«Təsdiq edilmişdir»


Birjada əqdlərin bağlanılması



Yüklə 445,6 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix27.03.2018
ölçüsü445,6 Kb.
#34843
1   2   3   4   5   6   7   8   9   ...   16

 

 



 

5. Birjada əqdlərin bağlanılması 

 

5.1. Birjada əqdlər aşağıdakı şərtlər daxilində bağlanılır: 

 

5.1.1. Əqdin hər iki tərəfi birjanın ticarət sistemində bu Qaydalara müvafiq şəkildə bir-birinə 



uyğun şərtlərlə sifariş daxil etdikdə

 

5.1.2.  Əqdlər  birjanın  ticarət  sistemi  vasitəsi  ilə,  bu  Qaydalarda  nəzərdə  tutulmuş  müvafiq 



ticarət üsulu vasitəsilə bağlanıldıqda. 

 

5.2. Hər bir əqd üzrə aşağıdakı məlumatlar ticarət sistemi vasitəsi ilə ticarət iştirakçılarına bu 



qaydalara uyğun olaraq açıqlanır: 

 

5.2.1. Əqdin bağlanıldığı qiymətli kağızın və ya törəmə maliyyə alətinin adı; 



 

5.2.2. Qiymətli kağızların və ya törəmə maliyyə alətinin miqdarı; 

 

5.2.3. Bir lot qiymətli kağızın və ya törəmə maliyyə alətinin qiyməti; 



 

5.2.4. Əqdin tərəfləri olan birja üzvləri. 

 

5.3. Birjada əqd elektron ticarət sistemi (sistemləri) vasitəsi ilə bağlanılır. 



 

6. İstinad qiyməti 

 

6.1. Birjada istinad qiyməti aşağıdakı qaydada müəyyən edilir: 

 

6.1.1. İstinad qiyməti qiymətli kağızlar üzrə ticarətin baş verdiyi ən son ticarət günü ərzində 



bağlanılmış əqdlərin (Birjada bağlanılmış ünvanlı əqdlər və yerləşdirilmə üzrə əqdlər istisna 

olmaqla) orta çəkili qiymətidir; 

 

6.1.2. Qiymətli  kağızlar  ilk dəfə ticarətə buraxıldıqda, istinad qiyməti bu qiymətli  kağızların 



birjanın listinq qaydaları ilə müəyyən edilmiş listinq qiymətidir

 

6.2.  Birjada  hərrac  qaydasında  yerləşdirilmiş  investisiya  qiymətli  kağızları  ilk  dəfə  təkrar 



bazarda  tədavülə  buraxıldıqda,  istinad  qiyməti  bu  qiymətli  kağızların  yerləşdirilməsi  zamanı 

təyin edilmiş orta çəkili qiymət olaraq müəyyən edilir. 

 

6.3.  Birjanın  İdarə  Heyəti  bazarın  qorunması  məqsədi  ilə  qiymətli  kağızlarla  qlobal 



əməliyyatlar və korporativ hadisələr zamanı istinad qiymətini dəyişə və ya ləğv edə bilər.

 

 



 

 


 

 



7. Qiymət dəhlizi 

 

7.1. Birjada ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə sifarişlər və 

kotirovkalar aşağıdakı qaydada müəyyən edilmiş qiymət dəhlizi çərçivəsində olmalıdır: 

7.1.1.  Qiymət  dəhlizinin  yuxarı  həddi  bu  Qaydalara  uyğun  olaraq  təyin  edilmiş  istinad 

qiymətindən 20% yuxarı olaraq müəyyən edilir

7.1.2.  Qiymət  dəhlizinin  aşağı  həddi  bu  Qaydalara  uyğun  olaraq  təyin  edilmiş  istinad 

qiymətindən 20% aşağı olaraq müəyyən edilir. 

 

7.2. Təqdim edilən sifarişlərin və kotirovkaların qiyməti qiymət dəhlizindən kənarda olduqda, 



bu  sifarişlər  və  kotirovkalar  ticarət  sistemi  tərəfindən  rədd  edilir  və  ticarət  üçün  qeydiyyata 

alınmır. 

7.3.  Qiymətli  kağızlar  ticarətə  buraxıldıqdan  sonra  və  ya  bu  qiymətli  kağızlar  üzrə  son 

bağlanış  qiyməti  təyin  edildikdən  sonra  onlarla  30  (otuz)  ticarət  günü  ərzində  əqd 

bağlanılmadıqda (ünvanlı əqdlər istisna olmaqa), qiymət dəhlizinin yuxarı və aşağı həddi bu 

qaydalara əsasən yeni istinad qiymətinin təyin olunmasınadək tətbiq edilmir. 

 

7.4. Birjada ticarətə buraxılmış törəmə maliyyə alətləri üzrə bu Qaydaların 7.1.1. və 7.1.2.-ci 



bəndi  ilə  nəzərdə  tutulmuş  qiymət  dəhlizindən  daha  aşağı  dəhliz  həddi  müəyyən  edilə  bilər. 

Bu  zaman  dəhliz  həddi  bu  Qaydaların  56.2-ci  bəndinə  müvafiq  törəmə  maliyyə  alətlərinin 

standartlaşdırılmış formasında qeyd edilir. 

 

8. Ticarətin dayandırılması 



 

8.1. Birjada ticarət, ticarət olunan bazarlar və qiymətli kağızlar üzrə dayandırıla bilər. 

 

8.2. Birjada ticarət aşağıdakı hallarda ticarət olunan bazarlar üzrə dayandırılır: 



8.2.1.  Ticarət  sistemində  və  ticarət  sisteminin  quraşdırıldığı  proqram  texniki  vasitələrdə 

texniki nasazlıqlar baş verdikdə, ticarət sisteminə birja üzvlərinin qoşulması Birja tərəfindən 

texniki  cəhətdən  təmin  oluna  bilmədikdə  və  ya  Birjanın  ticarət  sistemində,  habelə  ticarət 

sisteminin  işinə  təsir  edə  biləcək  proqram  texniki  avadanlıqlarda  öncədən  elan  edilmiş 

profilaktik işlər görüldükdə

8.2.2.  Bazarın  qorunması  məqsədi  ilə  Birjanın  bazarda  sui-istifadə  hallarının  qarşısının 

alınmasına dair qaydalarında nəzərdə tutulmuş hallarda

8.2.3. Fövqəladə hadisələr baş verdikdə

8.2.4. QKDK-nın müvafiq qərarı ilə; 

8.2.5. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 

 

8.3. Birjada ticarət aşağıdakı hallarda qiymətli kağızlar üzrə dayandırılır: 



8.3.1. Bu Qaydaların 9-cu bəndinin müddəaları ilə nəzərdə tutulduğu hallarda; 

8.3.2. Birjanın listinq və bazarda sui-istifadə hallarının qarşısının alınmasına dair qaydalarında 

nəzərdə tutulmuş hallarda; 

8.3.3. Bu Qaydaların 6-cı bəndinin müddəalarına müvafiq olaraq istinad qiymətinə düzəlişlər 

olunduqda; 



 

10 


 

8.3.4. QKDK-nın müvafiq qərarı ilə; 

8.3.5. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 

 

9. Qiymət qeyri-sabitliyinin qarşısının alınması 



 

9.1. Qiymətli kağızlarla bağlanılacaq əqdin qiyməti bu qiymətli kağızlar üzrə cari ticarət günü 

ərzində bağlanılmış son əqdin qiymətinə nəzərən 10% aşağı və ya 10% yuxarı həddə çatdıqda, 

Birja  bazarda  qiymət  qeyri-sabitliyinin  qarşısını  almaq  məqsədi  ilə  qiymətli  kağızlar  üzrə 

ticarəti  dayandıraraq,  bu  Qaydalarla  müəyyən  edilmiş  tarazlaşdırıcı  hərrac  üsulu  ilə    davam 

etdirir.  

 

9.2.  Qiymət  qeyri-sabitliyinin  qarşısının  alınması  məqsədi  ilə  tətbiq  edilən  tarazlaşdırıcı 



hərracın  müddəti  90  (doxsan)  saniyədən  120  (bir  yüz  iyirmi)  saniyəyədək  davam  edir  və 

təsadüfi qaydada müəyyən edilmiş vaxtda bitir. Bu müddətin sonunda ticarət dayandırılmadan 

öncəki ticarət üsulu ilə Birjanın ticarət reqlamentinə uyğun olaraq davam etdirilir. 

 

9.3.  Bu  Qaydaların  9.1.-ci  bəndinin  müddəalarına  müvafiq  olaraq,  ticarətin  müvəqqəti 



dayandırılması “Hamısını İcra Et” şərti ilə təqdim edilmiş sifarişin təmin edilməsi nəticəsində 

baş verəcəksə, bu zaman belə sifariş avtomatik olaraq ləğv edilir və ticarət dayandırılmadan 

davam etdirilir;

 

 



9.4.  Bu  Qaydaların  9.1.-ci  bəndinin  müddəalarına  müvafiq  olaraq,  ticarətin  müvəqqəti 

dayandırılması “Qalığı Ləğv Et” şərti ilə təqdim edilmiş sifarişin təmin edilməsi nəticəsində 

baş verəcəksə, bu zaman belə sifarişin ticarətin dayandırılmasına səbəb olmayan hissəsi icra 

edilir, digər hissəsi isə ticarət dayandırıldıqdan sonra avtomatik olaraq ləğv edilir.

 

 

9.5. Bu Qaydaların 9.1.-ci bəndinin müddəaları ünvanlı əqdlərə şamil edilmir. 



 

9.6.  Bu  Qaydaların  9.1.-ci  bəndinin  müddəaları  Birjanın  ticarət  reqlamenti  üzrə  fasiləsiz 

ticarət  fazasından  öncə  açılış  fazası  tətbiq  edildikdə,  fasiləsiz  ticarət  fazası  ərzində  tətbiq 

edilir. 


 

9.7.  Ticarətin  dayandırılması  müddəti  ərzində,  bu  müddətədək  daxil  edilmiş  sifarişlər  ticarət 

iştirakçıları tərəfindən ləğv edilə bilər. 

 

9.8.  Ticarətin  dayandırılması  müddəti  ərzində  ticarət  iştirakçıları  tərəfindən  yeni  sifarişlərin 



daxil edilməsi və artıq daxil edilmiş sifarişlərə düzəlişlərin edilməsi qadağan edilir. 

 

9.9.  Birjanın  ticarət  reqlamenti  ilə  açılış  fazası  nəzərdə  tutulduqda,  ticarət  dayandırıldıqdan 



sonra  açılış  fazası  ilə  tarazlaşdırıcı  qiymətli  hərrac  qaydasında  başlayır.  Bu  halda,  açılış 

fazasının müddəti 15 (on beş) dəqiqədən artıq olmamalıdır. 

 

9.10. Ticarət  dayandırıldıqda Birja QKDK-nı  və  ticarət  iştirakçılarını 1 (bir) iş  günü  ərzində 



məlumatlandırır. 


Yüklə 445,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə