Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə35/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

 

          

 

126 


sözlər,  ifadə  vasitələri,  ideomlar  seçirlər.  Nağıl  müqəd-

diməsi  ilə  səsləşən  forma  komponentinə    ədibin  nəsr 

yaradıcılığında  «Danabaş kəndinin  əhvalatları» əsərində 

rast  gəlinir.  «Bir  yüngülvari  müqəddimə»nin  sonunda, 

əsas  əhvalata  keçid  almadan,  «Dünyada  hədsiz  şəxslər 

avamdan  gilaylı  qalıblar.  Biz  də  dağarcığımızı  çəkirik 

çuvalların  cərgəsinə»  (111,  264)  formasında  söylənilən 

nağıl komponenti fikrin obrazlı ifadəsini yaratmağa nail 

olur.  Ənəvi  forma  komponentnlərindən  biri  də  müxtəlif 

hadisə  və  əhvalatların  təsvirində  işlədilən  «Az  getdi,  üz 

getdi,  dərə-təpə  düz  getdi,  iynə  yarım  yol  getdi,  gəlib 

bir  bağa  yetişdi»,  «Başdan  geyindi,  ayaqdan  qıfıllandı, 

ayaqdan geyinib, başdan qıfıllandı» (bax: 10, 11, 12, 13, 

14)  və  s.  kimi  məşhur  ifadələrdir.  Bu  kimi  ifadələr 

ədibin  nəsrində  özünəməxsus  bir  formada  surət  və 

obrazların  xarakterində,  hadisələrin  paralel  inkişafında 

istifadə edilir. Fikrimizi misallarla əsaslandıraq: «Yazıq 

qoca kişi piyada və ayaqyalın, başmaqlarını alıb əlinə və 

cibinə  bir-iki  çörək  qoyub  gəldi  çıxdı  şəhərə  və  üz 

qoydu  qabaqca  deyilən  karvansaraya»  («Danabaş  kən-

dinin  əhvalatları»),  (111,  325).  Qeyd  olunan  nağıl 

üslubu  həqiqəti  daha  aşkar,  daha  qabarıq  göstərməyə 

kömək  edir.  Söyləmə  üslubunda  estetik  mündəricə 

müxtəlifdir.  Birinci  –  gerçəklik,  reallıq,  ikinci  isə  – 

nağıl üslubuna əsaslanan yaradıcılıqdır. Başqa bir misal: 

Çirkin  əməllərini  yerinə  yetirmək  üçün  şəhərə,  «adil» 

hesab  edilən  qazının  evinə  yola  düşən  Xudayarbəy  «Bir 

qədər gedib çöndü sol səmtə. Bir dar küçəynən gedib və 

arxı tullanıb bir alçaq qapının yanında durub qəndi qoy-



 

          

 

127 


du  yerə  və  başladı  üst  başının  toz-torpağını  təmizlə-

məyə…  Sol  qıçını  qalxızıb  sağ  əli  ilə  və  sağ  qıçını 

qaldırıb  sol  əli  ilə  şalvarının  palçığını  silib  və  papağını 

çıxardıb geydi sol əlinə və sağ əli  ilə o tərəfini-bu tərə-

fini  çırpıb  qoydu  başına.  Qəndi  vurdu  qoltuğuna»  (111, 

272). «Başdan geyinib, ayaqdan qıfıllanan» nağıl qəh rə-

manları  öz  gücünə,  qüvvəsinə  arxalanıb,  qorxu  və  dəh -

şətlərə baxmayaraq həqiqətin, düzgünlüyün son nəticədə 

qələbə  çalacağını,  ağlı  və  tədbiri  ilə  düşdüyü  ağır 

vəziyyətlərdən qurtaracağını nümayiş etdirir. 

Zeynəbi  ələ  keçirmək  üçün  çox  təlaş  edən,  hər  cür 

vasitəyə  əl  atan  bu  ikiüzlü  «qəhrəman»  da  qələbə  çalır. 

Fərqli  mövqe  isə  həqiqətin,  düzlüyün  yox,  qorxu  və 

dəhşətin,  qazı,  naçalnik,  qlavaya  arxalanan  zorakılıq 

dünyasının qələbəsidir. 

Ədibin  nağıl  üslubu  gerçəkliyin  obyektiv  təsviri, 

yazıçılıq  məharətinin  tərkib  elementi,  ayrılmaz  hissə-

sidir. «Bu gecə məndən yatdı yoxdu. Gərək bir bürüncək 

götürəm və sənlə gedəm, oğru inəyi səhərətək pusam və 

onun  «fənd-felini»  öyrənib  sonra  yazıya  götürəm;  ta  ki, 

hər  bir  kəs  bilmirsə,  bilsin  və  eşitməyibsə  eşitsin  ki, 

inəkdən  də  oğru  olarmış»  («Oğru  inək»),  (111,  569). 

İnsanların,  eləcə  də  bəzi  heyvanların  oğru  olmasına 

şübhə etməyən ədib, inəyin oğurluğuna  inanmaq istəmir 

və  bunun  səbəbini  öyrənməyə  çalışır.  Nağıllarda  div, 

əjdaha  şəklində  təsvir  olunan  şər  qüvvədən  gecə  yarısı 

yetişən  almanı  qorumaq  üçün  istifadə  olunan  mübarizə 

ruhu  («Məlik  Məmməd»),  (bax:  13,  169).  «Oğru  inək» 

əsərində reallıqla əks olunur. 



 

          

 

128 


Bəzən  ədib  dastanlarda  olan  nəsrlə  nəzmin  üzvi 

şəkildə bağlılığını nəsr  yaradıcılığında əks etdirir.  «Şeir 

bülbülləri»  əsərini  nəzərdən  keçirək.  1925-ci  ildə 

«Molla  Nəsrəddin»  nəşriyyatında  ayrıca  kitabça  halında 

çap  olunan  bu  əsər  bütünlükdə  realist  bədii  metod 

üzərindədir.  Rəvayət  üslubunda  qurulan,  müəllif  şahid-

liyi  ilə  söylənilən  hekayənin  kompozisiyası  nəsrlə 

nəzmin  vəhdətində  qurulmuşdur.  Ədibin  ziyalı  dostla -

rından  biri  onu  öz  evinə  qonaq  dəvət  edir  və  uzun 

axtarışdan  sonra  əldə  etdiyi  «iki  qəribə»  kitabı  təqdim 

edir.  Onun  dediyinə  görə  «bu  qəribə»  kitabların  biri 

«Eldainin  divanı»,  digəri  isə  Səqərül-Qadirinin  «Məc-

məül-nabiğə»si  imiş.  O,  kitabların  müəllifləri  haqqında 

uzun-uzadı nitq söylədikdən sonra mənasız və məntiqsiz 

şeirlərindən  nümunələr  söyləyir.  Ədib  əhvalatı  epik 

təfsilat ilə təsvir edir, sonra isə dastanlarda olduğu kimi 

əhvalatın  özündən  doğan  hadisələri  tam  aydınlaşdırmaq 

üçün  şeirlərdən  istifadə  edir.  Doğrudur  ki,  dastanlarda 

istifadə  olunan  şeirlər  heca  vəznində  olub  aşıq  havaları 

üstündə  oxunaraq  daha  çox  qəhrəmanların  düşdükləri 

vəziyyətlə  əlaqədar  daxili  hisslər,  həyəcanlar,  iztirablar 

tərənnüm  edir.  Ədibin  «Şeir  bülbülləri»  əsərində  də  hər 

iki  hissə  üzvi  şəkildə  bir-birinə  bağlıdır.  Fərq  yalnız 

şeirlərin əruz vəznində olmasıdır. Burada bədii cəhətdən 

zəif,  vəzn  və  ahəngcə  yararsız  ifadələr  məntiqli  fikir 

üçün  daha  yaxşı  vasitə  olub  mətləbi  yığcam  verməyə 

xidmət  edir.  Ədib  hər  şeirə  keçməzdən  əvvəl  «İndi 

dalına  qulaq  as»,  «Mərhəba,  mərhəba,  siz  öləsiz,  qiya-

mət  eliyib»,  «Pəh-pəh!  Nə  qədər  məziyyət!  Zalım  oğlu 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə