının milli sərvəti və intellektual mülkiyyəti, eyni zamanda, 
Azərbaycan  ədəbiyyatıdır, mədəniyyətidir... Bizim mənəvi potensialımız 
-  ədəbiyyatımız, mədəniyyətimiz intellektual potensialımızın  əsasını 
təşkil edir. Bunu yaradanlar bizim xalqın dahi insanlarıdır”.
1
 
Heydər Əliyev bütün ömrü boyu, Azərbaycana rəhbərlik etdiyi bütün 
dövrlərdə Azərbaycan  ədəbiyyatına, onun görkəmli nümayəndələrinə, 
yazıçılarına,  şairlərinə  və bütün yaradıcı ziyalılarına xüsusi diqqətlə 
yanaşmış, onlara qayğı göstərmiş, onların  əsərlərinin çap edilib 
yayılmasına və təbliğ edilməsinə böyük əhəmiyyət vermişdir. 
Keçid dövründə, olduqca çətin bir şəraitdə Məhəmməd Füzulinin 500 
illik yubileyinin keçirilməsi və bu yubileyə bir çox xarici ölkələrdən, o 
cümlədən YUNESKO-dan nümayəndələrin dəvət edilməsi tədbirin böyük 
poeziya bayramına,  ədəbiyyatımızın dünya miqyasında təbliğinə 
çevrilməsinə bariz bir misaldır 
2000-ci ilin fevralında respublikamızda türk respublikaları dövlət 
başçıların, bir sıra digər xarici ölkə nümayəndələrinin və YUNESKO-nun 
Baş direktorunun iştirakı ilə Azərbaycan xalqının ölməz dastanı olan 
“Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi müstəqil 
Azərbaycanın böyük xalq, dövlət bayramına çevrildi. Min illərdən bəri 
vətəndən didərgin düşmüş möhtəşəm qəhrəmanlıq abidəmiz, ulu ana 
kitabımız birdəfəlik əbədi olaraq doğma vətənə qayıtdı, dilimizin qədim-
liyini sübut etdi. 
“Kitabi-Dədə Qorqud” dastanını Azərbaycan xalqının fəxri kitabı 
hesab edən Heydər Əliyev deyir: “Biz öz tariximizlə, mədəniyyətimizlə, 
ədəbiyyatımızla fəxr edirik və fəxr etməyə haqqımız vardır. Həqiqətən də 
“Kitabi-Dədə Qorqud” dastanı kimi böyük elm, mədəniyyət, ədəbiyyat  
                                                 
1
 
 Heydər Əliyev. Ədəbiyyatın yüksək borcü və amalı.- B., 1999. -S. 420. 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə