The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix19.07.2018
ölçüsü0,82 Mb.
#56537
1   2   3   4   5   6   7

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

32 


 

O böyük  ananın, şanlı  atanın 

Adı  qoşalaşıb  dillərə  düşdü. 

Şükür  Allahıma, xalqın  taleyi 

Yenə  də  sarsılmaz  əllərə  düşdü. 

 

Ey  uca  millətin  uca  rəhbəri, 



Əsil-nəsəbdəndir  xeyirxahlığın. 

Sələfindən  gəlir  üzü  ağlığın, 

Sənin  rəhbərliyin, sənin  şahlığın 

Mən ,,şair,, olduğum  illərə  düşdü. 

 

Bu  gündən  boylanıb  baxdım  dünənə, 



Varmış  bəxtimizdə  ilahi  məna. 

Uca  Tanrımızın  seçimi  sənə- 

                                                   Əbədi  səadət  ellərə  düşdü. 

Xeyir-duasını  Tanrıdan  aldı, 

Hünər  meydanında  qələbə  çaldı. 

Amalı, eşqiylə  daim  ucaldı 

                                                  Günəş  tək  göylərdə  doğan  Prezident. 

 

,,Hə,,  dedi  millətdən  gələn  seçimə, 



Inandı  qeyrətli  xalqın  gücünə. 

Xoş  arzu , ilhamla  xalqın  içinə 

Həmişə  üzüağ  çıxan  Prezident. 

 

 



Qorunub  şərindən  bədnəfəslərin, 


www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

33 


 

Kəsir  sədasını  ,,bayquş,,  səslərin. 

Sədaqət  andına  dönük  kəslərin 

Başında  şimşək  tək  çaxan  Prezident! 

 

Dağlar  tək  vüqarı,  qüruru  ilə, 



Hər  yeni  səfəri, uğuru  ilə, 

Həqiqət  işığı,  haqq  nuru  ilə 

Azman  yağıları  yıxan  Prezident. 

Şəri , qaranlığı  boğan  Prezident. 

 

Xalqına ,  elinə   bir  həmdəm  kimi, 



Qəlini  millətə  edib  şəm  kimi. 

Dərdə  şəfa  verən  saf zəm-zəm  kimi, 

Yanar  ürəklərə  axan  Prezident. 

 

Millət,xalq  sevgisi  hopduqca  qana, 



Məhəbbət  nurunu  saçır  hər  yana. 

Nura  qərq  etdiyi  Azərbaycana 

Heydər  zirvəsindən  baxan  Prezident!!! 

........................................................................ 

 

Vətən  bizim  and  yerimiz, 



Bu  vətəni  hər  birimiz 

Gülüstana  çevirməli, 

Yağıları  devirməli, 

Bizə  xəyanət  edəni, 

Bizlə  ədavət  edəni 

Yolumuzdan  götürməli, 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

34 


 

Zibil  kimi  süpürməli 

Xəyanətkar  cəlladları, 

Vəhşiləri, manqurdları!!! 

Sən  adamda  bir  üzə  bax, 

Söylədiyi  bəd  sözə  bax. 

Nə  həya, nə  ar  eyləyir, 

Öz  adına  car  eyləyir, 

 

Üzeyirin  nəğməsini, 



Nizaminin  ,,Xəmsə,,sini. 

Məni  məndən  alana  bax, 

Bu  böhtana,  yalana  bax! 

 

Bu  hiyləsi ,  yalanıyla, 



Yurdumdakı  talanıyla 

Düşmən  mənə  verir  dərdi , 

Başdan-ayaq  bu  ki  şərdi! 

Bu  vətəni  bölmək  istər, 

Sonra  durub  gülmək  istər, 

Içimizdən  bizi  yıxan,  

ətimizi  şişə  çəkən 

Harınlara, azğınlara, 

Leş  axtaran  quzğunlara! 

Susayıb  xalqın  qanına, 

Duşmənin  dəyirmanına 

Su  tökənə  nə  ad  verək 

Belə  dərdə  dözmür  ürək. 

Nə  söyləyim  yağıları, 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

35 


 

Rəzil, nankor  dığaları 

Üstümüzə  hayqırana, 

Xocalıda  soyqırıma 

əldə  badə  nuş  eyləyən, 

baharımı  qış  eyləyən 

rəzillərə, alçaqlara, 

yurdu  satan  yaltaqlara? 

Düşmənlərin  qədəminə 

Açılırsa  qapı  məndən, 

Demək  özgə  baltasının 

Yonulubmuş  sapı  məndən. 

Bu  torpağa  xor  baxanlar, 

Gözü  varkən  kor  baxanlar, 

Birdəfəlik  eşitsinlər 

Nə  qədər  ki  bu  vətənin

Bu  torpağın, məmləkətin 

Koroğlusu, Babəkləri 

Çin  eyləyir  könüllərdə 

Xoş  arzuyla  diləkləri, 

Xətailər  qeyrətiylə 

Coçdurursa  ürəkləri, 

Sola  bilməz  bu  vətənin 

Cülüstanda  çiçəkləri! 

Bu  torpağı  sevənlərin, 

Igidlərin, ərənlərin 

Qeyrətini, hünərini, 

Uğurunu , zəfərini 

Alqışlayıb, əzizləyib 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

36 


 

Oxşayacaq  Azərbaycan, 

Xoş  arzular  qovşağında, 

Həqiqətın  işığında 

Yaşayacaq  Azərbaycan! 

Yaşayacaq  Azərbaycan!!! 

............................................. 

 

Baxmayır  çovğuna,  baxmayır  qara, 



Gah  Gəncəbasarda,  gah  Arandadır. 

Baş  çəkir  Ağdaşa,Qaxa,  Ucara, 

Gah  da  Astarada,Lənkərandadır. 

 

Gəzir  bölgələri  o, qarış-qarış, 



Toy-bayram  eşqi  var  hər  səfərində. 

Xalqın  sevgisidir  coşub –çağlayan 

Könül  arzusunda, diləklərində. 

 

Vətənin  başına  Cənab  Prezident, 



Şam-səhər  dolanan  bir  pərvanədir. 

Qəlbləri  coşduran  hər  xoş  söhbəti 

Özü  tək  ucadır, bir  şahanədir. 

 

Elin  şad  günündə  şadlanır-gülür, 



Qəmli  günlərində  qəmlidir, gülmür. 

Milləti  səsləyir  xoş  gələcəyə

Olub –keçənləri  unuda  bilmir: 

 

 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

37 


 

Büllur   bulaqların  qaynar  çeşməsi, 

Yurdumun  çəməni,dağı,dərəsi, 

Mavi  dalğaların  bəyaz  ləpəsi, 

Kür –Arazım , Göy Xəzərim –Vətəndir. 

 

Ulu  babalardan  milyon  il  qabaq, 



Nəsillərə  əmanətdir  bu  torpaq. 

Döyünən   ürəyim  Şuşa, Qarabağ, 

Göyçə  eli, Zəngəzurum  Vətəndir, 

 

Doğrunu  deməkdə  çaşmayıb  zəndim, 



Ruhuma  nəşədir  şəhərim-kəndim. 

Borçalı ,İrəvan, qədim  Dərbəndim, 

Xəyallarım, duyğularım  Vətəndir. 

 

Hər  qynar  bulaqda, hər  axar  çayda, 



Bir  qurtum  dadmasam, axı  nə  fayda? 

Bakım  bu  taydadır, Təbriz  o  tayda, 

Ortadan  bölünən  yarı-Vətəndir. 

 

.................................................................... 



Anıb  keçmişini  eylədikcə  yad, 

Yadına  qırğınlar, talanlar  düşür. 

Sağalmaz  yaramız  Xocalı  dərdi , 

Yurdundan  didərgin  olanlar  düşür. 

 

Əminəm,  xaraba  yurdlar  yerində, 



Çiçəkli  bağçalar  salınacaqdır. 


www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

38 


 

Günahsız  tökülən  nahaq  qanların 

Bir  gün  intiqamı  alınacaqdır!!! 

 

Seçib  ağı  qaradan 



Haqqı  nahaqqa  qıymaz . 

Ümidimiz  Yaradan 

Bu  qanı  yerdə  qoymaz! 

 

Bilir , haqq-  nədir- Allah, 



Doğruya  təndir  Allah. 

Əlçatmaz  qadir  Allah 

Bu  qanı  yerdə  qoymaz! 

 

Gözdən  axan  yaşları, 



Dildən  qopan  ahları, 

Əfv  olmaz  günahları, 

Görən   o  qəhhar  Tanrı 

Bu  qanı  yerdə  qoymaz! 

 

Görmüş  viran  elləri, 



Itkin  düşmüş  ərləri, 

Şəhid  düşmüş  ərləri, 

O  bənövşə  boyunlu 

Qızları , gəlinləri... 

 

Gün  gələr , bitər  ahım, 



Çünki  o  bir  Allahım , 

O dar  gündə  pənahım 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

39 


 

 Bu  qanı  yerdə  qoymaz! 

 

Tarixən, zaman-zaman 



Bizə  gəlib  hər  bəla. 

Olmayıb, üstümüzdən 

əskilsin  qəm, dərd-bəla. 

Şəhidlərin  məskəni 

Azərbaycan –Kərbəla!.. 

Görürsə  bu  fəğanı, 

Ölmüş  qoca-cavanı, 

Sızlayan  Ələsgəri, 

Ağlayan  Natəvanı, 

Görürsə  qan  içində 

Yurdum  Azərbaycanı, 

əminəm  ki, Yaradan 

yerdə  qoymaz  bu  qanı, 

yerdə   qoymaz  bu  qanı!!! 

.................................................. 

 

Hara   qədəm  basır  Cənab  Prezident, 



O  yer  çiçək  açır, o  yer  gül  açır. 

Dilindən  süzülən  şirin  kəlamlar 

Qəlbə  fərəh  verir, min  könül  açır. 

 

Verir   bəhrəsini çəkdiyi  zəhmət, 



Məktəblər  tikilir, yollar  açılır. 

Hansı  kənd-şəhərdə  olursa-olsun, 

Onun  pişvazına  qollar  açılır. 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

40 


 

 

 



 

 

 



 

Doğma  Lerikimə  ayaq  basanda, 

Yurduma  xoş  ahəng, təravət  gəldi. 

Dağların  başından  duman  çəkildi, 

Dağlara  bir  yeni  hərarət  gəldi. 

 

Heydər  ziyasından, İlham  nurundan, 



Hər  tərəf  al  geyib, nura  boyandı. 

Ata  bir  xilaskar, oğul  sərkərdə, 

Ata-oğul,millət- bütöv  bir  candı. 

 

Qartal baxışıyla, dağ  vüqarıyla 



Dağlara  əzəmət, vüqar  gətirdi. 

Gəlsə  də  Lerikə  bir  payız  günü, 

Özüylə  gül  açan  bahar  gətirdi. 

 

Heydər  zirvəsində  səsləyir  bizi, 



Ucalmaq  hər  kəsin  deyildir  işi. 

O  böyük  dahiyə  layiqdir, əlbət, 

Ata  Heydər yolu  gedən  bir  kişi. 

 

Həqiqət  yoluyla  gedən  Prezident 



Gücünü  həmişə  Haqdan  alıbdır. 


www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

41 


 

Qəlbində  xoş  arzu, ülvi  bir  niyyət, 

Haqqı  deyə-deyə  o  ucalıbdır. 

 

Istərsə  xaricdə, istə daxildə 



Amalı, məramı  həqqət  olub. 

Köksündə  döyünən  saf  ürəyində 

Vətənə, torpağa  məhəbbət  olub. 

 

 Qəlbində  vətənin  ağrı-acısı, 



Vətəndir  gözünün  ağı-qarası. 

Qövr  edir  köksündə hər  an, hər  saat 

Qarabağ  həsrəti, Şuşa  yarası. 

 

Hər  Ali  məclisində, tribunalarda 



Gündəmə  gətirir  o, Qarabağı. 

Kökündən  qoparıb  atmaq  istəyir 

Xalqın  sinəsinə  çəkilmiş  dağı. 

 

Dəf  edir  düşmənin  fitnə-şərini, 



Ədalət  rəhbərin  haqq  səsindədir. 

Xalq  ilə  bərabər, millətə  birgə 

Zəfər  sorağında. həvəsindədir. 

-------------------------------------- 

 

Yanar  ürəklərin  alar  odunu, 



Tükənməz, çağlayn  bulaqdır  İlham. 

Yenilməz,əlçatmaz  uca  dağ  kimi 

Bu  xalqa,  bu  ələ  dayaqdır  İlham. 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

42 


 

 

Dillərdə  dolaşır  şöhrəti, şanı, 



Axır  damarından  ər  Heydər  qanı. 

Böyük  bir  millətin  Baş  Komandanı, 

Vətən  keşiyində  oyaqdırİlham. 

 

 



Bu  xalqa, bu  elə  dar  gündə  yardı, 

Etdiyi  yaxşılıq  aləmə  cardı. 

Millətə  ömrünə  zinətdi, nurdu, 

Sönməyən  işıqdır, mayakdır  İlham. 

-------------------------------------------- 

 

Ellər  anasıdır  Mehriban xanım, 



Min  alqış, afərin  yaraşır  ona. 

Xalqı  öz  kökünə  qaytaran  ana 

Yeni  bir  can  veri  muğamatıma. 

 

Dünyani  dolaşir,,Zabul’’, ..Cahargah’’, 



Muğam  dünyasına  qərq  edib  bizi. 

 Kişi  qeyrətiylə, ər  hünəriylə 

Yaratdı  Bakıda  ,,Muğam  mərkəzi,, 

 

Bu  Mərkəz  Bakının  zinət  tacıdır, 



Seyrinə  dalana  bir  tamaşadır. 

Çalışır  İlhamla  çiyin-çiyinə, 

Koroğlu  Nigarla  sanki  qoşadır. 

 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

43 


 

Şairlər  adına  dastan  yzmalı, 

Şəninə  təriflər, alqışlar  azdır. 

Dirçəltdi  ölkədə  muğamatımı, 

Növbədə  Qorquddn  yadigar  sazdır. 

 

Qeyrətdə  Nigara, Həcərə  taydı, 



Xoş  zəfər  müjdəli  səsdi, haraydı. 

Zülmət  gecələrdə  parlayan  aydı, 

Gündüzlər  günəşdən  ziyası  vardır. 

 

Tanrı  öz  lütfünü  göstərib  ona, 



Qəlbi  xəzinədir  ali-ürfana. 

Hünərdə  bənzəyir  Burla  Xtuna, 

Ismətdən yoğrulmuş  çöhrəsi  vardır. 

 

Azəri  yurdumun  hər  bucağında, 



Qızılgül  bitirir  Vətən  bağında. 

Fidan  balaların  qönçə  çağında 

Mehriban  adında  anası  vardır. 

.................................................... 

 

Uzaq  deyil, o  xoş  çağım, 



Çin  olacaq  umacağım. 

Qurtulacaq  qəm  əlindən 

Cənnətməkan  Qarabağım. 

Prezdentin  sayəsində! 

Yox  olacaq  qüssə-kədər, 

Üzümüzə  gülür  səhər... 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

44 


 

Abadlaşır  rayon-şəhər 

Prezdentin  sayəsində! 

 

 



Xalqım  hər  əmrə  müntəzir, 

Vətənçün  can  deyib  nəzir. 

Azərbaycan  dünya  gəzir 

Prezdentin  sayəsində! 

 

Vicdanı  saf, qəli  təmiz. 



Xalq  yanında  xətri  əziz. 

Dalğalanan  coşan  dəniz- 

Prezdentim ,Prezdentim! 

 

Qaranlığı  yara-yara 



Gedir  nurlu  sabahlara. 

Kimsəsizə  məlhəm-çara- 

Prezdentim , Prezdentim! 

 

Xalqa  bəlli  qeyrət, arı, 



Yenilməzdir  dağ  vüqarı. 

Ulu  Heydər  yadigarı- 

Prezdentim , Prezdentim! 

.................................................. 

 

Gecəsi  yox, gündüzü  yox, 



Axşam –səhər  xalqı  anır. 

Sevincini  öz  sevinci, 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

45 


 

Dərdini  öz  dərdi  sanır. 

 

Əməliylə  olub  bizim 



Ömrümüzə  işıq  saçan. 

Laləzara  döndəribdir, 

Gülüstandır  Azərbaycan! 

 

Qürur  duyur  hər  bir  zaman 



Millətimin  xoş  günündə. 

Danılmazdır  xidmətləri, 

Uğurları  göz  önündə. 

 

Sevgisi  el  sevgisidir, 



Qəlbi  eşq  ilə  doludur. 

Haqq-ədalət  carçısıdır, 

Yolu  həqiqət  yoludur. 

............................................... 

 

Qəlbi  sevgi, nəğmə  dolu, 



Gül-çiçəkdir  sağı-solu. 

Xalqın ,elin  işıq  yolu, 

Nur  yaranıb, nur  doğulub. 

 

Hər kəlamı  canlı  əsər, 



Xoş  günlərə  xalqı  səslər. 

Zəhmətini  danan  kəslər 

Bu  dünyada  kor  yaranıb. 

 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

46 


 

Alqış  xalqa  hörmətinə, 

Qayğısına , diqqətinə. 

Arxa  durub  millətinə, 

Tur  doğulub, Tur  yaranıb. 

 

Vətən  üçün  can  yandıran, 



Haqla  nahaqqı  sındıran, 

Dağ  əzmiylə  öndə  duran, 

Haqq  səsiylə  Sur  yaranib! 

................................................ 

 

Sənətə  ehtiram, sənətə  qiymət, 



Tükənməz  istəyi, amalı  olub. 

Həyatda  qaradan  ağı  ayıran 

Dərin  düşüncəsi, kamalı  olub. 

 

Alar  ilhamını  hər  an, hər  zaman 



Gözəl  musiqidən, gözəl  əsərdən. 

Verər  qimətini  istedadlara, 

Şairi , alimi  qoymaz  nəzərdən. 

 

Deyirəm, Füzuli  kaş  sağ  olaydı, 



Vaxtında  alardı  öz  qiymətini. 

Sənətə  ehtiram  bəslənən  yerdə 

Itirməz  heç  zaman  söz  qiymətini. 

 

Bu  dünya  durduqca  daim  var  olsun, 



Qüdrəti  dağlardan  uca  rəhbərim. 


www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

47 


 

Yaradan  hər  zaman  ona  yar  olsun. 

Layiqdir  bu  taxta-taca  rəhbərim. 

................................................................. 

 

Heydər  bağı...cənnət  guşə... 



Həyat  eşqi  coşub-daşır. 

Burda  hamı  gözəlliklə, 

Səaətlə  salamlaşır. 

 

Bu  səfalı  dilbər  guşə 



Vətnin  bir  parçasıdır. 

Təbiətə  min  rəng  vuran 

Ilahinin  fırçasıdır. 

 

Qoca-cavan  şövq  içində, 



Odur,  gəlir  axın-axın. 

Nəvəsinə  can-can  deyən 

O   qocaya   siz  də  baxın. 

 

Baba   müdrik  ərliyimiz, 



Nəvə  məsud  gəncliyimiz. 

Bir  sarsılmaz  özül  üstə 

Qərar  tutub  dincliyimiz. 

 

 



Qövsü-quzeh  təravətli 

Gül-çiçəklər  min  rəng  çalır. 

Baba  çılğın  nəvəsinə 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

48 


 

Bəxtiyarca  nəzər  salır. 

 

Nəvə  şən-şən  oynadıqca  



                                                   Daş  döşəmə  üzərində 

Ömür, həyat  gözəlləşir 

Ixtiyarın  gözlərində. 

 

 



Fəvvarələr  saçaqlanıb 

Salxım  söyüd  budağıtək. 

Azadlıqda  keçən  illər 

Bir-birindən  xoş  gələcək. 

 

Doğma  yurdun  səmasında 



Nə çiskin  var, nə  duman  var. 

Azadlığı  pay  verməzlər, 

Azadlığı  qazanan   var. 

 

O  kimdir  ki,həyatını 



Öz  xalqına  bağışladı? 

Xilaskarı  yerdə  bəşər, 

Göydə  mələk  alqışladı. 

 

Hər  yaranan  bəşər  oğlu 



Yaradana  minnətdardır. 

Hər  möhtəşəm  bir  sarayın 

Öz  memarı, bil  ki, vardır. 

---------------------------------- 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

49 


 

Ey  böyük  sərkərdə, ey  böyük  insan, 

Şəninə  söz  demək  deyildir  asan. 

 

Asan  olmasa  da, yazdim  şeirimi, 



Yaratdım  ilhamla, duydum  ürəklə. 

Amalın  müqəddəs, niyyətin  təmiz, 

Yaşa  qəlbindəki  arzu,diləklə, 

 

Vətən  bağçasının  bağbanı  sənsən, 



Gülüstan  görünür  önüm, İlhamım! 

Xalqın  komandanı, rəhbəri  sənsən, 

Anbəan  xoş  gəlir  günüm, İlhamım! 

 

Ata  Heydər  yolu  hər  yoldan  haqdır, 



Sevgisi  qəlblərdə  sönməz  ocaqdır. 

Səninlə   boyaboy  ucalacaqdır. 

Bayrağım, məsləkim, dinim, İlhamım! 

 

Əbədi  bahardır  xoş  təbiətin, 



Vətənə  xidmətdir  işin,  sənətin. 

Hünərin  sarsılmaz, iradən  mətin, 

Olubsan  düşmənə  qənim, İlhamım! 

 

 



Sən  mənim  rəhbərim, havadarımsan, 

Mərdliyim,  qürurum, iftixarımsan. 

Mənim  sərvətimsən, mənim  varımsan, 

Mənim  İlhamımsan, mənim  İlhamım!  




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

50 


 

.............................................................. 

Duyğumu, hissimi  çevirib  şeirə, 

Göylərə  boylanıb  dalıram  seyrə. 

Orda  hər  kəsin  öz  bəxt  ulduzu  var. 

Tanı  ulduzunu,ey  ürək, tanı, 

Indi  üfüqlərdən  günəş  doğacaq, 

Durum  qarşılayım  Heydər  Atanı !!! 

 

                  son  2003-2010 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

51 


 

 

 



 

 

Tərcümeyi-hal 

 

Mais  Əsəd  oğlu  Əsədullayev  - Mais  Təmkin  15 oktyabr  1968-ci  ildə   Lerik  rayonun   



Livədirqə  kəndində  fəhlə  ailəsində   dünyaya  göz  açmışdır.  Hələ  orta  məktədə  oxuduğu  

dövrdə  ədəbiyyata, poeziyaya  böyük  həvəs  göstərmişdir.  İlk  şeirlər  kitabı  “Bu  gecə  

ulduzlar  yaman  seyrəlib”  2003-cü  ildə  işıq  üzü  görüb. Respublika  Prezidenti   cənab  İlham  

Əliyeva   ithaf  olunmuş  “İlhamın  gücü”  poeması  2005-ci  ildə  “Avropa”  nəşriyyatında  

çapdan  çıxıb.   Lerik  Rayon  İcra  Hakimiyyətinin  vəsaiti   hesabına  nəşr  olunmuş  “Hikməti  

sözündə  axtar”  şeirlər  kitabı  2009-cu  ildə “Nurlan”  nəşryyatında  oxucuların  ixtiyarına  

verilib.    Hazırda  qələmə   aldığı  “İlhamlı  günlərin  nəğməsi”  poeması  müəllifin  sayca   

dördüncü  kitabıdır. 1993-cü  ildən  dövri  mətbuatda   poeziya  nümunələri ilə  bərabər  

publisistik  yazılarla  da çıxış  edən  Mais  Təmkin  həm  də  “Azad  təfəkkür”  qəzetinin  

əməkdaşıdır. Ailəlidir, üç  övladı  var. 

  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

52 


 

 

 



 

 

 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə