TÖVHİD –
Allahın Qulları Üzərində Olan Haqqı
7
qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa məbudunuz yoxdur.
Rəbbinizdən sizə açıq-aydın dəlillər gəldi. Allahın qayadan çıxartdığı bu dişi
dəvəsi sizin üçün bir möcüzədir. Onu buraxın Allahın torpağında otlasın. Ona
bir pislik etməyin, yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar”.
(əl-Əraf 73).
“Mədyən qövmünə də qardaşları Şueybi göndərdik. O dedi: "Ey qövmüm!
Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə
açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların
əşyalarını əksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad
törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir”.
(əl-Əraf 85).
“Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: "Həqiqətən, mən sizin üçün açıq-
aydın xəbərdar edən bir elçiyəm. Allahdan başqasına ibadət etməyin! Mən sizi
yaxalayacaq məşəqqət gününün əzabından qorxuram".
(Hud 25-26).
5)
Bu, dəvətdə ən birinci olandır.
Dostları ilə paylaş: