Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə41/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   35   36   37   38   39   40   41   42   43

 

          

 

147 


N Ə T İ C Ə 

 

XX  əsr  Azərbaycan  ictimai  bədii  fikrinin  parlaq 



simalarından  olan  Cəlil  Məmmədquluzadə  çoxcəhətli 

fəaliyyəti ilə Azərbaycan ədəbiyyatında tənqidi realizmi 

yeni  və  satirik  istiqamətli  bir  mərhələyə  çatdırdı. 

Novator sənətkarın yaradıcılığı, klassik sənət əsərləri ilə 

yanaşı  duran    bədii  nəsri  mövzu-ideya,  poetik  forma 

etibarilə kamil sənətkarlıq nümunələridir. 

Ədibin  milli  şüurun  oyanmasına  ciddi  təsir  gös-

tərən  yaradıcılığı  bədii  nəsrində  də  müəllif  qayəsinin, 

sənətkarın  estetik  idealının,  fəaliyyətinin  təcəssümüdür. 

Təbiidir  ki,  ideya  nə  qədər  ali,  nə  qədər  mütərəqqi  olsa 

da,  xalq  dilinə,  ruhuna  yaxın  forma  və  məzmun  vəh-

dətində  cilalanmasa  nə  bəyənilə,  nə  də  istənilən  şəkildə 

qavranıla  bilər.  Cəlil  Məmmədquluzadə  sənətkarlığının 

ümumi  qayəsi  də  məzmun  və  formanın  poetik  baxı-

mından yetkin inkişaf səviyyəsi, ifadə üslubunda zəngin 

bədii ifadə vasitələri sisteminin bütövlüyü və rəngarəng-

liyi ilə şərtlənir. 

Ədib  müəyyən  hadisələr  silsiləsindən  seçdiyi  hər 

hansı  mövzunu    müəyyən  nəzəri  daxili  qaydalar,  prin-

siplər  əsasında  işlədikdən  sonra  ardıcıllıqla  sist emə 

salmış,  mükəmməl  süjet  və    kompozisiya  vəhdəti  yarat-

mışdır.  Burada    kompozisiya  ünsürləri  –  sərlövhə,  epi-

qraf,  proloq  və  epiloqun  süjet  xəttinin  üzvi  tərkib  his-

səsi  kimi  işlədilməsi  məsələləri  bədii  əsərin  poetika-

sənətkarlıq elementləri kimi qiymətləndirilir. 

Azərbaycan  nəsrində  ilk  dəfə  olaraq  proloq  və 

epiloqdan  istifadənin  ədibin  ilk  iri  həcmli  nəsr  əsəri 

olan  «Danabaş  kəndinin  əhvalatları»  povestində  üzə 

çıxması  («Bir  yüngülvari  müqəddimə»,  «Xitamə»),  bu 



 

          

 

148 


poetik  formanın  yığcam  süjetli  əsərlərinə  də  aid 

edilməsi  («Xanın  təsbehi»,  «Təsbeh  barəsində  bir  neçə 

söz», «Bəlkə də qaytardılar…», «Axır söz») konkret nü-

munələrin  əsasında  elmi-nəzəri  təhlili  C.Məmmədqulu-

zadə  nəsrinin  yeni  sənətkarlıq  keyfiyyətlərinin  üzə 

çıxarılması ilə nəticələnmişdir. 

Cəlil  Məmmədquluzadə  nəsrində  süjet  xəttinin 

quruluşu  müxtəlifdir.  Bu  müxtəliflik  ənənəvi  süjet 

quruluşu  və  mərhələlərinə  əsaslanaraq  fərdi  formalaş-

manın növbələşməsidir. Demək olar ki, onun əsərlərinin 

çoxunun  süjet  quruluşu  və  mərhələləri  fərqli  bir  formul 

ilə  qurulmuşdur.  Fərdi  üslub  xüsusiyyətləri  ilə  qurulan 

süjet  mərhələlərinin  poetik-struktur  modeli  də  Cəlil 

Məmmədquluzadə nəsrinin özgün üslub  xüsusiyyətlərini 

izah  edən,  ədibin  təsvir  obyektinin  zənginliyini  üzə  çı-

xaran, sənətkar fərdiyyətini göstərən mühüm faktlardır. 

Cəlil  Məmmədquluzadə  yaradıcılığının  poetik 

strukturunda  özünü  göstərən  müxtəlif  üsullardan  biri  də 

görkəm  ardından  mahiyyəti,  daxili  mənanı  bədii  obraz-

larda  portret  detalları  vasitəsi  ilə  süjet  xəttinin  inkişaf 

mərhələlərində  tamamlamaqdır.  Ədib  əsas  ideyanı  mən-

tiqi  süjet  fonunda  portret  detalları  ilə  inkişaf  etdirməyi, 

yüksək  zirvəyə  qaldırmağı  və  sonda  nöqtə  qoymağı 

sənətkarlıqla  bacarmışdır.  Burada  müxtəlif  surətlərin 

timsalında  növbələşən  və  bir-biri  ilə  vəhdətdə  götürülən 

portret  detalları  ayrılıqda  da  hər  bir  obrazın  (əsas 

mərkəzi obrazların) konkret vəziyyəti, psixoloji xarakter 

və düşüncəsi və s. ardıcıllıqla tamamlanmışdır. 

Cəlil  Məmmədquluzadə  ictimai  mətləbləri  ifadə 

etmək  üçün  satirik  boyalara,  satirik  üsluba  müraciət 

edir.  Əsas  cəhət  kimi  –  a)  hüzn,  təəssüf,  qəzəb;  b)  sati-

rik  və  sarkastik  intonasiyalar  tam  müstəqil  şəkildə 




 

          

 

149 


epizodlarda,  bəzən  də  qovuşuq  təsvir  edilərək  bütün 

süjet xətti boyunca inkişaf etdirilmişdir. 

Ədibin  nəsrində bədii təsvir və ifadə vasitələrinin 

rolu  böyükdür.  Konkret  hissi  obrazlılıq,  əsərin  ideya-

estetik  məna  çalarlarını  qüvvətləndirən  məcazlar  siste-

mi,  simvolik  adlar  və  s.  qüvvətli  kinayənin  ifadəsi  kimi 

hekayəçi  təhkiyəsinə,  personajların  xarakterik  şəraitə 

uyğun  fəaliyyətinə,  mühit  və  məkan  mövqeyinin  ən 

yaxşı ifadəsi kimi xüsusi maraq oyadır. 

Cəlil  Məmmədquluzadə  nəsrində  xalq  deyimlə-

rinin  istifadə  üsulları  mənəvi-əxlaqi  dəyərlərinin  təsvir, 

təbliğ  və  təlqininə  xidmət  edir.  Burada  nağıl  və  dastan 

rəvayətlərinin  özgün  çərçivələrini  öz  təhkiyəsinə  və  üs-

lubuna  uyğun səmimi  deyim tərzində, irsiyyət və dava-

miyyət  fonunda,  yəni  nağıllarda  və  dastanlarda  əsrlər 

boyu  sabitləşən  ənənəvi  forma  komponentlərindən 

məharətlə  istifadə  bacarığını  aşkar  görə  bilirik.    Ədibin 

nəsrində  bədii  poetik  parçaların,  şeir  nümunələrinin 

işlənməsi  və  ya  onların  poeziya  nümunələri  (əsasən 

M.Ə.Sabirin  satiraları)  ilə  biri  digərini  tamamlaması 

üsulu  da  diqqəti  cəlb  edir.  Bundan  başqa  C.Məmməd-

quluzadə  nəsrində  sınamaların,  alqış,  qarğış  və  andların 

əsərlərə  xəlqilik,  milli  kolorit  bəxş  edilməsində  oynadı-

ğı özgünlüyü izah edilmiş, yüksək qiymətləndirilmişdir. 

 



 

          

 

150 


İSTİFADƏ  EDİLMİŞ  ƏDƏBİYYAT 

 

1.

 



Ağayev    Ə.M.  Sənətkarlıq  məsələləri.  Bakı:  Azərnəşr

1961. 


2.

 

Ağayev  İ.M.  «Molla  Nəsrəddin»in poetikası.  Bakı: Elm, 



1985. 

3.

 



Ağayev  İ.M.  Tarixi  yaddaşımızın  böyük  yadigarı.  Bakı: 

Elm, 2006. 

4.

 

Axundov N.F. «Molla Nəsrəddin» jurnalının nəşri tarixi. 



Bakı: Azərnəşr, 1959. 

5.

 



Allahverdiyeva A. Bədii nəsrimizdə qadın surətləri // Elm 

və həyat, 1970, №3. 

6.

 

Aristotel. Poetika. Bakı: Şərq-Qərb, 2006. 



7.

 

Azərbaycan  ədəbiyyatşünaslığının  aktual  məsələləri. 



Bakı: APİ, 1988. 

8.

 



Azərbaycan  ədəbiyyatının  tarixi  poetikası.  Bakı:  Elm, 

1989. 


9.

 

Azərbaycanda  milli  mətbuatın  yaradılmasının    125  illiyi 



haqqında 

Azərbaycan 

Respublikası 

prezidentinin 

fərmanı. «Respublika» qəz., Bakı, 2000, 28 mart. 

10.


 

Azərbaycan  nağılları:  5  cilddə,  I  c.,  Bakı:  Şərq-Qərb, 

2005. 

11.


 

Azərbaycan  nağılları:  5  cilddə,  II  c.,  Bakı:  Şərq-Qərb, 

2005. 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə