Tədris-Terapevtik Klinikada Trombosit toplamağa imkan verən yeni cihaz quraşdırılıb Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində IV bakı Beynəlxalq Humanitar Forumu keçirilib



Yüklə 315,54 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix25.05.2018
ölçüsü315,54 Kb.
#45862
1   2   3   4   5   6

http://www.amu.edu.az

15 oktyabr 2014-ъц ил

6

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə 

Klinikasında  2011-2014-cü  illərdə  rezidenturaya  qəbulun 

nəticələrinə həsr olunan tədbir keçirilib.

ATU-nun  rektoru,  Milli  Məclisin  deputatı,  akademik  Əhliman 

Əmiraslanov tədbiri açaraq təkcə rezidentura ilə yox, bütövlükdə imtahan-

larla əlaqədar bir müzakirənin aparılmasına zərurət yarandığını vurğula-

yıb: “Qəbul qaydalarını, imtahanların aparılma qaydalarını bir də nəzərdən 

keçirmək məqsədilə testləri hazırlayan mütəxəssisləri bura dəvət etmişik. 

Bu, çox vacib məsələdir. Çünki o testləri hazırlayan ekspertlər də sizsiniz. 

Bilirəm ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə daim əlaqədəsiz, 

yəni universitet bu işlərə qarışmır və test suallarını da siz hazırlayırsız. 

Rezidentura sisteminin ölkədə təşkili ilə əlaqədar bizdə çox görüşlər olub-

dur. 10 il bundan qabaq biz bu barədə müzakirələr aparsaq da, təəssüf ki, 

prosesin reallaşması çox gecikdi. Səbəbləri isə sizə yaxşı məlumdur. An-

caq yeni təhsil qanunu qəbul olunduqdan sonra təhsil nazirliyinin köməyi, 

qayğısı sayəsində bir neçə ölkənin təcrübəsini Azərbaycana gətirərə bil-

dik. Xüsusilə Türkiyə təcrübəsini öyrəndik. Bu qənaətə gəldik ki, heç bir 

ölkənin rezidenturaya qəbul və tədrisin aparılması qaydasının olduğu kimi 

Azərbaycanda  tətbiqi  mümkün  deyil.  Nəhayət,  2010-cu  ildə  rezidentura 

haqqında əsasnamə təsdiq olundu. Artıq 4-cü ildir ki, rezidenturaya qəbul 

aparılır. Qəbulun ilk ilində də bir çox təxribatlarla üzləşdik. Biz bunla-

rın heç birinə fikir vermədik və bu sistemə keçdik. Səhiyyə naziri Oqtay 

Şirəliyevə öz təşəkkürümü bildirirəm ki, bu işdə bizi müdafiə elədi. 

Rezidentura  tibbi  təhsildə  diplomdan  sonrakı  təhsildir  və  təhsilin  bir 

pilləsidir. Burada təcrübəyə üstünlük verilsə də, nəzəri cəhəti də unutma-

malıyıq. 

Azərbaycan Tibb Universiteti üzrə 4 il ərzində 635 nəfər rezidenturada 

təhsil alıbdır. Məzunların ən çox müraciət elədiyi ixtisas sahələri terapi-

ya, stomatologiya, cərrahiyyə, mama-ginekologiyadır. Sanitariya-gigiyena 

sahəsində boş yerlərimiz də qalır. Əldə edilən uğurlara baxmayaraq rezi-

denturaya sənəd verən tələbələrin səviyyəsi bizi hələ də tam qane etmir və 

düşünürəm ki, bu istiqamətdə görüləsi işlərimiz çoxdur”. 

Tələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyasının  (TQDK)  sədri  Məleykə 

Abbaszadə toplantı iştirakçılarını ATU-nun bu möhtəşəm klinikasında sa-

lamlamaqdan məmnunluğunu dilə gətirərək bildirib ki, mühit dəyişəndə 

mahiyyətin  də  dəyişməsi  qaçılmazdır.  Bilik  və  təcrübənin  həkim  üçün 

nə  qədər  vacib  olduğunu  xatırladan  Məleykə  xanım  test  imtahanlarının 

Azərbaycanda tətbiqinin ilkin məqsədindən də danışıb. Qeyd edib ki,  ilk 

məqsəd qiymətləndirmə aparılanda insan faktorunun təsir göstərməməsi 

və korrupsiyanın aradan qaldırılması olub. Sonrakı illərdə test imtahan-

larının təkmilləşdirilərək indiki səviyyəyə çatdırıldığını söyləyən Tələbə 

Qəbulu üzrə Dövlət Komissiyasının sədri əsas diqqəti 2011-2014-cü illərdə 

rezidenturaya qəbulun nəticələrinə yönəldib. 

Tələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyasının  şöbə  müdiri  Natiq  Əli-

yev,  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi  Aparatının  rəhbəri  Zə-

kiyyə  Mustafayeva  tədbirə  toplaşanlara  həmin  dövrün  statistikası  ilə 

bağ lı  məlumat  veriblər.  Bildirilib  ki,  səhiyyəmizin  inkişafının  əsas 

istiqamətlərindən biri tibbi təhsil və kadr islahatlarıdır. Nazirlər Kabine-

tinin 2010-cu il 18 mart tarixli sərəncamı ilə təsdiqlənən “Təhsil haqqın-

da” Qanuna uyğun olaraq 2011-ci ildə ilk dəfə rezidentura vasitəsilə 37 

ixtisas üzrə həkimlərin hazırlığına başlanıb. Birinci il imtahanlarda 1.063 

namizəd iştirak edibsə (onlardan 819-u 2011-ci ilin məzunları olub), 2014-

cü ildə imtahanlarda 1.414 namizəd iştirak edib və onların 666 nəfəri bu-

ilki məzunlardır.

Rezidenturaya imtahanlar iki mərhələdə keçirilir. Test imtahanları ilk 

mərhələdə əsas fənlər üzrə, ikinci mərhələdə isə ixtisas üzrə keçirilir. Bun-

dan  əlavə,  gələcəkdə  imtahanların  üçüncü  mərhələsinin  -  simulyator  və 

manekenlərdə təcrübənin keçirilməsi planlaşdırılır.



Arif MƏMMƏDLİ

B

ir 

neçə 

ay 

bundan 

əvvəl 

Azərbaycan  Tibb  Universitetinin 

Tədris-Terapevtik 

Klinikasında 

hema tologiya  şöbəsi  fəaliyyətə  başlayıb. 

Bu  şöbə  universitetin  rektoru,  akademik 

Əhliman  Əmiraslanovun  təşəbbüsü  sa-

yəsində yaradılıb. 

Tədris-Terapevtik Klinikanın hematologiya şöbəsinin 

həkimi  Valeh  Hüseynovun  dediyinə  görə,  burada 

xəstələrə  yüksək  səviyyəli  tibbi  xidmət  göstərilir,  on-

lara  müasir  avadanlıqların  köməyi  ilə  daha  dəqiq  diaqnoz  qoyulur,  müalicə  təyin  edilir:  “Hazırda  dün-

ya təbabətinin əsas hədəflərindən biri hematoloji xəstələrin yüksək səviyyədə müalicə almasını təmin 

etməkdir. Bunlardan biri də yüksək dozalı kimyəvi preparatlarla müalicə fonunda xəstələrə sümük iliyinin 

və  ya  periferik  qandan  kök  hüceyrələrinin  köçürülməsidir.  Bunun  üçünsə  hematoloji  şöbədə  yardımçı 

bölmələr olmalıdır”. 

V.Hüseynov  bildirir  ki,  artıq  ATU-nun  Tədris-Terapevtik  Klinikasındakı  hematologiya  şöbəsindən  belə 

bölmə - aferez bölməsi mövcuddur. Bunun üçün Klinikaya Belçikanın “Terima” şirkətinin müvafiq avadan-

lığı gətirilib. Eyni zamanda, bu cihazın vasitəsilə gələcəkdə periferik qandan kök hüceyrələrini toplayıb 

xəstələrə kök hüceyrə köçürə biləcəyik. Bu da bizim qarşıdakı hədələrimizdən biridir”. 

Qeyd  edək  ki,  trombositləri  toplamağa  imkan  verən  belə  cihaz  regionda  ilk  olaraq  ATU-nun  Tədris-

Terapevtik Klinikasında quraşdırılıb.

ATU-nun mətbuat xidməti

2011-2014-cü illərdə rezidenturaya 

qəbulun nəticələri müzakirə edilib

Oktyabrın 3-də Tədris-Cərrahiyyə 

Klinikasında  təhsil  nazirliyinin 

nümayəndələri  Azərbaycan  Tibb 

Universitetinin  I  kurs  tələbə-

lə ri  ilə  görüşüblər.  Görüşə 

uni versitetimizə  yüksək  bal-

la  qəbul  olunan  tələbələr,  mü-

vafiq  fakültələrin  dekanları  və 

əməkdaşları qatılıblar.

Universitetin tədris işləri üzrə pro-

rektoru, professor Sabir Əliyev Təhsil 

nazirliyi  nümayəndələrinin  600-dən 

çox bal toplayan tələbələrlə görüşə 

gəlməsini  yüksək  qiymətləndirərək 

universitet rəhbərliyi adından onlara 

təşəkkürünü çatdırıb. Görüşün əsas 

məramının  bu  tələbələrin  hər  biri-

ninin  gələcək  fəaliyyətini  diqqətdə 

saxlamaq  olduğunu  bildirən  pro-

rektor Azərbaycan  Tibb  Universite-

tinin  tarixi  inkişaf  yolundan  söhbət 

açaraq professor-müəllim heyətinin 

tərkibi haqqında da məlumat verib. 

Boloniya  prosesinin  tədrisin  qay-

dalarında  yeni  tələblər  qoyduğunu 

deyən S.Əliyev qiymətləndirmədəki 

fərqliliklərə  toxunaraq  universitetdə 

ayrıca  Virtual  Test  Mərkəzinin 

fəaliyyət  göstərməsinin  üstünlüklə-

rin dən  danışıb.    O,  tibb  təhsilinin 

əməli  vərdişlərin  və  bacarıqların 

öyrədilməsi ilə aparıldığını vurğula-

yaraq    bu  məsələlərə  ciddi  yanaş-

mağın zəruriliyini önə çəkib. 

IV  qrup  üzrə  600-dən  çox 

bal  toplayan  tələbələrin  böyük 

əksəriyyətinin  bizim  universiteti 

seçdiyini  söyləyən  prorektor  I  kurs 

tələbələrini ilk uğurları münasibətilə 

təbrik edib, bu uğurların gələcəkdə 

də  davam  etdiriləcəyinə  əminliyini 

bildirib.

Təhsil 

nazirliyinin 



aparat 

rəhbərinin  müavini  Yaqub  Piriyev  

ilk  növbədə  görüş  iştirakçılarına 

təhsil naziri Mikayıl Cabbarovun sa-

lamlarını çatdıraraq bu il tələbə adı 

qazanan gəncləri təbrik edib. Bildi-

rib ki, IV qrupda 11000 

abituriyent iştirak edib-

dir.  Onların  406  nəfəri 

600-dən çox bal topla-

yıb. 360 nəfər 600-dən 

çox  bal  yığan  abituri-

yent  Azərbaycan  Tibb 

Universitetini  seçibdir 

ki,  bu  da  çox  böyük 

bir  rəqəmdir.  Res-

publikamızda 

digər 


ixtisas 

qruplarında 

400-ə  yaxın  600-dən 

çox  bal  toplayanların 

nəticəsi    2  faizə  ya-

xındır. Sizin qrupda isə bu nəticə 4 

faizi keçmişdir. 600-dən çox bal yı-

ğan tələbələriniz 30 faizdən çoxdur: 

“Qeyd  etmək  istəyirəm  ki,  qəbul 

olunduğunuz  ixtisaslar  ölkəmiz 

üçün  prioritet  təşkil  edir  və  bu  ixti-

saslar  gələcək  karyeranızın  baş-

lanğıcıdır,  mürəkkəb  səhifələrindən 

biridir. 

Ölkəmizin 

iqtisadiyyatı 

sürətlə inkişaf edir. O cümlədən elm 

və  ali  təhsil  sahəsində  də  inkişaf 

vardır.  Əsas  hədəflərimizdən  biri 

də  ali  təhsil  səviyyəsində  tədrisin 

keyfiyyətinin  yüksəldilməsidir.  Bu 

gün  əmək  bazarında,  o  cümlədən 

tibb əmək bazarında böyük boşluq-

lar  vardır.  O  boşluqları  doldurmaq 

üçün biz əmək bazarında rəqabətə 

davamlı  kadr  hazırlığı  aparmalıyıq. 

Bunun üçün tək müəllimlər yox, siz 

tələbələr  də  çalışmalısınız.  Təhsil 

nazirliyində  tədrisin  kredit  sistemi 

ilə  təşkili  barədə  348  N-li  bir  qərar 

qəbul  olunub.  Bu  qərar  indiyədək 

qəbul olunan qərarlarla müqayisədə 

çox  pozitiv  bir  qərardır.  Yeni  qərar 

tələbələrə imkan verir ki, qiymətləri 

aşağı  olduqda  onu  yüksəltmək  im-

kanı qazansınlar”.

Yeni  standartların  hazırlandığını 

vurğulayan Təhsil nazirliyinin rəsmisi 

“2007-2015-ci  illərdə  Azərbaycan  

Respublikası  gənclərinin  xaricdə 

təhsil  proqramı”nın  bu  gün  də 

həyata  keçirildiyini  söyləyib.  Qeyd 

edib  ki,  bu  proqramla  3000  tələbə 

oxuyur ki, onlardan 900-ə yaxını tibb 

təhsilli  tələbələrdir.  Çünki  ölkəmiz 

üçün prioritet olan bu sahəyə böyük 

həcmdə vəsait ayrılır. 

Tədris  hissəsinin  müdiri  dosent 

Nəsimi  Qasımov,  tibbi  profilaktika 

və tibbi biologiya fakültəsinin deka-

nı  dosent Aydın  Məmmədov,  hərbi 

tibb fakültəsinin tədris məsləhətçisi 

t\x  polkovnik  ley-

tenantı 


Məharət 

Rza yev  və  I  kurs, 

42

b

  qrup  tələbəsi 



Rövşən  Əsgərov 

da  çıxış  edərək 

öz  fikirlərini  bö-

lüşüblər.  Təd rislə 

bağlı 

mövcud 


qaydalara  edilən 

dəyişikliklərə, fərq-

lənmə 

diplomu-


nun  hansı  meyar-

larla  verilməsinə 

və  təkrar  yay 

dinləmələri  zamanı  ortaya  çıxan 

çətinliklərə də aydınlıq gətirilib. 

Axırda  tədbir  iştirakçılarının  su-

alları  cavablandırılıb  və  tələbələrə 

paylanan  sorğu  vərəqləri  dolduru-

lub.

Görüşdə  Təhsil  nazirliyinin  ali 



təhsil sektorunun müdiri Natiq İbra-

himov da iştirak edib.



A.KAMRANOĞLU

Tədris-Terapevtik Klinikada Trombosit toplamağa 

imkan verən yeni cihaz quraşdırılıb

TƏHSİL NAZİRLİYİNİN NÜMAYƏNDƏLƏRİ 600-DƏN YUXARI 

BAL TOPLAYAN I KURS TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞÜBLƏR


Yüklə 315,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə