5.6.6. təşkilatın illik hesabatının təsdiq edilməsi;
5.6.7. təşkilat üzvlərinin şikayət və
müraciətlərinin dinlənilməsi;
5.6.8. təşkilatın icra orqanlarının rəhbərlərinin hesabatlarının dinlənilməsi.
5.7. Konfrans nümayəndələrinin yarısından çoxu (50%+1) iştirak etdikdə
səlahiyyətli hesab olunur.
5.8. Konfransda müzakirə olunan məsələlər haqqında qərar
nümayəndələrin sadə
səs çoxluğu ilə qəbul edilir.
5.9. Konfransda yazılı protokol aparılır, protokol Konfransın sədri və katibi
tərəfindən imzalanır.
İDARƏETMƏ ŞURASI
5.10. İdarəetmə Şurası konfranslararası dövrdə təşkilatın fəaliyyətinə rəhbərlik
edir. Şuranın say tərkibi Konfrans tərəfindən müəyyənləşdirilir.
5.11. İdarəetmə Şurasının say tərkibi aşağıdakı şəkildə müəyyən edilir:
5.11.1. hər fakültədən 2-3 nəfər
olmaq şərti ilə;
5.11.2. fakültələrin sayı 5-dən az olan ali və orta ixtisas təhsili müəssisələrində
fakültələr üzrə kvotalar artırıla bilər;
5.11.3. İdarəetmə Şurasının say tərkibi 11 nəfərdən az olmamalıdır.
5.12.İdarəetmə Şurası iki il müddətinə seçilir.
5.13. İdarəetmə Şurasının üzvlərinin fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:
5.13.1. bakalavr yaxud magistr təhsilini başa çatdırdıqda
5.13.2.təhsilini Azərbaycanın digər ali və orta ixtisas təhsili müəssisələrində və ya
Azərbaycanın hüdudlarından kənarda
davam etdirdikdə;
5.13.3. səbəbsiz olaraq İdarəetmə Şurasının iclaslarında ardıcıl olaraq 3 (üç) dəfə
iştirak etmədikdə;
5.13.4. öz istəyinə əsasən.
5.14. İdarəetmə Şurası Təşkilatın sədrindən, sədr müavinlərindən və üzvlərdən
ibarət olan kollegial orqandır.
5.15. İdarəetmə Şurasının iclasları ayda iki dəfədən az olmayaraq keçirilir və
aşağıdakı səlahiyyətlərə malikdir:
5.15.1. təşkilatın üzvlüyünə
qəbul və üzvlükdən azad edir;
5.15.2. təşkilatın icra orqanlarını yaradır;
5.15.3. təşkilatın fəaliyyət planlarını və layihələrini təsdiq edir;
5.15.4. Konfransın səlahiyyətinə aid olan məsələlərdən başqa
bütün təşkilati
məsələlər üzrə qərarlar qəbul edir.
5.16. İdarəetmə Şurasının yığıncaqları onun üzvlərinin yarıdan çoxu (50%+1)
iştirak etdikdə səlahiyyətli sayılır və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.
5.17. İdarəetmə Şurasının növbədənkənar iclası İdarəetmə Şurasının üzvlərinin
2/3-nin tələbinə əsasən çağrıla bilər.
5.18. İdarəetmə Şurasının işinə sədr rəhbərlik edir.
5.19. Təşkilatın sədri İdarəetmə Şurası tərəfindən gizli səs vermə yolu 2 (iki) il
müddətinə (yenidən seçilmək hüququ ilə) seçilir. 5.20. Sədr vəzifəsinə bir namizəd
iki dəfədən artıq seçilə bilməz.
5.21. Təşkilatın sədrinin səlahiyyətləri:
5.21.1. təşkilatın fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir, icraedici və
sərəncamverici funksiyalar daşıyır;
5.21.2. təşkilatı təmsil edir və onun adından çıxış edir;
5.21.3. İdarəetmə Şurasının iclaslarına
rəhbərlik edir;
5.21.4. Konfransın və İdarəetmə Şurasının qərarlarının icrasını təmin edir;
5.21.5. Konfrans tərəfindən üzərinə qoyulan digər funksiyaları həyata keçirir;
5.21.6. hazırlanmış layihələrin maliyyələşdirilməsi üçün ali və orta ixtisas təhsili
müəssisələrinin rəhbərliyinə təqdim edir;
5.21.7. öz fəaliyyəti ilə bağlı Konfrans qarşısında hesabat verir.
5.22. Təşkilatın sədri olmadıqda, onun səlahiyyətlərini sədr
müavinlərindən biri
həyata keçirir.
5.23. Sədr müavinləri İdarəetmə Şurası tərəfindən gizli səs vermə yolu 2 (iki) il
müddətinə (yenidən seçilmək hüququ ilə) seçilir. Təşkilatın sədr müavini eyni
zamanda İdarəetmə Şurasının sədr müavinidir.
5.24. Sədr müavini vəzifəsinə bir namizəd 2 (iki) dəfədən artıq seçilə bilməz.
Dostları ilə paylaş: