Terapiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Bölmə Pulmonologiya


) Böyrək ödemlərinin əmələ gəlməsi haradan başlayır?



Yüklə 1,64 Mb.
səhifə13/17
tarix26.10.2017
ölçüsü1,64 Mb.
#6552
növüРуководство
1   ...   9   10   11   12   13   14   15   16   17

764) Böyrək ödemlərinin əmələ gəlməsi haradan başlayır?
A) Üz nahiyyəsindən

B) Yuxarı ətraflardan

C) Qarın nahiyyəsindən

D) Bel nahiyyəsindən

E) Aşağı ətraflardan
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
765) Nefrotik sindromda dəri örtüklərinin rəngi necə olur?
A) Sarımtıl rəngi

B) Qırmızı

C) Torpaq rəngi

D) Sianoz

E) Avazımış (mumabənzər)
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
766) Sadalananlardan hansı üçün ”Fasies nefritica” xarakterik deyil?
A) Amiloidoz

B) Kəskin qlomerulonefrit

C) Feoxromоsitoma

D) Xroniki qlomerulonefrit

E) Nefrotik sindrom
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
767) Böyrək daşı xəstəliyi üçün hansı xarakterik deyil?
A) Qlükozuriya

B) Fosfaturiya

C) Uraturiya

D) Sistinuriya

E) Oksaluriya
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
768) Aşağıdakı hansı sidiyin turş reaksiyasının göstəricisidir?
A) Ph = 8

B) Ph = 6

C) Ph = 6,5

D) Ph = 7

E) Ph = 4,5
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
769) Aşağıdakı hansı sidiyin qələvi reaksiyasının göstəricisidir?
A) Ph = 6

B) Ph = 5,5

C) Ph = 5

D) Ph = 7,5

E) Ph = 4,5
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
770) Sidiyin turşlanmasına hansı məhsullar səbəb olur?
A) Çörək

B) Süd


C) Ət

D) Meyvələr

E) Tərəvəz
Ədəbiyyat: А.Н. Окороков «Лечение болезней внутренних органов» 2001.
771) Sidiyin qələviləşməsinə hansı məhsullar səbəb olur?
A) Bulyonlar

B) Paxlalılar

C) Süd məhsulları

D) Kolbasa

E) Qara ciyər
Ədəbiyyat: А.Н. Окороков «Лечение болезней внутренних органов» 2001.
772) Nə zaman fosfat duzları sidikdə çöküntü verir?
A) Sidiyin neytral reaksiyasında

B) Bütün sadalananlarda

C) Sidiyin turş reaksiyasında

D) Sidiyin qələvi reaksiyasında

E) Sadalananların heç birində
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
773) Ketonuriya (asetonuriya) hansı xəstəliklər zamanı müşahidə olunur?
A) Sadalananların heç birində

B) Bütün sadalananlarda

C) Şəkərli diabetdə

D) Karbohidrat aclığında

E) Cərrahi əməliyyatlardan sonra
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
774) Normada sağlam insanın sidiyində eritrositlərin sayı nə qədərdir?
A) Görmə sahəsində 7 qədər

B) Görmə sahəsində 8 qədər

C) Görmə sahəsində 9 qədər

D) Görmə sahəsində 10 qədər

E) Görmə sahəsində 5 qədər
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
775) Normada sağlam insanın sidiyində leykositlərin sayı nə qədərdir?
A) Görmə sahəsində 9 qədər

B) Görmə sahəsində 8 qədər

C) Görmə sahəsində 7 qədər

D) Görmə sahəsində 10 qədər

E) Görmə sahəsində 5 qədər
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
776) Sidikdə “aktiv leykositlərin” sayı nə zaman artır?
A) Skerodermiyada

B) Feoxromasitomada

C) Dermatomiozitlərdə

D) Pielonefritin kəskinləşməsində

E) Şəkərli diabetin kəskinləşməsində
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
777) Neçiporenko sınağında elementlərin sayı necə hesablanır?
A) 10 ml sidikdə

B) 1 ml sidikdə

C) 100 ml sidikdə

D) 5 ml sidikdə

E) 50 ml sidikdə
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
778) Saluretiklərin təsir mexanizmləri hansıdır?
A) Fosforun reabsorbsiyasını blokada edir

B) Natriumun reabsorbsiyasına təsir göstərmirlər

C) Natriumun reabsorbsiyasını blokada edir

D) Natriumun reabsorbsiyasını artırırlar

E) Sulfat ionlarının reabsorbsiyasını blokada edir
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
779) Böyrəklərdə kasa-ləyən sisteminin genişlənməsi nə zaman müşahidə olunur?
A) Nefroptozda

B) Qlomerulonefritdə

C) Pielonefritdə

D) Polikistozda

E) Böyrəklərin vərəmində
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
780) Makrohematuriyanın mənbəsini müəyyənləşdirmək üçün hansı müayinədən başlamaq lazımdır?
A) Böyrəklərin və sidik kisəsinin USM-dən

B) Sidiyin ümumi analizindən

C) Ekskretor uroqrafiyadan

D) Sistoskopiyadan

E) Radioizotop renoqrafiyadan
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
781) Reninin təsiri altında nə baş verir?
A) Gətirici arteriolanın sıxılması

B) Yumaqcığın kapilyar ilgəklərinin hipertrofiyası

C) Gətirici arteriolanın genəlməsi

D) Zülal reabsorbsiyasının azalması

E) Bazal membranın məsamələrinin kiçilməsi
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
782) Hialin silindrlərin sidikdə aşkarlanması nədən xəbər verir?
A) Böyrək patologiyasından (xəstəliyi differensiasiyası olmayan)

B) Xroniki qlomerulonefritdən

C) Xroniki pielonefritdən

D) Böyrək amiloidozundan

E) Diaqnostik əhəmiyyəti yoxdur
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
783) Bakteriuriyanın aşkarlanması və qiymətləndirilməsi üçün hansı üsulun tətbiqi vacibdir?
A) Üsulların əhəmiyyəti eynidir

B) Bakterioloji üsul

C) Üsulların əhəmiyyəti müxtəlifdir

D) Kalorimetrik üsul

E) Bakterioskopik üsul
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
784) Xroniki pielonefritin səbəbi çox zaman hansı mikroblar olur?
A) Protey

B) Göy irin çöpü

C) Mikoplazma

D) Bakteriyaların L-forması

E) Bağırsaq cöpü
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.
785) Pielonefritin səbəbi göy irin çöpü olduğda hansı müalicə təyin olunmalıdır?
A) Kefzol

B) Oksasillin

C) Eritromisin

D) Karbenisillin

E) Levomisetin
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
786) Bel nahiyəsində birtərəfli ağrılar hansı xəstəlik üçün xarakterikdir?
A) Böyrəklərdən birində daş

B) Kəskin pielonefrit

C) Xroniki qlomerulonefrit

D) Kəskin qlomerulonefrit

E) Böyrək amiloidozu
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
787) Proteinuriya, hipertenziya və ödem hansı xəstəlik üçün xarakterikdir?
A) Nefroptoz

B) Kəskin qlomerulonefrit

C) Pielonefrit

D) Sistit

E) Böyrəkdaşı xəstəliyi
Ədəbiyyat: А. Н.Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
788) Yüksək nisbi sıxlıqlı sidik (1030 və yuxarı) hansı xəsətəlik üçün xarakterikdir?
A) Büzüşmüş böyrəklər

B) Xroniki nefrit

C) Şəkərsiz diabet

D) Şəkərli diabet

E) Pielonefrit
Ədəbiyyat: А. Н.Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
789) Təsiri sidiyin ph-dan asılı olmayan preparat hansıdır?
A) Gentamisin

B) Furagin

C) Kefzol

D) Karbenisillin

E) Biseptol
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
790) Gentamisinin sidiklə eliminasiya faiz göstəricisi nə qədərdir?
A) 40 %

B) Sidiklə xaric olunur

C) 100 %

D) 80 %


E) Qanda albuminin səviyyəsindən asılıdır
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
791) Böyrəklərin xroniki xəstəliklərini aradan qaldırmayan risk faktorlarına hansılar aiddir?
A) Aşağı sosial-ekonomik status

B) Ahıl yaş

C) Bütün sadalananlar

D) Qohumlarda böyrəklərin xroniki xəstəlikləri

E) Anadan gəlmə oliqofreniya
Ədəbiyyat: Под ред. Е. М. Шилова. «Нефрология» 2008 г.
792) Böyrək xəstəliklərinin başlanğıcı necə nəzərə çarpır?
A) Heç zaman nəzərə çarpmır

B) Yaşlılarda nəzərə çarpıcı olur

C) Nəzərə çarpıcı olur

D) Xəstəliyin növündən asılı olaraq nəzərə çarpıcı olur

E) Cavanlarda nəzərə çarpıcı olur
Ədəbiyyat: Под ред. Е. М. Шилова. «Нефрология» 2008 г.
793) Böyrəklərin xroniki xəstəliklərinin aradan qaldıran risk faktorlarına nə aiddir?
A) Piylənmə

B) Dislipidemiya

C) İnsulinrezistentlik

D) Bütün sadalananlar

E) Arterial hipertenziya
Ədəbiyyat: Под ред. Е. М. Шилова. «Нефрология» 2008 г.

Bölmə 6. Endokrinologiya

794) Akromeqaliyanın aktiv mərhələsi üçün aşağıdakılardan hansı əlamətlər xarakterik deyil?
A) Yumşaq toxumanın hipertrofiyası

B) Karbohidrat mübadiləsinin pozulması

C) Artropatiya

D) Qanda somatomedin C səviyyəsinin yüksəlməsi

E) Qanda STH səviyyəsinin azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
795) Serebral – hipofizar çatışmamazlığa hansılar səbəb ola bilməz?
A) Qansızma ilə müşahidə olunan kəllə travması

B) Şəkərli diabet

C) Türk yəhərinin şişi

D) Vərəm


E) Meninqoensefalit
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
796) Akromeqaliya xəstəsinin ölüm səbəbi aşağıdakılardan hansıdır?
A) Gecə apnoesi, ürək çatmamazlğı

B) Hiperqlikemiya

C) Şəkərli diabet

D) Hipoqlikemiya

E) Hipertermiya, böyrək çatmamazlığı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
797) Şəkərsiz diabetin laborator markerləri hansılardır?
A) Sidiyin ümümi miqdarının artması, sidiyin xüsusi çəkisinin azalması

B) Sidiyin ümümi miqdarının azalması, sidiyin xüsusi çəkisinin azalması

C) Sidiyin xüsusi çəkisinin artması

D) Bakteriuriya

E) Sidiyin ümümi miqdarının azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
798) Şəkərsiz diabetin yaranma səbəblərinə hansılar aid deyil?
A) ADH defisiti, ADH qarşı rezistentliyi

B) AKTH-ın defisiti

C) Plasentar fermentlər təsirindən ADH-ın parçalanması

D) ADH gen reseptorun mutasiyası

E) Prepro-ADH-ın sintezinin genetik defektləri
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
799) İtsenko-Kuşinq xəstəliyi zamanı yaranan şəkərli diabet hansı xüsusiyyətlərə malikdir?
A) Hipoqlikemiyalara meyillik

B) Ketoasidoza meyillik

C) Mütləq insulinoterapiyaya qöstəriş

D) İnsulinrezistentlik

E) Peroral şəkərsalıcı preparatların effektivliyi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
800) İtsenko-Kuşınq xəstəliyinin ağır forması zamanı nə baş verir?
A) Sümüklərin patoloji sınıqları

B) Tranzitor arterial hipertenziya

C) Dərialtı piy qatının düzgün paylanması

D) Aybaşının dəyişilməməsi

E) Onurğa sütunun differensiyasının sürətlənməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
801) 30 yaşlı qadın son 6 ay aybaşının olmamasından şikayət edir. Hamilə deyil. Son bir neçə həftə döş vəzilərindən süd ifrazına fikir verib. Son 3 ay kəskin baş ağrıları və yan görmə qabiliyətinin zəifləməsi narahat edir. Laborator müayinələr hansı dəyişilikləri aşkarlaya bilər?
A) STH miqdarının azalması

B) TSH miqdarının artması

C) Prolaktinin miqdarının artması

D) Hiponatriyemiya

E) Kortizolun miqdarının artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
802) İtsenko-Kuşinq xəstəliyinin simptomatik müalicəsində hansı preparatlardan istifadə olunmur?
A) Anaboliklər

B) Hipotenziv preparatlardan

C) Şəkərsalıcı preparatlardan

D) Tireostatiklər

E) Ca preparatları
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
803) Akromeqaliyanın kliniki əlamətlərinə hansı aid deyil?
A) Yumşaq toxumaların hipertrofiyası

B) Tərləmə

C) Baş ağrıları

D) Proqnatizm

E) Striyalar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
804) Hansı preparatın qəbulundan hiperprolaktinemiya yarana bilməz?
A) Rezerpinin qəbulundan

B) Qeyri-steroid preparatlardan

C) Peroral kontraseptivlərin qəbulundan

D) Narkotiklərin qəbulundan

E) Metoklopramidin qəbulundan
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
805) Hansı preparatın qəbulundan hiperprolaktinemiya yarana bilər?
A) APF-inhibitorların qəbulundan

B) Qlükokortikoidlərin qəbulundan

C) Tireoid preparatların qəbulundan

D) Psixotrop maddələrin qəbulundan

E) Ca preparatlarının qəbulundan
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
806) Nefrogen forma şəkərsiz diabetin yaranma səbəbi hansıdır?
A) Sidik yollarının xroniki infeksiyaları

B) Dismetabolik nefropatiyalar

C) Sidik yollarının xroniki infeksiyaları

D) Genetik faktorlar

E) Qarın boşluğunnun travmaları
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
807) Şəkərsiz diabetin hansı xəstəliklərlə differensial diaqnostikasını aparmaq lazımdır?
A) Addison xəstəliyi ilə

B) Hipotireozla

C) Psixogen polidipsiya ilə

D) Hiperparatireozla

E) Parxon sindromu ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
808) Aşağıdakılardan hansı akromeqaliya üçün xarakter əlamət deyil?
A) Proqnatizm

B) Görmənin zəifləməsi

C) Üz və əllərin şişkinliyi

D) Yuxululuq

E) Dad hissiyatının pozulması
Ədəbiyyat: Дедов И. И., Мельниченко Г. А. «Эндокринология. Национальное руководство» 2008 г.
809) Aşağıdakı faktorlardan hansı akromeqaliyanın inkişafına gətirib çıxarır?
A) Somatostatin sintezinin azalması

B) Hipofizdən kənar STH ifraz edən şişlər

C) Sadalananların hamısı

D) STH ifraz edən hipotalamus şişləri

E) İBF-1 əmələ gəlməsinin və aktivliyinin artması
Ədəbiyyat: Дедов И. И., Мельниченко Г. А. «Эндокринология. Национальное руководство» 2008 г.
810) Hipofiz çatmamazlığının müalicəsində nə istifadə olunur?
A) Qlükokortikoidlər

B) Sadalananların hamısı

C) Cinsi hormonlar

D) Tireoid preparatlar

E) STH
Ədəbiyyat: Дедов И. И., Мельниченко Г. А. «Эндокринология. Национальное руководство» 2008 г.
811) Sadalanan simptomlardan hansılar diffuz toksiki ur üçün xarakterik deyil?
A) Ümumi hiperhidroz

B) Arıqlama

C) Daimi ürək döyünmə

D) Bradikardiya

E) Ətrafların titrəməsi, əzələ zəifliyi
Ədəbiyyat: И. И. Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
812) Diffuz toksiki urun müalicəsində aşağıdakı hansı preparatlar istifadə olunmur?
A) Merkazolil

B) Sedativ preparatlar

C) β – adrenoblokatorlar

D) Qlükokortikoidlər

E) Veroşpiron
Ədəbiyyat: И. И. Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
813) Hipotireoz üçün xarakterik olmayan əlamət aşağıdakılardan hansıdır?
A) Qəbizliyə meyillik

B) Yuxululuq

C) Dəri örtüyünün quru olması

D) Bradikardiya

E) Arıqlama
Ədəbiyyat: И. И. Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
814) Tireotoksikoz zamanı böyrək tərəfindən hansı dəyişiliklər ola bilər?
A) Ca++ və F reabsorbsiyasının pozulması

B) Proteinuriya

C) Konsentrasion funksiyasının pozulması

D) Böyrəyin filtrasiya qabiliyətinin artması

E) Böyrək qan dövranının pozulması
Ədəbiyyat: И. И. Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
815) Kəskin tireoidit zamanı qalxanvari vəzinin funksiyası necə dəyişir?
A) Xəstəliyin fazasından asılıdır

B) Azalır

C) Dəyişilmir

D) Artır


E) Distireoz
Ədəbiyyat: И. И. Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
816) Kəskin tireoiditin fəsadları hansıdır?
A) Eksudativ plevrit, ağ ciyər çatmamazlığı

B) Xroniki farinqit

C) İrinli mediastenit, boyun fleqmonası, aspirasion pnevmoniya

D) Vərəm


E) Boyunun ekzeması
Ədəbiyyat: И. И. Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
817) Kəskin tireoiditin simptomları hansıdır?
A) Xəstəliyin kəskin başlanması, dəyişilməmiş EÇS, leykopeniya

B) Xəstəliyin tədricən başlanması, dəyişilməmiş EÇS, leykopeniya

C) Xəstəliyin tədricən başlanması, neytrofil leykositoz

D) Xəstəliyin kəskin başlanması, yüksək EÇS, neytrofil leykositoz

E) Xəstəliyin xroniki gedişatı, dəyişilməmiş EÇS, neytrofil leykositoz
Ədəbiyyat: И. И. Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
818) Kəskin tireoiditin müalicə prinsipləri hansılardır?
A) Plazmaferez, hemodializ

B) Geniş spektrli antibiotiklər, kompress, absessin yarılması, drenaj

C) Qeyri-steroid iltihaba qarşı preparatlar, qlyukokortikoidlər

D) Tireostatiklər

E) Tireod hormonlar
Ədəbiyyat: И. И. Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
819) Yarımkəskin tireoiditin diferensial diaqnozu hansı xəstəliklərlə aparılır?
A) Xaşimoto tireoiditi

B) Qalxanvari vəzin xərçəngi

C) Perixondrit

D) Kəskin tireoidit, qalxanvari vəziyə qansızma

E) Ridel tireoiditi
Ədəbiyyat: И. И. Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
820) Yarımkəskin tireoidit neçə müddət sürə bilər?
A) 4-6 ay

B) 5-7 qün

C) 1-2 ay

D) İllər boyu

E) 1,5-2 il
Ədəbiyyat: И. И. Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
821) Autoimmun tireoidit zamanı qalxanvari vəzinin palpasiyası üçün nə xarakterikdir?
A) Ağrı

B) Qeyri-bərabər bərkimə

C) Hamar elastik konsistensiya

D) Flyuktuasiya ocaqları

E) Daş kimi bərkimə
Ədəbiyyat: И. И. Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
822) Tireostatik kriz zamanı müalicə prinsipləri hansılardır?
A) Qlükokortikoidlər, tireostatiklər, β-blokatorlar

B) Antibiotiklər, tireoid hormonlar

C) Yod preparatları, iltihab əleyinə preparatlar

D) Fizioloji məhlul, α-adrenoblokatorlar

E) Lyuqol məhlulu, anabolik hormonlar
Ədəbiyyat: И. И. Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
823) Endokrin oftalmopatiya zamanı ən effektiv müalicə üsulları hansılardır?
A) Plazmaferez, hemodializ

B) Antibiotikoterapiya

C) Qalxanvari vəzin subtotal rezeksiyası

D) İmmunostimulyatorlar

E) Qlükokortikoidlərin paraorbital vurulması, per os qəbulu
Ədəbiyyat: И. И. Дедов, Г.А.Мельниченко. «Эндокринология» 2004 г.
824) Yod defisiti zamanı orqanizmdə zobun əmələ gəlmə patogenezi necədir?
A) Tireositlərin hiperplaziyası ilə əlaqədar inkişaf edən hipotireoz

B) Antitiroid antitellərin ifrazının stimulyasiyası

C) Plazmada tiroksin birləşdirən qlobulinin səviyyəsinin artması

D) TTH-ın səviyyəsinin normadan artması

E) Tireositlərin TTH həssaslığının artması və tireositlərin hüceyrə inkişaf faktorunun artması
Ədəbiyyat: Məmmədhəsənov R.M. “ Endokrinologiya” 2006 il.
825) Autoimmun tireoidit diaqnozu aşağıdakılardan hansının əsasında qoyulur?
A) Tireoid hormonların və TTH səviyyəsinin təyini

B) Qalxanabənzər vəzin stintiqrafiyası

C) Sadalanan müayinələrin heç biri əsasında

D) Qalxanabənzər vəzin USM

E) Tiroqlobulin və mikrosomal fraksiyaya qarşı antitellərin səviyyəsinin təyini
Ədəbiyyat: Дедов И. И., Мельниченко Г.А. «Эндокринология» 2008 г.
826) Aşağıdakılardan hansı Xaşimoto tireoiditi üçün xarakter xüsusiyyət deyildir?
A) Antitiroid antitellər artmış olur

B) Histoloji olaraq vəzi toxuması daha çox polimorfonuklear leykositlər və qranulomalar ilə zəngin olur

C) Hipotiroiditə səbəb olur

D) Qadınlarda kişilərdən daha çox rast gəlinir

E) Digər autoimmun xəstəliklərlə birgə rast gəlinə bilər
Ədəbiyyat: Дедов И. И., Мельниченко Г. А. «Эндокринология. Национальное руководство» 2008 г.
827) Aşağıdakılardan hipofiz hormonlarından hansının çatmamazlığı quru dəriyə, səs qalınlaşmasına və qəbizliyə səbəb ola bilər?
A) Prolaktin

B) Vazopressin

C) LH/FSH

D) TSH


E) ACTH
Ədəbiyyat: Məmmədhəsənov R.M. «Endokrinologiya» 2006 il.
828) Yüngül gedişli diffuz-toksiki ur üçün aşağıda yazılanlardan hansı düzgün deyil?
A) Əmək qabiliyyətinin azalması

B) 1 dəq 100-dən çox vurğu, daimi taxikardiya

C) Sinir oyanıqlığının artması

D) 1 dəq 100-dən çox olmayan vurğu, daimi taxikardiya

E) Əvvəlki çəkisindən 10-15% azalma
Ədəbiyyat: Дедов И. И., Мелниченко Г. А., Фадеев В. В. «Эндокринология» 2000 г.
829) Orta ağır gedişli diffuz-toksiki ur üçün aşağıda yazılanlardan hansı düzgün deyil?
A) Sinir oyanıqlığının çox artması

B) Ürək vurğuları 1 dəq 100-120 olan daimi taxikardiya

C) Əmək qabiliyyətinin azalması

D) Bədən çəkisinin 20% azalması

E) Səyrici aritmiyanın əmələ gəlməsi
Ədəbiyyat: Дедов И. И., Мелниченко Г. А., Фадеев В. В. «Эндокринология» 2000 г.
830) Qalxanabənzər vəzin II dərəcəli böyüməsi üçün aşağıda yazılanlardan biri doğru deyil?
A) Boyun konfiqurasiyasının dəyişməməsi

B) Udqunma zamanı görünən qalxanabənzər vəzi

C) Boyun konfiqurasiyasının dəyişməsi

D) Heç biri doğru deyil

E) Asan palpasiya olunan qalxanabənzər vəzi
Ədəbiyyat: Дедов И. И., Мелниченко Г. А., Фадеев В. В. «Эндокринология» 2000 г.
831) Aşağıda yazılan bütün hallarda tireotoksikoz ola bilər,birindən başqa?
A) Qalxanabənzər vəzin tireotoksik adenoması

B) Diffuz-toksiki ur

C) Qalxanabənzər vəzin xərçəngi

D) Yarımkəskin tireoiditin başlanğıc stadiyası

E) Neyrosirkulyator distoniya
Ədəbiyyat: Дедов И. И., Мелниченко Г. А., Фадеев В. В. «Эндокринология» 2000 г.
832) Diffuz-toksiki ur üçün aşağıda yazılanlardan biri doğru deyil?
A) Poligen irsiyyət tipi

B) Xəstəliyin inkişafında rol oynamayan irsiyyət

C) İrsiyyətin autosom-dominant tipi

D) İrsiyyətin autosom-resessiv tipi

E) HLA-B8, DR3 antigenləri ilə əlaqələnən genetik meyillilik
Ədəbiyyat: Дедов И. И., Мелниченко Г. А., Фадеев В. В. «Эндокринология» 2000 г.
833) Aşağıdakı infeksiyalardan hansı diffuz-toksiki urun inkişafına səbəb olmur?
A) Yumurtalıqlarda olan iltihabi proseslər

B) Revmatizm

C) Angina

D) Burun-udlağın digər xəstəlikləri

E) Qrip
Ədəbiyyat: Дедов И. И., Мелниченко Г. А., Фадеев В. В. «Эндокринология» 2000 г.
834) Tireotoksikoz zamanı zülal mübadiləsində gedən dəyişikliklər nə ilə xarakterizə olunmur?
A) Zülal katabolizminin artması

B) Zülal katabolizminin azalması

C) Sidiklə kreatinin və zülalın çıxarılmasının artması

D) Anabolik prosesslərin azalması

E) Hipoalbuminemiya
Ədəbiyyat: Дедов И. И., Мелниченко Г. А., Фадеев В. В. «Эндокринология» 2000 г.


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə