Transmilli şirkətlər anlayışı və onların dünya iqtisadiyyatında rolu


Kompaniaya direktorları üçün koperativ mədəniyyət prinsipi



Yüklə 244,17 Kb.
səhifə66/69
tarix02.09.2023
ölçüsü244,17 Kb.
#121219
1   ...   61   62   63   64   65   66   67   68   69
muhazirə toplusu Beynəlxalq menecment

Kompaniaya direktorları üçün koperativ mədəniyyət prinsipi: Səhmdarlar və menecerlər arasında mübahisələrin həlli direktorların başlıca vəzifəsidir. Onun həlli üçün Direktorlar Şurası real olaraq həm səhmdarlardan, həm də menecerlərdən qeyri asılı halda olmalıdır (müstəqil olamalıdır). Direktorlar üçün aşağıdakı prinsiplər tövsiyə olunur:

    • kompaniyada etik qaydaları hazırlamaq və təsdiq etmək;

    • direktorlar Şurasının fəaliyyəti gedişində kompaniyanın bütün maraqlı şəxslərinin maraqlarını nəzərə almaq;

    • kompaniyanın şəffaflıq monitorinqini həyata keçirmək, dəhmdarlar, menecerlər və cəmiyyət işçiləri tərəfindən cəmiyyətin təsis və daxili sənədlərinə, qanunvericilik tələblərinə riayət etmək;

    • məntiqli dividend siyasəti üzrə səhmdarlara tövsiyələr hazırlayıb təqdim etmək;

    • menecerlərin fəaliyyətinin effektiv motivasiya sistemini hazırlamaq;

    • səhmdarlar qarşısında hesabat vermək və kompaniyada işlərin vəziyyəti haqqında tam və dəqiq informasiya təqdim etmək.

Kompaniyanın menecerləri üçün korporativ mədəniyyət prinsipləri:

    • Menecerlər öz əmlakını itirmək riskini daşımırlar. Yalnız mülkiyyətçilərin pulları ilə risk edirlər. Onlar üçün aşağıdakılar tövsiyə olunur:

    • Öz səlahiyyətlərindən suiistifadə etməmək;

    • Qərəzli davranışlarla kompaniyanın səhmdarlarına zərər verməmək;

    • Ompaniya üçün zərər riskinin yaranması halında dərhal kompaniyanın Direktorlar Şurasını məlumatlandırmaq;

    • Direktorlar Şurası tərəfindən hazırlanmış etik qaydaları kompaniya fəaliyyətinə daxil etmək;

    • Öz vəzifələrini vicdanla və təşəbbüslə yerinə yetirmək;

    • Direktorlar Şurası qarşısında qərəzli şəkildə hesabat vermək;

    • Öz fəaliyyətində qanunvericilik,kompaniyanın təsis və daxili sənədlərinin tələblərinə əməl etmək və kompaniyanın işçilərinin buna riayət etməsini tələb etmək;

    • İşçilərin maraqlarını nəzərə almaq, onlar üçün layiqli əmək şəraiti yaratmaq.

Korporativ mədəniyyət prinsipləri - Kompaniyanın və onun rəqibləri üçün qarşılıqlı fəaliyyətin ümumi etik normaları sırasında aşağıdakıları qeyd etmək olar:

    • qarşılıqlı hörmət;

    • rəqabət mübarizəsinin qeyri-etik metodlarından imtina;

    • ticarət və investisiyalaşma üçün açıq bazarların inkişafına kömək etmək.

Malsatanlar və xidmətgöstərənlərlə münasibət prinsipləri aşağıdakılardı:

    • nəzakətli qiymətəmələgəlmə, lisenziyalaşma;

    • lazımsız məhkəmə tədqiqatlarının ixtisar olunması;

    • uzunmüddətli və sabit münasibətlərin inkişafı;

    • məxfi olmayan informasiyaları paylaşmaq;

    • imzalanmış müqavilə şərtlərinə müvafiq olaraq vaxtında ödəmə;

İstehlakçılarla münasibət prinsipləri aşağıdakılardı:

    • istehlakçıların tələbatları və ehtiyaclarına müvafiq olaraq məhsul və xidmətlərin keyfiyyətinin təmin olunması;

    • düzgün rəftar, səhmdar cəmiyyətin məhsul və xidmətlərinin istehlakçılara, onların sağlamlığının mühafizəsini, ətraf mühitin vəziyyətini yaxşılaşdırdığına zəmanət vermək;

    • məhsul və xidmət (səhmdar cəmiyyətin) istehlakçılarının cins, yaş, irqi mənsubiyyəti və s. - dən asılı olmadan hüquqlarının tapdanmasını ixtisar etmək;

    • marketinq və reklam daxil olmaqla, məhsul və xidmət istehlakçılarına təqdim olunan məhsul və xidmətlərə görə insani ləyaqətə hörməti təmin etmək (zəmanət vermək);

    • istehlakçıların mədəniyyətinin tamlığına hörmət etmək.


Yüklə 244,17 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə