Tətbiqi proqramlar



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə5/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   60
Tətbiqi-proqramlar-2

4. Redaktorların növləri
Mətn, sənəd, qrafik verilənlər və rəsmlərin yaradılması və dəyişdirilməsi üçün təyin olunan TPP redaktorlar 
adlanır. Redaktorlar öz funksional imkanlarına görə mətn, qrafiki və nəşriyyat sistemlərinə bölünür. 
Mətn redaktorları mətnli informasiyanın emalı üçün təyin olunur və əsasən aşağadakı funksiyaları yerinə yetirir: 

mətnin fayla yazılması 

simvol, sətir və mətn hissəsinin yerlədirilməsi, silinməsi, əvəz olunması 

orfoqrafiyanın yoxlanılması 

mətnlərin müxtəlif şirftlərlə tərtibi 

mətnlərin lazımi formaya salıması 

başlıqların hazırlanması, mətnlərin səhifələrə bölünməsi 

söz və ifadələrin axtarışı və əvəz olunması 

sadə şəkillərin mətnlərə daxil edilməsi 

mətnlərin çapı 
Mətn redaktorlarından geniş yayılanları aşağıdakılardır: Microsoft Word, Word Perfect, ChiWriter, MultiEdit 
və s. 
Qrafiki redaktorlar qrafiki sənədlərin, yəni, diaqram, şəkil, cizgi və cədvəllərin emalı üçün tərtib olunub. Bu 
redaktorlar fiqur və şirftlərin ölcülərini idarə etməyə, fiqur və hərflərin yerdəyişməsinə və ixtiyari təsvirin 
yaradılmasına imkan verir. Fərdi kompüterlərdə çox istifadə olunan qrafiki redaktorlar: Paint, Boienq Graf, 
Fanvision, CorelDraw, Adobe PhofoShop və s. 
Nəşriyyat sistemləri- mətn və qrafiki redaktorların imkanlarını özündə birləşdirir. Bu sistemlər sənədlərin 
nəşrə hazırlığını, yəni, çoxaldılmasını avtomatlaşdırır. Nəşriyyatda bu əməliyyat səhifələmə (verstka) 
adlandırılır. Nəşriyyat sistemlərinə Adobe firmasının Page Maker, Corel korporasiyasının Ventura Publisher 
və QuarkXPress misal ğöstərmək olar. 
5. Ekspert sistemləri
Ekspert sistemlərin məqsədi və tərifi-70-ci illərin sonunda süni intellekt (Sİ) sahəsində çalışan mütəxəssislər başa 
düşdülər ki, proqramı intellektuallaşdırmaqdan ötrü onu predmet sahəsi haqqında yüksək keyfiyyətli xüsusi biliklərlə 
təmin etmək lazımdır. 
Bu faktın başa düşülməsi xüsusi proqram sistemlərinin inkişafına səbəb oldu və bunların da hər biri müəyyən məhdud 
predmet sahəsində ekspert kimi istifadə olunmağa başladılar. Bu proqramlar ekspert sistemlər adlandırıldı. 
Ekspert sistemlərin qurulması texnologiyası bilik mühəndisliyi adlanır. Bu prosesi təşkil edən mütəxəssislər bilik 
mühəndisləri adlanırlar və onlar konkret predmet sahəsinin bir və ya bir neçə ekspertilə qarşılıqlı əlaqə olurlar. Bilik 
mühəndisi ekspertlərdən məsələnin həlli üçün lazım olan proseduranı, strategiyanı, emprik qaydaları əldə edir və bu 
bilik əsasında ekspert sistem (ES) yaradırlar. 
Tərif. Ekspert sistemlər konkret predmet sahəsində mütəxəssis biliklərini özündə əks etdirən və az kvalifikasiyalı 
istifadəçilərə qərara gəlməkdə məsləhətçi olan mürəkkəb kompleks proqramlardır. Belə sistemlər konkret predmet 
sahəsində az təcrübəli mütəxəssislərə qərar qəbul etməkdə dəstək olurlar. Odur ki, belə sistemlərə bəzən qərarların 
qəbul olunmasını dəstəkləyən sistemlər də deyirlər. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə