Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə23/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

93 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

postmodernizm nəzəri cəhətdən bizdə 



əsaslandırılmayıbsa, izah olunmayıbsa, nə cür bu xüsusda 

əsər yazıla bilər? Bəlkə mən yanılıram?  

Mənə elə gəlir ki, postmodernizm üslubunda yazılan 

əsərləri oxuyub təsirinə düĢən əsərlər var, ancaq sırf 

postmodernizm üslubunda yazılan əsər yox. Mənim bu 

fikrimi Mübariz müəllim bilir, Qorxmaz Quliyevlə 

söhbətdə o özü də bunu qeyd etdi. Modern üslubda 

yazılan əsərlər var, onu qeyd etmək olar. 

Mən Əsəd müəllimin «Azərbaycan» jurnalında bir 

məqaləsini oxudum. O da türk dilindən olan tərcümə ilə 

bağlı idi. Nurlan xanımın tərcüməsi idi, səhv eləmirəmsə. 

REPLĠKA: Narıngül.  

RAMĠNƏ MƏMMƏDOVA: Narıngül xanımın tərcüməsi 

ilə bağlı. Çox qəribədi, tənqid tərcüməçiliyə heç vaxt yer 

ayırmır. Bu məsələ ilə bağlı silsilə yazılarınızın olacağını 

orada qeyd edirsiniz, mən çox həvəslə gözləyirəm. Lakin 

mən tərcümə sahəsində tənqidi yazı görmürəm, demək 

olar ki, müasir dövrümüzdə belə yazılar yoxdu. 

ƏSƏD CAHANGĠR: Mən tərcümə ilə bağlı silsilə 

yazıların ləngiməsinin səbəbini bayaq, əslində, dedim. 

Bütün faktlar göz qabağındadı, sən də bunu sadəcə qeydə 

alır, faktı konstatasiya edirsən, amma sənə qərəzçi, hətta 

böhtançı damğası vurmağa çalıĢanlar olur. Ġclaslar 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

94 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

keçirilir, məqalən müzakirəyə qoyulur. Burda deyirlər ki, 



oğru elə çığırdı, doğrunun bağrı yarıldı. Azərbaycan 

dilinin qrammatikasını orta məktəb Ģagirdi səviyyəsində 

bilməyəndən tərcüməçi, remarka ilə dialoqun fərqini 

bilməyəndən dramaturq, «Ġnostrannaə literatura»nı 

qarĢısına qoyub tələm-tələsik Azərbaycan dilinə çevirən 

və orijinal əsər adı ilə təqdim edəndən nasir obrazı 

yaratmaq istəyirlər, hamısı da karnaval fiqurları. Və guya 

ucdantutma hamı bu yalanları müdafiə etməliymiĢ.  

«Azərbaycan» dərgisinin ötən ilki dekabr sayında çağdaĢ 

nəsrlə bağlı «BaĢqaları və Aslan Quliyev» adlı yazım dərc 

olundu. Yazı yenilik adı altında çağdaĢ nəsrdə baĢ alıb 

gedən təqlidçiliyə, özəlliklə də dünya ədəbiyyatından olan 

təqlidçiliyin tənqidinə dair idi. Yeni nəsil yazarlardan 

Pərviz, Həmid Herisçi, Elçin Hüseynbəyli, Xanəmir, 

Balaxan, Ġlqar Fəhminin yazılarına istinadlar etmiĢdim. 

Pərviz yazıya narazılıq dolu sifariĢlə, Həmid Herisçi 

salam verməməklə, Xanəmir dolayısı ilə də olsa, cavab 

yazdırmaqla reaksiya verdi. Elçin Hüseynbəyli isə bütün 

bu reaksiya «rekorlarını kıraraq» əməlli-baĢlı 

kompaniyaya baĢladı: əvvəla, yazının dərcinə mane olmaq 

istədi, bu mümkün olmadıqda, mənə məlum olmayan 

hansısa yollarla dərginin sözügedən sayının düz bir ay 

ləngimsəsinə nail oldu – dekabr sayı yalınz fevralda iĢıq 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

95 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

üzü gördü. Dərginin məlum sayı Yazıçılar Birliyinin 



köĢkündə «defisit» mal kimi altdan, gizli-gizli satılırdı. 

Guya ki, RadiĢĢevin «Peterburqdan Moskvaya səyahət» 

kitabı iĢıq üzü görmüĢdü. Amma Elçin Hüseynbəylinin 

bununla da ürəyi soyumayıb özünün baĢ redaktor olduğu 

«Ulduz» dərgisində mənim əleyhimə təhqirlərlə dolu iki 

məqalə dərc elədi: biri Nizami Cəfərov, o biri Nizaməddin 

ġəmsizadənin məqaləsi. Dedi-qodular, açıq və gizli 

təhqirlər də öz yerində. Axırda Anar müəllim iĢə qarıĢmalı 

oldu: Elçin haqqında «Ədəbiyyat qəzeti»ndə məqalə dərc 

etdirdi, onun müxtəlif xarici ölkə yazıçılarından uğursuz 

təqlidlərini dolayısı ilə təsdiq etdi, sintaksisi bərbad 

vəziyyətdə olan Elçinə cümlə qurmağı öyrətdi. Üstəlik də 

«Ulduz» dərgisində imkanlı müəlliflərin yazılarını dərc 

etmək, qonorar-filan məsələləri ilə əlaqədar məlum iĢlərilə 

bağlı onu gözütoxluğua, Ģəxsi mənafe amilinidən çıxıĢ 

edərək gündə bir ədəbi və siyasi mövqe nümayiĢ 

etdirməməyə, baĢqalarının uğurlarına qarĢı həsəd 

hissindən uzaq olmağa çağırdı. Amma bir qədər əvvəl 

APA-ya açıqlamasında tənqidçiləri qorxaqlıqda qınayan 

Anar müəllim özü də də bütün bu tənqidi fikirlərində 

üstüörtülü iĢarələrlə kifayətləndi.  

Məni bir məsələ maraqlandırır: əvvəla, əgər tənqidçi 

doğrudan da, kiməsə böhtan atır, fakta əsaslanmırsa, niyə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

96 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

bundan qorxurlar? Axı yalan ayaq tutsa da, yeriyən deyil. 



Mən özüm haqqında yazılan ən ağ yalanlara belə cavab 

vermirəm, çünki özümü heç kəsin qarĢısında cavabdeh 

saymıram. Bir də heç kəs kor deyil axı, hamı yaxĢı bilir ki

kimin qabında nə var: kim sözün patrisisi, kim plebeyidi, 

kim sözün cahangiri, kim varlı adamların süfrəsinin qırın-

qırtığı ilə dolanan tamada, karyerist «payĢik»di.  

Ġkincisi, əgər tənqidçi sözün düzünü yazıbsa, yenə də 

qorxmaq yox, gedib ona təĢəkkür etmək lazımdı. Ən azı 

ona görə ki, Aydın Xanın dili ilə desək, zəhmət çəkib zibil 

bir yazını baĢdan-axıracan oxuyub, hətta onun haqqında 

yazı da yazıb. Digər tərəfdən, obyektiv tənqid yazıçını 

eyforiyaya uymağa qoymur, onu öz zəif tərəflərini islah 

etməyə vadar edir, nəticə yazıçının xeyrinə olur. Demək, 

heç bir halda nə tənqiddən qorxmağa, nə də tənqidçidən 

qorxunc monstr, manyak obrazı yaratmağa dəyməz. 

Həqiqət isə budu ki, məni nə tərcüməçi, nə Ģair, nə yazıçı 

yox, onun iĢi maraqlandırır və heç kəslə xüsusi qərəzim, 

Ģəxsi düĢmənçiliyim yoxdu. Mənim davam ədəbiyyat, söz, 

istedad, ədalət davasıdı. Bir də ki, qərəzin bura nə dəxli 

var? Lap qərəzim var, nəyi özümdən uydurmuĢuam ki? 

Necə deyərlər, kor kor, gör gör. «Fakt na lits». Ġstər 

tərcümə, istərsə də nəsrlə bağlı yazımın hərəsində 

iradlarımın həqiqiliyini sübut edən az qala yüz fakt var, 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə