aktual
5
USTAD
dərgisi \ Fevral 2016
4
USTAD
dərgisi \ Fevral 2016
5
USTAD
dərgisi \ Fevral 2016
4
USTAD
dərgisi \ Fevral 2016
Keçən əsrin ortalarından
başlayaraq
Azərbaycan ədəbiyyatının həm Şimalda,
həm də Cənubda əsas ideya-mövzusu məhz
Millət olmuşdur ki, bu özünü ən azı aşağıdakı
funksional texnologiyalarda göstərir:
1) xalqın tarixinə sonsuz maraq;
2) xalqın bu gününün (qazanılmış az-
çox uğurlarının, qələbələrinin!) tərənnüm
edilməsi;
3) Şimal-Cənub mövzusuna ardıcıl
müraciət;
4) millilikdə beynəlmiləlçilik, yaxud
beynəlmiləlçilikdə millilik;
5) müstəqil olmayan (müstəmləkə)
xalqların taleyindən bəhs etməklə öz
millətinin müstəqillik heysiyyətinin dolayısı ilə
müdafiəsi;
6) üstüörtülü və ya açıq şəkildə rus-sovet
müstəmləkəçiliyinə qarşı çıxılması (bunun
bir mühüm təzahürü də ondan ibarət idi ki,
görkəmli Azərbaycan yazıçılarının, ədəbi
şəxsiyyətlərinin,
demək olar ki, hamısı
müəyyən qədər “qapalı məclislər”də, yaxud
öz aralarında millətçi idilər və bu “ovqat”
müxtəlif yollarla xalq arasında yayılırdı);
7) Azərbaycan dilinə dünya, hətta
maraqlıdır ki, eyni zamanda rus
ədəbiyyatının daha çox o əsərləri tərcümə
edilməyə başlamışdı ki, xeyli dərəcədə
müstəqillik (faktik olaraq, antisovet və ya
antikommunist) əhvali-ruhiyyəsi daşıyırdı;
8) şifahi xalq ədəbiyyatına marağın
artması yazılı ədəbiyyata kifayət qədər milli
(özgür!) mövzular, ideyalar gətirirdi;
9) 20-ci, 30-cu illərdə repressiyaya məruz
qalmış yazıçılara, ümumən milli ədəbi-
ictimai fikrə müəyyən bəraət verilməsi sovet
ideologiyasına (onun ədəbiyyat siyasətinə)
yeni mərhələdə yalnız
hörmət gətirmədi,
həm də şübhə (və inamsızlıq!) yaradırdı;
10) ədəbiyyata yeni nəsil gəlirdi və bu
yeni nəsil özü ilə yeni İnsan obrazı gətirirdi
(həmin yeni İnsan isə təhtəlşüur olaraq
öz milli mənşəyini axtarır, milli ideallarını
müəyyənləşdirirdi);
11) Azərbaycanın dövlət rəhbərliyi
səviyyəsində (xüsusilə Heydər Əliyevin
hakimiyyətə gəlməsindən sonra) ictimai-
siyasi həyatda ədəbiyyatın (ümumən milli
şüurun!) mövqeyi nəinki ardıcıl müdafiə
olunur, hətta onun bu istiqamətdə inkişafı
qarşısında mümkün qədər geniş üfüqlər
açılırdı;
12) Azərbaycan yazıçısı, demək olar ki,
yalnız ana dilində (mənsub olduğu xalqın
dilində!) yazırdı və s.
Azərbaycan ədəbiyyatının canında,
ruhunda olan milli müstəqillik (və bütövlük)
hissini (hətta demək olar ki, ehtirasını!) 60-cı,
70-ci və 80-ci illərdə get- gedə püxtələşən,
mükəmməlləşən bir istedadla (eləcə
də milli
təəssübkeşliklə, məsuliyyətlə) daha miqyaslı
şəkildə kimlər ifadə edirdilər?..
Şeirdə Bəxtiyar Vahabzadə, Nəbi Xəzri,
Hüseyn Arif, Nəriman Həsənzadə, Məmməd
Araz, Cabir Novruz, Xəlil Rza (Ulutürk),
Qabil,
Fikrət Qoca, Əli Kərim, Vaqif
Səmədoğlu, Sabir Rüstəmxanlı, Zəlimxan
Azərbaycan ədəbiyyatı tarixinə
nəzər salsaq görərik ki, Nizamidə,
Nəsimidə, Füzulidə,
Vaqifdə əsas
qəhrəman İnsan; Mirzə Fətəlidə,
Sabirdə, Mirzə Cəlildə, Hadidə,
Caviddə, Səməd Vurğunda,
Mirzə İbrahimovda, Süleyman
Rüstəmdə, Rəsul Rzada, Şəhriyarda
Millətdir. Ancaq unutmaq olmaz ki,
İnsan azadlığının tərənnümündə
Millət müstəqilliyi ideyası, Millət
müstəqilliyinin tərənnümündə isə
İnsan azadlığı ideyası özünəməxsus
şəkildə təzahür edir.
7
USTAD
dərgisi \ Fevral 2016
6
USTAD
dərgisi \ Fevral 2016
aktual
7
USTAD
dərgisi \ Fevral 2016
6
USTAD
dərgisi \ Fevral 2016
Yaqub,
Ramiz Rövşən, Vaqif Cəbrayılzadə…
Nəsrdə İsmayıl Şıxlı, İsa Hüseynov, Anar,
Elçin, Yusif Səmədoğlu…
Ədəbi-nəzəri təfəkkürdə də milliləşmənin
gücləndiyi özünü göstərirdi… Bəkir
Nəbiyev, Yaşar Qarayev, Akif Hüseynov,
Asif Əfəndiyev, Tofiq Hacıyev, Aydın
Məmmədov, Kamil Vəliyev, Kamal Abdulla,
İsa Həbibbəyli…
80-ci illərin sonlarına doğru Azərbaycan
ədəbiyyatı (və ədəbi-ictimai fikri) milli
müstəqilliyə tam hazır idi. Və bu ruhi-
mənəvi hazırlıq həm Azərbaycan Yazıçılar
İttifaqının (Birliyinin), həm də onun əsas
ədəbi orqanlarının – “Azərbaycan”, “Ulduz”
və “Ədəbiyyat qəzeti”nin siyasi-ideoloji
ovqatında açıq- aydın görünürdü.
Bir mühüm məqamı
da unutmaq olmaz
ki, milli müstəqillik (və dövlət müstəqilliyi)
uğrunda mübarizənin ən qaynar, ən gərgin
illərində – 80-ci illərin sonu 90-cı illərin
əvvəllərində Azərbaycan yazıçıları hərəkatın
(və müstəqil dövlət quruculuğunun!) ön
cəbhələrində idilər… İsmayıl Şıxlı, Bəxtiyar
Vahabzadə, Xəlil Rza Ulutürk, Nəriman
Həsənzadə, Anar, Elçin, Yusif Səmədoğlu,
Vaqif Səmədoğlu, Sabir Rüstəmxanlı,
Zəlimxan Yaqub…
Və Azərbaycan yazıçısı (ədəbiyyatı!)
müstəqillik dövrünə inamla, cəsarətlə qədəm
qoydu. Həmin inamın (və cəsarətin) aforistik
ifadəsi olaraq Nəriman Həsənzadə demişdi:
Qol çək Müstəqillik Aktına, şair!..
Azərbaycan xalqının
milli müstəqilliyinin
(və dövlət müstəqilliyinin) qazanılmasında
Azərbaycan yazıçısının (və ədəbiyyatının)
tarixi roluna müstəqilliyin bayraqdarı (və
qarantı), ümummilli lider Heydər Əliyev
Azərbaycan yazıçılarının X qurultayında
yüksək qiymət verdi. O dedi ki, Azərbaycan
yazıçısı Azərbaycan cəmiyyətində ən qədim
zamanlardan həmişə böyük nüfuz sahibi
olmuşdur. Və bu gün də belədir…
Azərbaycan artıq iyirmi beş ildir ki,
müstəqildir. Və bu müstəqilliyin əbədiliyinə
heç kim (nə dost, nə də düşmən!) şübhə
etmir.
Sevindirici (və qürurverici) haldır ki,
milli azadlıq (müstəqillik) uğrunda illərlə
mübarizə aparmış ədəbiyyatın bir sıra
görkəmli nümayəndələri həmin azadlığı
(və müstəqilliyi) gördülər, bir sırası isə
bu gün də müstəqil dövlətin Vətəndaşı
olaraq Azərbaycan (və ümumən dünya)
ədəbiyyatının dəyərli əsərlərini yaradırlar…
Nəriman Həsənzadə, Fikrət Qoca,
Anar, Elçin, Mövlud Süleymanlı, Sabir
Rüstəmxanlı, Zəlimxan Yaqub, Kamal
Abdulla…
Və Azərbaycan ədəbiyyatının çoxəsrlik
zəngin tarixinin ayrıca bir mərhələsi,
hətta dövrü barədə artıq böyük inamla,
elmi əsaslarla danışmaq olar ki, bu da
“Azərbaycan ədəbiyyatı tarixinin müstəqillik
dövrü”dür.
Fikrimizcə, müstəqillik dövrü Azərbaycan
ədəbiyyatının üç mühüm ideya-estetik
məramı və ya missiyası mövcuddur:
1) milli müstəqillik (və bütövlük,
mütəşəkkillik!..) ideallarının daha geniş
miqyasda, daha güclü yaradıcılıq enerjisilə
təzahürü;
2) Azərbaycan İnsanının get-gedə
yüksəlməkdə,
zənginləşməkdə olan ruhi-
mənəvi aləminin təsviri, təhlili və təqdimi;
3) qloballaşan dünyada baş verən
hadisələrin, ictimai, siyasi, mənəvi
proseslərin mahiyyətinə vararaq dünya
ədəbiyyatının üzvi tərkib hissəsi olmaq
məsuliyyəti.
Azərbaycan yazıçısı, artıq iyirmi beş il
olur ki, mənsub olduğu xalqın müstəqilliyinin
mənəvi tarixini yazır…