1) K.D.Q-nın zahiri əlamətlərindən faydalanıb, onun sujet xəttini ,
qəhrəmanlarını , hadisələri və s.modernləşdirməklə “ aktual “ məsələləri həll
etmək.
2)K.D.Q-nın daxili mifo-epik strukturlarından faydalanaraq yazılı
ədəbiyyatın imkanlarını təzələmək niyyəti ( çağdaş mifo-epik yaradıcılığı)
3) K.D.Q-nın strukturuna çağdaş ədəbi ( formal) məntiqlə müdaxilə
edərək “ qaranlıq “ mənaları işıqlandırmaq, çağdaş nöqteyi –nəzərdən boşluq
olan hissələri doldurmaq cəhdləri
Hər üç meyli biz qənaətbəxş sayırıq , çünki nəzərə çarpan cəhətlər milli
düşüncəmizin əski xəzinəsindən faydalanmaq deməkdir.
Araşdırmamızın kontekstində bizi maraqlandıran aspekt dramaturji
prosesin genezisi baxımından çox faydalıdır.K.D.Q mətnlərinə müəyyən mənada
səhnə üçün ədəbi əsas kimi yanaşanda , onun hadisələrinə tam etibar edərək
inanırıq. Heç bir çağdaş yozuma yol vermədən onun ilkin ifadə vasitələri və
imkanlarını gerçəkləşdirmək daha səmərəli görünür.Bu fikrimizi açıqlayaq.
Bizcə K.D.Q-nı yozmaqdansa , onu olduğu kimi səsləndirmək
vacibdir.Çünki mənşəyinə görə şifahi olan bu deyim ilk növbədə son dərəcə
təsirli və informativ ritmə , ahəngə söykənir, ondan
faydalanır.
K.D.Q-nın mifoloji (sehrli) başlanğıcı hər hansı vasitələrlə
adiləşdirməməlidir, əksinə çağdaş fəlsəfi nailiyyətlərdən təkan alaraq dastanın
mistik mənalarını gücləndirmək lazım gəlir.Başqa sözlə , bu gün səhnə əsəri
üçün əsas kimi götürən K.D.Q dini kitabələr kimi qavranmalıdır.Bu halda
onun sokral mənaları öz ilkin anlamlarında təsir göstərmiş olar.Dədə
Qorqudun “qayibdən dürlü xəbər verməsi” ( mifoloji keyfiyyəti) bəlkə də bütün
başqa keyfiyyətlərdən önəmlidir.Bu keyfiyyət bu gün hiss olunan “ mifoloji
aclığı” aradan götürüb canlı epik ənənənin davamını təmin edə bilər.Teatr
prosesi üçün isə bu hal ən mühüm və həlledici amillərdən biridir.K.D.Q-nın
istisnasız bütün boylarında mifo- epik struktur və mənaları aşkarlamalıyıq, əks
təqdirdə biz sehrli məsələləri etnopsixoloji problemlərlə əvəz edə bilərik.
Dədə Qorqudu ozan- sənətçi kimi anlayanda , unutmamalıyıq ki, arxaik
dövrdəki hər hansı sənət hələ öz mistik mənşəyini və məqsədlərini sırf peşəkar
funksionallığına dəyişməmişdi.Unutmayaq ki, Dədə Qorqud qopuzu icad etmiş
demiurqdur, deməli hər hansı sənət düşüncəsinin, o cümlədən teatr prosesinin
banisidir.
Bəlkə də miflə mübarizə etmək, onun sehrini buxar kimi havaya sovurub
anlaşılmalı və sadə ( adi) hala gətirmək institusional mədəniyyətin qanunudur, hər
halda , Avropa mədəniyyəti və incəsənəti bu yolu keçib : Yunan mifologiyasını
, daha sonra xristianlığın sehrli- sokral hadisələrini və personajlarını öz
səviyyəsinə enidrərək bunu “ humanistləşdirmə” adlandırıb.Allahları və ilahələri
öz ölçülərinə , qanunlarına uyğun davranmağa məcbur edən humanistlər bununla
ədəbiyyat və incəsənətin inkişafına güclü təkan vermiş oldular.Amma itirdikləri
daha böyük bir şey – mifoloji düşüncənin qutu, ruhsal, ruhani xassəsi adi
psixologizmlə əvəz edildi.Sonralar Avropalılar “ mifoloji aclıqdan” gileylənməyə
başladılar, amma , necə deyərlər , sonrakı peşamnçılıq faydasız olar.Mifolojinin
yerini saxta , psevdomuflər tutmağa başaladı ki, XX əsrdə nasional-sosializm
kimi əjdaha bunun dəhşətli təzahürüdür.Unutmayaq ki, hitlerizmin alt qurumu
məhz modernləşdirilmiş və aktuallaşdırılmış alman mifologiyası oldu...
Təbii ki, milli mənəvi sərvətimiz olan K.D.Q-nın institussional
mədəniyyət və incəsənətimizlə müxtəlif təcəssümləri olmalıdır , necə ki,
indiyənəcən bəziləri olub da : romantik pafoslu filmlər , tamaşalar, adaptasiyalar
( uyğunlaşdırılmalıdır), elmi monoqrafiyalar, hətta parodiyalar(“ Fransız”
filmində...).Hələ opera , balet , cizgi filmi, lap balacalar üçün adaptasiya və
başqa formalarda K.D.Q materialı əks olunmalıdır.Amma bizcə , hər hansı
təcəssüm variantında K.D.Q-nın mifoloji , sehrli , ovsunlu başalanğıcı cari
ideoloji məqsədlərlə əvəz edilməməlidir.
Çağdaş teatr prosesinin bəzi “ düyünlü” problemli məhz “ Dədə qorqud
açarı” ilə açılıb tam gücü ilə öz ədəbi işini görə bilər..Əgər bu problemlər
sırasında milli dramaturgiya ( və ya dramaturji ədəbiyyat) məsələsinə ayrıca
nəzər salsaq , görərik ki, bu gün onun çatışmayan cəhəti məhz sehrdir, qutudur,
ovsundur .Bunları isə dramaturgiya məhz məhz K.D.Q-nın boylarından əxz edilə
bilər: bundan ötrü yalnız hamımızın düşüncəsində yaşayan duyğu və inanclara
çağdaş forma vermək yetərlidir.Unutmayaq ki, Dədə Qorqudun özü daha qədim
ənənələrdən faydalanırdı :
Bəs Dədə Qorqud ənənəsindən qədim ənənələr hansılardır ki, biz teatr
düşüncəmizin köklərinə aid edib araşdıraq?
Birinci və ən əhəmiyyətlisi ritual-mərasimlər –ayinlərdir ki, hər hansı
etnosun mədəniyyəti onları yaddaşında saxlayır.V.Ternerə görə :”...ritual-
jestləri, sözləri və obyektləri və obyektləri əhatə edən , məxsusi yerdə ( məkanda)
icra olunan və fövqəltəbii qüvvələrə , ya məxluqlara ifaçıların maraqları və
məqsədlərinə uyğun təsir göstərə biləcək əməllərin (əməliyyatların) stereotipli
(qəliblənmiş- M.Ə.) ardıcıllığıdır”.
Bu qısa təyinlə kifayətlənib xatırladaq ki, mərasimlər mövsümü , işgüzar ,
nigah, qurbanlıq , müalicə, doğum, ölüm, fəlakət , sokral və sairə mövzularda
olur.Sonrakı mülhizələrimizi daha aydın anlamaq üçün Ternerin bir mühüm
tezisini də göstərək : bir halda ki, cəmiyyətlər donub qalmış strukturlar deyil,
dəyişikliklərə cavab verən proseslərdir – onların içində yeni rituallar yaranır , ya
da ki, kənardan götürülür, əski rituallar isə tənəzzülə uğrayıb yox olur .Bununla
– belə bu daimi dəyişikliklərin axınında, rituallar üçün yeni bəhanələrdə, hətta
yeni ritual konfiqurassiyalarda radikal yenilikdən çox , bir qayda olaraq
keçmişin variantlarının görkəmini alan formalar qorunub saxlanılır.
Dədə Qorqud ənənəsi məhz əski oğuzların zəngin ritual ənənəsindən
qaynaqlanıb cəmiyyətin yeni tarixi şəraitdə yeni mənəvi –psixoloji tələbatlarını
ödəməyə yönəlmişdi.Oğuz elinin mərasim və ayinləri , dünyagörüşü və
inanclarının bədii-estetik səciyyələri Azərbaycan elmi tərəfindən mükəmməl və
müfəssəl öyrənilib araşdırıldığından biz maraqlananları V.V.Bartold,
A.H.Bernştam , Z.Bünyadov, M.Vəliyev, V.A.Qordelevski, A.Hüseynzadə ,
R.Şükürova və başqa alimlərin əsərlərinə yönəldirik.Burada isə araşdırma
predmetimizə güclü işıq salan bir mərasimə diqqət yetirək.
Dostları ilə paylaş: |