www.kitabxana.net
– Milli Virtual Kitabxana
49
itmiĢdi.Evdə hərənin bəlli bir yeri var idi. Sanki arvadı daim xəstə, oglu daim səssiz, özü
isə iĢdən evə, evdən iĢə qaçan bir adam olmalı idi. Bu illər ərzində oğlunun necə
böyüdüyünə bəzən ozü də heyran qalırdı. Oğlunun heç nə danıĢmaması, özunə
qapanmasını Əlisəməd yeniyetməlik ərköyünlüyü hesab edirdi.Yalnız son zamanlar
oğlu qəfildən gülür, hey özü-özünə danıĢırdı. Nə olduğunu soruĢduqda isə susur, ya da
otağına qaçırdı. Əlisəmədin bütün bunlarla maraqlanmağa nə vaxtı var idi, nə də
marağı. Ona nə isə deyildikdə isə “ Mən ayaqyalın çöldə bayırda boyümüĢəm
neynirəm ?! Mən onu yağ-bal içində saxlayıram “ – deyə yüksək səslə etiraz edərdi.
Onun bu sözlərinin qarĢısında susardılar. Bu sükutdan da Əlisəməd özünün haqlı olduğu
nəticəsini çıxarardı. Lakin bu sükut uzun çəkmədi.
Hər Ģey Əlisəmədin gecəyarısı qorxunc bir səsə ayılması ilə baĢladı. Hövlank yerindən
sıçrayan Əlisəməd ilk öncə zəlzələ baĢ verdiyini düĢündü. Yerin ayağının altında
möhkəm durduğunu hiss edən kimi evdə nəsə baĢ verdiyini anladı. Səs ikinci dəfə
təkrarlandı. Əlisəməd səsin həyət tərəfdən gəldiyini bilən kimi alt tuman –köynəklə ora
götürüldü. Evdəkilərlə birgə qonĢular da səsi eĢidib həyətdəki böyük tut ağacının altına
toplanmıĢdılar. Əlisəmədin urəyi az qala ağzına gəlirdi. Iki saniyədə neçə min xəyala
düĢdü. Adamları aralayıb önə keçdi. Oğlu ağacdan möhkəm-möhkəm yapıĢıb inildəyirdi.
Oğlu orada nə gəzirdi? Bu baĢ verənlər nə demək idi?
Əlisəməd elə o andaca baĢa düĢdü ki, bura toplaĢan yadlardan fərqi yoxdur. Özünü evin
içindən deyil , yadlardan biri olduğunu hiss etdi. Özünü toplayıb oğluna səsləndi:
-Eldar , oğlum bax bu mənəm. Atanam. .Eldar
Oğlu cavab vermək əvəzinə ağaca daha da möhkəm sarıldı.
-Eldar , bala, buradayam. Atanam . DüĢ aĢağıdayam –deyən Əlisəməd sanki boğazında tikə
qalmıĢ kimi xırıldadı. Ətrafdakı pıçıltılar Əlisəmədin qulağına uğultu tək çatırdı. Daha nələr baĢ
verdiyini Əlisəməd səhərisi dumanlı xatırladı. QonĢulardan bir neçə qoluqüvvətlisi Eldarı zorla
ağacdan qopartdılar. Bu günə kimi sakit uĢaq təki tanınan Eldardan əsər əlamət qalmamıĢdı.
Onun gözü alacalanmıĢdı, Üzündə də sərsəm bir ifadə var idi. Dayanmadan “Onlar buradadır!
Qoymayın məni öldürdülər “ deyə bağırırdı. Onu necə yerə yıxdılar, onun can parasına necə
vəhĢicəsinə sakitləĢdirici iynə vurdular. Bütün bunları Əlisəməd dünən gecə beynində olan
iyrənc xatirələrin yanına gömdü.
Və səhər. Səhər özünü ağıllı hesab edən bütün qohum -əqraba ,tanıĢ, dostkimilər onlara
toplaĢdı. Əlisəməd bal kimi bilirdi ki, bunlarım çoxu heç onu sevmir. Amma hamısı bu gun
www.kitabxana.net
– Milli Virtual Kitabxana
50
burada idi. Qadınlar dayanmadan seyiddən, ,molladan, nəfəsi güclü övliyalardan danıĢır, kiĢilər
isə siqareti siqaretə calayırdılar. Bütün bu müzakirələr böyük bibinin amiranə qərarı ilə
sonladı:
-Mən Eldarı Salman həkimin yanına aparacam.-deyən bibiyə heç kəs etiraz etmədi.
Hətta cəsarət edib “bu Salman həkim kimdir” deyə soruĢan da olmadı. Hamı bibinin nə qədər
savadlı və nə qədər həyasız olduğunu bilirdi. Əlisəmədin bacısıyla razılaĢmaqdan baĢqa çarəsi
qalmadı. Əlisəməd seyidə , mollaya inanmazdı lakin bu an onlardan biri bu məsələyə çarə
taparam desəydi Əlisəməd onunla da razılaĢardı. O,saman çopündən yapıĢmıĢdı.
Sona Eldarı apardı. Cəmi bir gün sonra o məĢum zəng gəldi. Bu dəfə o amiranə səs
Əlisəmədin qulağına ciyilti kimi çatdı. O ciyilti ona Bakıya “gəl” dedı və sonrasını Əlisəməd
xatırlamadı.
Gecənin zülmət qaranlığına onun inanmadığı Allahın da rəhmi gəlmirdi. Nə ulduz, nə ay
var idi. Sanki hər tərəf Əlisəmədin beyni kimi qaranlıq idi. BaĢqa vaxt gozunə düĢüb onu
hirsləndirən “dalni” iĢıqlar belə onun üzünün donmuĢ ifadəsini dəyiĢəmədi. Bakıya çatana kimi
bir səs qulağında ciyildəyirdi. Ciyilti ona dayanmadan:
Eldar özünü asdı...! Eldar özünü asdı...! deyirdi
Onlara çatanda artıq gec idi. Onu polislər aparmısdılar. Bacısı onu gölgə kimi qarĢıladı.
Əlisəməd onlarda dayanmadı. Qayıdıb sərxoĢ kimi maĢına oturdu. Qulağındakı ciyiltini indi
daha dəhĢətli səs əvəzləmiĢdi. Xatirələrinə bu iyirmi ildə zəli kimi yapıĢmıĢ xatirənin səsi:
“balamı yarmayın”-deyə beynini cırmaqlayırdı.
Polisdən morqun yerini öyrəndi. Burada morq böyük bir bina idi. Qapısında yekəpər bir polis
dayanmıĢdı. Lakin Əlisəməd nə binanı, nə də polisi görəcək vəziyyət deyildi. Onu icəridə
həkim geyimində biri qarĢıladı. Həkim ondan nə isə soruĢdu. Əlisəməd də ona nə isə dediyini
hiss etdi. Sanki bu gün hər Ģey kimi duyma orqanları da ona xəyanət etmiĢdi.KeyləĢmiĢ əllərini
güclə qaldırıb həkimin yaxasından yapıĢdı və xırıldadı:
- Onu yardınız?
DĠKTATORUN ARVADI
www.kitabxana.net
– Milli Virtual Kitabxana
51
Neçə vaxtdı idi ki, güzgüyə baxmırdı. Qorxurdu. Güzgüdəkindən qorxurdu. O güzgüdəki insan
ona çoxdan yad idi. Tanımırdı, ya da tanımaq istəmirdi.Əlinə keçsəydi boğazından yapıĢıb yerə
çırpardı, güzgüdəki qadını . Lakin bunun qeyri- mümkün olduğunu anlayırdı. Daha bu tantal
əzablarının onu gəmirməsinə tab gətirə bilmədi. Əlindən gələn yeganə çarə: bir daha bu ləkəli
güzgüyə baxmamaq oldu. Yanından düz keçdi. Etdiyi ikinci iĢ isə: nifrət etdiyi örpəklərlə üzünü
sarıdı. Təkcə gözləri qaldı: insanlara açıq-aydın . Parlaq aristokratik gözləri. Bu gözlər
qocalmaq bilmirdi. Bu gözlərin dərinliyinə baxan olsaydı, orada Baham adalarını, SeyĢel
cazibəsini , Parisin iĢıqlarını və nələri, nələri görərdi. Qadının bədəni qocalırdı amma gözləri
fürsəti fövtə vermədən ulduz kimi yanırdı. Amma artıq gec idi. Onun ulduz gözləri bu kazinonun
süni lampaları yanında sönük qalırdı. O kazinonun ki, onun nəhəng imperiyasının bir çırtması
onun keçmiĢini və gələcəyini satın alardı. O kazino ki, onun onun əbədi hesab olunan ehtiĢamı
burada məhv olmuĢdu.
Parisdəki iqamətgahdan Monte-Karloya gedən yol....
Sonra birdən iĢıqlar söndü. Qaranlığın bətninə gömüldü bütün dünya. Onu alıb aĢağı
atdılar ta zirvələrdən.
Qadın daha güzgüyə baxmırdı. Hiss edirdi ki, güzgüdə sonuncu plastik əməliyyatın Ģah əsəri
olan burnunun çürüməyini görə bilər. Sifətinin sürətlə əyilməyini görə bilər.
Iqamətgahdan Monte-Karloya yolun uzunluğunu heç hiss etmədi rahat rolls- royslarda.
O, xöĢbəxtlik dənizində biri kədər, biri sevinc olan siam əkizlərini heç tanımadı.ki,,, Onun
üçün kədər yaĢadığı xöĢbəxtliklə yanaĢı gedən paralel xətt idi.
O, qorxunun gözlərini görməmiĢdi. Xəyalını belə etməmiĢdi. Onun xəyallarında acından və
kasıbçılıqdan ağzı qoxuyan insanlara yer yox idi. O, nəhəng bir tacın almaz bir daĢı idi.Bu daĢ
yalnız bir istiqamətə baxan mayak idi.
Qadın daha güzgüyə baxmırdı. Bilirdi ki, orada ona yabancı bir qadın baxır. Səfalətin
murdar üzü baxır.
Parisdən Monte-Karloya bir ailə ulduz kimi axırdı. Gecənin təmiz nəfəsində kazinoya
endilər. Diktatorun ehtiĢamı hər kəsi sıraya düzə biləcək qədər nəhəng idi. Qadın uzun
barmaqlarını havada hərlədikcə tərcüməsiz hər Ģeyi hər kəs anlayırdı.
Dünyanın bir köpəkbalığı olduğunu unutmuĢdu. ManqurtlaĢmıĢdı. Ruhunun yaddaĢ
kartından gedəcəyi və öləcəyi anın qeyd olunduğu yer istifadədən kənar qalaraq beyninin baĢ
Dostları ilə paylaş: |