www.kitabxana.net
– Milli Virtual Kitabxana
16
Səlim qəti qərara gəldiyi gün, həmişə içdiyi pivədən əlavə, cürət dərmanı – azca araq da içdi. Məsmə ilə
söhbətin şirin yerində, kimsənin onlara qulaq asıb-asmamasını yoxlamaq məqsədilə ətrafa göz gəzdirib,
alçaqdan ciddi səslə dedi:
- Məsmə, deyirəm gör neçə aydır biz söhbətləşirik, görüşürük, gəl ki, görüşümüzün ardını o kabinaların
birində davam etdirmirik. Hə, necə baxırsan bu məsələyə?
Çoxdan gözlədiyi təklifi eşidəndə xoşhallanan Məsmə bir anlıq dinmədi, nədənsə sifətinə qızartı gəldi.
Ömründə heç zaman bilmədiyi, qızlığından yox olub, indi isə haradansa peyda olan qəribə duyğular onda həya
hissləri yaratmışdı:
- Nə deyim, əgər lazım bilirsənsə, hara gərəkdir, ora gedərəm.
- Onnda zəhmətdən keçib, dur kabinalardan yaxşısını seç, isti-isti, vaxtı itirməyək.
Məsmə ayağa durmaq istəyəndə, qəlbindən gələn səs onu dayandırdı. Yox, Səlimi kabinəyə
aparmayacaqdı. O başqaları ilə eyniləşə bilməzdi. Səlim onun tərpənməməsindən narahatlandı.
- Nə oldu, fikrə getdin?
- Gəlsənə belə edək. Səbr eylə, işdən çıxım, gedək evimə. Hə, necədi?
Məsmənin evinə dəvət etməsi Səlimin ürəyincə idi.
- Əla, əla! Bəyənilsin.
Doğrudur, Səlimdən əvvəl də evində başqalarını qonaq etmişdi, əlbəttə, daha hər yoldan ötəni yox.
Məsmənin evi, şəraiti ən başlıcası isə hələ də şuxluğunu tam itirməyən əzalarının gözəlliyi Səlimin xoşuna
gəldi. Həmin gecə o, axtardığını tapmış kimi sevinirdi.
Məsmə, izahını tapmaqda çətinlik çəkdiyi hisslər burulğanında nə edəcəyini bilmirdi. İlk dəfə idi
yataqda əzizləndiyini, sevildiyini duyurdu. Demək, onu da ürəkdən öpmək olarmış. Dərk etdi ki, qadına ehtiras
öldürən "maşın" kimi yox, sevgini paylaşdığın insan kimi yanaşılmalıdır. Amma pul, maddi təmanna insani
münasibəti dəyişir, alverə çevirirdi. Gecənin şirinliyindən ayıla bilməyib, Səlimin nə vaxt getdiyindən xəbər
tutmayan Məsmə, səhər vərdiş etmədiyi halla rastlaşmışdı. Elə bil nəsə çatmırdı: yatdığı kişidən "zəhmət
haqqı”sız ayrılmışdı. Yeri görsənsə də, Səlimdən pul götürməzdi, özünü təhqir olunmuş hesab edərdi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
17
Döşəyinin altını, ciblərini, ağlına gələn hər tərəfi yoxladı, ilk dəfə axtardığını tapmamasına sevindi. Güman ki,
Səlim də onun belə düşündüyünü duyub evə ilk gəlişi münasibəti ilə aldığı fransız ətriylə kifayətlənmişdi.
Hər ikisinin könlündən olan bu görüşdən sonra əlaqələri daimiləşdi. Tez-tez görüşməyə başladılar.
Məsmə, ömrünün payızında da olsa sevilməyinə sevinirdi. Deyəsən, nəhayət, Tanrının ona yazığı gəlmiş,
qarşısına onu sevəcək kişi gətirmişdi. Görən, sevgisi vaxtsız açılan çiçək təki tez də solmayacaqdı? Əslində
onların arasındakı bu istilik sevgidən çox, iki tənha insanın dostluğuna bənzəyirdi. Bu dostluq da ya məhəbbətə
çevriləcək , ya da adi qadın-kişi münasibətini ötməyəcəkdi. Görüşlər artdıqca, Məsməyə öyrəşən Səlimin
könlündən onunla ər-arvad olmaq keçirdi. Çünki onun qadınla əlaqələri başqalarının diqqətindən yayınmır,
getdikcə tanışların arasında müxtəlif söz-söhbət yaranmasına rəvac verirdi. Məsmənin İnciyə analıq edəcəyinə,
dostluğun məhəbbətə çevriləcəyinə inanan Səlim, onu rəsmi qadını etmək, şəriksiz sahibi olmaq istəyirdi.
O, ilk dəfə niyyətini Məsməyə bildirəndə nə cavab verəcəyini bilməyən qadın bir anlıq dondu. Ona belə
təklif ediləcəyini heç zaman düşünməmişdi. O ailə həyatına hazır idimi? Qalan ömrünü bir kişiyə həsr edə
bilərdimi?Başlıcası, ögey ana olmaq yükünü daşıya biləcəkmi? Özünə arxayın idimi?
- Qulaq as, uzağı beş-altı il də bu kafedə gününü keçirəcəksən. Bəs sonra? Sonrasını fikirləşmisən? Ailə
sahibi olmaq istəmirsən? Ərinin, həsrətini çəkdiyin qızının olmasının nə ziyanı var? Bəsdi, gəl həyatını dəyiş.
Qızıma analıq et, mənimlə yeni həyata başla. Kafedəki işindən də çıx, bir otağını da sat, yığış mənim evimə.
Sahibəlik et, heş nəyin də fikrini çəkmə. Bütün ehtiyaclarını mən ödəcəyəm.
Səlimin təkrar-təkrar dediyi bu sözlər bir müddət qulağında cingildədi. Qəlbini didib-dağıdan suallar
rahatlıq vermirdi. Doğrudanmı, o, bundan sonra ömrü boyu yalnız bir kişi ilə yaşamağa tab gətirəcəkdi? Səlimi
kiminləsə dəyişməyəcəkdi, xəyanət etməyəcəkdi? Həmişə ona ən sadə, adi görünən, varlığını biruzə verən bu iş
məgər xəyanət idimi? Özünə bu yolu seçəndən bəri alışdığı vərdişini, xasiyyətini dəyişməyə gücü çatacaqdımı?
Əvəzində müəmmalı gələcəkdən, tənhalıqdan qurtulacaqdı.Həsrətində olduğu övladı – qızı olacaqdı.
ƏrR nəvazişi görəcəkdi, adamlar içərisində "gəzəyənin birisindən"namuslu arvada dönəcəkdi.
Axır ki, Səlim onun ağlını ala bildi. Bəlkə elə buna görə də Məsmənin Səlimdən xoşu gəlirdi. Onun,
daim düşüncəsinə təsir edə bilən kişiyə ehtiyacı var idi. Səlimin təkidi ilə bir otaqlı mənzilini satdı, kafedəki
işindən çıxdı. Rəhmətə gedən arvadının ili çıxanadək Səlimin evinə yığışdı.
İnci – şeytan qız böyümüşdü. Bütün günü qıza qayğısını, diqqətini əsirgəmiyən Məsmə bir ay içində İnci
ilə dostlaşdı. Səlim onların mehribanlığını görüb, ailəsini yenidən bərpa etməsinə qəlbən sevinirdi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
18
Amma, Məsməni evə gətirən gündən qohum-qardaş Səlimdən üz döndərdi. Onu vaxtından tez, həm də
özünə layiq olmayanla evlənməyində günahlandırıb, ayaqlarını evdən kəsdilər.
Məsmənin kimliyini, keçmişini gizlətmək çətin idi. Yaxşı deyiblər ki, oğruluqla, əyriliyin ömrü qırx gün
çəkər. Onu tanıyanlardan qaçmaq, gizlənmək mümkün deyildi. Belə adamlarla rastlaşdıqda Səlim ona dikilən
istehza dolu baxışlardan daxilən sarsılırdı.
Vaxtı ilə vasitəçilik etdiyi qızların Məsməni axtarmağı, evə gəlməsi ilk narazılığın yaranmasına səbəb
olmuşdu.
- Qəribə adamsan ey, necə deyim ki, məni axtarma, gəlmə evə. Elə şey olar? İstəmirsən zəhmət çək, otur
yanımda, getmə işə. On beş gün atıb gedirsən, qalıram dörd divarın arasında. Daş-divarla dərdləşim?
Səlim bəzən Məsməyə haqq versə də, iş məsələsində karıxırdı.Otuz ilə yaxın çalışddığı işini atıb,
ömrünün əlli yaşında haradan təzə iş tapacaqdı? Əlindəki qazancını arvad güdazına verə bilməzdi. Sabah da
Məsmə onu imkansızlıqda qınayıb, işinə qayıtmaq söhbətini ortaya atacaqdı. Yalnız dözmək, ev xanımına
dönməyini gözləmək lazım idi.
Əfsus, belə olmadı. Hər şey nəzərdə tutduğun kimi alınsa, nə var idi ki... İndi evdə sakitliyi qorumaq
xatirinə dinməsə də, qonşulardan eşitmişdi ki, o işdə olnda qızı evdə tək qoyub, günlərlə harasa yox olurdu. O
vaxtdan ürəyinə qaraa şübhələr dolmuşdu: demək, Məsmə dözə bilmədi, ona xəyanət edirdi.
Davalaşıb, evdən harasa çıxmağı qadağan etdi. Növbəti dəfə dənizdən qayıdanda, Məsmənin
rəfiqələrinin evində "at oynatmasını" eşitdi.
Məsmə düzələnə oxşamırdı. Fikir çəkməkdən qaraqabaq olan Səlim səhvini düzəltməyə çıxış yolu
tapmırdı. Tutaq ki, Məsmədən ayrıldı. Bəs İncini neyləsin? Onların yaxınlaşmasına elə qızının yetimliyi səbəb
olmamışdımı? Qızı Məsmədən ayırmasa, gələcəyi necə olacaqdı? Məsmə yoluxucu xəstəlik kimi onu da öz
gününə salıb, məhv edəcəkdi. Gözü görə-görə balasını bataqlıq əjdahasına qurban vermişdi...
Səlimin qısqanclığı Məsməni hövsələdən çıxarmışdı. O, ayın bir-iki gününü könlünü açmaq üçün köhnə
dostları ilə görüşməsində pis heç nə görmürdü. Keçmişi ilə bağlı bütün əlaqələri, insanları bir gündəcə itirmək,
yox etməyi bacarmadı. Və istəmirdi. Təzə həyatının şirinliyindən doyunca dadmamış, keçmişinə tüpürməklə
yaşadığı bütün ömrünü, varlığını inkar etmiş olurdu. Onu əhatə edən mühitdən, insanlardan isə birdən-birə
ayrılmaq asan deyildi. Zaman lazım idi. Zamana dözməyəndə isə məkanı dəyişmək gərək idi.
Dostları ilə paylaş: |