Koordinasiya funksiyası. Bu funksiyaya ehtiyac beynəlxalq şirkətlərdə Insanlar və bölmələr arasında münasibətlərin müəyyənləşdirmək və koordinasiya etməkdən irəli gəlir.
motivasiya funksiyası birbaşa fəaliyyətləri motivasiya olunmalı işçilərin potensial imkanlarının reallaşdırılması ilə bağlıdır .
beynəlxalq təşkilatın və onun əməkdaşlarının fəaliyyətinin nəticələrini mütəmadi olaraq yoxlamaq, qiymətləndirmək və korrekə etmək lazımdır. Bu isə beynəlxalq menecmentin nəzarət funksiyasıın mahiyyətini təşkil edir. nəzarət funksiyası nail olunan nəticələrin təhlili və idarəetmə silsiləsinin yeni mərhələsinə keçilməsini daxil eddir.
Müasir şəraitdə təsərrüfat fəaliyyətinin maştablarının artması, istehsalın diversifikasiyası və beynəlmillləşməsi nəticəsində beynəlxalq menecmentin funksiyaları genişlənir, çətinləşir və differensiasiya olunur. Beynəlxalq şirkətlərdə idarəetmə funksiyaları öz aralarında qarşılıqlı əlaqədə olan bölmələrdən ibarət olan xüsusi apparatla həyata keçirilir. Hər bir idarəetmə funksiyanın məzmunu funksiya çərçivəsində həll olunan məsələlərin spesifikası ilə müəyyən olunur. Buna görə də istehsalın və onun məqsədlərinin çətinliyi funksiyalarının və idarəetmənin çətinliyini də müəyyən edir.
Menecmentin qarşısında duran məsələlər:
Beynəlxalq biznesin mühitinin kompleks tədqiqi, təhlili və qiymətləndirilməsi.
mədəni fonun dərin təhlili və qiymətləndirilməsi
biznesin təşkilati formalarının seçilməsi, qiymətləndirilməsi və təcrübədə istifadəsi
Milli mentalitetin tədqiqi və nəzərə alınması.
Beynəlxalq biznes-servisin müxtəlif imkanlarının axtarışı, inkişafı və səmərəli istifadəsi.
MÖVZU 2. BEYNƏLXALQ BİZNESİN XARİCİ MÜHİTİNİN TƏHLİLİ
Biznes strukturlarının daxili mühiti.
Beynəlxalq biznesdə xarici mühit. İqtisadi, siyasi və hüquqi mühit.
Marketinq təhlili
Menecmentin mədəni mühiti
Beynəlxalq biznesdə texnoloji, rəqabət, sosial və qlobal mühit.
Dostları ilə paylaş: |