Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə12/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   8   9   10   11   12   13   14   15   ...   143

Xəyal cığırı – I cı̇ld

47

dair kitablarda məlumatlar verilmişdir. O, evli olmuş, Əvəz adli 



1 uşaği olub, qisa müddət sonra vəfat etmiş, özü də 1940-ci ildə 

vəfat etmişdir.

Həsənov Ziyad Hüseyn oğlu – 1910-cu ildə Sariyaqub kən-

dində doğulmuş, Basarkeçər rayon partiya komitəsində təlimat-

çi, müharibə illərində isə bir neçə kənddə: Basarkeçər rayonu-

nun Zod, Zərzibil (sonraki adi Zərkənd), Ağkilsə və Qayabaşi 

kəndlərinin kolxoz sədri vəzifələrində çalişmaqla, müharibənin 

gətirdiyi dözülməz çətinliklər şəraitində, həm cəbhənin taxil və 

digər ərzaq məhsullari ilə təmin edilməsində böyük işlər görmüş, 

həm də arxa cəbhədə qalan ailələrin yaşayişinin, maddi vəsait-

lərlə təminatinin qarşilanmasinda son dərəcə qeyrətli, məğrur, 

əməlisaleh,  xeyirxah,  səxavətli,  qayğikeş  bir  rəhbər  kimi  mi-

silsiz xidmətlər göstərmiş, Göyçədə bütün mahal əhalisinin se-

vimlisinə çevrilmiş, Göyçə mahalinda ona, ən hörmətli şəxslər 

barəsində işlədilən, yüksək ehtiram əlaməti olaraq, «Lələ» deyə 

müraciət olunmuş, əhali tərəfindən ona şeirlər qoşulmuş, xalqin 

hafizəsinə əbədi həkk olunmuşdur. Ziyad 1967-ci ildə ailəlikcə 

Qazax  rayonunun  Barxudarli  kəndinə  köçmüş,  10.11.1986-ci 

ildə vəfat etmişdir. Oğlu Qədir 1937-ci ildə,  Eldar isə 1942-

ci ildə doğulmuş, Qədir subay olmuş, 1969-cu ildə bədbəxt bir 

hadisənin qurbani olaraq vəfat etmiş, Eldar isə ailəlikcə həmin 

kənddə yaşamiş, 1992-ci ildə Barxudarli kəndi mənfur qonşu-

lar, Ermənistan tərəfindən işğal edildikdən sonra Qazax şəhə-

rinə köçüb orada yaşamiş, Eldar 2013-cü ildə vəfat etmiş, onun 

övladlari Qazax şəhərində yaşayirlar. 

Həsənov İsrafil Hüseyn oğlu – 1912-ci ildə Sariyaqub kən-

dində  doğulmuş,  ayri-ayri  tarixlərdə  Basarkeçər  rayon  ticarət 

təftiş idarəsinin müdiri, Basarkeçər rayon prokurorluğunda pro-

kuror  köməkçisi,  rayon  məhkəməsində  də  məsul  vəzifələrdə 



Tofiq Məhəmməd oğlu Hüseynzadə

48

 çalişmiş, 23.06.1941-ci il tarixdə Ordu siralarina çağirilmiş, bir 



müddət zabit kursu keçdikdən sonra, zabit rütbəsində komandir 

kimi  cəbhəyə  yollanmiş,  peşəkar  komandir  olmaqla  Berlinə-

dək şərəfli döyüş yolu keçmiş, 28.04.1945-ci il tarixdə, Böyük 

Qələbənin elan edilməsinə 10 gün qalmiş Berlin şəhərində küçə 

döyüşləri zamani qəhrəmancasina həlak olmuş və yəqin ki, elə 

Berlin şəhərində də dəfn olunmuşdur. Hazirda, onun qəbrinin 

konkret  harada  yerləşməsi  barədə  dəqiq  məlumat  əldə  etmək 

mümkün olmamişdir. O, cəbhəyə getməmişdən bir neçə ay əv-

vəl evlənmiş, övladi olmamişdir.  

Tofiqin əmisi Hüseynov Lətif  Paşa oğlu – 22.07.1929-cu 

ildə Sariyaqub kəndində doğulmuş, əvvəl kənd  kitabxanasinda, 

daha sonra uzun müddət kənd orta məktəbində müəllim işləmiş, 

ahil  yaşlarinda  isə  məktəbin  təsərrüfat  müdiri  vəzifəsində  ça-

lişmişdir. Lətif  Hüseynov da 1988-ci ilin məlum hadisələri ilə 

əlaqədar doğma vətəni – Sariyaqub kəndindən Sumqayit şəhə-

rinə köçmüş, 12.12.2009-cu ildə vəfat etmiş, Mehdiabad qəb-

ristanliğinda dəfn olunmuşdur. Onun 5 övladi olmuş, Elyar adli 

oğlu doğulduqdan bir müddət sonra vəfat etmiş, Səadət, Nəcibə, 

Leyla və Kəmalə adli 4 qiz övladindan nəvə və nəticələri vardir.  

Tofiq Hüseynzadənin atasi Hüseynov Məhəmməd Paşa oğlu 

(18.06.1927  –  11.10.1981)  çox  nüfuzlu,  istedadli,  xarizmatik 

şəxsiyyət  kimi  nəinki  Göyçə  mahali  və  Qərbi  Azərbaycanda 

(Ermənistanda), həmçinin Azərbaycanda da yaxşi taninmişdir. 

Məhəmməd Sariyaqub kəndində yaşadiği müddətdə Basarkeçər 

rayonunda əvvəllər tikintidə sürücü kimi çalişmiş, həmçinin bir 

müddət Sariyaqub kənd məktəbində müəllimlik etmiş, 1964-cü 

ildə Qazax rayonunun Barxudarli kəndinə köçdükdən sonra isə 

orada «Didvan» gölünün tikintisində mütəxəssis kimi çalişmiş, 




Xəyal cığırı – I cı̇ld

49

1969-cu ildə ikinci dəfə ailə qurmuş və Yevlax şəhərində yaşa-



miş, orada yaşadiği müddətdə «Yevlax rayon yunun ilkin emali 

və  tədarükü  fabriki»ndə  müxtəlif  məsul  vəzifələrdə  çalişmiş, 

ikinci evliliyindən də iki oğlu – 1970-ci ildə Ərəstun, 1977-ci 

ildə Hüseyn doğulmuş, hazirda ailələri ilə birlikdə Ərəstun Yev-

lax şəhərində, Hüseyn isə Ukrayna Respublikasinda yaşayirlar. 

Tofiqin anasi Məsimova (Hüseynova) Firəngiz Budaq qizi 

(1920-2016)  isə  tarixdə  böyük  Övliya  kimi  taninmiş,  məşhur  

«Sari Saltuq Ocaği»ndan – «Qizilhacili» tayfasindan olub, hə-

min rayonun Daşkənd kəndindəndir. 

Tofiq Hüseynzadə ailədə iki övlad olmuşlar. Qardaşi Rafiq 

Hüseynov  (Hüseynzadə)  1948-ci  ilin  fevral  ayinda  (sənədlərə 

əsasən 01.06.1948-ci il tarixdə) doğulmuş, 1965-1971-ci illərdə 

Azərbaycan  Dövlət Tibb  İnstitutunun  müalicə-profilaktika  fa-

kültəsində təhsil almiş, 1971-ci ildə orani onkoloq-cərrah ixtisa-

si üzrə əla qiymətlərlə bitirmiş, 02.08.1971-ci il tarixdən Qazax 

rayon  mərkəzi  xəstəxanasinda  onkoloq-həkim  kimi  fəaliyyətə 

başlamiş, 02.12.1971-ci il tarixdə onkoloji xəstəlikdən vəfat et-

mişdir. Rafiqin 1967-1971-ci illərdə qələmə aldiği, sağliğinda 

Baki şəhərində nəşr olunan «Tibb kadrlari uğrunda» qəzetində 

dərc  olunmuş,  habelə  dərc  olunmasa  da  əlyazmalar  şəklində 

qorunub-saxlanilan, mənəviyyat xəzinəsinin inciləri olan gözəl 

şeirləri, özündən sonra həyatda qalan yeganə xatirələridir. Ra-

fiq Hüseynzadənin həmin şeirləri, qardaşi Tofiq Hüseynzadənin 

oğlu  Mehdi  Hüseynzadə  tərəfindən  toplanilaraq,  2018-ci  ilin 

mart ayinda «Bu günümdən sabahima xatirə» adli şeirlər kita-

binda  nəşr  olunmuşdur. Tofiqin  Şərqiyyə  adli  bacisi  və  Xalid 

adli qardaşi da uşaq yaşlarinda vəfat etmişlər. 

Qeyd etdiyimiz kimi, Tofiq Hüseynzadənin, hər iki tərəfdən 

soykökü Seyyid övliyalara bağlidir. 



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə