T.Ş. Salavatov, M.Ə. Dadaş-zadə, X.İ. Dadaş-zadə “ yeralti hidravliKA” fənnindən mühazirə konspekti


NEFTİN LAYDA SU İLƏ SIXIŞDIRILMASI



Yüklə 404,52 Kb.
səhifə19/24
tarix21.05.2023
ölçüsü404,52 Kb.
#111760
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   24
C fakepathMühazir konsp.

NEFTİN LAYDA SU İLƏ SIXIŞDIRILMASI


8.1. Zolaqvarı yataqda neftin su ilə sıxışdırılması

Neft yataqlarının su basqılı rejimdə istismarı zamanı yan sularının basqısı altında layda su konturu irəliləyərək nefti quyuya doğru sıxışdırır . Neftin layda su ilə sıxışdırılması posesi süni olaraq layın neftvermə əmsalını artırmaqdan ötrü laya su vurmaqla aparılır.


Sıxışdırma posesində su basqılı rejimli laylarda mayenin qərarlaşmış hərəkətinə baxılmış, neftin və suyun özlülükləri eyni götürülmüşdür.Bu şərtlər sıxışdırma posesi məsələlərinin həllini asanlaşdırmaq məqsədilə qəbul edilmişdir. Lakin, həqiqətdə isə neft su ilə sıxışdırılarkən neftin və suyun sıxlığı, özlülüyü müxtəlif, hərəkət isə qərarlaşmamış olur.
Sıxışdırılma posesində neft ilə suyun özlülüklərinin müxtəlif ,sıxlıqlarının isə eyni götürülməsi şərtində neft-su kontaktı səthinin şaquli olmasını qəbul etmək mümkündür.
Əgər , quyudan qidalanma konturuna kimi məsafə, ondan su sərhədi koturuna qədər olan məsafədən çoxdursa, daban suyu olmadıqda belə, neft-su kontaktı səthinin şaquli olması şərti ödənilir. Hətta layın bir az maili olması da bu şərti pozmur .
İndi isə zolaqvarı yataqda neftin su ilə sıxışdırılma posesinə baxaq.
Şəkildən göründüyü kimi, sıxışdırma posesində sulu və neftli zonalar
y

aranır. Bu poses təbii-neftli hissə ilə sulu hissələrin təzyiqlər fərqi altında baş verir.


Su-neft kontaktının sərhədi zamandan asılıolaraq qalereyaya tərəf düzxətli hərəkət edir və qalereyaya çatan zaman lay tam sulaşacaqdır, sulaşmış hissənin keçiriciliyi isə dəyişəcəkdir. Neftin layda su ilə sıxışdırma posesinin nəzəri cəhətdən dəqiq öyrənilməsi qeyri- mümkün olduğuna görə, müxtəlif sadələşdirmələr aparılır.



Şək.8.1 Zolaqvarı yataqda neftin su ilə sıxışdırılması.


Məsələn, sıxışdırma posesini silindirdəki mayenin porşenlə sıxışdırılmasına bənzədək. Yəni, laya su daxil olarkən, o özünü porşen kimi apararaq nefti oradan qalereyaya sıxışdırmağa başlayacaqdır.


Sulu və neftli zonalar üçün kəsilməzlik tənliklərinə əsasən aşağıdakı ifadələri yazaq:


; 0  x  (8.1)
;  x  L
Süzülmənin Darsi qanununa tabe olduğunu qəbul etsək sulu və neftli zonaların süzülmə sürətləri
(8.2)
olar.
Burada s və n - suyun və neftin sürətidir;
ks və kn - suyun və neftin keçiricikləridir;
Ps və Pn - sulu və neftli hissələrdə təzyiqlərdir;
Po - su-neft kontaktındakı təzyiqdir.
s və n – in qiymətlərini (8.1) tənliyində yerinə yazaq:
Ps = C1x + C2 (8. 3)
Pn = C3x + C4 (8.4)
C1, C2, C3, C4 - inteqral sabitlərini tapmaq üçün aşağıdakı sərhəd şərtlərini qəbul edək:
x = 0; Ps = P1 = const
x = ; Ps = Po; Pn = Po; ;
x = L; Pn = P2 = const
Beləliklə, x = sərhəddində üç şərt yazmaq olar. Belə ki, bu sərtlərin kömyi ilə inteqral sabitlərini təyin edək.
C2 = P1 ; ;
Süzülmə sürətlərinin bərabərliyi ,yəni

şərtindən istifadə edərək Po təzyiqini tapaq
(8. 5)
(8.5) bərabərliyində aşağıdakı əvəzləmələri aparaq
;
onda ( ) =
və (8.6)
alınar. As və An -in qiymətlərini (8.6)-da yerinə yazsaq
(8.7)
Əgər sulu və neftli zonaların keçiriciliklərinin də bərabər olduğunu

qəbul esək, onda (8.7) ifadəsi


(8.8)
olar.
İndi isə sulu və neftli sahələr üçün təzyiq tənliklərinin alınmasına baxaq:
(8.9)
(8.10)
P0 – ın qiymətini (8.9) və ( 8.10) tənliklərdə nəzərə alsaq
(8.11)

(8.12) alınar.
- nin dəyişmə qanununun təyinin etməkdən ötrü süzülmə sürəti üçün aşağıdakı ifadələri yaza bilərik:
( 8.13) (8.14)
ilə işarə etsək, (8.13) və (8.14) ifadələrinə əsasən
(8.15)
olar.
(8.15) ifadəsinin sağ tərəfini və sol tərəfini isə 0 – t sərhədlərində inteqrallasaq
(8.16)
-nin dəyişmə asılılığı alınar.
Əgər, t = T anında su-neft kontaktı qalereyaya çatarsa, yəni = L. Onda
(8.17)

olar . Deməli, t = T anında laydan neft su ilə sıxışdırılır.




Yüklə 404,52 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə