Tələbə Babazadə Əli Müəllim Mehdiyev Nizami Fakültə nmf ixtisas Mexanika mühəndisliyi Qrup 433. 20



Yüklə 4,55 Mb.
tarix13.05.2023
ölçüsü4,55 Mb.
#110104
Aviasiyada təhlükələrin təsnifatlaşdırılması

Tələbə - Rəşan Qasımov Elmi rəhbər – Allahverdiyev Zaməddin Fakültə - QNMF Qrup – 225.22

Fənn – Nəqiliyyat ekologiyası

Aviasiyada təhlükələrin təsnifatlaşdırılması


<= MÖVZU

Aviasiya nəqliyyatının fəaliyyətinə təsir edən təhlükə və təhdid növləri

  • Aviasiyada təhlükələr – aviasiya nəqliyyatının fəaliyyəti­nin ayrılmaz tərkib hissəsidir. Təhlükə iki keyfiyyət əlaməti ilə xarakterizə edilir:

    • obyekt və ya subyektin həyat təyinedici funksional xassə­lə­rinin dəyişməsi ilə.

Aviasiya nəqliyyatının fəaliyyətinə təsir edən təhlükə və təhdid növləri

  • Xüsusi olaraq qeyd etmək lazımdır ki, bir çox aqviasiya hadisələri və qəzaları ekoloji xarakterli fövqəladə halların yaranmasına səbəb olmuşdur (buraya benzinin axıdılması nümunəsini yazmaq).

Aviasiyada təhlükələrin təsnifatlaşdırılması.


Onlardan ən əsas po­tensial təhlükəni ifadə edən insan amilidir və buna görə təhlü­kəli amillər üç qrupa bölünür: aktiv; passiv; aktiv-passiv.
Вütün təhlükələr bir sıra əlamətlərə görə təsnifatlaşdırıla bilər. 
Təhlükəli amil­lər onların mənbələrinə və yerlərinə müvafiq qruplaşdırıla bilər.

Aktiv qrup amilləri insanın ener­ji ehtiyatları vasitəsilə ona təsir edə bilər və enerjinin növünə görə altnövlərə bölünür:


Fiziki
Kimyəvi
Bioloji
Psixofizioloji
İnformasion

Aviasiyada təhlükələrin təsnifatlaşdırılması.


Passiv-aktiv təh­lükə qrup­ları daşıyıcısı insan və istehsalat mühitinin element­ləri olan enerji hesabına aktivləşən təhlükə amilləri ilə xa­rakterizə olu­nur.
Passiv qrup təhlükələri vaxta gö­rə dolayı özünü büruzə ve­rən amillərlə ifadə olunur.

Təhlükə amillərinin sonrakı təsnifatlaşdırılması aşağıdakı əla­­mətlərlə xarakterizə olunan təsirlərə əsaslanır: 


amillərin su­byektin və ya obyektin orqanizminə təsirinin mümkün xarak­terinə;
amillərin strukturu və ya quruluşuna;
təsirlərin fəsad­larına;
təsirdən yaranan ziyanlara.

Aviasiyada təhlükələrin təsnifatlaşdırılması.

İnsanlara təsirinin mümkün xarakterinə görə təhlükə amil­ləri aşağıdakı 2 təsnifata bölünür:


Birbaşa
Amillər
Dolayı
Amillər

Strukturuna və ya quruluşuna və fəşadlarına görə təhlükəli amillərə bölünür:


1
    • Strukturuna və ya quruluşuna görə: sadə (müxtəlif potensial təhlükələrin is­ti­qamətlənmiş təsiri amilləridir və onlara istehsalat mühitinin ha­vasının yüksək çirklənmə səviyyəsini, səsi və s. aid etmək olar) və törəmə (sadə amillərin qarşılıqlı təsirləri ilə ya­ra­nan) amil­lər fərqləndirilir.

2
    • Fəsadlarına görə: insanların yorulmasına və onların xəstə­lənməsinə gətirib çıxaran təhlükə amilləri fərqləndirilir. Bir qay­da olaraq yorğunluğa gətirib çıxaran amillər orqanizmin əsəb-psixi, psixosomatik, fiziki həddən artıq yüklənmələri, əmək şəraitinə müvafiq olmayan həyat fəaliyyətinin ritminin pozulması və s aiddir.

Ya­ratdığı ziyanlara görə aşağıdakı ziyanları şərtləndirən amillər də fərqləndirilir.


4) Siyasi ziyan ölkənin nüfuzunun itirilməsi ilə ifadə olu­nur. Bunun səbəblərinə isə ekoloji fəlakətlərə gətirib çıxara bilən ət­raf mühiti, təbii obyektləri çirkləndirən aviasiya texni­kasın­dan istifadədir.
3) Ekoloji ziyan aviasiya texnikasının tullantıları vasitəsi ilə ət­raf mühitin çirklənməsi nəticəsində vurulan ziyanla təyin edilir.
2) Sosial ziyan insanların , onun həyat və əmək uzunömürlüyünün davamiyyəti, gələcək nəsillərin sağlamlığının mümkün pisləşməsi və s. hallarında yaranır.
1) İqtisadi ziyan əmək məhsuldarlığını aşağı düşməsi, işə çıx­mama, xəstəlik kağızlarınai, nor­ma­dan az məhsulun istehsalı, onun keyfiyyətinin azalması və s. kimi xarakterizə olunur.

Aviasiya qəzalarının əsas səbəbləri aşağıdakılardır:


təyyarəçilərin səhvləri (hündürlüyə əməl edilməməsi, hücum bucağının böhran qiymətlərindən kənara çıxma, yerlə kontak­tın itirilməsi və s.);
dispetçer və meteoroloji xidmət işçilərinin səhvləri;
uçuşlarda aviasiya texnikasının imtinası (köhnəlmə, təy­ya­rə parkının yeni modellərlə əvəzlənməsinin aşağı tempi);
avadanlıqların konstruktiv çatışmazlıqları (aviaüfüq, şassi və s.); hava şəraiti; hava gəmisinin istismar məhdudiyyətlərini aşma;
qeyri-qanuni müdaxilələr (terror aktları və s.); hava gəmisinin uçuş-eniş zolağından qalxması zamanı artıq yüklənmə səbəb­ləri; 

Aviasiya nəqliyyatının ətraf mühitə mənfi təsirnin qrupları. 2004-cü ildə İKAO ətraf mühit sahəsində üç əsas məqsədi müəyyən etmişdir.


1) Aviasiya emissiyalarının yerli havanın keyfiyyətinə təsirinin məhdudlaşdırılması və ya azaldılması.
2) Əhəmiyyətli təyyarə səs-küyünə məruz qalan insan sayının məhdudlaşdırılması və ya azaldılması.
3) Aviasiya fəaliyyətinin istixana qaz tullantılarının qlobal iqlimə təsirinin məhdudlaşdırılması və ya azaldılması.

ƏDƏBİYYAT:

  • http://www.genderi.org/elave-vesait-ne-movzu-neqliyyat-sistemleri-ile-etraf-muhit-ars.html?page=28
  • http://www.anl.az/down/meqale/xalqqazeti/2020/avqust/713652(meqale).pdf
  • https://www.coursehero.com/file/52965673/N%C9%99qliyyat-ekologiyas%C4%B1pdf/
  • https://achiqkitab.aztc.gov.az/upl/books/pdf/Ekologiya_ve_etraf_muhitin_muhafizesi_559bac927d847.pdf

Diqqətiniz üçün Təşəkkürlər

SON


Yüklə 4,55 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə