Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə136/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   132   133   134   135   136   137   138   139   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

308


 LOVĞALIQ  VƏ  UCALIQ

Lovğaliq çoxunun belini əydi,

Özləri-özünə quyu qazdilar.

Yarpaqlar torpağa tökülməsəydi,

Ağaclar, bəlkə də, ucalmazdilar.

06.03.1969



MƏNİM GÖZLƏRİMDƏ 

Gözlərim düzü düz, əyrini əyri,

Yazi çiçək görür, qişi qar görür.

Ağlayan gözləri – qaranliq dünya,

Gülər könülləri – bəxtiyar görür.

Hər şey əks olduqca sari ləkədə

Daralir, genəlir kiçik bəbəkdə,

Açiq bir ürəyi böyük gördükdə,

Bəzən də, cahani yaman dar görür.

İnsan hücum çəkib, gedir irəli,

Yixir əsarəti qadir əlləri. 

Bu, gözəl dünyani azad görəli,

Bir insan eşqini min bahar görür.

06.03.1969




Xəyal cığırı – II cı̇ld

309


 XOŞBƏXTLİK

Dünya yari işiq, yari qaranliq,

Bir yanda əsarət, bir yanda şadliq…

Hər çirkin əməllər, hər bağli qollar,

Yenə də zülmətdə ömr edən qullar,

Azğin ehtiraslar, azğin əzablar,

Hələ də hökm edən bu şarpa-şarplar...

Bir parça çörəyə uzanan əllər,

Qullar dünyasinda çirkin əməllər,

Gəlib, xəyalimdan keçdikcə bu dəm,

Deyirəm, dünyada nə xoşbəxtəm mən.

Azad nəfəsim var, azad səsim var,

Azadliq yurdunda şən həvəsim var.

Səadət elçisi azad bir quşam,

Dünyada ən gözəl həyat qurmuşam.

Leninin əlilə doğdu al işiq,

Öldü birdəfəlik özbaşinaliq.

Atdi əzablarin daşini vətən,

Dünyada ən xoşbəxt vətəndaş mənəm!

07.03.1969




Tofiq Məhəmməd oğlu Hüseynzadə

310


MƏNİM ƏSRİM

Əsrim atom əsridir,

Əsrim uran əsridir,

Əsrim bircə düymədə

Verdi-viran əsridir.

«Ölüm!» səsi ucalir

Bombalarin içindən,

Zaman özü də qorxur

Atomlarin gücündən.

Eşitməyək bu səsi,

Dəhşət! 

            batsin qulaqlar,

Atoma dəysə iynə

Hamiya bir ölüm var.

Atomlari kəşf edən

Külə dönəydi, gərək,

Əsrimin qorxusuna 

Necə dayansin ürək?!..

Atom,

       uran,



           protonlar,

Neytronlar, fotonlar…

Bunlardir, 

              bəli, bunlar!

Bütün canli həyati

Bir iynəyə satanlar.




Xəyal cığırı – II cı̇ld

311


Artiq başqa zamandir,

Ölüm pərdəni atmiş,

Çox yerdə körpələri

Atom səsi oyatmiş...

Əsrim atom əsridir,

Əsrim uran əsridir,

Əsrim bircə düymədə

Verdi-viran əsridir.

07.03.1969



Tofiq Məhəmməd oğlu Hüseynzadə

312


LENİNİN ÖVLADIYIQ

Lenin deyil övladsiz,

Atasidir o, elin.

Biz hamimiz; oğlan-qiz

Övladiyiq Leninin.

07.03.1969



 BELƏ  OLMASAYDI

Çox ağac verməzdi bircə dənə bar,

Vəhşi kök üstündə olmasaydilar.

07.03.1969



 GÖZ  YAŞI

Göz yaşi gah şirin, gah da acidir,

Sevincin, qüssənin son əlacidir.

07.03.1969




Xəyal cığırı – II cı̇ld

313


 AĞ SAP – QARA SAP

İynə insan,

        sap günləri,

İllər sapin 

        düyünləri.

Ömrümüzün deşiyindən

Saplar keçir, rəngbərəngdə,

Keçir içdən, eşiyindən

Qara rəngdə, ya ağ rəngdə.

Keçib, gedir arali,

           ya da ağli-qarali...

Ya ağ gündə,

           qara gündə

İlişsə sap,

         dolaşsa sap,

Ömür qalar son düyündə.

08.03.1969



Tofiq Məhəmməd oğlu Hüseynzadə

314


 İLK MƏHƏBBƏT

Ömür kimi bircə dəfə

Dolar yaşa ilk məhəbbət,

Hara getsək, necə getsək,

Gedər qoşa ilk məhəbbət.

Yaralansa, ömrü yeyər,

Çatsa kama, əlvan geyər,

Şəlalə tək nəğmə deyər,

Daşa-daşa ilk məhəbbət.

Aci deyil, şirindir o,

Göylər kimi dərindir o,

Desəm, güllü çəməndir o,

Dönər quşa ilk məhəbbət.

Aşib-daşar gur su kimi,

Qanadlanar arzu kimi,

Qalar mələr quzu kimi

Dəysə daşa ilk məhəbbət. 

Nəğmə deyər ilk baharda,

Qiy qoparar boran-qarda,

Qartal kimi buludlarda 

Aşa-aşa ilk məhəbbət.



Xəyal cığırı – II cı̇ld

315


Ömür boyu unudulmaz,

Bulansa da heç durulmaz,

Nə yixilmaz, nə yorulmaz

Çatsa başa ilk məhəbbət.

Verməz cəfa dərd qananlar,

İşvə satar şux cananlar,

Vurulmayir çox zamanlar

Gözə-qaşa ilk məhəbbət.

Ayriliğa can verməsən,

Zülüm-zülüm hönkürməsən, 

Əzabina sürünməsən

Gedər boşa ilk məhəbbət.

Qalsa andi quru yerdə, 

Gedər cani dözməz dərdə,

Ayri düşən könüllərdə

Dönər yaşa ilk məhəbbət.

Qardaş oldun al səhərlə,

Taninmadin gümüş-zərlə, 

Könlüm deyir: bu hünərlə

Yaşa, yaşa ilk məhəbbət!..

12.03.1969



Tofiq Məhəmməd oğlu Hüseynzadə

316


SƏNİNLƏ

Bu böyük cahanda hər şey bir heçlik,

Yaşayir sinəmdə ürək səninlə.

Qələmə güc verdin, yazdim-yaratdim,

Mənə halal oldu çörək səninlə.

Ah çəkib demişəm, səni sevəndə,

Bəzən də qatirlar zəhəri qəndə,

Həyatin acisi, şirinini də 

İstərəm dünyada görək səninlə.

Sevdan başimdadir, gözün gözümdə, 

Bütün təbiətin şirin sözümdə,

Qalmasa ilk arzum, eşqim gözümdə,

Ucalam göylərə, gərək səninlə.

12.03.1969




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə