Tədris-Terapevtik Klinikada Trombosit toplamağa imkan verən yeni cihaz quraşdırılıb Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində IV bakı Beynəlxalq Humanitar Forumu keçirilib



Yüklə 315,54 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix25.05.2018
ölçüsü315,54 Kb.
#45862
1   2   3   4   5   6

15 oktyabr  2014-ъц ил

http://www.amu.edu.az

5

Dördüncü 

Bakı 

Beynəlxalq 

Humanitar 

Forumunda 

son dərəcə 

aktual 

məsələlər 

müzakirə 

edildi

Dördüncü Bakı Beynəlxalq Hu-

manitar  Forumunda  son  dərəcə 

aktual məsələlər müzakirə edildi.

Bu  sözləri  IV  Bakı  Beynəlxalq 

Humanitar  Forumunun  iştirak-

çısı,  kimya  üzrə  Nobel  mükafatı 

laureatı  Kurt  Vütrix  AzərTAc-a 

müsahibəsində deyib.

Bildirib  ki,  Bakıda  keçirilən 

bu  Forum  böyük  əhəmiyyət 

daşıyır.  Çünki  burada  müxtəlif 

mədəniyyətlərə  malik  xalqlar  bir 

araya gəlib.

Azərbaycana  ilk  dəfə  səfər 

etdiyini  deyən  qonaq  Bakının 

gözəlliyinin, 

arxitekturasının 

onda  xoş  təəssürat  oyatdığını 

vurğulayıb.

AzərTAc  xəbər  verir  ki, 

“dəyirmi  masa”nın  moderatoru, 

Azərbaycan Tibb Universitetinin 

rektoru,  Milli  Məclisin  deputatı, 

akademik Əhliman Əmiraslanov 

tədbirdə  6  Nobel  mükafatı  lau-

reatının  iştirak  etməsini  mühüm 

hadisə  kimi  dəyərləndirdi.  Möv-

zunun aktuallığından bəhs edən 

Ə.Əmiraslanov  məlumat  verdi 

ki,  “dəyirmi  masa”da  üç  panel 

üzrə  molekulyar  biologiyanın 

nailiyyətləri  və  perspektivləri  ilə 

bağlı  məruzələr  dinləniləcək  və 

müzakirələr aparılacaq.

Akademik Ə.Əmiraslanov fo-

rumun əhəmiyyətini, müzakirə 

edilən  mövzuların  aktuallı-

ğını  vurğulamış,  bu  mötəbər 

tədbirdən  gözləntilərin  böyük 

olduğunu  diqqətə  çatdırmış-

dır.


Tibb elminin uğurlu nailiyyət-

lərindən  danışan  alim  bildir-

mişdir ki, müasir dövrdə tibbin 

yüksək  inkişafı  nəticəsində 

bəzi  genetik  xəstəliklərin  qar-

şısının alınması mümkündür. 

 

“Müasir  mərhələdə  mole-



kulyar  biologiyanın  nəzəri  və 

tətbiqi  aspektləri”  mövzusun-

dakı  paneldə  professor  Keri 

Benks  Mullis  biotexnologiyanın 

yaranma  tarixindən,  müxtəlif 

ölkələrdə  bu  sahədə  aparılmış 

tədqiqatlardan,  eləcə  də  öz 

təcrübələrindən  danışdı.  Mole-

kulyar  biologiyanın  yüksək  elm 

sahəsinə  çevrildiyini  diqqətə 

çatdıran  alim  vurğuladı  ki,  bio-

texnologiyalar  artıq  həyatımızın 

bütün sahələrinə nüfuz edib.

Azərbaycana 

səfərindən 

məmnunluğunu 

ifadə 

edən 


Nobel  mükafatı  laureatı,  pro-

fessor  Ariye  Varşel  isə  biolo-

ji  molekulların  funksiyasının 

öyrənilməsi 

və 

xəstəliklərlə 



mübarizədə  müasir  texnolo-

giyalardan  istifadə  sahəsində 

əldə  olunmuş  nailiyyətlərdən 

bəhs  etdi.  O,  son  40-50  ildə 

dünyada  bakterial  dərman  re-

zistentliyi  ilə  mübarizədə  əldə 

olunmuş irəliləyişlərdən danışdı. 

Həmçinin,  insanların  ömrünün 

azalması  səbəblərinin  əsasən 

yoluxucu  xəstəliklərlə  bağlı  ol-

duğunu diqqətə çatdıraraq vur-

ğulandı  ki,  müasir  dövrdə  tibb 

sahəsində  antibiotiklərə  qarşı 

müqavimətin artması ən kəskin 

problemlərdəndir. Bu problemin 

həllində  əczaçılıq  şirkətlərinin 

üzərinə böyük vəzifələr düşür.

Nobel  mükafatı  laureatı  Kurt 

Vütrix  ötən  əsrdəki  fundamen-

tal tədqiqatların XXI əsrdə bio-

logiya  və  tibbi  diaqnostikadakı 

əhəmiyyətindən  bəhs  edərək 

dedi ki, elmi tərəqqinin əsasında 

fundamental  tədqiqatlar  daya-

nır.  Elmin  qloballaşdığı  müasir 

dövrdə dünya elm adamları ara-

sında  əməkdaşlıq  əlaqələrinin 

möhkəmləndirilməsi 

xüsusilə 

vacibdir.

Professor Tomas Kristian Züd-

hof  kök  hüceyrələrinin  yaradıl-

masındakı  çətinliklərdən,  eləcə 

də  kök  hüceyrələrinin  neyronla-

ra  çevrilməsi  texnologiyaların-

dan söz açdı.

Sonra məruzələr ətrafında fikir 

mübadiləsi aparıldı.

“Biotexnologiyada  innovasiya-

ların  reallaşdırılmasının  etik  və 

metodoloji problemləri “ mövzu-

sunda  ikinci  panel  də  maraqlı 

müzakirələrlə yadda qaldı.

Nobel  mükafatı  laureatı,  pro-

fessor Ervin Neyer 1976-1981-ci 

illərdə ion kanalları ilə bağlı apa-

rılmış  tədqiqatlardan  danışaraq 

bildirdi  ki,  bu  tədqiqatlar  “insan 

biologiyası”nın  öyrənilməsində, 

habelə  bir  sıra  xəstəliklərlə 

mübarizədə böyük imkanlar açır. 

Hazırkı dövrdə dünyada yüzlərlə 

laboratoriya  bu  tədqiqatlardan 

yararlanır.

Professor 

Rudolf 


Martin 

Tsinkernagel  isə  məruzəsində 

immunçatışmazlığı  virusu  və 

vərəmə  qarşı  peyvəndin  olma-

ması  səbəblərini  izah  edərək 

dedi  ki,  həmin  xəstəliklərə  qar-

şı  peyvəndlərin  yaradılması 

ehtimalı  ya  çox  azdır,  ya  da 

bu,  mümkün  deyil.  Peyvəndin 

əhəmiyyətindən  danışan  alim 

bu  kampaniya  ilə  bağlı  əhali, 

xüsusilə 

gənclər 

arasında 

maarifləndirmənin aparılmasının 

zəruriliyini vurğuladı.

Professor  Karol  Sikoranın 

“Xərçəng:  biotexnologiya  üçün 

müvəffəqiyyət  tarixi”,  profes-

sorEnriko  Proiettinin  “Xərçəng 

əleyhinə  peyvəndlər:  xərçəngin 

müalicə  və  profilaktikası  üçün 

yeni  eradır”,  professor  Niko-

lay  Zefirovun  “Dərman  kim-

yası  –  biologiya  və  kimyanın 

qovuşmasında  olan  elmdir” 

mövzularında 

məruzələri 

dinlənildi,  müzakirələr  aparıldı. 

Məruzələrdə  son  illər  xərçəng 

xəstəliyinin müalicəsi sahəsində 

aparılmış tədqiqatlardan, gen te-

rapiyası və onun əhəmiyyətindən 

danışıldı, 

habelə 

əhalinin 



maarifləndirilməsinin 

vacibliyi 

vurğulandı. Bu sahədə dünyada, 

o  cümlədən  Azərbaycanda  mü-

hüm  işlərin  görüldüyü  diqqətə 

çatdırıldı.

Professor  Gümrah  Əliyevin 

“Yatmış  gen  ürək-damar,  sinir 

və onkoloji xəstəliklərin inkişafı-

nın müasir alternativ nəzəriyyəsi 

kimi”  mövzusunda  məruzəsi 

maraqla  qarşılandı.  Professor 

Afiq Bərdəli isə “İnflammasoma-

ya bağlı irsi xəstəliklər və hədəf 

müalicəsi” mövzusunda məruzə 

etdi.


Üçüncü  panel  isə  müasir 

təbabətdə  kök  hüceyrələrinin 

tətbiqi 

probleminin 

müxtəlif 

aspektlərinə  həsr  olundu.  Bu 

bölmədə 

professor 

Riçard 

Bört  “Kök  hüceyrələr,  “ölülər” 



“dirilərə” yardım edir”, professor 

Nuru  Bayramov  “Transplantolo-

giyada  kök  hüceyrələr”  mövzu-

larında məruzələrlə çıxış etdilər.

Alimlər  müasir  dövrdə  tibbin 

yüksək inkişafı nəticəsində bəzi 

genetik  xəstəliklərin  qarşısının 

alınmasının 

mümkünlüyünə 

diqqət  çəkərək  qeyd  etdilər 

ki,  son  illər  bu  istiqamətdə, 

habelə  orqan  transplantasiyası 

sahəsində  böyük  uğurlar  əldə 

olunub.


Məruzələrdə 

hüceyrə 


müalicəsinin  əhəmiyyətindən, 

bu  sahədə  qazanılmış  uğur-

lardan, 

kök 


hüceyrəsindən 

tibb  sahəsində  geniş  istifadə 

edilməsindən də bəhs olundu.

“Dəyirma  masa”ya  yekun 

vuran 

akademik 



Əhliman 

Əmiraslanov tədbirdə tibb sahəsi 

üçün son dərəcə dəyərli və aktu-

al məsələlərin müzakirə edildiyi-

ni, tibb sahəsində dünyada əldə 

olunmuş  nailiyyətlər  barəsində 

ətraflı  məlumat  verildiyini  bildir-

di.  Dünyanın  məşhur  alimlərinə 

Bakıya  gələrək  öz  zəngin 

təcrübələrini 

bölüşdüklərinə 

görə  minnətdarlığını  bildirən 

akademik “dəyirmi masa”da apa-

rılan  müzakirələrin  öz  bəhrəsini 

verəcəyinə əminliyini ifadə etdi.

Sonda  IV  Bakı  Beynəlxalq 

Humanitar  Forumunun  Bəyan-

naməsi qəbul olundu.



Molekulyar biologiya və 

biotexnologiyanın nailiyyətləri: 

nəzəriyyədən təcrübəyə

Oktyabrın 3-də IV Bakı Beynəlxalq Humani-

tar Forumu çərçivəsində “Molekulyar biologiya 

və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən 

təcrübəyə” mövzusunda “dəyirmi masa” keçirilib.

 


Yüklə 315,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə