KBT Я25
UOT (059)
Baş redaktor:
K.M.Tahirov
professor,
Əməkdar mədəniyyət işçisi
Məsul katib:
N.Alışova
Redaksiya heyəti:
A.Abdullayeva
N.Alışova
S.Quliyeva
A.Qocayeva
Redaktor:
M.Cəfərova
Əlamətdar və tarixi günlər təqvimi
- 2015 /baş red. K.Tahirov; red.
M.Cəfərova; məsul katib N.Alışova;
Azərbaycan Milli Kitabxanası.-
Bakı, 2014.- 383 s.
© Azərbaycan Milli
Kitabxanası, 2014
ISBN 978 9952 460 48 3
2015
ƏZİZ OXUCULAR!
Sizə təqdim etdiyimiz “Əlamətdar və tarixi günlər
təqvimi”i 1961-ci ildən nəşr edilir. Əvvəllər 3 aydan
bir - ildə 4 dəfə nəşr edilən təqvim, 1970-ci ilin oktyabr
ayından etibarən
“Kitabxana işçisinə kömək”, 2005-ci
ildən isə yenidən “Əlamətdar və tarixi günlər təqvimi”
adı ilə nəşr olunur.
Bütün bu illər ərzində təqvim “ənənə və yeniliklər”
şüarına sadiq qalaraq
daha da təkmilləşdirilmiş, həcmi
genişləndirilərək mövzu üzrə bölmələrin sayı artırılmış,
geniş məlumat mənbəyi kimi formalaşdırılmışdır.
Mədəniyyət işçiləri, müəllimlər, kütləvi informasiya
vasitələri və əsasən də kitabxana işçiləri üçün nəzərdə
tutulan bu vəsaitin hər buraxılışının müqəddiməsində
nəşrin məzmunu, forması geniş şəkildə açılır. Təqvimi
nəşr etməkdə əsas məqsəd geniş oxucu kütləsinə və
mütəxəssislərə respublikanın ictimai-siyasi,
iqtisadi,
mədəni, elmi həyatında baş verən mühüm əlamətdar
hadisələri və başqa dəqiqləşdirilmiş məlumatları çatdır-
maqdır.
Təqvimin bu dəfəki sayı
Azərbaycanın peşəkar mu-
siqi sənətinin və milli operasının banisi, dünya şöhrətli
bəstəkar, görkəmli musiqişünas alim, publisist, drama-
turq, pedaqoq və ictimai xadim Üzeyir bəy Əbdülhüseyn
oğlu Hacıbəylinin 130 illik yubileyinə həsr olunmuş-
dur.
Üzeyir Hacıbəyli Azərbaycan
musiqi mədəniyyəti
tarixində yeni istiqamətin və milli bəstəkarlıq məktəbinin
əsasını qoymuşdur. Azərbaycan musiqisi tarixində ilk
opera, ilk musiqili komediya və bir sıra digər janrlarda
ilk nümunələrin yaradıcısı kimi tanınmış Azərbaycan
musiqisinin dərinliklərini və istiqamətlərini araşdırıb
üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı folklorçu-
bəstəkar və musiqişünas-alimdir. O, Azərbaycan SSR-
nin və müstəqil Azərbaycan Respublikası himnlərinin
müəllifidir.
Üzeyir Hacıbəylinin əsərləri dünya musiqi
incilərindən hesab edilir.
Təqvimdə Üzeyir Hacıbəylinin həyat və fəaliyyətinə
dair zəngin məlumatlar öz əksini tapmışdır.
Təqvimdə 2015-ci ildə yubileyləri qeyd olunacaq görkəmli şəxsiyyətlər haqqında məlumatlar və
əlamətdar hadisələr aşağıdakı bölmələr üzrə verilmişdir:
Milli ədəbiyyat; Folklor; Dünya ədəbiyyatı; Rəssamlıq. Heykəltəraşlıq. Memarlıq; Musiqi. Ope-
ra. Balet; Teatr. Kino; Milli Qəhrəmanlar; Siyasət. Hərbi iş; Tarix; Fəlsəfə. İqtisadiyyat. Hüquq;
Mədəniyyət. Elm. Maarif; İdman; Coğrafiya. Geologiya; Riyaziyyat. Fizika. Astronomiya; Kimya.
Biologiya. Tibb; Texnika; Kitabxanaşünaslıq. Biblioqrafiya; Tarixdə bu gün.
Təqvimə milli və dünya ədəbiyyatının, incəsənətin, elmin, texnikanın və müxtəlif elm sahələrinin ən
görkəmli nümayəndələri, eləcə də tarixi hadisələr haqqında məlumatlar daxil edilmişdir.
Hər bir məlumatda yubileyi qeyd olunacaq şəxsin doğulduğu gün, ay, il, əlamətdar hadisənin baş
vermə tarixi göstərilmişdir.
2015-ci ildə qeyd olunacaq, lakin tarixi dəqiq bilinməyən yubileylər haqqında “Əlavələr” bölməsindən
məlumat əldə etmək olar.
Oxucuların təqvimdən istifadəsini asanlaşdırmaq məqsədilə hər ayın ilk
səhifəsində mündəricat ve-
rilmiş, sonda isə
köməkçi əlifba göstəricisi tərtib edilmişdir.
Təqvim materialları üçün ədəbiyyat seçilərkən yeni və məzmunca ən uyğun kitablara, jurnal və qəzet
məqalələrinə, ən çox müraciət olunan internet resurslarına və Milli Kitabxananın nəşrlərinə üstünlük
verilmişdir.
Nəşrlə bağlı rəy və təkliflərini bildirən mütəxəssislərə və oxuculara əvvəlcədən minnətdarlığımızı
bildirir, fikir və iradlarını Azərbaycan Milli Kitabxanasına göndərmələrini xahiş edirik.
Ünvan: AZ-1000 Bakı şəh., Хaqani küç. 57;
Е-mail: metodik@anl.az
Təqvim-2015
3
Yaponiyada və digər Şərq ölkələrində qəbul
edilmiş təqvimə əsasən 12 illik sikl daxilində hər
bir il müəyyən heyvan işarəsi altında keçir. Şərqdə
çox məşhur olan bu təqvimə əsasən 2015-ci
il Keçi
(qoyun) ilidir.
Astroloqların
fikrincə, bu il bütün
bəlalar minimuma enəcək və il çox bərəkətli ola-
caqdır.
Təbiət vurğunu olan zərif, incə keçi taleyindən
həmişə narazıdır, şıltaqlığı ilə ətrafdakıları bezdi-
rir. Qəsbkardır. İntizamsızlıq, müntəzəm surətdə
g
ecikmələr onun üçün adi haldır.
Öz xeyrinə ol-
duqda xoşa gəlməyi, başqalarından
istifadə etməyi,
onların hesabına yaşamağı bacarır. Buna baxma-
yaraq müstəqil deyil və minimum təhlükəsizliyi
təmin edildikdə hər hansı həyat tərzinə asanlıqla
alışır.
Cəsarətsiz keçi gileylənməyi xoşlayır. İstiqamət
seçməyi heç vaxt bacarmır, həmişə başqalarına bel
bağlayır. Təbiətən sakit, dinc olsa da bədbindir.
Hərəkətləri müdrikdir, lakin xasiyyətcə şıltaqdır.
Çox vaxt dinə meyilli olur. Eyni zamanda fantastik
və fövqəltəbii nə varsa hamısına, ulduz fallarına
uyur. Keçi xeyirxah və qəşəng görünür. Həqiqətən
o,
xeyriyyəçiliyə
meyl edir, lakin bədbəxtlikdən
başqalarına əl tutarkən verdiyi şeylər həmişə özü-
nünkü olmur. Keçidə mülkiyyətçilik hissi yoxdur.
Keçinin həyatı özündən asılı deyil, başqalarından
və buyuruqdan asılıdır. Nə hadisə baş verirsə, ver-
sin, heç bir zaman onun təqsiri üzündən baş ver-
mir.
Keçinin vicdansızlığı qarma-qarışıqlığa
gətirib
çıxara bilər. Onda məsuliyyət hissi, təşəbbüskarlıq,
iradə qətiyyən yoxdur.
Zərif, bəzən nərmə-nazik olan keçi ağıllıdır.
Zövqü və istedadı vardır, yaxşı mütəxəssis ola,
hətta müəyyən bir incəsənət növündə parlaya bilər.
Amma heç bir zaman birinci deyil. Bu, onun üçün
daha yaxşıdır.
Rəhbərlik etməyi bacarmır, çünki itaət üçün
yaranmışdır. Fantaziyalarla dolu varlığı möhkəm
iradəyə möhtacdır.
Yaxşı təsir altında, maddi çətinliklərə rast
gəlmədikdə, ağıllı məsləhətçiləri olduqda keçi
müvəffəqiyyət qazana bilər.
Keçi (qoyun) ili
Ə d ə b i y y a t
Keçi (qoyun) ili //Ulduzlar və talelər.- Bakı, 2010.- S.144-145.
Ulduz falları: Druidlərin falı. Qərb zodiak falı. Şərq Yapon falı. Şərq Çin falı /tərc. ed. İ. İsgəndərov, M. İsgəndərova; red.
T.Məmmədov.- Bakı, 2006.-S.74-75.