Telman xəLİlov, maya zeynalova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/61
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22492
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   61

190 
yətindən  asılıdır),  ürək-damar  və  allergiya  xəstəliklərinin 
sta
tistikasında  birinci  yeri  əsasən  qeyri  infeksion,  inkişaf 
etməkdə olan ölkələrdə isə infeksion xəstəliklər tutur. 
Ekoloji 
problemlərin  tarixi  faktiki  olaraq  yolxucu  xəstə-
lik
lərlə daimi mübarizə tarixidir. 
Pozulmuş ətraf mühitə canlı orqanizmlərin özlərini müha-
fizə mexanizmi də təsir edir. Başqa sözlə desək, insanın və 
ev 
heyvanlarının xəstəliyi əsas etibarilə ətraf mühitlə əlaqə-
dardır. 
Bir  çox 
bakteriyaların  viruslarının  yayılması  su  və  hava 
va
sitəsilə baş verir. 
«Qara ölüm» - «Çuma» 
qədim zamanlarda bir çox xalqla-
rın, dövlətlərin və sivilizasiyaların həyatına son qoymuşdur. 
Tarixi faktlara 
müraciət etsək, görərik ki, 1348-ci ildə Çü-
ma 
xəstəliyi  İtaliyadan  Avstriyaya,  oradan  da  Bavariyaya 
keç
mişdir. Sonra Venada tuğyan edib. Şəhərdə və onun ət-
raf
larında  onun  əhalisinin  1/3-i  sağ  qalmışdır.  Cəsədlərdən 
xilas  olmaq  üçün 
onları,  hərəsi  min  nəfər  olmaqla  ümumi 
qəbirlərə atırdılar. 
1350-ci 
ildə Çuma xəstəliyi Frislandiya və Şelezviq-Qolş-
teyn 
əyalətlərinə  çatır.  Burada  epidemyia  o  qədər  qüvvətli 
olmuşdur ki, hətta bu hadisədən 20 il keçməsinə baxayaraq 
evlər hələ də boş qalmışdı.  
Çuma 
xəstəliyi daha dəhşətli nəticələri İngiltərədə və xü-
susilə İrlandiyada qoymuşdur. Yoluxma elə qüvvətli olmuş-
dur  ki, 
xəstəyə  bir  dəfə  toxunan  insan  tezliklə  özü  ölürdü. 
Ölümün  qorxusu 
insanları öz  yaxınlarını da sevməyə mane 
olurdu 
və ölənlər qarşısında axırıncı köməklərini də göstərə 
bilmirdilər. 
Şərqdə (Çində) başlamış «qara ölümün» yolu uzaq İslan-
diyada  qurtarm
ışdır.  Çumanın  qarşısını  heç  nə  ala  bilmirdi 
və onun kütləvi yayılması əsasən o dövrün antisanitariyyası 


191 
ilə əlaqədar olmuşdur. Tullantılar və sıçovullar da Çumanın 
yayılmasına səbəb olurdular. 
Bu 
gözə gönməyən dünyəvi fəlakətlər, nəinki, milyonlarla 
ins
anları  məhv  etmiş,  həm  də  həyatın  bütün  mərhələlərinə 
toxun
muş,  sağ qalan insanların əqidəsinə böyük təsirlər et-
mişdir. 
Bu gün 
isə biz yaddan çıxarmamalıyıq ki, bu zəhər «sivi-
li
zasiyanın»  töhvəsi  idi.  Q.Xeflind  yazır  ki, «Ximikatlar 
yavaş» fəaliyyət göstərən bombadır. 
Bizim 
planetimizdə  yavaş  fəaliyyət  göstərən  bombalar: 
təmizlənməmiş sular (onun  məhvi – insanın  məhvi demək-
dir),  zibil,  hava,  ximikatlar, «
səs-küy»dür.  Bütün  bunlar 
dəhşətli  xəstəliklər törədirlər.  Misal  üçün:  Əfsanəyə əsasən 
qədim Çində cinayətkarı «musiqili qətlə» məhkum edirmiş-
lər.  Məhkumu  dözülməz  səslər  altında  saxlayaraq,  öldürür-
müşlər. Doğrudur səs insanın ixtiyarındadır, ona görə onunla 
da 
öldürə bilər. 
Dünyada 
sağlamlığın  böhranının  əsas  aspektləri  demo-
qrafik,  sosial-iqtisadi,  tibbi 
və  fərdi  əhval-ruhiyyə  hesab 
olunur: 
Demoqrafik  aspekt.  1995-ci 
ildə  dünyanın  əhalisi  5,6 
milyard 
təşkil  edirdi,  onun  da  75%-i  inkişaf  etməkdə  olan 
ölkələrdə, 25% isə inkişaf etmiş ölkələrdə yaşayırdı. Keçən 
əsrin 90-cı illərində dünya əhalisinin orta yaşı 62 il (inkişaf 
etmiş ölkələrdə – 73 il, inkişaf etməkdə olan ölkəlrədə 60 il) 
olmuşdur.  Məsələn,  Avropanın  bütün  ölkələrində  orta  yaş 
60-a 
yaxın,  Afrikanın  44  ölkəsində  –  48  yaş,  cənub-şərqi 
Asiyada, 
Aralıq  dənizinin  şərq  ölkələridə  isə  60  yaşdan 
aşağıdır. 
İnkişaf  etməkdə  olan  ölkələrdə  insanların  ömrü  sürətlə 
art
maqdadır. Məs. 1989-cu ildən sonra insan ömrünün uzun-
luğu inkişaf etməkdə olan ölkələrdə 29%, inkişaf etmiş ölkə-


192 
lərdə isə 8,6% artmışdır. 
Sosial-iqtisadi aspekt. Bu aspekti 
səciyyələndirən göstə-
rilən əhalinin məşğulluğu, urbanizasiya, yoxsulluq, sağlam-
lıqda qeyri-bərabərlik, ərzaq təsnifatı və sağlamlıqdır. 
Dünyada 
səhiyyəyə  Ümumdünya  məlumatlarına  əsasən 
5,4%-i  (4,8%  az 
inkişaf  etməkdə  olan  ölkələrdə, 6,6% isə 
inkişaf  etmiş  ölkələrdə)  ayrılır.  Əhalinin  sağlamlığı  onun 
məşğulluğu ilə də bağlıdır. İşsizlik insanın həm fiziki, həm 
də mənəvi sağlamlığına mənfi təsir göstərir. 
Urbanizasiya 
səviyyəsi  sağlamlıq  problemi  ilə  bilavasitə 
bağlıdır. Məs. Nyu-York şəhərində baş verən bəlaların çoxu 
XX-XXI 
əsrlərin urbanizasiyası ilə əlaqədardır. 
Şəhər mühiti bir qayda olaraq müxtəlif kommunal-məişət 
sənaye tullantıları ilə güclü çirklənmişdir. Ətraf mühiti bura-
da 
ən  çox  çirkləndirən  mənbə  nəqliyyat  sayılır.  Şəhərlərdə 
fiziki çirk
lənmə, elektromaqnit, radiasiya, istilik çirklənməsi 
də yüksək həddə çatmışdır. 
Şəhər mühitinin çirklənməsi şəhərlərin sağlamlığına mən-
fi 
təsir  göstərir  və  allergiya,  ürək-damar,  onkoloji,  nəfəs 
yolları xəstəliklərinin artmasına səbəb olur. 
Cəmiyyətin sağlamlığının həlli yolları tapılmayınca prob-
lem
lərdən biri də onun ölkələr arasında və ölkələr daxilində 
qeyri-
bərabər olmasıdır. İnkişaf etməkdə olan ölkəlrədə əha-
linin  2/3 
hissəsindən  çoxu  tibbi-sanitar  xidmətindən  məh-
rumdur. 
İnkişaf etmiş ölkələrdə əhalinin sağlamlığını təmin 
etmək üçün elm və texnikanın yeni nailiyyətlərindən istifadə 
olunur, lakin bu tibbi 
xidmətlərin bahalaşmasına səbəb olur. 
Buna 
görə  də  aşağı  gəliri  olan  adamların  ölüm  hadisəsi 
yüksək gəlirli adamlara nisbətən 2 dəfə yüksək olur. 
Əhalinin ərzaq problemi insanların sağlamlığında mühüm 
amil 
sayılır.  İnkişaf  etmiş  ölkələrdə  adambaşına  orta  kalo-
rilik  –  3400-3500  kalori 
təşkil  edir,  bu  isə  qidanın  zəngin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə