Telman xəLİlov, maya zeynalova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/61
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22492
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   61

184 
məqsədlərdə istifadəsi üçün yaradılan beynəlxalq qanunu da 
kosmosda 
beynəlxalq əməkdaşlığı nəzərdə tutur. 
Kosmosda 
nüvə sınaqları bu qanunla qadağan edilmişdir. 
Hər  dövlət  kosmosda  sülhpərvər  fəaliyyət  üçün  bərabər 
hüquqlara sahibdir. 
Həmçinin kosmos stansiyalarına və göy 
cisimlərinə nüvə silahı yerləşdirilməsi və orada hərbi əsaslar 
qurulması  bu  qanunla  qadağan  olunmuşdur.  Çətin  vəziy-
yətdə  qalan  kosmonavtlara  hansı  müddətdə  olursa  olsun, 
kosmosda 
yardım ediləcəyi qəbul edilmişdir. Bundan başqa, 
qanun 
ölkələrin öz kosmik vasitələri tərəfindən kosmosda və 
Yer 
səthində  verdikləri  və  verəcəkləri  zərərlər  üçün  məsul 
tutulacaqlarını da nəzərdə tutur. 
Rusiya Kosmos Agentliyi Roskosmosun internet 
saytında 
verilən məlumatda kosmosu Çindən sonra ən çox çirkləndirən 

ölkənin  ABŞ  və  Rusiya  olduğu  qeyd  olunur.  Şərhdə 
Kosmosdakı tullantıların yüzdə 93%-in bu 3 ölkədən qaynaq-
landığı  göstərilərək, «Təxminlərə  görə,  tullantıların  40%-ni 
Çin, 27,5%-ni 
ABŞ, 25,5%-ni  Rusiya, 7%-ni  isə  kosmik 
tədqiqatlara qatılan digər ölkələr yaradır» deyilmişdir.  
 
10.5. 
Orbitdə toqquşma və partlayışlar 
 
24  iyul  1996-
cı  ildə  təxminən  660  km  yüksəklikdə  iyul 
1995-ci 
ildə  buraxılmış  günəşin  sinxron  orbitinə  fransız 
CERİSE peyki ilə, başqa bir fransız peyki – 1986-cı ildə or-
bi
tə çıxmış «Arian» raketinin üçüncü pilləsinin fraqmentləri 
ilə toqquşması baş vermişdir. Toqquşma zamanı obyektlərin 
nisbi 
sürəti 15 km/s-a yaxın və ya 50000 km/saat olmuşdur. 
İlk  dəfə  olaraq  insanın  kosmik  fəaliyyətinin  39-cu  ilində 
Kosmosda 
toqquşma problemi həqiqətə çevirldi. Təbii səma 
cismləri  kimi,  həm  də  süni  peyklərin  dağılmış  parçaları  öz 
müşahidə sistemini tələf edir. 


185 
Öz enerji 
resursları tükənmiş peyklər orbitə buraxıldıqdan 
20 
ildən çox dövr etdikdən sonra dağılırlar və onlar kosmik 
zibil  («Tranzit»,  NOAA, «Kosmos», «
Vostokların»  yuxarı 
pi
lləsi)  hesab  olunurlar.  Müxtəlif  peyklər  nəzarətdə  olan 
müx
təlif  miqdar  dağılmış  hissələr  verirlər  (6-dan  50-yə 
qədər və çox). Bəzi iri hissələr ayrı nömrə ilə kataloqa daxil 
edilirlər. 
Yerətrafı  kosmosun  çirkləndirilməsi  raketlərin  buraxıl-
ması  üçün  istifadə  olunan  gücün  artması  ilə  artır. «Delta» 
raketləri sistemlərinin ikinci pilləsinin partlayışları (yanaca-
ğın  qalması  və  qazmanın  mövcud  şəraitindən  asılı  olaraq) 
kosmosa  1300 
müşahidə  olunan  və  kataloqlaşdırılmış  fraq-
mentlər  əlavə  etmişlər.  Həmin  bu  səbəblər  də  keçən  əsrin 
90-
cı illərində «Titan», «Kosmos», «Proton», «Zenit», «Ro-
kot», «Peqas» tipli 
raketləirn yuxarı pillələrinin partlamasına 
səbəb olmuşdur. Yuxarıda qeyd etdik ki, geosentrik orbitdə 
yerləşən  peyklər  təbii  səma  obyektləri  tərəfindən  xüsusi 
bombardman olunurlar. 
Bir 
neçə  kosmik  layihələr  həyata  keçirilmişdir  ki,  aşağı 
orbitdə  pilotlarla  idarə  olunan  kosmik  zibilin  mövcudluğu 
öyrənilsin. Xüsusilə də 1990-cı ilin aprelində peykdə qoyul-
muş ümumi sahəsi 130 m
2
 olan xüsusi 
platformanın səthində 
0,5  mm-
dən  böyük  həcmli  hissəciklərin  35  min-dən  çox 
zərbəsi  qeydə  alınmışdır.  Analizlər  göstərmişdir  ki,  səthə 
dəyən  hissəciklərin  «Kraterləri»  həm  süni,  həm  də  təbii 
mənşəli hissəciklərinin zərbələrinin nəticəsində  yaranmışlar 
(o 
cümlədən də nüvə reaktorlarından dəyən zərbələr). Yerə 
düşən  iri  kosmik  zibilə  (1  m
2
  en 
kəsiyi  olan)  gəldikdə  isə, 
onlar  orta  hesabla 
həftə  ərzində  bir  dəfədən  az  düşmürlər. 
Əfsuslar  olsun  ki,  zibillərin  düşmə  vaxtı,  düşmə  yerlərini 
təyin etmək mümkün olmur. 
Rusiya  EA 
və  NASA-nın  institutlarında  aparılmış  tədqi-


186 
qatlar bu 
fikrə gəlməyə imkan verdi ki, alçaq yerətrafı orbitdə 
olan  kosmik  zibilin  40%-
dən çoxu - raketlərin ikinci pillələ-
rinin 
və orbitdəki peyklərin partlaması nəticəsində əmələ gəl-
miş qəlpələrdir. Bəs onda geosentrik orbitdə dövr edən peyk-
lərlə  nə  hadisə  baş  verir?  Geostasionar  iş  rejiminin  vəziy-
yətində olan peyklər bütün hallarda korrektə olunduqları üçün 
(
onları  «aktiv» sayılırlar) nisbətən kiçik sürətə (– 5 m/s-dan 
az) 
malikdirlər.  Öz  aktivliyini  itirmiş (onlar  «passiv» adlan-
dırırlar) peyklərin orbitaları səma qanunları mexanizmlərinin 
qanunları ilə  dəyişməyə, təkamül etməyə başlayırlar: orbitin 
yastılığı 52 illik dövrlə və 15
0
-lik amplituda 
ilə dəyişir.  
Geostasionar 
orbitlərə peyklər 1963-cü ildən buraxılır, bir 
ildən  sonra  isə  onlardan  bəziləri  artıq  aktiv  ola  bilmir  və 
onların orbiti dəyişir (təkamül edir). Bu ona gətirdi ki, 90-cı 
llərdə onların orbitləri yenidən geosentrik orbitlərə yaxınlaş-
mışlar  və  XXI  əsrin  ilk  onilliyindən  bu  proses  kütləvi  xa-
rakter 
alır.  Bu  zaman  fəaliyyət  göstərən  obyektlərin  fəaliy-
yətini  başa  vurmuş  obyektlərlə  toqquşması  üçün  əlavə  təh-
lükə yaradırlar ki, bunun da nəticəsində kosmik aləmin yeni 
zibilləri əmələ gəlir. Ona görə də geostasionar orbitdə dövr 
edən  bütün  peykləri  və  onların  hərəkətini  nəzarətdə  saxla-
maq 
lazımdır.  Belə  nəzarəti  iri  fotoqrafik  kamera  ilə  geniş 
profillə  etmək  mümkündür.  Bir  gecə  ərzində  onlar  geo-
stasionar 
orbitadakı  bütün  ərazidə  stansiyadan  görünən 
tərəfə nəzarət etməyə imkan verirlər. 
 «Kosmik  obyekt»  terminini 
müəyyənləşdirərkən, «Kos-
mik  obyekt» 
anlayışının  tərkib  hissəsi  kimi,  həmçinin  onu 
daşıyıcı vasitələr (daşıyıcı-raketlər) və onun hissələri (pillə-
lər  və  onların  ayrı-ayrı  hissələri)  fəaliyyət  göstərmirsə  də, 
Konsepsiya  kosmosa  aparat  buraxan 
və  Kosmosu  çirklən-
dirən dövlət üzərində potensial məsuliyyət saxlayır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə