Anesteziologiya reanimatologiya ixtisası üzrə əlavə 134 test tapşırığı



Yüklə 374,44 Kb.
səhifə1/3
tarix19.11.2017
ölçüsü374,44 Kb.
#11201
  1   2   3

Anesteziologiya - reanimatologiya ixtisası üzrə əlavə 134 test tapşırığı.
Bölmə 1. Anesteziologiya - reanimatologiya ixtisası. Qanunvericilik.
1) Anestezioloqun vəzifə borcu deyildir:

A) Xəstənin anesteziyaya hazırlanması

B) Anesteziyanın aparılması

C) Xəstənin əməliyyanönü müayinəsi

D) Əməliyyatdan sonrakı dövrdə intensiv terapiya

E) Əməliyyata göstərişlərin təyin edilməsi

Ədəbiyyat : Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
2) Hüquqi səlahiyyəti olan xəstədə anesteziyanın aparılması planlaşdırılırsa:

A) Xəstənin yaxın adamının anesteziyaya razılığın verməsi kifayətdir

B) Əməliyyatın aparılmasına göstəriş təyin olunduqdan sonra anesteziyaya razlığın verilməsi lazım deyildir

C) Xəstəyə anesteziya haqqında məlumat yalnız əməliyyatdan sonra verilməlidir

D) Xəstənin anestezioloq tərəfindən anesteziya haqqında məlumatlandırıldıqdan sonra anesteziyaya razılığın verilməsi mütləqdir

E) Xəstədən əməliyyatın aparılmasına razılıq alınıbsa əməliyyata göstəriş təyin olunandan sonra anesteziyaya razlığın verilməsi lazım deyildir

Ədəbiyyat : Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
3) Anesteziyanın aparılmasına hazırlanan xəstənin anestezioloji müayinəsi zamanı daha vacibdir:

A) Tənəffüs yollarının vəziyyətinin müayinəsi

B) Xəstənin anamnezində alkoqollu içkilərin qəbulunun nəzərə alınması

C) Sidiyin ümumi analizinin göstəriciləri

D) Qanda leykositlərin miqdarı

E) Xəstədə dizurik əlamətlərinin olması

Ədəbiyyat : Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
4) Anesteziya kartasında xəstənin əsas fizioloji göstəricilərinin qeydi aparılmalıdır:

A) Hər 15 dəqiqədən bir

B) Anesteziyanın əvvəlində və anesteziyanın sonunda

C) Hər 5 dəqiqədən bir və yaxud daha tez

D) Hər 5 saniyədən bir

E) Yalnız əsas fizioloji göstəricilərin dəyişiklikləri baş verdikdə

Ədəbiyyat : Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
5) Dünyada ilk mütəxəssis anestezioloq kim hesab olunur?

A) Uilyam Morton (William Morton)

B) Horasiy Uells (Horace Wells)

C) Ceyms Simpson (James Simpson)

D) Robert Makintoş (Robert Macintosh)

E) Con Snou (John Snoü)

Ədəbiyyat : Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
6) Klinik tədqiqatlarda müqayisə üçün istifadə olunan statistik dürüstlük hansı cavabda göstərilmişdir ?

A) P<0,05

B) P>0,5

C) P>0,05

D) P=0,5

E) P>0,1


Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с.
7) Klinik müşahidələrin statistik tədqiqi üçün istifadə olunan standart meyletmə (σ) nəyi ifadə edir?

A) İki dəyişən arasındakı korrelyasiyanı müəyyən edir

B) Bütün müşahidələrin 95%-i opta göstəricidən iki standart meyletmələr hüdudlarında olacaq

C) Orta göstəricinuin standart xətasını göstərir

D) χ2 kriteriyasına uyğun gəlir

E) Styudentin t-kriteriyasına uyğun gəlir

Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с.
8) Tibbdə statistik məlumatın kliniki mahiyyəti nədən ibarətdir?

A) Anestezioloq – reanimatoloqlar üçün əhəmiyyət kəsb etmir

B) Xəstə qrupları üçün nəticələri əvvəlcədən dəqiq proqnazlaşdıra bilər

C) Klinik əhəmiyyəti yoxdur

D) Hər bir xəstə üçün nəticələri əvvəlcədən dəqiq proqnazlaşdıra bilər

E) Nəticənin ehtimalını müəyyən etmək

Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с.
Bölmə 2. Kliniki anatomiya, kliniki fiziologiya, xəstənin anesteziyaya hazırlanması.
9) Yenidiğulmuşlarda ürək indeksinin adekvatlığını nə təmin edir?

A) Ürəyin vurğu həcminin yüksək olması

B) Ümumi periferik damar müqavimətinin yüksək olması

C) Ürək yığılmalarının sayının çox olması

D) Dövr edən qanın həcminin cox olması

E) Fetal hemoqlobinin miqdarının cox olması

Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с.
10) Planlı əməliyyata göstərişləri olan və yanaşı gedən ağciyərlərin bronxoobstruktiv xəstəliyi olan pasiyentlərdə siqaretin çəkilməsinə münasibət:

A) İdealda ən azı əməliyyatdan 6 həftə əvvəl siqaret çəkməyi dayandırmalıdır

B) Siqaretin şəkilməsi əvvəlki qaydada davam olunmalıdır

C) Siqaret çəkən xəstələrə endotraxeal anesteziya aparıla bilməz

D) Əməliyyatdan 1 həftə əvvəl siqaret çəkməyi dayandırmalıdır

E) Əməliyyatdan 1 gün əvvəl siqaret çəkməyi dayandırmalıdır

Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с.
11) Yanaşı gedən ağciyərlərin bronxoobstruktiv xəstəliyi olan pasiyentlərə premedikasiya üçün məsləhətdir:

A) Morfin

B) Fentanil

C) Promedol

D) Omnopon

E) Benzodiazepinlər

Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер» , 2010, 848 с.
12) Böyük qan dövranı ilə kiçik qan dövranda dövr edən qanın dəqiqəlik həcmi:

A) Böyük qan dövranda 1,5 dəfə çoxdur

B) Kiçik qan dövranda çoxdur

C) Dövr edən qanın həcminin 50%-i böyük qan dövranına, 50%-i isə kiçik qan dovranına aiddir

D) Böyük qan dövranda 2 dəfə çoxdur

E) Bərabərdir

Ədəbiyyat : Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
13) Normada ağciyər qan dövranı dəqiqədə neçə litrdir (l/dəq)?

A) 5


B) 2

C) 1


D) 12

E) 9


Ədəbiyyat : Интенсивная терапия. Руководство для врачей. Под ред. В.Д. Малышева. – М.: Медицина, 2002. – 584 с.
14) Əməliyyata hazırlanan xəstə varfarin qəbul edirsə:

A) Sonuncu dəfə əməliyyatdan 6-9 saat əvvəl qəbul etməlidir

B) Sonuncu dəfə əməliyyat günü səhər qəbul etməlidir

C) Preparatın qəbulu adi qaydada davam olunmalıdır

D) Preparatın dozasını 2 dəfə azaldılaraq qəbulu davam olunmalıdır

E) Əməliyyatdan 48 saat əvvəl varfarin qəbulu dayandırılmalıdır

Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с.
15) Varfarin qəbul edən xəstədə əməliyyat önü təyin olunan protrombin zamanı:

A) Normanın yuxarı həddində olmalıdır

B) Normadan 1,5 dəfə çox olmamalıdır

C) Normanın aşağı həddində olmalıdır

D) Normadan 2 dəfə az olmalıdır

E) Əhəmiyyət kəsb etmir

Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с.
Bölmə 3. Ümumi anesteziya, onun orqanizmə olan təsirləri.
16) Ümumi anesteziya zamanı temperatur monitorinqi üçün xarakterik deyildir:

A) Anesteziyanın ilk saatı ərzində mərkəzi temperaturun 1-2°C enməsi istiliyin bədənin mərkəzi hissələrdən periferik hissələrə paylanması ilə əlaqədardır

B) Ümumi anesteziya zamanı baş verən hipotermiyanın 2-ci fazasında mərkəzi temperaturun enməsi bədənin istiliyinin tədricən ətraf mühütə yayılması ilə əlaqədardır

C) Ümumi anesteziya zamanı baş verən hipotermiyanın 3-cü fazasında orqanizmdə istiliyin produksiyası və onun ətraf mühitə yayılması arasında temperatur tarazlığı yaranır

D) Ümumi anesteziya zamanı hipotalamusun funksiyası depressiya olunduğuna görə mərkəzi termorequlyasiya pozulur

E) Ümumi anesteziya zamanı bir qayda olaraq mərkəzi temperaturun enməsi baş vermir

Ədəbiyyat : Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
17) Anesteziya zamanı baş verən hipotermiyanın təsirlərinə aid deyildir:

A) Anesteziyadan sonra xəstələrin tez ayılması

B) Anesteziyadan sonra titrəmə

C) Dərman preparatların metabolizminin ləngiməsi

D) Aritmiyalar

E) Periferik damarların ümumi müqavimətinin yüksəlməsi

Ədəbiyyat : Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
18) Anesteziyadan sonrakı bərpa (ayılma) döründə xəstənin vəziyyəti:

A) Arxası üstə horizontal vəziyyətdə uzandırılır, başı arxaya qatdanılır

B) Baş tərəfi qaldırılmış vəziyyətdə arxası üstə uzandırılır (Fovler)

C) Yanı üstə uzandırılır, yuxarıda yerləşən əl alt çənənin altında, yuxarıda yerləşən ayaq bud-çanaq və diz oynağından bükülmüş vəziyyətdə olur

D) Baş tərəfi endirilmiş vəziyyətdə arxası üstə uzandırılır (Trendelenburq)

E) Başı bir qədər qaldırılmış, arxası üstə horizontal vəziyyətdə

Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с.
Bölmə 4. İnhalyasion anesteziya.
19) Azot oksidlə aparılmış anesteziyadan sonra yaranan diffuzion hipoksiya zamanı:

A) PAO2↓, PACO2↓, PaO2↑, Pa CO2

B) PAO2↓, PACO2↑, PaO2↓, PaCO2

C) PAO2↑, PACO2↑, PaO2↓, PaCO2

D) PAO2↑, PACO2↑, PaO2↑, PaCO2

E) PAO2↓, PACO2↓, PaO2↓, PaCO2

Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер» , 2010, 848 с.
20) Pulmonektomiya əməliyyatı zamanı hansı anestetikin istifadəsi məqsədəuyğun deyil?

A) Halotan

B) Enfluran

C) İzofluran

D) Ketamin

E) Azot oksidi

Ədəbiyyat :Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
Bölmə 5. Qeyri-inhalyasion anesteziya
21) Hansı xəstələrdə etomidatın istifadəsi mütləq əks-göstəriş deyildir?

A) Ürək-damar patologiyası olan

B) Tənəffüs yollarının obstruksiyası olan

C) Porfiriyalı

D) Böyrəküstü vəzin çatışmazlığı olan

E) Etomidata fərdi həssaslığı olan

Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер» , 2010, 848 с.
22) Aşağıda sadalanlardan hansı etomidatın arzuolunmayan effektinə aid deyil?

A) Kortizol sintezinin zəifləməsi

B) İnyeksiya yerində ağrı

C) Ürəkbulanma və qusma

D) Orqanizmdə sürətlə paylanması

E) Venaların trombozu

Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер» , 2010, 848 с.
Bölmə 6. Əzələ relaksasiyası və ağciyərlərin süni ventilyasiyası. (12)
23) Yenidoğulmuşlarda traxeyanın intubasiyası zamanı aşağıdakı qeydlərdən hansı düz deyil?

A) Döş qəfəsinin altına kiçik yastıq qoyulur

B) Düz pazcığı olan larinqoskopdan istifadə etmək məsləhətdir

C) Manjeti olan endotraxeal borudan istifadə edilməlidir

D) Böyüklərlə müqayisədə qırtlaqüstü nisbətən daha böyükdir

E) Böyüklərlə müqayisədə boyun fəqərələrə nisbətən qırtlaq daha yuxarıda yerləşir

Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер» , 2010, 848 с.
24) Normal inkişaf etmiş 4 yaşlı uşaqda istifadə olunan endotraxeal borunun daxili diametri neçə mm olmalıdır?

A) 4


B) 5

C) 3,5


D) 4,5

E) 5,5


Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер» , 2010, 848 с.
25) Böyüklərdə intubasion borunun manjetində olan havanın təzyiqinin optimal göstəricisi (sm.su süt.):

A) 20


B) 5

C) 40


D) 60

E) 100


Ədəbiyyat : Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
26) Atmosfer havası ilə tənəffüs edən xəstələrdə FiO2-nin səviyyəsi:

A) 97%


B) 30-dan 50-mm.c.süt.-na qədər

C) 100 mm.c.süt.

D) 40%

E) 21%


Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с.
27) Sinxronlaşdırılmış fasilələrlə məcburi ventilyasiya rejiminin (SIMV – syncronised intermittent mandadory ventilation) hansı xarakteristikası düz deyil?

A) Təyin edilmiş vaxt ərzində spontan tənəffüsə cəhd aşkar edilmirsə, aparat standart məcburi inspirasiyanı icra edir

B) Aparatda ağciyərlərin dəqiqəlik ventilyasiyası təyin edilir

C) Aparatda FiO2 təyin edilir

D) Aparat xəstənin inspirator səylərini aşkarlayır

E) Aparatda təyin edilmiş ağciyərlərin dəqiqəlik ventilyasiyanı təmin etmir

Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с.
28) Təzyiqin dəstəklənməsi ilə ventilyasiya rejiminin (PSV – pressure support ventilation) hansı xarakteristikası düz deyildir?

A) Aparat spontan tənəffüsün hər bir cəhdini qeydə alır



B) Aparat spontan tənəffüs cəhdini qaz axını verməklə dəstəkləyir

C) Məcburi inspirator həcmi təyin edir

D) PSV rejimi yalnız pasientin spontan tənəffüs tezliyi normal olduqda tətbiq olunur



E) Tənəffüs yollarındakı müsbət təzyiqin səviyyəsi təyin olunmuş göstəricini üstələmir

Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с.


29) Uşaqlarda süni ventilyasiya zamanı tənəffüs həcmi (ml-lə):

A) Bədən çəkisi (kq) / 2

B) Uşağın boyu (sm) × 2

C) Yenidoğulmuşlarda – 30; 1 ildən başlayaraq hər yaşa 100 ml əlavə edilir

D) Uşağın yaşı + 100

E) Bədən çəkisi (kq) × 8

Ədəbiyyat : Анестезиология и интенсивная терапия: Справочник практикующего врача / Под ред.Б.Р.Гельфанда. – М.: Литтерра, 2005. – 544 с.
30) Uşaqlarda süni ventilyasiya zamanı tənəffüsün dəqiqəlik həcmi (ml-lə):

A) Uşağın hər yaşına 50-100 ml əlavə edilir

B) Endotraxeal borunun diametri (mm) × bədən çəkisi (kq)

C) Bədən çəkisi (kq) + 100

D) Uşağın yaşı × 50

E) Bədən çəkisi (kq) × tənəffüs tezliyi × 8

Ədəbiyyat : Анестезиология и интенсивная терапия: Справочник практикующего врача / Под ред.Б.Р.Гельфанда. – М.: Литтерра, 2005. – 544 с.
31) Süni ventillyasiya aparılarkən ekspirator obstruksiya zamanı kapnoqrammada:

A) Enən hissədə ləngimə qeyd olunur

B) Qalxan hissənin tez yüksəlmə qeyd olunur

C) Qalxan və enən hissələrin arasında plato qeyd olunmur

D) Kapnoqrammada düz xətt qeyd olunur

E) Qalxan hissədə ləngimə qeyd olunur

Ədəbiyyat : Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
32) Süni ventilyasiya zamanı absorbentin resursu tükəndikdə kapnoqrammada:

A) İzoxəttin və platonun yüksəlməsi qeyd olunur

B) Normal kapnoqramma qeyd olunur

C) Qalxan hissənin tez yüksəlməsi qeyd olunur

D) Plato hissəsi daha uzun olur

E) Plato hissənin enməsi qeyd olunur

Ədəbiyyat : Анестезиология и интенсивная терапия: Справочник практикующего врача / Под ред.Б.Р.Гельфанда. – М.: Литтерра, 2005. – 544 с.
33) Tənəffüs konturundakı pik təzyiqi:

A) İnspirator-ekspirator fazaların nisbətini göstərir

B) Tənəffüs konturunda ekspirator fazada olan maksimal təzyiqi göstərir

C) Tənəffüs konturunda inspirator fazada olan maksimal təzyiqi göstərir

D) Tənəffüs konturunda inspirator pauzada olan təzyiqi göstərir

E) Qaz magistraldan tibbi qazların aparata daxil olan yerdə qazların təzyiqi göstərir

Ədəbiyyat : Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
34) Tənəffüs konturdakı plato təzyiqi:

A) Narkoz aparatından ətraf mühütə aspirasiya olunan yerdə qazların təzyiqi göstərir

B) Tənəffüs konturunda inspirator pauzada olan təzyiqi göstərir

C) Tənəffüs konturunda ekspirator fazada olan maksimal təzyiqi göstərir

D) Qaz magistraldan tibbi qazların aparata daxil olan yerdə qazların təzyiqi göstərir

E) Oksigen balonda olan təzyigi göstərir

Ədəbiyyat : Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
35) Tənəffüs konturdakı pik təzyiqin və plato təzyiqin paralel olaraq yüksəlməsi:

A) İnspirator qazlarda oksigenin fraksion konsentrasiyanın artmasını göstərir

B) Tənəffüs yollarının müqavimətinin artmasını göstərir

C) Tənəffüs konturunı hermetikliyinin pozulmasını göstərir

D) Karbon qazın absorberində olan nasazlığını göstərir

E) Tənəffüs həcminin artmasını göstərir

Ədəbiyyat : Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
36) Tənəffüs konturundakı hansı dəyişikliklər tənəffüs yollarının müqavimətinin artmasını göstərir?

A) Plato təzyiqin pik təzyiqə bərabər olması

B) Pik təzyiqin və plato təzyiqin paralel olaraq yüksəlməsi

C) Plato təzyiqin yüksəlməsi və pik təzyiqin enməsi

D) Pik təzyiqin və plato təzyiqin paralel olaraq enməsi

E) Plato təzyiqin nəzərəçarpmayan dəyişiklikləri fonunda pik təzyiqin artması

Ədəbiyyat : Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 396 с., ил.
Bölmə 7. Anesteziya və əməliyyatlar zamanı istifadə edilən xüsusi metodlar.
37) İdarə olunan arterial hipotoniya ilə aparılan əməliyatlarda monitorinq zamanı aşağıdakılardan hansı istifadə olunmur?

A) Elektroensefaloqrafiya

B) Arterial təzyiqin invaziv monitorinqi

C) EKQ-monitorinq

D) SaO2-nin monitorinqi

E) Mərkəzi venoz təzyiqin monitorinqi

Ədəbiyyat : Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 395 с.
38) İdarə olunan arterial hipotoniyanın aparılması məqsədəuyğundur:

A) Beyinin bədxassəli şişlərinin cərrahi əməliyytları zamanı

B) Radikal sistektomiya cərrahi əməliyyatı zamanı

C) Radikal prostatektomiya cərrahi əməliyyatı zamanı

D) Bud-çanaq oynağının endoprotezlələşdirılməsi cərrahi əməliyyatı zamanı

E) Bütün cavablar doğrudur

Ədəbiyyat : Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 395 с.
39) İdarə olunan arterial hipotoniyanın aparılmasında istifadə olunmur:

A) Nitroprussid natrium

B) İnhalyasion anestetiklər

C) Trimetafan (Arfonad)

D) Epinefrin (Adrenalin)

E) Tripirium iodid (Hygronium)

Ədəbiyyat : Морган Дж.Э., Михаил М.С. Клиническая анестезиология: книга 1-я / Изд. 2-е испр. – Пер.с англ. – М. – СПб.: Издательство БИНОМ-Невский Диалект, 2000. 395 с., ил.
Bölmə 8. Yerli anesteziya.
40) Mərkəzi regionar anesteziya metodlarından istifadə olunmuş xəstələrdə baş verən öyümə və qusmanın səbəbi:

A) Dərin motor blokada

B) Arterial hipotenziya

C) Yerli anestetik məhluluna adrenalinin əlavə edilməsi

D) Mədə-bağırsaq traktinın peristaltikasının güclənməsi

E) Temperatur hissiyatın blokadası

Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с.
41) Spinal punksiyadan sonra baş berən sefalgiyaların tezliyi asılı deyil:

A) İstifadə edilən yerli anestetikdən

B) İynənin diametrindən

C) İynənin distal ucunun formasından

D) Əməliyyatda sonra xəstənin ayaq üstə durmağının vaxtından

E) Xəstənin yaşından

Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер» , 2010, 848 с.
42) Pulmonektomiya əməliyyatı zamanı epidural blokadanın hansı səviyyədə aparılması daha məqsədəuyğundur?

A) CVI - CVII

B) LII – LIV

C) ThI – ThII



D) SII – SIII

E) ThIV – ThVII

Ədəbiyyat : Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
43) Pulmonektomiya əməliyyatı zamanı hansı anesteziya metodu daha məqsədəuyğundur?

A) Epidural blokada sedasiya ilə

B) Spinal blokada sedasiya ilə

C) Ağciyərin süni ventilyasiyası ilə aparılan ümumi anesteziya və epidural blokada

D) Spinal-epidural anesteziya

E) Spontan tənəffüs fonunda ümumi anesteziya

Ədəbiyyat : Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
Bölmə 9. Cərrahiyyənin ixtisaslaşdırılmış sahələrində anesteziya.
44) Laparoskopik əməliyyatların ağırlaşmalarına aid deyildir:

A) Dərialtı emfizema

B) Qaz emboliyası

C) Pnevmotoraks, pnevmomediastinum, pnevmoperikard

D) Qarın boşluğu, periton arxası sahə, yaxud da qarnın ön divarının damarlarının zədələnməsi nəticəsində qanaxma

E) Hiponatriyemik hiperhidratasiya sindromu

Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с.
45) “Böyrək” vəziyyətində aparılan açıq nefrektomiya əməliyyatları zamanı adətən gözlənilmir:

A) Pnevmotoraks

B) Venoz qayıtmanın azalması

C) İntubasion borunun yerinin dəyişməsi

D) Ağciyərlərin asimmetrik ventilyasiyası

E) Qaz emboliyası

Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с.
46) Perkutan litotripsiya əməliyyatının ağırlaşmalarına aid deyildir:

A) Qaz emboliyası

B) Septisemiya

C) Hipotermiya

D) İrriqasiya üçün istifadə olunan məhlulun peritonarxası səhəyə axması

E) Pnevmotoraks

Ədəbiyyat : Анестезиология / под ред.А.Р.Айнкенхеда, Г.Смита, Д.Дж.Роуботама; пер.с англ. – М.: ООО «Рид Элсивер», 2010, 848 с.


Yüklə 374,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə